65
ikinci, arvad xaylağıyam. Qadının heç bir haqqı olmayan bir zəmanədə sənətkar
olmağından kimə nə fayda var? Nə çəngi adı alanın özünə, nə də ona nifrət gözüylə
baxan, lənət damğası vuranlara! Mənim sənətim bir od-alov olub işıq saçsa da,
istisinə heç kim qızına bilmir, tüstüsündənsə özüm kor oluram. Belə bir zəmanədə
sənətkar olmağın nə faydası var, Ağa? Mən bir yandan el içindəki ayıblı adıma kor
olub oturmalıyam, o biri yandan da bütün xoş xəyallara vida eləyib, məclislərində
oynadığım adamlara həzz verməliyəm, vəssalam...
Qəzəbindən qızın cingildəyən səsi titrəyirdi.
Sona qarşısındakını qəzəl yazan və qəzəllərində pak məhəbbət, ecazkar
Məcnun-Leyla, Vamiq-Əzra, Fərhad-Şirin məhəbbəti tərənnüm edən şair kimi
sevir, dediyi qəzətlərdə Tərlan məhəbbətinin təzahürünü görür, bir az da Seyyid
kimi şairi tanıdığı ilə fəxr edirdi. Sona onun tez-tez və çox-çox yazmasını istəyirdi,
bunun üçün əlindən gələni də eləyər: məhz onun üçün rəqs edər, musiqinin ecazına
dalıb özündən gedənəcən oynardı, Təki bu qəzəllər çox və daha incə yazılsın,
onlardakı məhəbbət daha çox dərin və bihuşedici olsun. Burada şairin gözlədiyi
məhəbbət yox idi. Qız onun üçün məşuqə deyil, ilham pərisi idi... Özü də bilmədən
hər rəqsilə, hər bir baxışı ilə onu məhz yaratmağa səsləyirdi.
Şair isə, bir az əvvəl dediyi kimi, özünü şama çırpan pərvanə idi... Axı o cavan
idi, o bu məhəbbətin hələ nə genişlikdə, nə dərinlikdə olduğunu dərk etmədən
Sonanın rəqsinin gözəllik və qüdrətinə heyran olmuşdu... O qızı məhəbbətə çağırır,
qız onu sənətə səsləyirdi...
Seyyid donub qalmışdı; o, gözəlin sözlərindəki həqiqət qarşısında aciz idi;
halbuki elə zənn edirdi ki, böyük bir valehliklə rəqs edən cilvəkar qız, öz sənətinə
heyrandır, vurğundur... Qız rəqs edəndə elə bil rəqsdən başqa heç nə görmür, heç
nə duymur, heç nəyi sevmirdi, başqa birhəyat arzulamırdı... Halbuki...
Cavan kədərlə dilləndi:
-Mən elə bilirdim ki, sən sənətini sevirsən, bəyənirsən, Sona?!
Qız qəzəbini boğmağa çalışdı:
-Nə olsun ki, Ağa? Mənim də çörəyim ondan çıxır, kaş çıxmayaydı, çarəm
nədi?.. Gözümü açıb onu görmüşəm. Doğrudur, mən musiqini çox sevirəm, bunu
düz buyurursan, musiqisiz bir günüm olmasın,eşidən kimi dərdim-azarım
yadımdan çıxır, qulaq asıram. Əlim-ayağım öz-özünə oynayır... Amma bu ayrı
məsələ, sənin dediyin də ayrı məsələdi! Mən bədbəxt olmuşam, daha heç kəsi öz
dalımcan sürüyüb quyuya qülzümə sala bilmərəm.
66
-Sən nə danışırsan, Sona, mən sənə...
Sona nə düşündüsə birdən söhbəti tamamilə dəyişdi və soruşdu:
-Bu gun Tərlan ağanı görmüsənmi?
-Yox, necə bəyəm?
Qızın gözləri yol çəkdi, dodaqları xəfıf-xəfıf, xüsusi bir nəvazişlə gülümsədi,
dinmədi. Şair bu mübhəm sükut, bu titrəyən dodaqlar, parlayan şəvə kimi qara
gözlərdən alındı. "Dayan, dayan, səndə nə isə var... Sən məndən Tərlanı nahaq
soruşmadın, Sona, yoxsa ürəyində dostuma meyil doğub?" O, bir daha sualını
təkrar etdikdə Sona sanki diksindi, elə bil yuxudan ayıldı, gözlərinə xəfıf bir
xumarlıq gəldi:
-Heç, elə-belə, dedim; dostundur, Ağa bilmirsən ki, axır vaxtlar Mahmud ağa
məclislərində niyə görünmür, görəsən naxoş-zad deyil ki?..
Şair duyduğunu duymuşdu:
-Yox, xəstə deyil, amma Hacı Əsəd xəbər tutub, deyirlər yaman təpinib ona,
ayağını kəsib məclisdən.
Sona bu xəbərdən bərk kədərləndi. Bu kədər də şairin gözündən yayınmadı,
amma sözü zarafata salıb həqiqəti bilmək istədi:"Bəlkə Tərlanı yadıma salmaqla,
mənə nə isə bildirmək, meylindən xəbər verib, arzularıma sərhəd qoymaq istəyir?!"
-Sona, deyəsən, dostum Tərlanı məndən çox istəyirsən?
-Bağışla məni, Ağa, adamın ürəyi dəstərxan deyil, hər yerdə açmaq olmur;
könülə də zor yoxdur...
Cavanın ürəyi ağrıdı: "Kaş bunu əvvəldən duymuş olaydım, heç sənin ürəyini
nahaq yerə təşvişə salmazdım, ay nazəndə mələk".
-Doğru deyirsən, Sona... Könülə zor yoxdur. Mən dostuma qibtə edirəm.
Xoşbəxtdir.
-Nə fayda... - Sona yenidən halbahal oldu, həyəcanı artdı, bir az əvvəlki kimi
qəzəbləndi, sonra yenə dəyişib yalvarışa keçdi:
-Bağışla məni, - dedi. - yesirin olum, Ağa məndən təhər eləmə, mən irəlidə də
nə dediyimi yaxşı bilirdim, indi də. Elə sən də yaxşı başa düşürsən... Məndən nə
ona, nə də sənə heç nə ola bilməz; heç biriniz xoşməşrəb cavan deyilsiniz ki, xuda
nəkərdə qəbih fikirlə dalıma düşəsiz; amma düşündüyünüz də olan iş deyil, səni
lənətləyərlər, Şamaxıdan didərgin salarlar, günüvü göy əsgiyə düyəllər, onu da
Hacı tikə-tikə elər; cəddinə qurban olum, Ağa özünü gözlə; məni də, özünü də
sözə-sova salma... Daş-qalaq eləllər məni, sənə qurban olum, Ağa, mənim ürəyim
sevdiyim insanların, arzusunda olduğum əməllərin qəbiristanına çevrilib, qəlbimdə
bir qəbir də sən qazma!..
67
Şairin ürəyi sızıldadı, köksündəki yara zoqquldadı; o başqalarına sevinc bəxş
edən bədbəxt insanı ovundurmaq üçün söz tapa bilmirdi. Ona elə gəldi ki, Sona
açıq məzara diri-diri, gəlinlik duvağı, məşşatə bəzəyi ilə soxulmuş gəlindir! "Az
ömrümdə bir çox açıq və örtülü məzar görmüşəm, amma heç birində sənin kimi
canlı meyit, süslü gəlin görməmişəm. Göllərimizin yaşılbaş sonası, düzlərimizin
körpə ceyranı, səni qadınlıq və analıq səadətindən məhrum edən zəmanə lənətə
gəlsin".
Sona onun üzündən keçən kədəri, dərin-dərin qəlbini çulğalayan əzabı, yası
duyurdu. Nə qədər gözüaçıq, görüb-götürmüş olsa da, birdən könlünə amansız bir
qorxu hakim kəsildi. "Axı o seyid peyğəmber övladıdı, narazı qaytararam, birdən
Allah eləməmiş, qarğış elər mənə, nəfsi üstümdə qalar, yıxıllam qıçım sınar, ay
Allah, mən nə iş tutdum. Peyğəmbər balasının, həzrət Fatimə nəvəsinin könlünə
dəydim, ah-naləyə düşərəm; kaş dilim quruyaydı..."
Sona qəfıldən əyildi, Seyidin əlindən tutdu. Cavan nə olduğunu dərk etməyə
macal tapmamış, qız onun əllərini isti göz yaşları qarışıq odlu öpüşlərə qərq etdi.
Şairin ürəyinin başı yandı. Qız deyirdi:
-Cəddinə qurban olum, məndən incimə, Ağa! Sənə sadağa gedim,mənə qarğış
eləmə, yesirin olum, Ağa, məni ah-nalə yiyəsi eləmə!..
Şair indicə mətləbi başa düşdü: Sona qorxurdu! Axı ömrü uzunu görüb ki,
qapıya gələn hər dərviş özünü seyid adlandırıb, cəddinin payını istəyib, verməyənə
nifrən eləyib. "Aşıq gördüyünü çağırar, Sona fağır neyləsin". Onun üzündə acı bir
istehza duyuldu: əllərini qızın əllərindən çəkdi, barmaqlarını onun saçlarına
toxundurdu:
-
Sən nə danışırsan, Sona? Mən o payyığan seyidlərdən deyiləm, sənin
dərgahuva da cəddimin payını almağa gəlməmişəm. Sən mənim könlümün soltanı,
gözəllər gözəli Sonamsan, sən mənim təbimin bəzəkli pərisisən. Mən qarğış-nifrən
bilmirəm, bilsəm də sənə nifrin etsəm - özümə etmiş ollam. Əksinə, mən həmişə
sənə minnətdar olacağam, mənim mələk misallı Sonam! Bəyəndiyin o qəzəllərimi
mənə sən təlqin etmisən, sənin gözəlliyin, sənin sənətin yazdırıb onları mənə. Qoy
mən də nakam olum...
-Allah əsirgəsin...
-Sənin kimi... Təki sən sevdiyin kimdisə, onunla xoşbəxt ol!
Birdən gənc şair nəyi isə xatırladı, xəfıfcə gülümsədi, söhbəti dəyişmək üçün
dedi:
-Hə, sənə bir qızılgül gətirmişəm axı, Sona, bir də süsənbər...
Öz həyətimizdən dərmişəm... Mən həmişə bu güllərə baxanda səni
düşünürəm... Sən bizim ellərin qızılgülüsən, Sona!..
Dostları ilə paylaş: |