Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə132/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   128   129   130   131   132   133   134   135   ...   143

__________________Milli Kitabxana_________________ 

390 


 

baxışlarını  gəlindən qayınanaya çevirdi: "Salamat qalın, ana", deyib 

atıqəhmərlədi . 

...Yol uzun, o isə tək-tənha idi... Şair xəyalı təkmi olur? O öz tükənməz, bitib 

qurtarmaz xəyalları ilə özünə  həmsöhbət tapır, yola nərdivan qoyur, ürəyində 

keçmişi, gələcəyi qarşılaşdırır, dostu dost, düşməni düşmən dililə danışdırırdı. İndi 

həmişəki kimi... Xəyallar... xəyallar... Yollar kimi bitib-tükənməz, uzun, yorucu 

ağır xatirələr... Elə onda Seyid Əzim külfət dərdi, ruzi dərdi ilə səfərə çıxmışdı... 

Amma necə? İndi bu necəyə cavab verirkən, o ağır qışdakı acı bir gün gözlərinin 

önündə canlandı: 

 Şair axşamdan bəri uşaqlara o ki, var nağıl demiş,  şeir oxumuş, lətifə 

söyləmişdi, amma "ac qılınca çapar", əlindən bir şey gəlməmişdi, o uşaqları 

ovundura bilməmişdi. "İlahi, nə yaman dərddir aclıq dərdi.  İlahi, məni aclıqla 

imtahana çəkmə! Mən bu dilsiz-ağızsız körpələrin üzünə baxa bilmirəm. Mən 

Ceyranın solmuş simasını seyr eləyə bilmirəm. Anamın məndən gizlətdiyi 

baxışlarına nəzərim toqquşanda xəcalətdən yer ayrılmır ki, içinə girim". 

İndi artıq ana və nənənin dilə tutub ovundurduğu uşaqlar bitab düsüb uyumuş, 

səksəkəli, həyəcanlı bir yuxuya getmişdilər. "Ceyran, sübh əzanında deyirsən? 

Doğrudan?  Şirin dayı  gətirəcəy? Yox? Onda bəs kim? Xortdan? Damdabaca? (o 

vaxt uşaqlar lap kiçik idi) Eh, heç onlar da adama şey verər? Yəqin Ağam gedib 

alacay!.." Ana zəif təbəssüm, ehmal sığallarla bu xırda başları, incə ürəkləri 

ovundurmuşdu. Sonra Ceyranla məmə o biri evdə oturub nə isə  pıçıldaşırdılar. 

Yəqin ki, dünən  Şirini hardansa gətirdiyi azuğu lobyanı qaynatmaq haqqında 

məsləhətləşirlər. Gəlin deyirdi: 

- Məmə, gəlsənəm, o boranını da kəsim vurum böyrünə, bir sıxma axta zoğalı 

da varımızdı, eləyim pırtdama-qəlyə. 

-Yox ,ay bala,-deyə Minasoltan dərindən köksünü ötürdü. Təcrübədən bildiyi 

şeyi güclə dodaqlarına gətirdi - başına dönüm pırtdama iştah açar, onun gözünə bir 

parça əppəyi də lazımdı axı... Yox, ele qoy lobyanı tək bişir: duzla, mədə tutandı, 

ürəklərin tutar. Boramnı da eıə-belə parça-parça bişir, qoyarsan təndirə... Yox, mən 

nə deyirəm, ay bala, heç belə vaxtda bir parça boranı üçün də  təndir qalarlar? 

Qoyarsan kürədə, tavada bişər gedər... 

…..Xudaya-xudavəndə ömrüm uzunu sənə yalvarmış, əlimdən gələni eləmiş və  

məni namərdə möhtac eləmə demişəm: 

 

 



__________________Milli Kitabxana_________________ 

391 


 

Xodavəndə, behəqqi şahi-mərdan  

Məra möhtaci-namərdən məgərdan... 

 

Bəs budurmu sənin ədlin, ya rəbbi, əgər sən varsansa, niyə o gül üzlü, günahsız 



körpələri ac qoyursan? Onlar sənə neyləyiblər? Elə Molla Qurbanqulu demişkən 

tutum ki, mən günahkar bəndəyəm: sənə layiqiynən dua eləməmişəm, namazımı 

keçirmişəm, orucumu yemişəm. Bu mənim günahım. Mənə özün o dünyada nə 

cəza verərsən qailəm. Bəs onlar, bəs məməm ki, ömründə bir gün oruc yeməyib, 

bir vaxt namazı qəzaya qalmayıb, hələ hər gecə qıldığı hacət namazları ilə nə qədər 

sənin dərgahına əl açıb? Bəs Ceyran, o süd əmizən, körpələr pənahı ana! Süd verə-

verə oruc-namazın keçirməyib, hər  əlini qazi-yol-hacata qalxızanda, "ilahi deyib, 

balalarıma yazığın gəlsin! Ruzilərini bol elə! Ərimi külfət yanında xəcalət eləmə!" 

Budurmu sənin  ədlin, ya rəbbi? Budurmu sənin böyüklüyün! Ey cəbbar, qəhhar, 

qadir, kərim Allah!.. İndi mənharaüz tutum?.. Bu sözləri şair ondamı demişdi, ya 

indi ürəyindən qopurdu nə  fərqi var ki: elə köhnə hamam, köhnə tas, heç nə 

dəyişməyib... 

...Bayırda yel elə uğuldayır ki, elə bil yüz min canavar birdən ulayır, yüzlərlə 

çaqqal birdən qəhqəhə çəkirdi... Tufan qalxmış, dağların-daşların üstünü bir neçə 

gündən bəri örtmüş qarı qalxızıb havaya sovurur, yeri-göylə birləşdirirdi, qar 

yağmırdısa da, elə bir çovğun idi ki, göz-gözü görmürdü. Hamı axşamdan evlərinə 

çəkilmişdi. Var evlərində kürsülər buğlanırdı, manqallarda qızarmış köz kömürlər 

kürsülərə uzadılmış ayaqları  qızdırır, xoş istini cana yayırdı. Kürəklər mütək-

kələrə, başlar nazbalışlara söykənmiş, kürsü yorğanları  çənələrəcən çəkilmişdi. 

Arabir kürsünün üstündəki lahıc məcməyilərinin içində qorğa, ləpə, iydə, ləbləbi-

kişmiş, innab kimi xuşkabar götürüb ağzına atan kim, kürsünün cəhəngində isti 

saxlanılan çaydanlardan çay süzüb içən kim, yağlı, xuruşu pilovları iştəha ilə içəri 

ötürənlər kim idi... Əlbəttə, bu varlı, var evləri idi... Bəs bizdə  nə var?.. Ceyran 

əllərini hovxura-hovxura axşamdan bəri kömür xəkəsindən düzəltdiyi xəkə-

güllələri min əzabla qızartmış, manqala yığmışdı. Qoru, dəmi çıxmış manqal 

kürsünün altında haçandı ki, keçmişdi.  İsti külü qurdalamaqdan bir şey 

çıxmayacaqdı. Qızardıb manqala əlavə eləməyə yararlı kömür yox idi. Səhərə 

yaxın kürsü buza dönəcəkdi. Ac uşaqların canını soyuq 

 

 



__________________Milli Kitabxana_________________ 

392 


 

alacaqdı, Ceyran gərək səhər obaşdandan da avvəl duraydı, qalan xəkə-gülbləri 

daldada qızarda bilsə, gətirib kürsüyə qoyaydı. Uşaqlar oyanmamış, canların soyuq 

almamış... 

Dərd Seyid Əzimin ürəyini almışdı... "Getməliyəm... Hara olsa getməliyəm. 

Səhər onların gözlərini bir də elə bu gecəki kimi görə bilmərəm... Nağılnan gecə 

ovundurdum, gündüz ovundura bilmərəm..." Bu gecə Şirvan evlərindən neçəsində 

balalar belə yatmış, neçəsində belə ataları  xəcalət təri basmış, necəsində belə 

analar, nənələrin gözlərinə yuxu girməmişdi? Kim bilir... Tarix bu haqda bir şey 

yazmır... Təkcə "quraqlıq ilinin ağır nəticələri..." "Məşhur aclıq ili" deyib keçir... 

Biz də keçəkmi, dostlar? Bu olan iş deyil. Biz sizinlə sözləşmişik ki, tarixin geri 

dönməyən, kitab səhifələrinə girmiş günlərinə mütləq nəzər salacağıq... Biz o 

günləri bircə-bircə olmasa da, gözdən keçirəcəyik... Gəlin qalın geyinək, nağıl 

həvəsli nənələr kimi ayağımıza dəmirdən çarıq geyək, əlimizə dəmir əsa alaq... Yol 

uzun, səfər ağırdır... 

...Sübhün gözü açılmamış Ceyranın və Minasoltanın hənirtisi gəlirdi. Seyid 

Əzim yerindən durdu. Qalmığı  dəridən papaqçı  Əliqulu kişinin tikib Ağaya 

hədiyyə elədiyi (Allah bilir ürəyində nə niyyətə vermişdi, xüms idi, nə idi) börkü 

başına qoydu, çuxanın üstündən sarı, Xorasan kürkünü geydi. Dəstəgül arvadın 

toxuyub pay göndərdiyi yun şətəlləri və şiblelləri ayağına çəkdi. Yaqsay dostunun 

bağışladığı ağ başlığı börkün üstündən başına doladı və nağıllarda deyildiyi kimi 

altdan geyinib üstdən qıfıllandı və həyətə çıxdı. Ceyran xəkə-güllə qızardırdı. Man-

qal həyətdə tüstülənirdi. Qar dayanmış, külək azalmışdı, təbiət ayazlı, sazaqlı, 

şaxtalı, amma aydın bir səhər vəd edirdi. Ağanı yaraq-əsbablı, əli ağaclı, çiyni kürk 

və başlıqlı həyətdə görəndə Ceyran da, Minasoltan da təəccübləndilər. Ana yenə də 

həmişəki sualını verdi: 

- Hara belə, oğul, xeyir ola... 

Ağa gözlərini uzaqlara dikdi; o baxışlarını anasından və Ceyrandan gizləməyə, 

qaçırmağa çalışırdı. 

-Xeyir  olmamış nə var, lənət şərə... Balaca bir gedən yerim var.  

-Uzaqdımı, dərdin alım? 

-Yaxşı bilmirəm, məmə, bir az geciksəm nigaran olma.  

Ana hər şeyi anladı...  

-Yaxşı get , Allah xeyir eləsin... 

 “Çox sağ ol, ana, yaxşı ki, özün başa düşürsən, sənə daha izahat nə lazım?” 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə