Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə121/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   117   118   119   120   121   122   123   124   ...   143

__________________Milli Kitabxana_________________ 

357 


 

Yerdəki ot qurşağa dəyirdi. Qızılgül kollarının üstündə lap açıq çəhrayı güllər 

topa-topa açılmışdı. Elə bil hər budağın üstündə bir çıraq, yox bir günəş yanır, 

bahar öz töhfələrini tabaq-tabaq təqdim edir... elə bir lütf ilə, elə bir nəvazişlə ki... 

Şair gözlərini göylərə çevirdi. Səma çox uzaq, çox dərindi. Firuzəyi qübbədə 

bir dənə də bulud, bircə parça ləkə, kölgə yox idi... Göylər uzaq-uzaq, xəfif-xəfif, 

mehriban-mehriban gülümsəyir, göylərin bu nəvazişkar təbəssümündən yerlərə elə 

bil bahar səadəti səpələnirdi.  Şairin ürəyi telləndi: "İlahi! Hardasan, kimsən, 

nəçisən -bilmirəm... Qoy səni ərəb - Allah, erməni - Astvats, urus - Boq, türk 

-Tanrı adlandırsın... Kimliyini, bu əngin, füsunkar fəzanın hansı yerindədirsə, 

mövqeyini bilmirəm. Amma bu mütəbəssüm aləmi yaradan ulu qüvvət- sənə səcdə 

eləyirəm, sənə inanıram... Mənim də mənliyim hürufilər demişkən eynən sənin öz 

təşbehində xəlq olunub",- deyə özü də öz xəyallarına gülümsədi. "Qəribə aləmdir, 

bir tərəfdən sənə, yaratdığın bu böyük, gözəl və möhtəşəm dünyamız, nemətlərimiz 

üçün təşəkkür edirəm, ahunun nəfəsində ətri, arının yuvasındakı lətif balı, qurdun 

qarnındakı  zərif ipək tellərini sən xəlq eyləmisən,amma Molla Qurbanqulunu da, 

əqrəbi də, naməşdi Alışı da, birəni də  sən yaratmışsan... Necə olub ki, bir insan, 

mənim kimi ətdən, qandan gəmikdən yaranan bir insan yer üzərində Allahın, bu 

böyük intəhasız göyləri,ərzü səmavatı, ayı, ulduzları, aləmməfruz günəşi yaradan 

böyük xaliqin vəsisi olsun? Ona peyğəmbərlik, buna imamlıq, o birinə də seyidlik

molla və dərvişlik verilsin (Seyid ha!!! Unutdunmu, şairim, məgər sən özün də o 

silkə  mənsub edilmirsən?). Axı bu adamlar da mənim kimi,Cavad kimi, Şirin 

Abdulla təki, Qırmızı  Məşədi Qulam kimi adicə adamlardır.  Ətdən, damardan, 

sümük və  dəridən ibarətdilər. Onları da xəncərlə öldürmək, bıçaqla yaralamaq 

mümkündür. O da mənim kimi dərdlərə, bəlalara mübtəladır. Özünü düşmən 

öldürür, balalarını da əsir aparır. Onun nəyi məndən artıqdır. Böyük Yaradan

məgər özünə daha başqa qüdrətli, sitayiş  və hörmətə layiq ayrı bir vəsi yarada 

bilmirdi? 

Dünən qapımızı birisi kəsdirib: 

-Ya Cədda!!! - bəli, məlum olur ki, bu, yer üzünün xaliqi olan Allahın 

rəsulunun nəslindəndir və biz qara camaat da gərək həmişə, ömrümüz uzunu bunun 

qarnını doyuraq. Deyirəm: 

-Qardaş, sən seyidlik naminə necə dilənə bilərsən, axı? Axı  sən  şahzadəsən, 

peyğəmbər adına sual etmək, dilənmək olmaz... Peyğəmbər övladı, Hüseyn övladı 

şah nəsli sayılır... 

 

 




__________________Milli Kitabxana_________________ 

358 


 

Yandan kimsə qayıtdı ki:  

-Aadə, bu sənin öz əmin oğlu, seyiddi... 

-Bə sən neynən dolanırsan, xalqdan dolanmırsan bəyəm? 

-Mən heç olmasa, cəddim naminə heç kəsi allatmıram. Elə-belə yeri düşəndə 

həmvətəninizəm,  şairinizəm, balalarınız üçün yuxusuz gecələrimin məhsulu olan 

kitablar,  əşar təlif eləyirəm, külfətim möhtacdır deyirəm; mən aldatmıram, açıq 

dilənirəm... (Seyyidin bu düşüncələrində elə bir acı kədər, dərin iztirab var idi ki, 

indi üzündə  əks olunduğu kimi, o zaman da əks olunmuş  və müsahibini belə 

dəhşətə  gətirmişdi, indi onda olduğu kimi bu böyük kədərə, dərin yaraya 

toxunduğu üçün yenidən ağrındı). 

...Ağa bu düşüncələrin ağır yükünü yüngülləşdirmək üçün təpədən endi. "Eh, 

lənət şeytana, bir enim Bəzzazbazara, görüm Cavad nə fənddədi?" - deyə düşündü. 

...Bazara enən yolu indi artıq ot basmışdı, il yağıntılı keçdiyindən çayır o qədər 

çox idi ki, səhərdən axşamacan təpik döyən yollar belə göyərmişdi.  Şair düşünə-

düşünə irəliləyir, bazara tərəf enirdi. O, bazara çatanda uzaqdan Yetim Hüseyn 

avazla oxuya-oxuya tabaq gəzdirirdi: 

 

Halva dadlı, təmlidi,  



Satan da məlhəmlidi. 

 

Tut ağacının altı qələbəlik idi. Cin Cavad yenə də öz məşhur yerində, - "Cavad 



daşının" üstündə oturmuşdu. Başına da xeyli adam yığılmışdı. Ağanı  hələ ki, 

görmürdülər. Üzü Cavada durub onu dediyi hansı bir lətifəni və ya şeri isə maraqla 

dinləyirdilər. Aralıda  Şirvanda təzəcə  çıxmış cigir-cigir havasında oxuya-oxuya 

gedən bir kasamasçı gözünə sataşdı. Kişi bir-birindən kiçik qatıq dolu üç cürdeyi 

üst-üstə qoyub başında gəzdirir və qatıq satırdı. Əlində abgərdən var idi. İstəyənə 

qatığı bu abgərdənlə cürdəklərin birindən götürüb verirdi. Yeridikcə çigir-çigirin 

ahənginə uyğun olaraq, elə məvazinət saxlayır və dingildəyirdi  ki,elə  bil cürdəklər 

onun başına yapışqanla yapışdırılmışdı:  

 

Tiflisin bürcü mənəm,  



Dil bilməz gürcü mənəm, 

 

 




__________________Milli Kitabxana_________________ 

359 


 

Baş qoyum dizin üstə,  

İl yatsam incimərəm.  

Cigir-cigir, cigir-cigir.  

Sənə qurban yazıq canım... 

Mahnının incə, eyni zamanda oynaq ahəngi ürəyə yatımlı, kasamasçının səsi də 

xoş idi. Odur ki, bir neçə  nəfər dayanıb kişiyə tamaşa edir, uşaqlar da dalınca 

düşüb gedirdilər. 

Ağa xoş avazla oxunan təzə mahnıya bir xeyli qulaq verdi və cavanın ahəngdar 

hərəkətlərini, rəqqas yerişini xeyli izlədi, sonra da Cin Cavadın dəstəsinə 

yaxınlaşdı. Dostunun səsini hələ heç onun üzünü görməmişdən əvvəl eşitdi. Cavad 

deyirdi: 

 

Gəldik cahana ləzzət alaq molla qoymadı,  



İçdi, yedi... yenə də qarnı doymadı... 

 

-Ha... ha... ha... 



-Ə, yavaş gülün, eşidən olar... 

-Cavadı qoyasan elə mollaya, dərvişə sataşa... Amma heç bir demir ki, 

onlardakı vardan, dövlətdən bir mənim də olaydı... 

-Yəqin paxıllıqdan sataşır olara, əlinə düşmür, deyir iylənib... 

-Sö-ləsən, meyitüvü görüm, kəlləpaçanın da dili-ağzı var, Allahın lal heyvanı 

da ac qalmaz. Cavadın əlinə keçsə, yeməz?.. 

-Lap lüm-lüm udar... 

-Budu ha... Ağa gəldi... Seyid adamdı, onda olar, Ağa,  əlim aşağıdı, üç-dörd 

günlüyə mənə bir beş manat əlborcu ver... - deyə Cavad Ağanı qarşıladı. 

Şair, Cavadın onu qəsdən dilləndirmək istədiyini anlayırdı. Nə Cavada pul 

lazım idi, nə də lazım olsaydı da onu Ağadan istəməzdi, varidatına bələd idi. Odur 

ki, Seyid Əzim onu görən kimi zarafatlaşmalarını yarımçıq kəsib cəld, böyük bir 

ədəb və hörmətlə salam verənlərin salamını aldı. "Cavad daşının" bir tərəfındə 

onun üçün hazırlanan yerə keçdi. Cavanlardan birisi nimdaş çuxasını çıxarıb Seyid 

Əzimin altına salmaq istədisə də şair, razılıq vermədi: 

-Yox, sağ ol, oğul, yaza, günə baxma, hava hələm soyuqdu, soyuqlarsan... 

-Sən də soyuq daş üstündə oturub və basir qazanarsan. 

-Canın sağ olsun, gedərəm,  əttarın yanına, deyər get bir çimdik kükürdü kərə 

yağında ərit, yax göy çadraya, yapışdır yaraya... 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə