Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə125/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   121   122   123   124   125   126   127   128   ...   143

__________________Milli Kitabxana_________________ 

369 


 

solmuş qızılgül çıxdı. Kağızda, Ağa, sənin iki qəzəlinin əlyazması, özü də öz 

dəsti-xəttinlə, bilirsən ki, sənin xəttini yüz xətt içində tanıyıram. Tutiya kimi 

gözlərimə sürtdüm, öpdüm, biri "gül" rədifli, digəri "istər" rədifli qəzəllər idi. 

Şair diksindi, bu hal Kərbəlayı  Vəlinin nəzərindən qaçmadı, bundan sonra nə 

etmişdisə, "yersiz etməmişəmmiş, deməli, dürüst başa düşmüşəmmiş..." - deyə 

düşündü. 

Qırmızı Qulam Seyid Əzimin vəziyyətindən xəbər tutcaq, başqa bir şey 

duyacaq halda deyildi. Çünki sarvanın danışdığı hekayəti bütün varlığını qaplayan 

qəribə bir maraq və  həvəslə dinləyir, acıdığı yerdə gözləri dolur, baməzə söz 

eşidəndə gülümsəyirdi. Kərbəlayı Vəli sözünə davam etdi: 

-Bəli! Sənin iki qəzəlini bu bədbəxt arvad hardan tapmışdı, bilmədim, 

indiyəcən də bilmirəm və olsun ki, heç vaxt bilməyim; amma o, iki qəzəli tutiya-

təbərrik, molla yazan dua-ovsun kimi, müqəddəs bir şey kimi parçaya tikib, qızının 

qoluna bağlamışdı. Çox şükür eləyirəm Yaradana ki, sənin həmin qəzəllərin mənə 

düz yolu, sirati-müstəqimi göstərdi. Tez parçanı olduğu qaydada bağlayıb qızın 

büründüyü sigəciyə atdım, qoy bilməsinlər ki, sirlərinə  aşinayam. Arvad da bir-

təhər özünə gəldi. Amma çox üzgün, bitab idi. Hər ikisini arddaş-min-dəş dəvəyə 

mindirdik.  Ərəbi qaydada palankindən, gecavədən heç nəyimiz yox idi. Gədələr 

birtəhər onları sarıyıb sarmaladılar. Yola düşdük. Çovğun güclənirdi. Udulu 

dəvəçinin  şeylərini də xurcuna yığıb dəvəsinin üstündən aşırtdıq. Heyvanı, 

karvanın cərgəsinə qatıb yol aldıq, amma bu günü Pirəsənniyə çatmaq dayı 

mümkün olan şey deyildi, odur ki, gecəni qarammədli aşnam Azay bəyin evinə 

düşdük. Xeyli vaxt itirmişdik. Gecəni orda qaldıq. Azay bəyin külfəti Gülcamal 

bəyim tez azarlıya qaynar süd verdirdi. Dedim qorxub; onda daş yağı içirtdilər, 

qorxu daşını suya salıb suyun dadızdırdılar, nə bilim cəftə suyu, saç ucu suyu, daha 

nəynənsə qorxuluğun götürdülər. Udulu dəvəçinin dəvəsini və  şeylərini burda 

qoydum ki, qayıdan baş gəlib Uduluya gedərəm, külfətinə çatdırram. Zənənləri də 

özümlə Şəkiyə aparmalı deyildim, həm də azarlı, yorğun və donmuş idilər. Odu ki, 

onları da Azay bəyin külfəti Gülcamal bəyimə tapşırdım, dedim: 

-Gülcamal bacı, bu mənim bacımnan bacım qızıdı, azarlıdı,  Şamaxıya 

Mirzəmmədin yanına aparacağam. İş elə gətirdi ki, Şəkiyə dönməli oldum, bir neçə 

gün, mən Şəkidən qayıdanacan sizdə qalsınlar. 

 

 




__________________Milli Kitabxana_________________ 

370 


 

Gülcamal da, Azay bəy də arif adamdılar: başa düşürdülər ki, burda , üzə 

vurmadılar, ya özlərini elə göstərdilər ki, guya inandılar, ya da doğrudan da 

inandılar. Axı  mənə  nə düşüb onlara düzünü deməyəm. Qərəz ki, azarrılar orda 

qaldı, getdim Şəkiyə, yükümü yerbəyer elədim. Karvan adamı almalısını aldı, 

satmalısını satdı, qayıtdıq... Havalar hələ  də soyuq idi, amma dayı yazın nəfəsi 

gəlirdi, Novruz bayramına ikicə gün qalmış, qayıdıb gördüm ki, azarrının bərk 

qızdırması var, bu soyuqda heç yana gedə bilməz, amma qız yaxşılaşıb, üz-gözünü 

yuyub, bir mazarat qız olub ki, gəl görəsən... Bəli, azarrını  tərpətmək olmazdı. 

Gülcamal da, Azay bəy də and-aman elədilər ki: 

-Sən get işində ol, havalar babatlaşanda gəl apar, bizim kənddə çox hadığ bir 

arvad var, mamaçadı, həkimlikdən başı çıxır, Allah kərimdi... 

...Mən də dəvəçinin qəziyyəsini Azay bəyə danışmışdım, karvanı burda dincə 

qoyub, bir dəvə bir atnan addadım Uduluya, vaxtdan üç gün də keçdi, bayramın 

üçüncü günü gəlib qara xəbərini verdim külfətinə. Eh... Dünyada qara xəbər 

aparmaqdan pis iş yoxdur, amma nə çarə, kim isə biri deməlidi axı bu qara xəbəri 

də... 

...Karvan üçün Qarammədliyə qayıdanda azarlının bir az eyni açılmışdı, yanına 



getdim. 

-Bacı. dedim, kimsən, nəçisən, bilmirəm, soruşmuram da. Sarvan babayam, 

Allah bilir ki, ürəyimdəki bir şəxsin xatirinə sənin bütün istədiklərinə əməl elərəm. 

De göriim, səfərin haradı? Yüz min zərəlim olsa da, qorxma, yolumdan qalaram, 

aparram səni haqq yerinə çatdırram. 

Gözləri doldu: 

-Haqq yerə Allah aparır, qardaş. O da neyşə gecikdirir bilmirəm,- dedi, - əgər 

sənə zəhmət olsa da, bağışla məni. Bilirəm ki, əziyyətim çox dəyib, çox da yəqin 

dəyəcək. Bacara bilsən, bir ulaq tut, məni Şamaxıya, şair Hacı Seyid Əzim Ağanın 

qulluğuna, evinə göndər. 

İndi özün mülahizə elə, mən nə hala düşdüm, elə yazığım gəldi ki! Amma 

özümü saxlaya bilməyib soruşdum: 

-Sən onun nəyisən, bacı, qohumlarındansan? 

Susdu, gözləri axırdı, qızara-qızara: 

-Bacısıyam, - dedi... Ağlamaq tutduğundan üzünü örtdü. Ürəyimdə "yəqin 

mənim kimi, səni burada mənə bacı bilirlər, deməli, Seyyidlə mən də qardaşam", - 

dedim. Bəli, cavabında bir söz demədimsə  də, getmək sarıdan onu 

arxayınlaşdırmaq istədim: 

-Bacı, - dedim, - arın-arxayın ol! Sənin mənə heç bir zəhmətin düşmür, çünki 

yolum onsuz da elə oraya idi, amma Allah başıma döyə- 

 

 



__________________Milli Kitabxana_________________ 

371 


 

döyə  çəkib məni yoldan qırağa – Hacıqədirri səfərinə  gətirmişdi ki, gəlib o 

bədbəxtin də ölüm xəbərini külfətinə aparım. Hıçqırdı: 

-Xudavənda, onun əvəzinə  məni aparsaydın nə olardı? Ciyərim parçalandı, 

qardaş! 

-İndən belə sən mənim axirət dünya bacımsan, - dedim, - sən ki, Ağanın adını 

çəkdin, ona mənim malım da, canım da qurbandı. 

Bəli, nə baş ağrısı, mənzilimizin bir olmağını bilən kimi səhərə səfər tədarükü 

gördürdüm. Ordan da çıxıb birbaşa bura gəldim, azarlım da, qızını da dəvədə irah 

yer hazırlayıb özümlə gətirdim. Gülcamalbəyim qızı elə xoşlamışdı ki, "qoy bir az 

bizdə qonaq qalsın" bacıqızını deyirdi: yaman işlək qızdı, Allah bəd nəzərdən 

saxlasın, alt öydə arvadlar iməcilik eləyiblər, xalçam var onu kəsdirmək istəyirdim. 

Qaratel qız o qədər əlləşdi, hamıdan çox. Kirgid vurmaqdan, beş gündə qız kirgidə 

döndü, o qədər arıqladı, hananın qırağından durmurdu, axırı gücnən ayırdım, 

dedim: "Bala, dayun gələr məni qınar ki, beş gün bacım qızını evində qoydum, onu 

da işlətdin" - deyirdi, razı olmadım. Gördüm ki, anasının da heç tayı yoxdu. Bu 

gün səhər sizin darvazanın qənşərinə  gətirdim. Yalvarıb yaxardı ki, qoy özümüz 

gedək qapını döyək. Bəlkə "bacı" demək yalanının açılmağından qorxurdu, ya da 

bəlkə qapıdan qovulacağından ehtiyat eləyirdi, bilmirəm, Ağa. Amma elə yazıq, 

elə  məzlum görkəmi var idi ki, xahişini yerinə yetirməyə bilmədim. Sənin 

külfətinin elə iş tutmayacağını bilsəm də genə uzaqdan qara verdim. Gördüm, yox, 

qapı açıldı, onları içəri buraxdılar, sonra da qoyub getdim. Əgər, incimə, Ağa, 

çöldə qalsaydılar, sənin o iki qəzəlini saxlamağı xatirinə, mən onları elə ordan 

götürüb aparacaqdım öz evimə və necə demişdim elə də axirət dünya bacım olacaq 

idi. Amma gördüm ki, yox, qapıdan geri qayıtmadı. Mən də  çıxdım qoydum 

gəldim. Malları Ağa Rəsula təhvil verəndən sonra, özümü həmişəki kimi, verdim 

dostumuz Məşədi Qulamın dükəninə, dedim: ən yaxşı yer buradı ki, qəziyyədən 

səni burda hali eləyim. 

Hekayətin sonuna doğru bir neçə yerdə Seyid Əzimin gözləri dolmuşdu. 

Kərbəlayı Vəli söhbətinə xitam verəndə şair, geyməsinin cibindən yaylığını çıxarıb 

gözlərini sildi və dedi: 

-Çox sağ ol, qardaş! Yolumda böyük zəhmət çəkmisən. O zənən mənim doğma 

bacım deyilsə də, bacımdan da artıq bir yovuq adamımızdı. İnşallah xəcalətindən 

çıxaram... 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə