68
Şair çuxasının iç cibindən, ürəyinə yaxın yerdən bir qızılgül, bir-iki də
yamyaşıl, ətirli süsənbər yarpağı çıxartdı. "İlahi, o bunları cibində necə saxlayıb ki,
əzilib solmayıb?" - düşünən Sona, dəmətciyi aldı, gül kimi zərif burnuna tutdu.
-Bağışla, səhvin var, Ağa! Mən qızılgül hardan oldum? Olsa-olsa boynu bükük
bənövşəyəm, yaza həsrətəra... Ellərimizin qızılgülü isə sənin qəzəlindi... Əgər
mənə bircə qəzəl yazıb versən, həm də onu təkcə mənə versən, təkcə mənim üçün
düzsən, onda xoşbəxt ollam.
Şairin ilhamı coşdu, bu sözlər, ah bu sadə sözlər ona necə dəruni bir təsir
buraxmışdı. O özünü saxlaya bilmirdi:
-Yaz, Sona, sənin üçün.
Gülşənlər içrə gər açıla səd həzar gül, Sənsiz, gülüm, gələr gözümə nişi-xar gül.
Seyid dedikcə qız qızardı, güclə çatdırırdı. Amma yazırdı. Qəzəl bitər-bitməz,
Sona minnətdarlıq dolu gözlərini şairə dikib dedi:
-Çox sağ ol, Ağa, bundan böyük mükafat görməmişəm, bundan xoşbəxt
olduğum gün də yoxdu.
-Bundan sonra harda bir pəriçöhrəni təsvir etsəm, bil ki, o sənsən; nə zaman
kuyi-dilbərdən söz açsam - bil ki, bu gün səninlə diz-dizə oturub söhbət etdiyim bu
bəxtiyar dəqiqələri yadıma salıb yazmışam:
Gərəkdi kim, sala hal əhlini bəlayə fələk,
Verir həzar bəla mərdi-mübtəlayə fələk.
Əgər ki, bir-birinə mebriban ola iki kəs
Salar bəlavü qəmü fırqəti araya fələk...
Şair ayağa qalxdı, Sona da durdu; indi onlar könlü qırıq, ruhu pərişan iki gənc
idi ki, bir az əvvəl qəlbləri sevinclə, həmahəng çırpınan cavanlara bənzəmirdilər.
Oğlan əlini bir daha qızın saçlarında gəzdirdi, göz yaşlarından islanıb alnına,
yanaqlarına yapışmış çətir və birçəklərini kənar elədi:
-Əlvida, pərilər soltanı, inan ki, "Vəlleyl"' zülfündən, "Vəşşəms"
2
üzündən
başqa Quranım olmayacaq...
-Bıy, nəüzənbillah...
____________
1,
2
Quran ayələrindəndir. Ərəbcə mənasına görə şair Sonanın saçlarını geceyə
(leyl), üzünü günəşə (şəms) bənzədir.
69
-"Vermərəm könlümü bir dilbərə bundan sonra" -arın-arxayın qal, Sona! Hər
dəfə rəqsüvə baxdıqca sənətinə səcdə edəcəyəm, qaşların qibləm, kuyin Kəbəm
olacaq. Sənə səcdə, sənin övsafın dinim, imanım olacaq. Ömrümün axırınacan,
Sona! Qəsəm ol xaliqə ki, səni belə ecazkar yaradıb! Əgər ondan sənə
dönmüşəmsə, qoy özündən küssün!
Qız yenə qorxu içində diksindi.
- Səni ki, o özü yaradıb, deməli, istəyib yaradıb, bəyənib yaradıb; Allah
istəyənə heç nə olmaz... Qorxub eləmə, Sona! "Bir şəm ki, Həqdən yana, heç bad
ilə sönməz!" Sənin şəmin Allahdan yanıb, bir tərəfdən səndən aldığının əvəzinə
sənə elə bir qabiliyyət verib ki, sən insanlara səadət bəxş edirsən, bu, özü də böyük
səadətdi.
Qapıda öskürək səsi eşidildi; yuxusu ərsə çəkilmiş, uzanan söhbətin məğzini,
nəticəsini bilməyən Mütrüf Ədil həyətdə var-gəl edir, qorxu içində ətrafı
dinləyirdi. Bilmək istəyirdi ki, görəsən Ağanın bura gəlməyindən, xudanəkərdə,
xəber-ətər tutan olub, ya yox? "Əgər xəbər tutublarsa, öyümüz yıxıldı. Bura
Şamaxı deyərlər, sabah toylarda, qız-yığdılarda, Fatma xanını bağındakı seyrlərdə
xanəndələr, Ağanın macərasına söz qoşub oxuyacaq, təzə şəbədə, şəki dolu mahnı
dilə-ağıza düşəcək; bazarda "yağasər", "sələb" satanlar da bu təzə mahnını
oxuyacaqlar. Şamaxılılar təzə xəbər aşiqidirlər, həm də bu təzə xəbərləri mütləq
şeirlə, mahnı ilə yaymaq, dinləməyi sevərlər. Yox, şükür Allaha, deyəsən, görüb
eləyən olmadı", - deyə Mütrüf Ədil qapının çəkməcəsini keçirib otağa qayıtdı.
Sona üzüqoylu nimdərin üstünə düşüb ağlayırdı.
BƏST
1
Gecədən xeyli keçmişdi. Gözlərindən yuxu tökülən sazandalar evlərinə getmiş,
otaqda təkcə Sona ilə Mütrüf Ədil qalmışdı. Onlar təzə bir oyun havasını məşq
etməklə məşğul idilər. Otağın baş və ayaq tərəfində yanan iki onluq lampanın
işığında Sona rəqs edirdi. Mütrüf Ədil əlmdəki dəflə ahəng tutur və artıq qocalsa
da, anası Gülzamanın çənəsi kimi möhkəm çənəsilə oyun havasını çalırdı. Sona
rəqsin yeni yollarını, təzə hərəkətləri dönə-dönə təkrarlamaqdan yorulmurdu...
' Şərqdə müqəddəs məkanlar, pirlər, məclislər, bəzən hətta xalqın xüsusilə hör-
mət etdiyi seyidlərin evi bəst-pənah evi, sığınacaq yeri hesab edilmiş, bu
məkanlara pənah aparan heç kesə toxunulmamış, ° amanda olmuşdur.
70
Qız oynadıqca onun kölgəsi divarlara düşür və sanki Sonanın dövrəsində
onlarla xəyali rəqqasə firlanır, onun hərəkətlərini təqlidə çalışırdı. Hər ikisinin başı
rəqsə qarışmışdı. Bayır isə zil qaranlıq idi.
Gecə qorxunc, gecə sağır, gecə lal idi. Bu təhlükəli gecedə Sonanın başı
üzərində koma-koma, dəstə-dəstə bulud toplandığı bir zamanda, onu tək-tənha
qoymayaq, müdaxilə edə bilməsək də, görək, tale donuna girmiş xəbis adamlar
onun üçün nə qurğu qurub?..
Qapı qəfildən açıldı. Dörd nəfər silahlı cavan otağa soxuldu; Ədil xəncərli,
tapançalı bu cavanlardan tək bircəsini tanıdı. Bu, Qabıstan düzündən keçən
karvanlara bəla kəsilmiş qaçaq Alış idi...
...Hər ikisi donub durdu. Ədil diz üstə, əlində dəf yerindecə qalmışdı.
Qorxusundan gözləri kəlləsinə çıxmışdı: "Evim yıxıldı, əlli ildə min töhmətnən
qazandığım da, bu qaniçənə qismət olacaq. Allah sən saxla, - deyə düşündü, heç
olmasa, sağ buraxa, deyməyə mənə".
Sona da qorxmuşdu, amma onun qorxusu itirəcəyi qızılları, bəzək-düzəyi üçün
deyildi: "Ah, özün kömək ol, ya həzrət Abbas, heç olmasa, biabır eləməyələr,
üzümün suyunu tökməyələr, elə-belə öldürələr gedəm, canım cəhənnəm. Ay
Ağanın cəddi, sən kömək ol mənə". Bir anlığa Seyid Əzimin vida dəqiqələrindəki
qəmli siması gözlərində canlandı: "Cəddin mənə qənim oldu, Ağa! Nəfəsini
yaxşılığa açdınsa da, cəddin üzümə tüpürdü; peyğəmbər övladına ağ olmağın
cəzasını yaxşı çəkdim. Kaş yesirin olaydım, sözünə baxıb dalıncan düşəydim,
tövbə-istiğfar edib kənizin olaydım, Ağa". Sonra da Tərlanın məyus gözlərini
xatırladı. Bir an, təkcə bir anda...
-Hə, necəsən, ay arvad süfət? – deyə Alış, Ədilin üstünə bağırdı.
- Qaladan qayıdanda yaxşı əlimə keçmişdin, yalvar-yaxar eləyib,yaxovu
əlimdən qurtardın... indi necesən, tülənmiş tülkü?
Ədil kəkələdi:
-Necə o... o... lacağam... a... ağa... z... dövlətindən.
Alış güldü:
-Dövlətim sənə qənim olsun, hələ camaatın oğul-uşağın yoldan çıxartmaqdan əl
çəkməmisən, a bihəya? Ayə, sən də aduvu kişi qoymusan? Bax, o başıörpəkli çəngi
səndən min babət yaxşıdır, o heç olmasa arvaddı, Allah onu elə zəlil yaradıb! Bəs
sən nəsən, hə? Molla sənə deməyib ki, tövbə elə, əl çək bu işdən?..
-Ağa... b... başuva dönüm, ç... çörəyim ondan... ç... çıxır... n.... neynəyim...
Cavanlardan biri əlini xəncərinə atdı:
Dostları ilə paylaş: |