74
Bunlar Seyyidin ona verdiyi suyu çəkilmiş qızılgül və qəzəllər idi. Qız təhlükə
vaxtında da onu unuda, bu qan ocağında qoyub gedə bilmədi: "Sabah bütün bunlar
tökülüb-töküşdürüləcək. Ağanın yazıları ələ keçər, Allah eləməmiş! Həm də seyid
yazısıdı, dua kimi şeydi, mənə cəddi kömək olar", - deyə cunanın ucunu qoynuna,
ürəyinin üstünə qoydu və qara nimdaş çarşaba sıx-sıx bürünüb küçəyə çıxdı.
Ətrafda hənirti yox idi. Səs-səmir eşidilmirdi. Sübhün alaca toranında Sona on-on
iki il ömür sürdüyü, artıq onun üçün doğma olmuş məhəlləni əbədilik tərk etdi. O
burada anasını, son ümidini torpağa basdırmışdı, o bu məhəllədə musiqinin nə
olduğunu başa düşmüş, qüdrətinə valeh olmuş, el gözündə lənətli sənət sayılsa da
rəqsə bağlanmışdı. O bu məhəllədə əbədi olaraq qadın və ana olmaq səadətindən
məhrum olmuş, çəngi damğasıyla damğalanmışdı. Bu məhəllədə onun sevdiyi bir
şəxs yox idi. Hörmət edən də yox idi. Bu məhəlləyə gələn hər bir kişi ona nəşə
mənbəyi kimi baxmış, hər bir qadın onu özünə rəqib bilib nifrət etmişdi. Sonanın
bu yerlərdə heç nəyi qalmırdısa da, nədənsə, bir anlıq ürəyi əzildi. Axı necə olsa
on-on iki illik ömrü bu yerlərdə keçmişdi.
Duyduğu hər bir hənirtidən ürkürdü. Sübhün bu erkən çağında kimə rast gəlsə,
ona şübhə ilə baxacaqdı. Belə tezden küçədə görünən qadın kim ola bilər? Bu hal
hamıda maraq doğurar, sirri açılar. Bacardıqca bu yerlərdən tez uzaqlaşmaq
lazımdır. Nə qədər basqın səsi, mütrüfün ölüm xəbəri yayılmayıb, qaçmaq, aradan
çıxmaq vacibdir. Sona evlərin, çəpərlərin, divar və hasarların kölgəsi düşən
yerlərlə gedirdi.
...Ayaqları onu elə bir yerə gətirib çıxartdı ki, nə ağlı, nə də ürəyi buna razı
olmazdı. Bu onların qapısı idi! Onun!.. "Aman Allah, mən onun da başım bəlaya
sallam! Mən bura nə üçün gəlmişəm? Bəs hara gedim? Hara? Ay yeri-göyü
yaradan Allah! Kimə üz tutum?"
Hava aralanmışdı. Evdən azacıq aralı Qalabazar məscidinin minarəsindən
azançının səsi ucaldı... Bu Şamaxı məhəllə məscidləri içərisində, Şamaxı azançıları
arasında gözəl səsi ilə tanınmış Kəblə Mürvət idi. Onun çəkdiyi azan ürəklərə
işləyirdi. Kəblə Mürvətin azanı başqa məhəllə möminlərinin qibtəsinə səbəb
olurdu. "Əşhədü ənna la ilahə illəllah"... Kəblə Mürvət sanki ağlayır, dibsiz göylərə
minlərin, milyonların naləsini, fəryadını çatdırmağa cəhd edirdi. "Əşhədü ənna
Mühəmmədən rəsulullah" - Sona bu səsi eşidənde titrədi, ürəyində anlaşılmaz bir
ümid doğdu: "Bəlkə məscidə gedim, bəstə girim, aman istəyim, Allahın evində
mənə heç nə eləməzlər", deyə məscidə, "Ia ilahə" səsi ucalan səmtə tərəf bir addım
atdı. Lakin dərhal fıkrindən
75
döndü:."Yox, onda bəs Ağa Səməd? Bəs Alış bilən kimi ona divan tutmazmı?
Yox, o mənə inandı, şəhərdən yox ol, Alış bilməsin", dedi. Sona fikrini toplayıb nə
edəcəyini, hara üz tutacağını qərarlaşdırmağa macal tapmamış, qarşıdakı alçaq
qapıdan əli boğçalı bir kişi çıxdı. Şiş uzun papaq qoymuş, qara əbalı, ayağı
nəleyinli kişi "lahövlə vəla qüvvətə ilk billahi əliyül əzim" - deyə əqiq üzüklü
barmağını bığlarını, sonra da saqqalına çəkib maraqla Seyid Məhəmmədin hasarına
sığınmış zənən xaylağına baxdı: "Bu kim ola? Pay yığana oxşamır, bir də bu vaxt
pay yığan qapıya gəlməz. Minasoltan da deyil, təhrindən cavan adamdı. Yəqin
naxoşu-zadı var, ağanın canamazın, ya da Quranın aparmağa gəlib onuyçun", -
deyə kişi qonşu evinə gələn naməhrəm arvada diqqət etməyi ədəbdən kənar iş
hesab elədi və qələmkar boğçasını qoltuğuna sıxıb hamama tərəf yollandı. Bu,
Məşədi Qənbər idi, o adəti üzrə "təkbir" deyə-deyə tələsik gedirdi; axı sübh
namazımın vaxtı keçirdi, qüsl etməli, dəstəmaz almalı idi.
Əgər Sona, kişinin nə fikrə gəldiyini duya bilsəydi, bəlkə də əlini qapının
çaxçaxına atmazdı, sübh namazı üçün dəstəmaza çıxan Mina-soltan da, qapını açıb
heyrət və təəccüblə donub durmazdı.
Şirvanda yaştı adamlara kiçiklər tərəfindən bir "hörmət adı" qoymaq dəbdi. Evə
gəlin gələn gündən kiçiklər gəlini: gəlin soltan, qönçeyi-can, gəlin də qayınlarını
mirzə dadaş, ağa dadaş, baldızlarını yaşına və mövqeyinə görə Minasoltan,
işvercan, noğulbacı, bircəbacı adlandırırdı. Seyid Əzimin anasının əsil adı kiçginə
xanım idi, amma bütün əqrəba Şirvan qaydasında ona Minasoltan deyirdi. Biz də
gəlin onu elə bu adla adlandıraq.
Minasoltan dedi:
-Keç içəri qızım, nə istəyirsən?
Sona cəld içəri soxuldu; qapı arxasınca bağlandıqda, bu evə fəlakət gətirə
biləcəyindən narahat olsa da asudə nəfəs dərdi.
-Sənə pənah gətirmişəm, xala, göydə Allah, yerde sənə... Məni Ağanın başına
çevir, - deyə yerə çökdü, arvadın ayağına sərildi.
Namaz, dəstəmaz Minasoltanın yadından çıxdı, o danışmağa soz tapmırdı;
kimdir bu gəlin, bu naməlum arvad? Kimdən qaçıb, nəçidi? Ərinin yumruğu
altından qaçıb ona pənah gətirən qohum-qonşu arvadı da deyil, tanımır onu...
-Axı kimsən, ay bala, dur ayağa, özünü yerə sürtmə. Mən növzənbillah, imam-
övliyə döyüləm, Allaha xoş getməz, ayağıma neyşə yıxılırsan?