Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə136/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   132   133   134   135   136   137   138   139   ...   143

__________________Milli Kitabxana_________________ 

402 


 

Buraya  bir də obanın qəribə bir xüsusiyyəti üçün gəlir. Buranın camaatı deyil, 

qatı dindar da deyil; molla, seyid və dərvişlər buraya həvəslə ugramır, xam düşüb 

gəlirlər. Burada dərvişləri, pay yığan seyidləri, kəmsavad mollaları  əməlli-başlı 

dolayıb yola salarlar. Oba bir nəfər böyüklü-kiçikli məzəlilərdən ibarətdir.  Şair 

"Köpəyə ehsan",Molla və çoban" kimi mənzum hekayələrindəki zəki kəndli 

surətlərini onların  xasiyyət və  rəftarını, dərvişə, mollaya münasibətlərini məhz 

tərəkəmə arasında görüb-götürüb, buralarda, bu ülgüdo elə  lətifələr ki, dindar 

yanında danışsan, səni kafir hesab edər, dindən xaric elan eləyər, lənətləyərlər.  

Molla dərviş buralarda çox duruş gətirə bilməz. Burada ən çox qiymətləndirilən 

şey ağıldır, tizfəhmlikdir, incə-qaba-zarafata dözüm, anlaqdır. Tərəkəmə camaatı 

şairi həm də bu tizfəhmliyinə, baməzə  lətifələrə mayilliyinə görə  də sevir, 

qiymətləndirirdilər. Seyid Əzim burada hər evin  öz adamı idi, ailə üzvü, el 

ağsaqqalı, başbiləni idi. Gəldimi, böyüklü-kiçikli, kişili-arvadlı  hər axşam başına 

yığılar, söhbətlərini , evbəev qonaq aparar, hansı evdə gecələsə, başına yığılar, 

onun qonagı olardılar. Gecə yarıyacan yanından ayrılmaz, xeyir işi olanlar Agadan  

xeyir-dua istərdilər.  

Yari xoş-yarı güc ayaqlarını yuyub quruladılar, evə keçirib döşək üstə 

əyləşdirdilər. Hələ kişilərdən heç kəs görünmürdü. Hamının başı toyxanada, 

ağsaqqalların cəmləşdiyi alaçıqda, qazan üstə, heyvan kəsdidə qarışıq idi. Mənsimə 

arvad qara aftafadan mis piyaləyə çay töküb qənşərinə qoydu:  

"Can-can, iç başuva dönüm, Ağa, incığun çıxsın, sonra Quluya bir dua ver. 

Başına əl qoy. Özü utancaq xəsyətdi, gələn döyül...  

Deyə arvad nəvəsini xatırlayıb fərəhlə gülümsədi.  

Seyid Əzim çayı içdi:  

-Hardadı bəs bəy?  

-Əl-ayağını qayırmışam - xına yaxmışam, alaçıqların dalında, _bucaga çəkilib 

oturub. 


Şair təzə bəyi görməyə tələsdi. Piyalanı yerə qoyub qalxdı: 

-Məni ötür, oğlumuzu bir görüm...  

- Allah irazı olsun, Ağa, can-can...  

Arvad  irəli keçdi, alaçıqdan çıxıb oğrun addımlarla daldalardan qara-keçələrin 

dalına yönəldilər. Bəy utanıb qaçmasın deyə yavaş gedirdilər. Birdən onun gözü, 

dəvə yunundan toxunmuş təzə şalvar və don 

 

 



__________________Milli Kitabxana_________________ 

403 


 

geymiş cavana sataşdı. Bəy on səkkiz-iyirmi yaşında qaraqaşlı, tünd ala gözlü 

cavan idi. Təpəciyin dibində daş üstündə oturmuşdu. Baldıracan çırmaqlı ayaqları 

və əlləri kəklik ayağı kimi xınalı idi. Ağ nazik dərinin üstünü bu al rəng elə gözəl 

tutmuşdu ki, yaz günəşinin şüalarından şəfəq alıb, elə günəşin öz şüaları kimi qızılı 

rəng çalırdı. 

Şair bixəbər cavanı gözdən keçirib gülümsədi, qəlbində düşündü: "Təki 

əlləriniz başqa qana batmasın, balalarım, beləcə həmişə bəylik hənasına boyansın". 

Oğlan fərəhli, xəfif bir təbəssümlə hənalı əllərini seyr edərək, dərin bir xəyala 

dalmışdı. Bəlkə də bu əlvan əllər ona başqa, incə əlvan əlləri - gəlinin gül yarpağı 

kimi zərif əllərini xatırladırdı və buna görə də gülümsəyirdi. 

Şair və nənə böyürdən qəfil çıxdılar, cavan yerindən sıçrayıb qaça bilmədi, dik 

qalxdı, əllərini yanına, başını sinəsinə salıb durdu. Xəcalətdən üzü də əl-ayağı kimi 

qızardı, pörtdü, alnını tər basdı. Təbəssüm dodaqlarından qaçdı. Şair təəssüfləndi... 

"Bu təbəssümdə  nə  qədər böyük bir fərəh, bir bəxtiyarlıq var idi. Yalnız pak və 

məsum adamlar belə gülə bilir. Elə bil cəh-cəh vuran bir quş uçdu..." Şair bu 

gülüşü dodaqlara qaytarmaq üçün tez çıxıb getməyə tələsdi, oğlana yanaşdı, əlini 

onun güləbətin araqçınlı başına qoydu: 

-Xoşbəxt ol, oğlum, bəxtəvər olasan, Allah ulduzlarınızı barışdırsın,qoşa 

qarıyasız, oğullu-qızlı, nəvəli-nəticəli olasız. Biz də sizə baxıb fərəhlənək. Qədir 

mövlam səni və gəlinini babana-nənənə çox görməsin. Biriniz min olsun. Uruğlu-

turuğlu olasız. 

"Molla dilində" anlamadığı dualar əvəzinə müqəddəs Seyyidin -Ağanın 

dilindən belə ürəkaçan xoş sözlər, yaxşı dualar eşitdiyi üçün Mənsimə qarının 

uçmağa qanadı yox idi... 

-...Ağa, canım qurban, kişi hələ heyvan üstən qayıtmayıb, sabah kəsiləcək 

öyəcləri seçir, günorta nağılına da çox var. Aşıq, sənəmlidə yatıb dincəlir. 

Toyxanada zurnaçıynan nağaraçı uşaqları oynadır. Ürfət qızın yer salıb, sən keç bir 

az incığuvu al, kişi gələndə oyadaram,çörəkdən-zaddan yeyib keçərsiz toyxanaya, 

nağıla... 

...Toyxana ağzınacan dolu idi. Amma yazılmamış qanunla hərənin öz müəyyən 

yeri vardı. Yuxarı başda, aşıq dəstəsinin sağ  əlində  Kəblə Heybət baba və Seyid 

Əzim başda olmaqla, obanın ağsaqqalları, aşıqdan sol əldə və qənşərdə ortabablar, 

aşağı başda qapının cəhənglərində cahıl-cuhul əyləşmişdi. 

 

 



__________________Milli Kitabxana_________________ 

404 


 

Hələ nağıl başlanmamışdı. Aşıq qabağındakı çaydan içir və  məclisdə 

diksinmə", "Salami", "Uzundərə", "Heydəri", "Mirzəyi" rəqs-yaxşı oynadığı 

haqqında söhbətləri dinləyir, son kənd xəbərlərini öyrənirdi. Lazım olduqca o bu 

və ya başqa çatışmayan bir cəhəti ya dastanın münasib yerində tənqid edəcək, işarə 

vuracaq və da həmin bəd əməl aradan götürüləcəkdi...  

Aşıq çoxdankı tanışı Kəblə Salehə yaman sataşırdı. 

-Kəbleyi, deyillər genə işləri korlamısan? 

Kəblə Saleh - yox əşi, - deyib dinmədi, cırt çubuğunu sümürdü. Onun yerinə 

Kəblə Heybət kişi cavab verdi: 

-Necə korlamayıb, gedib Şirvana, irast olub orda cəddinə qurban Ağaseyidəli 

ağaya, mınnan nə soruşubsa çox bikef qayıtmışdı. Dedim nə var, lotu? Niyə 

bikefsən? Deyir: "Ağa soruşdu islamın  şərti necədi?, Hə, neynək, deyirəm,  əşi, 

deyəydin doqquz da... deyir: Əh, iki dedim heç irazılaşmadı...  

Məclisdən qəhqəhə qopdu.  

Aşıq yenə də Kəblə Salehi dindirməyə calışdı:  

-Sən on iki imamnan üsuli-dini bir-birinə qatmısan, bundan Allah dünyada 

özün bilərsən; amma bax, o bizim əmdostunu (aşıq, arvadını  nəzərdə tuturdu) 

incitməkdə heç yaxşı  iş görmürsən.  əybaşıya gedəndə rast oldu mənə, yaman 

gileyləndi. Deyir: elə selbələyib mənə örkon doğanağı ki, üç gündü qıçımı  çəkə 

bilmirəm. Qiyamətdə yaxasından tutacağam, çəkəcəm məhşər ayağına.  

Kəblə  Saleh gördü aşıq ondan əl çəkməyəcək, özünün də söz çinədanını 

deşirdi, dəyirmi sərçə gözlərinə  bənzəyən gözlərindən kələkbazlıq tökülə-tökülə 

çubuğu dişindən çıxardıb sözə başladı:  

-Əh, Allahın tuqi-lənəti gəlsin ona yalansa, bəs Allahın dava-dalaşdan başı 

çıxmır, haq-nahaq bilmir? Aşıq, başın haqqı, işə bax: süd daşır, pişik əti taxtanın 

üstündən qapıb qaçır, uşaq beşikdə cikkə çəkib, ağlayır, bu zalım zındığın qızı da 

əlində bir parça tutub mənə görkəzir ki, kişi, sən, qırılanlarıvun goru, bu "qonşu 

bağrı çatdadandan   mənə bir dizlik al. Cibimdə də quruşum yox. Asi olmazsan, nə 

olarsan   Moltanı olmazsan, neynərsən? Qapdım sicimi doğanaq qarışıq dəstəynən 

əndərdim bunun yambızına, moltanıdı yalan deyən, bir həftə yerindən dura 

bilmədi, elə indi-indi ayaq tutur ki, sənə irast olub... 

Hamı gülüşdü. 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə