Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə30/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   26   27   28   29   30   31   32   33   ...   153

                                                                                                                                                  

76 


 

-Göydə  Allahı,  yerdə  səni  deyib  gəlmişəm,  -  o  ağlayırdı.  –  Mən  hec  içəri 

girmək istəmirdim. Qapınızda durmuşdum, yer üzündə üz çevirəcək yerim yoxdu. 

Tutacağım yoxdu; yad kişi gördüm, qorxudan döydüm qapınızı. Qoy azacıq keçsin, 

özüm çıxıb gedərəm, indilik qovma məni... 

Arvadın heyrəti, bununla belə təşvişi də artırdı. Sonanın qorxusu, həyəcanı ona 

da sirayət etmişdi. Bununla belə gəlini sakitləşdirmək üçün dedi: 

-Kimdi səni qovan axı, niyə elə deyirsən, heç Allah qonağım qovarlar? Hələ bu 

qapıdan bir şəxs naümid qayıtmayıb... 

Əgər  o,  qadının  kim  olduğunu  bilsəydi,  bəlkə  də  bu  sözləri  deməz,  Sonanın 

üzünə heç qapı açmazdı... 

Həyətdəki  hənirti  Seyid  Əzimi  heyrətə  saldı.  Azan  qurtarmışdı;  anası  çoxdan 

dəstəmaz  alıb  qayıtmalı,  namaza  başlamalı  idi.  Sübh  namazını  ömründə

gecikdirdiyi olmamışdı. Həm də həyətdə kiminləsə danışır, deyəsən. Gənc geyinib 

həyətə  çıxdı.  Çadrası  çiyninə  düşmüş,  saçları  pərişan  halda  kürəyinə,  döşünə

dağılmış, üzü ağlamaqdan, taqətsizlikdən və qorxudan solmuş Sonanı görüncə nə

isə bir bədbəxtlik üz verdiyini başa düşdü: 

-Sona!.. Nə olub, sən burda nə gəzirsən? 

-Sona?..  -  Minasoltan  karıxdı:  "Bıy,  başıma  xeyir,  Ağa  bunu  hardan  tanıyır, 

bəlkə  istəklisidi,  bəlkə  atası  evindən  qaçıb?  Allah  sən  saxla"...  Arvadın  gözləri 

böyüdü. - Ay bala, sən bunu tanıyırsan? 

Seyid  Əzim  anladı  ki,  anası  hələ  qarşısında  ağlayan  qadının  kimliyini  bilmir. 

izahatı sonraya qoydu. Sükunətlə soruşdu: 

-Ana, dəstəmaz almısan? 

-Hə, bala!.. 

-Onda  sən  namazını  keçirmə,  mən  sonra  özüm  sənə  hamısını  danışaram,  keç, 

görüm nə olub? Gəl, gəl, içəri, Sona. 

Kimliyini  Minasoltana  ilk  anda  bildirmək  əzabından  onu  xilas  etdiyi  üçün, 

Sona, gənc şairə minnətdar idi. 

Minasoltan  təşviş  keçirsə  də,  namaza  getdi,  oğlunun  bu  naməhrəmlə  nə

danışacağını  bilməsə  də,  ana  qəlbi  öz  balası  üçün  narahat  idi,  həmd-surə  arası

ondan asılı olmayaraq ürəyi pıçıldayırdı: "Allah, sən mənim balamı qada-baladan, 

yerin-göyün afətindən öz pənahında saxla". 

...Seyid Əzim Sonanı bala otağa gətirdi. "Bəlkə, mən çıxıb gedim, Ağa, sizi də

qana salmayım" sözlərinə əhəmiyyət vermədi: 

-Sən heç yerə getməyəcəksən, Sona, ağır ayaqda məni yadına saldığın üçün sağ

ol. Hə, otur, indi de görum, nə olub? 

 

 




                                                                                                                                                  

77 


 

Sona gecəki hadisəni yadına saldıqca titrəyə-titrəyə sözə başladı: 

-Gecə  qaçaq  Alışın  adamları  Mütrüf  Ədilin  evinə  basqın  elədilər.  Soydular, 

özünü də öldürdülər... - Sonra da hadisəni olduğu kimi nağıl eləyib əlavə etdi: 

-Çıxanda o məni ölmüş bilirdi, dedi ki, indi gedək Hacıya xəbər verək ki, fitnə

yuvasını dağıtdıq, biz onun tapşırığını yerinə yetirdik, o da əhdinə vəfa qılıb bizə

zamın dursun - üzə çıxartsın. 

-Hansı Hacı, bilmədin? 

-Ad demədi, amma onsuz da bilirəm ki, Qapaqlı Hacı Əsəd olacaq. 

Gənc  məsələni  anladı.  Bu  onun  dostu  Tərlanın  atası  idi:  "Yəqin  Tərlanın 

macərası  qulağına  çatıb,  qoca  qurd  Alışnan  bağlaşıb,  bu  pəstahanı  açıb.  Yazıq 

Sona".  Minasoltanın  dili  dua  oxuyurdusa  da,  bala  qorxusundan  qulağı  səsdə  idi. 

Məsələni anlayanda namazını da yanıldı, amma bu Sonanın hansı Sona olduğunu 

hələ də aydın daşa düşmədi. Mütrüf sözündən şəkkə düşdü, onsuz da son zamanlar 

arada-bərədə qulağına dəyirdi ki, Ağa da "Mahmud ağanın otağına gedir", amma o 

qədər  də  inanmırdı.  Arvad  Allah  qorxusu  ilə  namazı  kəsmədi,  amma  necə  başa 

vurduğunu da bilmədi, tələsik canamazını yığışdırıb gənclərə yanaşdı: 

-Bu hansı Sonadı? Hə? O çəngidi yoxsa? Allah eləməmiş hərçənd üzündən heç 

oxşamır... 

Seyid  Əzim  vəziyyətin  ciddiliyinə  baxmayaraq  anasının  sadəlövh  sualına 

gülümsündi:  "Onun  nəzərində  çəngi  necə  olur  görəsən?"  Məsələni  birdəfəlik  qət 

etmək istədi: 

-Odu, məmə, bu elə o bədbəxt Sonadı? 

Arvad odlandı: 

-Bədbəxt  niyə?  Canı  çıxsın!  Kişilər  qabağında  oynayanda  bilmirdi  ki,  Allah 

adama  belə  qənim  olar?  Bəs  mənim  evimdə  çənginin  nə  ölümü  var?  Sən  onu 

hardan tanıyırsan, bala? 

Anasının əzab çəkməsi onu sarsıtdı: 

-Ana, o sənə pənah gətirib... 

Arvad çox acıqlanmışdı, nə dediyini heç özü də bilmirdi: 

-Getsin  Mahmud  ağadan  köməy  istəsin,  onun  qabağında  oynayıb,kefi  olara, 

dərdi bizə? Bir də ki, bizim ev bəst-zad deyil ki! Pənahı Allaha apararlar, Allahın 

evi də məsciddi... 

Seyid Əzim anasını dilə tutmağa başladı: 

-Ana, əvvəl bir gör nə deyirsən axı? Onun getməyə yeri olsaydı,öldürsəydin də, 

bura gəlməzdi, məni də bəlaya salmaq istəməzdi. Elə 

 

 



                                                                                                                                                  

78 


 

seyid evi də bəstdir, ana, özün, bayaq dedin ki, bu qapıdan hələ heç kəs naümid 

qayıtmayıb.  O  da  qayıtmayacaq.  Sən  istəyirsən ki,  tanıyıb  sağ qaldığını  bilsinlər, 

iki qana bais olaq? 

-İki qana neyşə, bu elə ölməlidi... qanı halaldı... 

-O Allahın işidi, ana, Allah istəyəndə əzrayılmı göndərər, canını alar. Amma, 

görünür,  Allah  istəməyib!  Gecə  quldurun  birinin  ona  rəhmi  gəlib,  amma  biz 

rəhmsizlik eləyək, onun da, ona nicat verən Ağa Səmədin də qanına bais olaq? 

Minasoltan  duruxdu.  Seyid  Əzim  gördü  ki,  anasının  anlayışlarına  münasib 

gələn sübutlar, arvadın qəzəbini azaldır. Əslində Minasoltan əzazil arvad deyildi: 

onu  iki  şey  narahat  edirdi:  birinci  çəngiyə  rəhm  etməklə  Allahın  qəzəbinə  düçar 

olmaq;  ikinci  balasının  bu  xatalı  işə  qarışması  ilə  fəlakətə  düşməsi.  Seyid  Əzim 

bunları  yaxşı  anlayır,  anasının  ürəyindən  keçənləri  yaxşı  bilirdi.  Odur  ki, 

mülayimiiklə anasının əllərini əlinə aldı: 

-Ana  can,  mənə  inan,  onu  hardan,  necə  tanıdığımı  sonra  sənə  deyərəm,  indi 

vaxtı deyil, inan ki, bir neçə vaxt əvvəl həmin bu Sona, sənin oğlunu, sənin xatalı

hesab etdiyin bir addımı atmağa qoymayıb. Sən ona borclusan. Bu gün də borcunu 

əda  elə.  Mənə  tək  bircə  gün  möhlət  ver.  Bu  gecəynən  o  burdan  salamat  bir  yerə

çıxıb gedər. Amma bir şərtlə; gərək onun burada olmağını heç kəs bilməsin. Evə 

gəlib eləyən onu görməsin, yoxsa mənə də xoş keçməz. 

-Allah,  sən  saxla!  –  deyə  Minasoltan  yerindən  qalxdı.  Arvadın  başqa  carəsi 

qalmamışdı. 

...Şair  bazara  girəndə  bazarda  səstər  bir-birinə  qarışmışdı;  ağız  deyəni  qulaq 

eşitmirdi,  dəmirçilərin,  nalbəndlərin,  misgərlərin  vurduğu  çəkicin,  xarratların 

rəndəsinin  səsi  aləmi  başına  götürmüşdü.  Ayaqçılar,  tabaqçılar,  suçular,  sələb 

satanlar bir-birinə qarışmışdı. 

-Sələb - sineyi-məlhəm,.. 

-Həlvayi-təntərani... Ta nə xori, nə dani'... 

-Yağasər, yağasər

2

... 



-Tehrani, tehrani... 

Səs kallaşmış xırdavatçı Cuhud Şəmi xırıltılı səslə bazarın qapanlardan yuxarı, 

Cuma məscidinin dalında düşmüş Nabım köçünün ətrafında 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə