Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə130/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   126   127   128   129   130   131   132   133   ...   143

__________________Milli Kitabxana_________________ 

384 


 

Bir  də Minasoltanın yanında heç onunla kəlmə  də  kəsə bilməz... Utanardı... 

İndi  əlinə fürsət düşüb - onda da həya qoymur... Odur, Qaratel nağılı qurtardı, 

uşaqları rahatlayıb özü də yerinə girdi. Çağa azacıq süd gəlmiş  məməsini  əmib 

yatdı... Ağa neyşə uşağa bu adı qoydu? 

Küçədən hənirtilər kəsildi, bir azdan sonra Meşədi Qənbərgildən Minasoltanı 

ötürənlər gəlib çıxacaq, yenə  də fürsət  əldən gedəcək... Seyyid isə Ceyran üçün 

şərait yaratmaq, ürəyindəkiləri bilmək istəyirdi. O ikiqat salınmış yorğanın üstündə 

uzandı, mütəkkəni itələdi, süfrəni yığışdırıb qurtarmış Ceyranı yanına çağırdı: 

-Bura gəl, Ceyran, bax, bura, bu mütəkkəni o yana elə, - deyə Ceyranı yanında 

əyləşdirdi, başını ilk gəlinlik gecəsində imiş kimi qıp-qırmızı  qızaran arvadının 

dizinin üstüno qoydu: 

-Hə, bax belə... İndi danış görüm nə var? Ürəyini yeyən nədi,Ceyran?! 

Ceyran əlini ərinin ağ tikmə araqçınlı başına qoydu, gicgahlarını tumarlamağa 

başladı. Seyid Əzim bu balaca qayğıkeş əli tutub yanağına sıxdı: 

-Hə,başla görüm... 

Ceyran, nəhayət ki, dilə gəldi. Neçə vaxtdan bəri ürəyinə dolanları açıb tökdü. 

O danışdıqca Seyyidin qəlbi sıxılırdı. "Bir bax, gör nəyi nəyə  həml edirlər? Gör 

mənə hardan hücuma keçirlər?.. Nə eybi!.. O, Ceyranın  əzablarına razı ola 

bilməzdi, onu sakitləşdirmək vacib idi. Hər  şeydən  əvvəl axı Ceyran uşaq 

əmizdirir...  Şair çevrildi, üzünü Ceyranın zərif dizlərinə söykədi,  əllərini tutub 

hərarətli öpüşlərə qərq elədi: 

- Ceyran, əzizim, - dedi, - sən də onlara inanırsan? Məgər mənim bütun 

həyatım, gecəm və gündüzüm sənin gözünün qabağında keçmırmi? Sən məni 

haçan sərxoş, sərməst görmüsən? Səndon əvvəl, cavanlığımda bu olub, səndən nə 

gizlədim? Amma elə ki, varlığımı, kimə və nə üçün lazım olduğumu, əməllərimi, 

arzularımı  dərk eləmişəm , bilmərə  tərgitmişəm.  İnan mənə!.. Qaldı... gözəllik... 

Sən özün bilirsən ki, mən gözəllik aşiqiyəm, Ceyran! Şeir və gözəllik aşiqi. İncə 

lik,məhcubluq, nəciblik aşiqiyəm! Xah insanda, xah təbiətdə, xah bəşərdə, xah 

kainatın başqa zihəyatında... Güllərdə, çiçəklərdə, dağlarda, dərələrdə, çəmənlərdə

xah kişidə, xah övrətdə... Məgər sən bunu bilmirsənmi,  əzizim, mehribanım, 

Ceyranım? 

Aşiqinin sözləri qəlbinə incə bir musiqi kimi zövq verən Ceyran 

 

 




__________________Milli Kitabxana_________________ 

385 


 

-Bilirəm!.. - O tək bir söz dedi, o eşitmək, dinləmək istəyirdi... 

-Bilirsən... Məgər körpə bir uşağın ilk təbəssümü mənə, təzəcə açılmış bir 

qönçə kimi, gözəl bir musiqi, zərif bir şeir kimi, ətirli bir reyhan, nəcib bir gəncin 

nazik rəftarı, dərin əqli kimi, eyni bərabərdə zövq və fərəh vermirmi? Sən ki, bunu 

bilirsən... 

-Bilirəm!.. 

-Amma yenə də... şübhələr, qəbih sözlər qəlbinə yol tapır... Axı bütün bunlarsız 

insan cahildir, ölüdür, Ceyranım... Sənin o qədər dərin-dərin iman bəslədiyin cənab 

Əli deyib ki: "Və filcəhli qəbləlmoti motün iləhlihi və  əcsədühüm qəbləl-qüburi 

qüburun", - yəni cahil adamlar ölümlərindən əvvəl cəsəddirlər, qəbrə girməmişdən 

qabaq elə qəbirdədirlər, diri ikən... Sən cahil adamların sözlərinə, qiybətlərinə fıkir 

vermə... 

-Vermərəm... 

-Deyirsən... hər danışığımızda, hər söhbətimizdə bu məsələlərə qayıdıram, 

amma yenə  də xala-bacılar, bibi-cicilər sənə üstün gəlir. Sən vaxtın olanda 

oxumağa fikir ver, kitablara bax, onda daha yaxşı başa düşərsən... 

-Baxaram... 

Həyətdən hənirti eşidildi, deyəsən, Minasoltan qayıdırdı. Ceyran qayınanasının 

gəlişini duyunca cəld hərəkət etdi. Seyid Əzim  Şirvani başını arvadının dizinin 

üstündən götürüb, mütəkkəyə yaslandı. Ceyran qalxıb qapıya çıxdı, qayınanasını 

qarşıladı. İçəri girən arvadın çadrasını alıb bükdü: 

-Hələ yatmamısan, bala? Yorulub əldən düşmüsən ki... Get uzan, dincəl... O 

başdanlığı mən hazırlaram. İftar eləmisən? 

-Bəli, məmə... 

-Ağa necə? Çaydan-zaddan vermisən? 

-Bəli, məmə... 

Şair anasını görüncə gülə-gülə soruşdu: 

-Hə, məmə, necə keçdi səninçün? 

-Lap yaxşı, bircə siz sarıdan nigarandım? 

-Bizə nə var ki, oturmuşuq özümüzçün... 

-Ac-acına... 

-Elə neyşə, məmə, əməlli-başlı şam eləmişik. Sənin gəlinin də özünə oxşayıb, 

heç adamı ac qoyar? 

Tərifdən utanan Ceyran Öməri beşikdən götürüb əmizdirmək üçün uşaqlar 

yatan otağa keçdi. 

 

 



__________________Milli Kitabxana_________________ 

386 


 

Seyid  Əzim də qalxdı, divardakı taxçaya düzülmüş kitablarını araşdırmağa 

başladı. Burada onun səyahət zamanı aldığı, Qırmızı Qulam vasitəsilə əldə etdiyi 

kitablar və  əlyazmaları düzülmüşdü. Burada Xaqaninin "Töhfotül-İraqeyn", 

Nizaminin "Xəmsə", Firdovsinin "Şah-namə", Sədi, Hafız, Füzuli və  Nədimin 

divanları ilə yanaşı, Cəlalədin Ruminin "Məsnəvi"si, Rzaqulu xanın "Rövzətüs-

səfa"sı, Şəbüs-tərinin "Gülşəni-raz"ı, "Qamus", "Əxtəri-kəbir", "Gülüstan", "Şərhi-

lütəvvəl", "Fiqh", "Tarixi-Cahanara" kimi onlarla başqa mənzum və  mənsur 

kitablar, tarixə,  ədəbiyyata, dilə-sərf və  nəhvə aid, Şərqdə  məşhur olan müxtəlif 

əsərlər toplanmışdı. O bu gecə işləyəcək idi, həm də çox işləyəcəkdi. O atılan tənə 

oxlarının mənbəyini bilirdi. Alışlar, molla Qurbanqulular, Qapaqlılar, Abidlər onu 

xalq içində xarü zəlil eləyə bilməyəndə,  əllərini içəri, onun ailəsinin daxilinə, 

arvadının qəlbinə uzadır, bu pak, təmiz ürəyi şübhə, qorxu hissləri ilə yaralamaq

ürkütmək, onun vasitəsilə Seyyidi susdurmaq istəyirdilər? "Yox, bu olmayacaq, 

ağalar, Seyyid yaşayır və yazır. Seyyid sizin iç üzünüzü, xəbis qəlblərinizi, napak 

niyyətlərinizi yaxşı tanıyır və nə qədər canında can var, sizin mənfur daxilinizi açıb 

əlqə göstərəcək, sizi rüsvay-cahan edəcəkdir!!!" 

Yuxusuz gözlər oxuyur, yorğun  əllər, barmaqlar yazır, xalqının tərəqqisini 

dərindən arzulayan ürək çırpınırdı. Bu gecə Seyyidin evi və  aşı üzərində ilham 

mələyi, pərilər soltanı xüsusi bir ahəng və həvəslə çurdu... 

Aralıda, yan otaqda Ceyran balalarının yanında dirsəklənmişdi. O, Ana,o, baş 

yoldaşı idi, yorğun olsa da, yata bilmirdi. Nigarançılıqla, nürgüylə oyaqlıq 

arasında, Seyyidin otağından gələn hənirtiləri dinləyirdi  Birdən qalxıb ocağa bir 

xışma üzərlik, düz və atil-batil atdı, Allaha yalvarmağa başladı: "Allah, mənim 

Ağamı yerin-göyün bəlasından  hifz eylə!  İlahi, Mircəfərimlə  Həcərimin atasını 

şərri-şeytandan, quru böhtandan, arsız-qırsız adamların bəd nəfəsindən, tənə-tərizin 

xilas elə, öz pənahında saxla!" Ayişəylə Ömərin adını  çəkmədi. O,qızı  nə 

Minasoltan kimi Fatma, nə  də atası kimi Ayişə adlandıra bilmir sadəcə "qız", 

Ömərə isə təkcə "çağa" deyirdi.  

Şair isə qarşısındakı çıraq kimi için-için yana-yana işləyirdi.  

...Əgər Seyyidin başı yazıya qarışıq olmasaydı, yəqin ki, o da bizim nizlə, 

Füzuli ahəngilə deyərdi: "Ya rəb, xalqımın məhəbbətini qəlbimdə daha da əfzun 

eylə. Onun yolunda bəla artdıqca, mən bu bəla 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə