Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə31/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   27   28   29   30   31   32   33   34   ...   153

                                                                                                                                                  

79 


 

firlanırdı.  Köç  burada  bir  gecə  dayanacaqdı.  Mal-qara  dağa  çoxdan  qalxıb, 

arvad-uşaq  yaylaq  yolu  üstündə  bazarlıq  eləməlidir.  Cuhud  Şəminin  xırdavat 

qutusundakı malların çoxunu onlar alır. 

-İynə, qıyıq, qaytan, qaragöz hərəmi, balta... 

Bazar... hərənin öz mətaı var... 

Şair  bu  rəngarəng  səslər  aləmini  daima  qəribə  bir  maraq  və  nədənsə  təşvişlə 

dinləyirdi. İndi də... 

-Yerpələngi... Dərya nəhəngi... 

-Ləbləbi kişmiş. Gəl, ay dişləri düşmüş. 

-Gəl Zol Hüseynin dovğasına. 

Bu sənin payın, bu gendən baxanın payı, ağzının suyu axanın payı. 

-Ağ gilabı alan, ağ gilabı alan, ağ-sarı gilabı alan!.. 

-Zəfəran, zəfəran. 

Ətri bir aləm, rəngi kəhrəba. Dürri-Bəkidi, baba. Bəy malı, xan malı. 

-Lahıc başmağı; dörd abbası, buyurtdurma səkkiz abbası... 

Bazar... hərənin öz dərdi var. 

Bir dəvəçi şairi əyləyib əlindəki pulu nişan verir, soruşur: 

-Ay qardaş, bu pul nə qədərdi? 

Birküncdə  mirzə  oturub,  dizinin  üstündə  nə  isə  yazır.  Qarşısındakı  balaca 

yeşiyin  üstündə  fal  kitabı  var.  Küçə  mirzəsi  arabir,  yeri  düşəndə  fala  da  baxır. 

Yüngül dərdlərə dua da yazır. 

-Al, bu üzərrik, bu da  meymun  tükü,  qoy  arasına,  mal  ayağı  vaxtında yandır, 

tüstünü ver azarlıya, dərdi, bəlası gedər. Üzərrik tapmasan, yeddi adamın adına bir 

çimdik duz bük göy əsgiyə, yandır, qurtarsın getsin. 

Şair ötdükcə pıçıldayır: 

-Kaş bütün dərdlərin dərmanı belə asan, sadə olaydı. 

Qoca bir tərəkəmə arvad... Nabırrı köçündən ayrılıb gəlib, "Nabım köçü bərkə 

dayanan vaxt". Onun da dərdi mirzəlikdi. 

-Başına dolanım, inəyimin südü xarablayıb, hər sağanda bir sərnic sağıram, yağ

düşmür, tuluq gətirmir, yaman gözə mil batsın, molla pitik yazıb dedi "bağla inəyin 

boynuna", bağladım, çarə olmur, sən bir al oxu, özün o kəlamına qurban olduğum 

kitabına bir dərin bax. 

Mirzə üçkünc "duam" açıb baxır, oxuyur, dodaqları qaçır: 

 

 



                                                                                                                                                  

80 


 

"Ay gəzəyən Xanımağa,  

Pitik neynəsin yağa?  

Yançağını bas yerə  

Cəhd elə çalxamağa". 

"Yazıq, cahil arvad, amma nə şux şair "mollaya" İrast olmusan?" 

O  kitabı  götürüb  öpür,  dizi  üstünə  alır  və  öz  növbəsində  tovlamağa  başlayır. 

Şair təəssüflə başını bulayıb keçir. 

Bazarın  ayağında  qapanlardan  aralı  iki  kəndli  durub.  Onlardan  biri  cavan, 

ikincisi  orta  yaşlıdır.  Bir  az  əvvəl  onlar  kənddən  bazara  gətirdikləri  matahlarını

satıb evə dönməyə hazırlaşır və aldıqları bazarlığı köhnə, yamaqlı xurcuna yığırlar. 

Dıbır  Əli  adlı  cavan  kəndli  boş  çuvalları  da  çırpıb  qatlayır  və  onları  da  azacıq 

bazarlığın yığıldığı xurcuna yerləşdirir. Eşşək acdır. Ağzını saysız-hesabsız ayaqlar 

altında əzilib vala un kimi olmuş torpağa sürtür, yeməyə yararlı bir tutam ot belə

tapmadığından  finxırır  və  tozu  göyə  qaldırır.  Eşşəyin  ac  olduğunu  gördüyü  üçün 

bazardan  tez  uzaqlaşmağa  çalışan  yaşlı  kişi  -  Məhəmməd  Hüseyn  bazarlığını

hesablayır: 

- Ayə, Dıbır Əli, mən deyim, sən say; iki çuval təzək gətirmişdim. Verdim onu 

xarrat Qulunun külfətinə, aldım hər çuvalına iki şayı, ondan da verdiyimi deyim; 

bir şayı iynə-qıyıq, bir şayı cöz-bağırsaq, bir şayı qəndəf... Mənə de qaldı bir şayı... 

düz eləyir? 

Cavan şair bu sadəlövh hesablamaya gülümsəyir. "Yazıq bir abbası qara pulu 

da hesablayıb qurtara bilməyən  yazıq. Yaxşı  ki,  fıtri  istedad  bu bisavadlığa qalib 

gəlir,  sən  yaşayırsan,  bütün  qanunlar  sənə  ölüm  hökmü  versə  də,  sən  yaşayırsan, 

yox sürünürsən, amma sənin oğul-uşağın belə yazıq olmamalıdır, onlar heç olmasa 

ağı qaradan seçməli, oxumalıdır. Bircə Allah əcəldən aman versə, arzuma çatsam, 

bir məktəbxana açsam..." 

Şair düşünə-düşünə irəliləyir, Cavadı axtarır... 

Bazar...  hərənin  öz  əyləncəsi  var...  biri  yetim  Hüseynin  məzəli-məzəsiz 

mahnılarını  dinləyir,  bir  başqası  təzə  şeir  dəlisi,  məclislər  bəzəyi,  duzlu  baməzə

Cavadı  dinləməyi  xoşlayır.  Cavadı  çox  vaxt  Bəzzazbazar  cərgələrindəki  boş

meydançada  görmək  olar,  bura  nisbətən  sakitlikdir;  hay-küy  azdır,  qoca  tut 

ağacının  altında  bir  neçə  iri  daş  qoyulub.  Cavad  adətən  bu  daşlardan  birinin 

üstündə oturur, ətrafı da həmişə dolu olur, bekarlar, yetiklər. O, kürəyini qoca tuta 

söykəyir,  sür  papağını  alnından  dala  itələyir,  nazik  vücudumu  kip  tutmuş  zərif 

çuxa, sağrı başmaq geyir. Tərkbəndi zərif naxışlı, kaşı işləməli gümüşdən- 

 

 



                                                                                                                                                  

81 


 

dir.  Sarışın,  alagöz,  ağ  bənizlidir.  Ala  gözlərinin  hər  birində  bir  cin  oynayır. 

Belə qaynar ala göz Cavaddan başqa heç kəsdə yoxdur. Cavad ömründə bir dəfə

oruc tutub, namaz qılmayıb. Möminlərin onu görəsi gözü yoxdur. Bəzi mollalar bu 

qorxunc  rəqibdən  yaxa  qurtarmaq  məqsədilə  onu  şirnikdirmək  üçün  eşitdirirlər: 

"Peyğəmbər  səlavatüllahı  güldürən  ərəb  təlxəyi  kimi  o  namərbut  da  birca  dəfə

"əstəğfor"  desə,  hoqqabazlıqdan,  adama  sataşmaqdan  əl  çəksə,  yeri  behiştdir". 

Amma bunu ona çatdıranlara Cavad belə cavab verir: "Qorxma, bacıoğlu, Cavad, 

Şirvanı Cavadsız qoymaz". 

Cavad,  qədim  əyyarlarla,  şah  təlxəkləriylə,  müasir  meyxanaçı  sərpayıları, 

xəlfələrt  özündə  birləşdirən  bir  adamdır.  Hər  yerdə  kimə  sataşılsa  bilir,  bütün 

həcvlərdən ilk dəfə xəbər tutur, dünyanın axırında da birinə dəyən bir söz yazılsa, 

hamıdan  əvvəl  əzbərləyib  oxuyur.  Dalı  dağa  bağlıdı.  Mahmud  ağanın,  İsmayıl 

bəyin,  Hacı  Rza  bəyin  qorxusundan  heç  kəs  ona  dəyib-dolaşa  bilmir.  Cavan 

Şamaxı cavanlarının, harın bəyzadələrin quraşdırdığı bütün əyləncələrin iştirakçısı

bəlkə də təşkilatçısı və rejissorudur. Deyirlər bir dəfə Mahmud ağanın məclisində

necə  olursa,  ölümdən,  qəbiristandan  söz  düşür.  Cavadın  məzəliliklə  ölümdən 

qorxmasına sataşdığı Mahmud ağa deyir: 

-Aadə, Cavad, Əhməd ağanın ruhuna and olsun, ölümdə yaxşı bir şey yoxdu ki, 

ondan qorxmayasan da. Siz lotular söz bir eləyib anamın dəfninə gəlməyən gündən 

sonra',  söz  vermişəm,  camaatın  xeyir-şərinə  çıxıram.  Amma  elə  genə  də  xofu 

ürəyimdən getmir. Sən özün qorxmursan? 

Cavad and içib deyir: 

-Yox, ağa, izin ver, sözümü sübut eləyim? Mahmud ağa gülür: 

-Necə sübut edəcəksən? Cavad yerindən qalxır. 

-Ağa  əmr  elə,  tava,  yağ,  bir  də  un  hazırlasınlar.  Gedim  yeddi  günbəzə, 

gecəynən  çırpı  yığım,  ocaq  qalayım,  halva  çalıb  qulluğunuza  tər  halva  gətirim, 

yeyək damağımız şirinlənsin. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə