88
ki, hər yerə vida deyirdi, elə bil ki, doğulub böyüdüyü, sevib-sevildiyi, ana
olduğu, analıq səadətini daddığı bu yerlərdən həmişəlik ayrıldığı ürəyinə
dammışdı. Gözlərindən yaş leysan kimi töküldü, sonra tələm-tələsik əlimdən tutub
yola düzəldi:
-Gedək bala, dünya böyükdü, "tarı böyük, altı gen" deyiblər,Allah kərimdi,
bəlkə bir yaxşıya irast olduq, əlimizdən tutdu... Olmasa da, dilənəsi olsam da, irağ-
irağ, qoy heç olmasa tanış-biliş gözündən uzaqda dilənək, görən olmasın... Bəlkə
baxtımız gətirdi, bir qapıya qulluğa düzəldik... İşlərəm, səni saxlaram, bir-iki iləcən
sən də böyüyüb hovuma çatarsan...
Anam bu sözləri deyə-deye irəliləyir, kənddən hara isə uzaqlara gedən tozlu
yolla məni də yanıycan sürüyüb aparırdı...
...Yolumuzun üstündəki kəndlər bizimkindən də pis gündə idi... Amma yenə də
adamlar bizə əl tuturdular, kimisi bir parça təndir çörəyi, başqa birisi iki-üç cad
əppəyi verirdi. Bostanlardan yemiş, bağlardan meyvə dilənirdik. Günlərin birində
Çodarlı deyilən bir obaya gəlib çıxdıq, yurdsuz-yuvasız idik....yəllar
yorğunuyduq... İki el bir təpə qalmışdıq. Elə bu zaman sanki tale üzümüzə güldü.
Çodarlıda arvadlardan biri bulaq başında bizə rast oldu. "Kəndin ağasına qulluqçu
lazımdı, arvadı azarlıdı, adam gəzirlər" - dedi, yolu bizə salıq verdi, getdik... Bəy
evi indiyəcən gördüklərimdən böyük idi, dam-daş tikilisi çox idi. Xanımın yanına
gəldik, o yatacağında uzanmışdı, ana-bala bizə diqqətlə baxdı, deyəsən, həm yazığı
gəldi, həm də tutacaqsız olduğumuzu başa düşdü;
-Adın nədi, aaz?
Anam adını, yer-yurdumuzu dedi, xanım yerli-yataqlı başımıza gələnləri
anamdan soruşdu, sonra, deyəsən, razı qaldı:
-Allah bilən yaxşıdı, əlhökmilillah, nə olar, qalın, işlərsən, baxaram, bəyənsəm,
günün burda pis keçməz...
Çarəsiz anam hər nə iş olsa razı idi, təki bir yerə ilişib qalaq, təki üzümüz
sərgərdanlıqdan qurtarsın...
...Səibi bəyimin azarı qıçında idi, bud oynağında bir yara vardı, quyu kimi
dərin... gündə bu yaraya piltə çəkmək lazım olurdu, bu zaman yazıq bəyim haldan-
hala düşürdü, dişlərini bir-birinə qıcayıb ağrıya gücnən dözürdü. Evdə hec bir iş
görə bilmirdi, yeriyəndə, çölə-bayıra çıxanda divardan tuta-tuta gedirdi. Bir qarış
yolu az qala bir saata yeriyirdi. Sonra da gəlib halsız düşürdü. Evdə bütün işləri
əvvəlcədən kənizi varmış, o görərmiş, sonra qız bəyimin yarasından çimçə
89
şib qaçıb. Əri də günlərnən evdə olmazdı. Hardasa kəndlərdə, qonaqlıqlarda,
ovda, qumar oyunlarında itib-batardı. Danışırdılar ki, bu var-dövlətin hamısı Səlbi
bəyimin imiş. Ağa ona evlənəndən sonra yaxşı da yaşayırlarmış. Səlbi bəyimin
qıçına əvvəl bir çiban çıxır, sonra nə qədər dava-dərman olursa sağalmır, yara
dərinləyib quyuya çönür, bəy də arvaddan soyuyur, ev-eşiyi başlı-başma buraxır.
Deyirdilər ki, Səlbi bəyimin övladı olmadığından, ağa onu boşaya bilmirmiş, çünki
onda var-dövlət əlindən çıxarmış, evlənə də bilmirmiş - Səlbi bəyimin Şamaxıda
urus qulluğundakı qardaşından çəkinirmiş... Qərəz ki, biz ağanı gəlişimizin üçüncü
günü görə bildik...
Evdə bütün iş-güc anamnan mənim üstümə töküldü, çoban-çoluğa çörək-xörək
çatdırmaq, Səlbi bəyimin pərzanalarını' yetirmək, qonaq-qaranı yola vermək, pal-
paltar yumaq, ev-eşiyi süpürüb-təmizləmək, hamısı anamın öhdəsinə düşdü. Anam
axşamacan təndir-ocaqdan aralana bilmirdi, elə yorulurdu ki, yerinə girəndə sız-sız
sızıldayırdı. Amma yenə də şikayətlənmir: "Neynək bala, - deyirdi, - nə qədər çox
iş olsa dözərəm, hamısını da elərəm, təki sənin başının üstündə həmişəlik kölgəlik
olsun, təki qarnın tox olsun, bala, pal-paltarın olsun". O məni bağrına basıb uzanır,
bir müddət ana-bala gözümüzü tavana dikib qalırdıq. Sonra hər ikimiz birdən
xəyala dalırdıq, belə hallarda, anam ürəyindən keçənləri mənə pıçıldamağa
başlayırdı: "Allah qoysa, Səlbi bəyim sağalar, ayağımız düşər ona inşallah, bir az
pul düzəldib, kəndimizə qayıdarıq, ev-eşiyimizi sahmana sallıq, sən de, mən də öz
damımızın altında dolannıq. Yerimizi əkərik, kəndimizi çox istəyirsənmi, Sona?
-Hə, ana, amma burda da pis deyil.
-Helədi, amma, necə də olsa qürbətdi, Allah heç bəndəni özgə qapısında,
əlindən-obasından uzaq qulluqçu eləməsin... Amma, şükür Allaha, heç olmasa
qarnın doyub, eynin bitib.
Doğrudan da, Səlbi bəyimin köhnə-küləsindən anam özünə və mənə bir dəst
təzə paltar düzəltmişdi, palaz-paltar yumağa gedəndə, çay qırağında qazan asıb su
qızdırmış, başımı-bədənimi yuyub arıtmışdı. İndi hər ikimiz insan sifətinə
düşmüşdük... Yaman-yaxşı yeyib-içirdik. Heç bir korluğumuz yox idi, heç kimə əl
açmırdıq, bir parça halalca zəhmətnən qazandığımız çörəyi yeyirdik, bircə Səlbi
bəyimin yarasından çimçəşmək olmasaydı... Bəyimin bir xasiyyəti var idi, hər
90
gün səhər yarasının tənzifı dəyişiləndən sonra aftafa-ləyəndə azca əlini yuyub
verdiyim dəsmalla silər, sonra da çobanların gətirdiyi əti tələb edir, onu indicə
yaraya piltə çəkdiyi əli ilə bölüb ayırardı, kimə nə lazımdı bişirməyi tapşırardı...
Deyəsən, anam da əvvəllər qulluqçu kimi bu isdən çimçinirdi... Amma genə də
dözür, bir söz demirdi... Bəy gəldi, əvvəlcə həyətdə ocaq qalayan məni gördü:
-Hə, bu hansı itin küçüyüdü? Nökərlərdən biri cavab verdi:
-Bəyim təzə qulluqçu tutub, onun qızıdı... Ağa güldü;
-Hə, deməli, bəyim yanı qoduqlu eşşək alıb?
Sonra içəri keçdi... Anamı haçan, necə gördü, nə dedi, bilmədim. Amma bizim
gəlməyimizdən sonra ağanın səyahətləri seyrəldi, indi o irəliki kimi gunlərlə-
həftələrlə kəndlərdə, şəhərdə itib-batmırdı. İstidə külafirəngidə, hava sərinləyəndə
kəllə otaqda yarım çılpaqlaşıb oturur, döşəklər, mütəkkələrə yayxanıb tükləri
ağarmış sinəsini ovuşdurur və tez-tez çay, qəlyan, mer-meyvə tələb eləyirdi. Anam
nədənsə bu haldan çox narazı idi, gecələr məni qoynuna daha bərk basır "Allah,
özün köməyimiz ol" - deyib dua eləyirdi.
Əvvəllər bir şey anlamırdımsa, az keçməmiş hər şeyi başa düşdüm. Səlbi
bəyimin mənə münasibətindən, anama kəc baxmağından, həyət adamının bəzi
atmacalarından da anladım, həm də mən kənd uşağı idim, kənd uşaqları belə şeyi
daha tez başa düşür. Anam üçün də, özüm üçün də, lap açığını deyim ki, özümüzün
olmasa da, bu rahat həyəti, yatdığımız bu dam evini itirməyimiz üçün də
qorxurdum... Bir gecə qorxduğumuz şey baş verdi... Gecə yarı olmamış təzəcə
narahat yuxuya getmişdik, anamla mənim üstümüzdən yorğanın qaldınldığını hiss
edib qorxu ilə gözlərimi açdım, cəld anama sıxıldım, qaranlıqda ağanın kölgəsini
gördüm, hənirtidən tanıdım kişini... Bu cürə ancaq o nəfəs alırdı həyətdə... "Aana".
-Kəs, küçük, qanına bularam, dur rədd ol.,.
-Ağa, sənə qurban olum, yesirin olum, məni bədnam eləmə, bir parça çörəyimi
kəsmə, ağa, yesirin olum, ağa, didərgin salma məni! Səlbi bəyim ətimi itə də atsa
yeridi, ağa, qoy çıxım, balamı da götürüm gedim.
-Suss!
...Amma artıq gec idi, mənim qeyri-ixtiyari qışqırtım anamm yalvarışları Səlbi
bəyimi bidar eləmişdi; ya özü çölə çıxmışdı... Onsuz da naxoş arvad pis yatırdı,
axır vaxtlarda isə lap yuxusu ərşə çəkilmişdi.
Dostları ilə paylaş: |