Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə123/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   119   120   121   122   123   124   125   126   ...   143

__________________Milli Kitabxana_________________ 

363 


 

dan, Səmərqənd kağızı  və ya başqa bir matahı  məhz Kərbəlayı  Vəlinin 

vasitəsilə ona göndərərdilər. 

Bəzən düşəndə, səfəri avand, qazancı qaydasında olanda, Kərbəlayı Vəli özü də 

Seyid Əzim üçün uzaq-uzaq gəzdiyi, Şirvan həsrətilə dolaşdığı ellərdən bir hədiyyə 

alıb gətirər, sonra da beş günə gedib çıxdığı Tarkovdan, səkkiz günə getdiyi 

Ərdəbildən, səkkiz həftəyə güclə haxladığı uzaq Hindistandan, səfərlərində 

gördüyü, eşitdiyi hadisələrdən, əhvalatlardan söhbət etmək üçün Məşədi Qulamın 

dükanına yığışar, çayçı Əlmuxtarın pürrəng çayından nuş edər, piti bardaqlarındakı 

ətirli, quyruqlu, zəfəranlı, kəhrəba albuxaralı pitisindən yeyə-yeyə danışar, nəql 

edərdi. Qayıdanda da Seyyidin çox sevdiyi əşarından bir neçəsini alıb uzaq ellərə - 

şeir-qəzəl həvəskarlarına aparardı. 

Sarvan Kərbəlayı Vəli şeir, musiqi aşiqi, gözəllik pərəstişkarı idi, həm də bunu 

təkcə özü üçün istəməz, harda bir yaxşı şey görsə, onun haqqında bütün aləmə car 

çəkmək, göstərmək istərdi; oxumaq, xəbər vermək arzulardı. Deyərdi: "Qoy hamı 

bilsin ki, dünyanın bu nöqtəsində belə qiyamət bir şey, bir şeir, bir qəzəl, bir incə 

tikmə, bir lətif əsər yaranıb... Ay el, ay camaat..." Radionu, qəzeti əvəz edirdi kişi... 

Odur ki, Seyid Əzim birbaşa Qırmızı Qulamın kitab-füruş mağazasına yollandı. 

O qapıdan içəri girəndə  Qırmızı Qulam təzə bir nüsxəni Kərbəlayı  Vəliyə diktə 

eləyib yazdırırdı, deyirdi: 

-Kərbəlayı,  əşhədənbillah, təcrübədən çıxmış nüsxədi, yol-iriz adamısan, həm 

canun qızışar, həm də qüvvətə gələrsən. Yaz: qoz ləpəsi,4 misqal istiot, 4 misqal 

zəncəfıl, 4 misqal darçın, 4 misqal da quluncan; bunları 4 misqal kərə inək yağına 

qat, döy, qarışdır bir yumurtanın sarısıynan, böl üç yerə, hər gün ac qarına istemal 

elə. Ya da həmin əczanı yumurta sarısı əvəzinə qatginən bala, elə hərəsi bir noxud 

boyda həbb. Sonra da hər gün səhər ac qarına birini diyirlət getsin bala xəndəyə. 

Bayaqdan bəri dinmədən qapının ağzında durub dostların söhbətinə qulaq verən 

Seyid Əzimi görüncə, Qırmızı Qulamın üzünə elə bil ki, nur qondu: 

-Bay, əleykəssalam! Ağa, xoş gəlmisən, səfa gətirmisən, qədim əziz eləmisən. 

Ağa, sən gələn yollara qurban olum. Buyur içəri! Elə bayaqdan bəri bəradərim 

Kərbəlayı  Vəli də  səni axtartdırıb okidən var. Elə  mən özüm də daluycan 

getmişdim... 

Seyid Əzim nazik dodaqlarındakı xəfif təbəssümlə Qırmızı Qulamı dinləyir və 

eyni zamanda həm Kərbəlayı Vəli, həm də dükan 

 

 



__________________Milli Kitabxana_________________ 

364 


 

sahibi ilə görüşürdü. Dükançı isə sözünə ara vermədən qonaqları üçün yerdəki 

nimdərləri sahmana, səliqəyə salıb, dükanın qabağına çıxdı: 

-Aadə, Rəzi-ii-i, bir çaydan çay, üç dənə də əla piti... 

-Baş üstə can üstə, Məşədi! – Səs Əlmuxtarın idi. 

Dostlar dükanın içərisində yerə salınmış nimdərlərin üstündə oturdular, daha 

başqa dükandakılar kimi yazdır, deyə, çöldə əyləşmədilər. Məşədi Qulam təxmini 

də olsa bilirdi ki, söhbət məhrəmanədir, yad qulaqlar üçün deyil, məhz Seyyid 

üçündür.  Əks-təqdirdə  Kərbəlayı  Vəli,  şairi xüsusi səylə axtartdırmaz, gətirdiyi 

şeyi Qırmızı Qulama tapşırıb, qoyub çıxıb gedərdi. 

Kərbəlayı Vəlinin tövründən şair də başa düşdü ki, söhbət töhfə, hədiyyə və ya 

məktubdan getməyəcək, çünki sarvan çox qayğılı idi. Elə bil sözlü adamlar kimi 

sözü nədən, hardan başlayacağını bilmirdi. Seyyidin canı evdə, kimliyini bilmədiyi 

qonaqların yanında qaldığından tələsirdi, gərək Baqqalbazara çıxaydı, sallaqlara 

dəyəydi, qəssab Ağa Mərdana ət sifariş edəydi, sonra da Baqqalbazardan düyü, yağ 

və digər mayehtac alıb evə göndərə idi. Bütü bunların qayğısı Seyyidi çox məşğul 

etdiyindən, yerində qurcuxdu və Kərbəlayı Vəli sarvanın köməyinə gəldi: 

-Kərbəlayı  Vəli qardaş, nigarançılıq bir yaman şeydi, hərçənd sizinlə burada 

oturub söhbət eləmək özü dünya malına dəyər. Amma indi Cavad mənə ərz elədi 

ki, evimizə tanımadığı qonaq gəlib. Elə bir hazırlığımız da evdə yoxdu. Odu ki, 

dedim əvvəlcə səniylə bir söhbət eləyim, çün eşitdim ki, məni axtartdırmısız... 

Kərbəlayı  Vəli xəfifcə gülümsədi, yerində narahat oturan şairin çiynindən 

basdı: 

-Ağa, cəddinə  sədəqə gedim, narahat olma! Həmin qonaq mənəm. Bundan 



əlavə mənimlə sizə iki zənən xaylağı gəlib ki, elə onların qəziyyəsini qulluğuva ərz 

eləməkdən ötəri səni görmək istəyirdim. 

-Hə, bu başqa məsələ... - Seyid Əzim bir qədər rahatlanıb bardaş qurdu. Piti 

bardaqlarını alıb süfrəyə düzən Qulam kişinin arxasında, qapı ağzında durmuş Rəzi 

ilə salamlaşdı: 

-Necəsən, Rəzi bala, ağa Əlmuxtar nə təhərdi? 

Razinin gözlərində sevinc parladı. Ağa onun xatirini soruşurdu: 

-Yaxşıdı, Ağa, canuva dua eləyir... 

"Bəli,  Əlmuxtarın duası!.." Kərbəlayı  Vəli və Seyid Əzimin üzündən incə bir 

təbəssüm keçdi. Məşədi Qulam süfrəni səliqə ilə döşədi, 

 

 



__________________Milli Kitabxana_________________ 

365 


 

açıq qələmkardan tikilmiş süfrədə pitiyə münasib istiot, sumağ, fal-fal doğranıb 

sirkəyə qoyulmuş baş soğan (hansın meyliniz çəksə dedi), yumşaq səngəg və təzə 

təndir çörəyi var idi. Rəzi boş, lahıc sinisini qoltuğuna vurub getdi. Məşədi Qulam 

Kərbəlayı Vəliyə müraciətlə sözə başladı: 

-Buyurun, qardaşlar, bir tikə  kəsin, sonra ağa durub, ağacan durub,söhbət də 

elərsiz, lap gərək olsa qiybət də... Bismillah... 

Hər iki müsafır qonaq uzun söhbəti sonraya qoyub, bismillah etdilər Qulam kişi 

piti bardaqlarının ağzını açan kimi zəfəranın bihuşedic: ətri ətrafa yayıldı: 

-İştahanız artıq olsun, - dedi. 

Seyyid səngəgdən xırda-xırda doğrayıb pitinin suyuna tökdükcə deyirdi: 

-Kərbəlayı  Vəli qardaş, mən hər dəfə bu dükana qədəm basanda məşədiyə 

deyirəm ki, gərək sən məni yox, mən səni pitiyə qonaq eləyəm, çünki hər gəlişimdə 

məşədidən təzə bir şey öyrənirəm. Necə ki, vaxtilə  ərəb  şairləri  şerin dilini 

yoxlamaqçın bədəvilərin arasına gedərdilər, mən də bu məşədi qardaşımızın yanına 

onuyçun gəlirəm. O da hər dəfə məni xəcalət eləyir. 

-Əh, xəcalət düşməniniz olsun! Mən də deyirəm görəsən nə olub? Nədi bu 

pitinin maliyyəti, dost yanında? Sənin mənim yanımda qədrin elədi ki, kaş bir 

dövləti-qarun olaydı  məndə, oturdaydım səni, Ağa, bir xəlvət otaqda, qabağuva 

düzeydim gözəl təamlardan, "quş iliyi, can dərmanı', nə istəsən və deyəydim: Ağa, 

sənə fəda olum, azadsan bütün dünya qayğılarından, yaz nə qədər yazırsan o gözəl 

əşarından ki, el-camaat da, biz də oxuyub feyz alaq... 

Kərbəlayı Vəli güldü: 

-Olmaz ki, Allahdan istixarə eləyəydin ki, elə o dövləti-qarunu Ağanın özünə 

kəramət eləyə idi, dayı başqasının, lap elə  sən də olsan,əppəyinə möhtac 

olmayaydı? 

Məşədi bir qədər güldüsə də pərtləşən kimi oldu, doğrudan da o xeyir işi niyə 

özünə arzulamışdı. Ağaya yox, birdən rəhmət qapısı açıq olar, Allah eşidər 

razıniyazımızı?.. 

-Pərt olma, məşədi, rəhmət qapısı bu ay açıq deyil, baxəbərəm... 

-Niyə ki? 

-Özümdən bilirəm... 

Dəstərxan yığıldı.  Əl suyu verildi. Kərbəlayı  Vəli Məşədi Qulamın 

doldurtdurub gətirdiyi qəlyana bir qullab vurub sözə başladı: 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə