Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə122/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   118   119   120   121   122   123   124   125   ...   143

__________________Milli Kitabxana_________________ 

360 


 

-Ha... ha... ha... dərmanın hazırmış ki... 

-Bəs necə bilirsən, aadə... 

-Sən mənə "aadə" deyə-deyə məni yaman günə qoydun, aadə?!  

- deyən Cavadın gözlərində minlərlə cin oynayırdı. Şair dostuna sataşmaq üçün 

zarafatı qəsdən uzatdı: 

-Aadə, mən haçan sənə "aadə"demişəm, aadə? 

Məhz  şirvanlılara,  şamaxılılara xas olan bu ifadə hamıya tanış idi; odur ki, 

yığılanlar uğunub getdilər. Cavad yenidən dilləndi: 

-Hə, yaxşı, bə mənə əlborcu verməknən necəsən, Ağa, cəddüvə təsəddüq olum, 

cavab vermədin axı... 

 

Seyid bir an duruxdu və Cavadın cavabını farsca indicə dodaqlarına gələn bir 



qəzəlindəki bu beytlə verdi: 

 

Mən Hüseyni-əsr həstəm, simu zər abi-Fərat,  



Guiya mən abra dər Kərbəla qəm gərdəəm'. 

 

Cavad, şairin sözlərini yığılanlara başa salandan sonra yenə də dinc durmadı: 



-Ağa, dedi, - pənah pərdə tutana, nə olar, onda bir məsləhət ver,görüm bu 

başıbəlalı beş manatı hardan tapım? 

Seyid  Əzim nədənsə  qəlbinə çökməyə başlayan kədəri udub, dostunun 

cavabında dilləndi: 

-Nə məsləhət eləyim, Cavad? Bizlərdə deyillər ki, "keçəl çarə  bilsə, öz başına 

elər". 


Hamı güldü, şair isə sözünə davam etdi: 

-Ərəblər də deyərlər ki, "la təşvərü mən leysə fı beyti dəqiqün".Yeni, evində bir 

ilin'un azuqəsi olmayan adamla məsləhətləşmə! 

Bizim dilcən yəni o adam kişi deyil ki, öz ruzusunu tədarük eləməyib,təndürüst 

eləməyib. O day özgəyə nə məsləhət verəcək? Mənim də evimdə ruzi necə deyərlər 

o söz... Ruzi atlı, mən piyada... 

Yenə də gülüşən oldu, amma bir çoxu bu dərdi yaxşı başa düşürdü, çünki özləri 

də eyni vəziyyətdə idilər... Cavad nə düşündüsə birdən dedi: 

-Aga  evdən təzə çıxmısan? 

-Yox çoxdan, necə ki...  

 

 



__________________Milli Kitabxana_________________ 

361 


 

-Heç, dedim bir əvvəl  Əlmuxtarın pitisindən adama bir bardağ buyurtduraq, 

sonra sənə bir allahı sözüm də var idi... 

Seyyid gülümsədi, başa düşdü ki, Cavad onunla tək qalmaq istəyir, amma 

özünü o yerə qoymadı: 

-Dostum Cavad, Nəvayi rəhmətlik buyurub ki, istəyirsən səhhətin olsun, az ye, 

istəyirsən sözünün kəsəri olsun az de. 

-Hə, deyirəm axı. Neyşə bəs bu şirvanlılar xurma xörəkdi? Yeddi adama Nanəli 

budaqda beş yumurtanın soyutmasın yeyərlər, özü də and içərlər ki, "söləsən, 

meyitüvü görüm nıx deyincən yemişəm". 

Yenə də qəhqəhə qopdu. 

-Sizə  məlumdur ki, mən məşriq-zəminin bir çox tanınmış  şəxsiyyətləri ilə 

dostluq eləyirəm, onlarla yazışıram. Onların içərisində elələri var ki, heç üzünü 

görməmişəm. Qiyabi yazışıram. Məktublaşıram. 

Belə qiyabi dostlarımdan birisi də  Mərənddə yaşayan mərsiyə  şairi Molla 

Süleyman idi. Yaxşı yadımdadır; bir dəfə  İran səyahətlərimdən birində yolum 

Mərəndə düşdü. Burada bir neçə gün dincəlmək, nəhayət ki, Molla Süleyman 

dostum ilə görüşüb danışmaq istəyirdim. 

Şəhərə gecə yandan ötəndə varid olduq. Kişini axtarıb tapmağı səhərə qoydum. 

Heç kəsi narahat etmək istəmirdim. Karvansaraya düşdüm.Gecə yorğun-arğın idim 

deyə çox şirin yatmışdım. Səhər yuxudan oyananda gördüm ki, "lat-lüt, ya qərib 

imam Riza" qalmışam. Bütün şeylərim oğurlanıb. Yəni əslində nəyim də var ki, bir 

üst geyimdən başqa. 

Alt paltarımda necə vardımsa, eləcə  də hücrədən çayxanaya endim.Çayxananın 

yarımqaranlıq bir guşəsində oturub vəziyyətimi düşünürdüm. Öz-özümü həm 

danlayırdım, həm də görkəmimə gülürdüm. Gözləyirdim görüm işin içindən necə 

çıxacam. Molla Süleymanı tapıb ondan,ya başqasından necə yardım istəyəcəm. 

Elə bir o qədər keçməmişdi ki, çayxana dolmağa başladı. Məhərrəm ayının 

əvvəli idi. Birdən içəri bir molla girdi. Çayçı şagirdi mollanı görən kimi, hörmətlə 

ona taxt üstündə yer göstərdi, döşəkçə saldı. Molla çayxana sahibi və müştərilərlə 

salamlaşıb  əyləşdi. Görünür buralarda nüfuzlu adammış. Bir azacıq keçməmiş, 

müştərilərdən biri dedi: 

-Molla, gəlsənə bir mərsiyə deyəsən... savabdı. Elə boş-bekar oturmuşuq. 

Allaha da xoş gedər, bəndəyə də... 

Molla etiraz eləmədi. Boğazını arıtlayıb mərsiyəyə başladı. Babət də  səsi var 

idi. Mərsiyəni eşidən kimi bildim ki, bu elə  mənim üzünü görmədiyim dostum 

Molla Süleymanın mərsiyəsidir. Hələ bəlkə oxu 

 

 




__________________Milli Kitabxana_________________ 

362 


 

yan da onun özüdür. Qərəz, nə başınızı  ağrıdım; kişi mərsiyəni  əzbərdən 

deyirdi. Birdən "Sal bir nəzər bu ərseyi-meydana, ya Əli!" -deyib, duruxdu. Dalını 

gətirə bilmədi. Görünür ki, yadından çıxmışdı. Bir neçə  kərəm "Sal bir nəzər bu 

ərseyi-meydana, ya Əli!" deyib təkrarladı. Dilim dinc durmadı. Oturduğum 

küncdən səs verdim: "Eşşək satan mərəndli Süleymana, ya Əli!" deyib səsləndim. 

Hamı başını çevirib mənə tərəf baxdı, qəzəblənmişdilər. Bircə Molla Süleymanın 

özündən başqa! Birdən kişinin üzü güldü, elə bil çiçəyi çırtladı. Boylandı, küncdə 

məni görən kimi yerindən qalxdı. Adamları basa-basa üstümə cumdu. Gələ-gələ də 

deyirdi: 

-Vallah, sim vallah, sən cənab Hacı Seyid Əzim  Şirvanisən. Bunu ancaq və 

ancaq Seyyid deyə bilər... Bu cavabı  təkcə o verə bilər. Bir zihəyat, bədahətən, 

misranın dalını Seyiddən başqa heç kim belə tondürüst deyə bilməzdi. 

Öpüşüb görüşdük. Çəkib apardı məni evinə. Neçə gün qonaq saxladı. Çayçının 

vasitəsilə  şey-şüyümü  əxz eləyəni də tapdırıb aldı  və  gətirib özümə qaytardı. 

Dedim: 


-Molla qardaş, nə kələk işlətdin ki, oğru şeyləri qaytardı? Dedi: 

-Seyyida, gümanım gələn oğruya xəbər çatdırdım ki, sən öləsən bu gələn və 

malı  oğurlanan qərib, məşhur  şair Hacı Seyid Əzim  Şirvanidi.  Əgəmləri malını 

tapıb özünə qaytarmasaq, bir elə  həcv yazar ki, Mərəndi ilələbəd biyabır eləyər. 

Sən demə o da yaman Mərəndpərəst, vətənpərəst oğru imiş. Vətəninin biabır 

olmağına, həcvə düşməyinə qayil olmayıb. Gətirib çayçıya verib deyib: "Sən, 

qardaş, qaytar, mənim adım olmasın. Mollaya da de ki, bir qələtdi eləmişəm, 

bağışlasın məni". 

Hamı gülüşdü. Gənclərdən bəzisinin simasında nə isə bir qürur duyulurdu. 

"Bax, bizim Ağa belədir". Cin Cavad birdən nə isə xatırlayıb Seyid Əzimə 

müraciətlə ciddi tərzdə dedi: 

-Ağa, doğrudan sizə qonaq getdi... Əvvəli bu, ikincisi Məşədi səni axtarırdı. 

Dedi ki, Kərbəlayı Vəli gəlib, səni görmək istəyir...  

-İndi ki, evə qonaq gedib, onda gərək əvvəl evə dəyəm...  

-Yox, elə mən də dedim: deyəsən, qonaqları var, bəlkə evdədi. yox, qonaq da 

Kərbəlayı  Vəliynəndi. Odu ki, əvvəl elə  Qırmızı Qulamın qulluğuna buyursan 

məsləhətdi... 

Şair, Sarvan Kərbəlayı  Vəlinin onu axtarmasına təəccüb eləmədi, çünki Bakı, 

Gəncə, Təbriz,  Ərdəbil dostları  Ağa üçün bəzi tapılmayan bir əlyazması, ya 

Xorasan kürkü, ya bir Misri əba, Şirazi qələm- 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə