Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə32/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   28   29   30   31   32   33   34   35   ...   153

                                                                                                                                                  

82 


 

Məclisdəki  bəyzadələrin  əksəriyyəti  Cavada  qahmar  çıxır.  Cavad  gedir. 

Bəyzadələrdən biri deyir: 

-Əh,  ona  cin  Cavad  deyərlər,  gedib  evində  halvanı  arvada  çaldıracaq,  gəlib 

deyəcək ki, buyurun yeddi günbəzdə çalmışam, o, şeytana papış tikənin biridi... 

Cavadı yoxlamaq üçün ürəkli cavanlardan bir-ikisi özlərilə mələfə də götürüb 

qəbiristana  yollanırlar.  Burada  Cavadın  hənirtisini  duyurlar,  o,  doğrudan  da 

günbəzlərdən  birinin  içində  ocaq  qalayıb  halva  çalırdı.  Qovrulmuş  unun  xoş  ətri 

gələnlərin burnuna vurur. Gənclərdən biri köynəyinin qolunu dirsəyədək çırmayıb 

mələfəyə bürünür və əlini qapıdan içəri uzadır, Cavad heç nəyə məhəl qoymadan 

halva diləyən "ölünün" əlinə bir kəfgir qovrulmuş un qoyur, "ölü" yanan əlini geri 

çəkib,  unu  atır,  bir  də  uzadır,  Cavad  yenə  də  xoflanmadan  verir,  üçüncü  əl 

uzananda Cavad ələ bir kəfgir vurub deyir: 

-Ay rəhmətliklər, hamısını ölülərə versəm, dirilərə nə aparram? 

"Ölülər" gülüşür; dostlar, çalınmış halvanı da götüriib birlikdə məclisə qayıdır 

və Cavadın ürəkliliyini ağızdolusu tərifləyirlər... 

Cavad özü də belə işlərdən bilmərrə imtina etdi. Amma bazarda həcvlər, ifşaçı

mənzumələr  oxumaqdan  əl  çəkmədi.  Onun  ən  çox  oxuduğu  şeir  Seyid  Əzimin 

təzə-təzə  meydana  çıxan  həcvləri  idi.  Bazardan  keçən  kvartalniki,  təzə  bəy  adı

almış,  şaşqa  taxıb  təşəxxüs  satan  Hacı  Məlik  oğlunu  görcək  gözləri  parıldayır, 

xüsusi ahənglə oxuyur: 

"Bar ilaha, bu kvartalniki çox görmə bizə!" 

Amma  Hacı  Məlik  oğlu  bu  "duadan"  nədənsə  çox  acıqlanır,  kükrəyir,  coşur, 

əlini qəbzəyə qoyur, deyir: 

-Cavad, bax, aç qulağuvu, eşit, o naseyide de ki, məndən əl çəksin, baha oturar 

ikivüzə də... 

Cavad gülməyini boğur: 

-Neçəyə, kvartalnik ağa? Mən ki, sənə dua eləyirəm... 

Ətrafda avaraların, yetiklərin artdığını görən kvartalnik aradan  çıxmağa tələsir: 

-Tanıyıram  səni,  bilirəm  o  nə  duadı...  Naseyid  köpək  oğlu...  Onun  kimin 

qarasına söyləndiyini çoxları bilir, qəhqəhə ucalır... 

-Aha... ox nişana düz dəyibmiş ki... 

-Balam, bura Şirvandı, hərə öz fitini yaxşı tanıyır burda... 

-Amma cəddinə qurban oldugum, nə deyib!.. 

-Ağa yaman dağ çəkib Hacməlik oğluna... 

 

 




                                                                                                                                                  

83 


 

...Seyid Əzim Cavadın yanına çatanda artıq bütün şəhər hadisədən xəbərdar idi. 

Mollagünələr,  baqqallar,  bəzzazlar  sevinirdi,  açıq-açığına  elə  bil  bayram 

eləyirdilər... 

-Belə  olar  da...  Allah  adama  belə  qənim  olar...  O  fitnə  yuvası  gərək  çoxdan 

dağılaydı, cavanları yoldan çıxaranın axın elə belədi! 

-Əlinə qurban olum kimdisə, yaxşı eləyib, Allah özü əcrin versin. 

Sonanın  yoxa  çıxmasını  da  belə  izah  edirdilər:  "Yəqin  qaçaqlar  dağa  çəkib 

aparıb". 

Başındakı  tabaqda  ədavalı  halva  gəzdirib  satan  tabaqçı  yetim  Hüseyn  çırtıq 

çala-çala təzəcə qoşduğu "Mütrüf havasını" oxuyur, dükançıları güldürürdü: 

Meyyiti getdi divana,  

Cəzası qaldı rizvana,  

Dağıldı öyü mütrüfün,  

Verildi suyu mütrüfün. 

Çillə-çülə kamanda  

Ənniyi qaldı tükanda 

-Aadə,.. ə.. o murdara meyit suyu verən kimdi? Allah vurmuşdu onu ki, cəzası

rizvanda veriləe. Cəzasın elə bu dünyada alıb. Allah qarğa deyil ki, göz ova... 

...Cavad  şairi  görcək  yerindən  qalxdı.  Söhbətin  şirin  yerində  kəsilməsi 

bəzilərini  narazt  saldığından,  hamı  dönüb  yeni  gələnə  baxdı,  tanıyanlar  dərhal 

aralandılar,  ona  Cavadın  yanına  getməyə  yol  verdilər.  Cavad  şairlə  təmənləşdi. 

Cavanlardan birisi qonşusundan soruşdu: 

-Bu kimdi? 

Qonşu təəccüblə dilləndi: 

-Necə yanı kimdi? Ağadı da!.. Kvartalnikin atasına od qoyan. 

Gəncin  gözləri  parıldadı,  İndi  o  şamaxtlıların  böyüklü-kiçikli  "Ağa" 

adlandırdıqları bu gənc şairdən gözlərini çəkmir, sanki baxışları ilə onu yeyirdi. 

Şair isə Cavadla söhbətə başlamış, əsil  məqsədini büruzə vermədən hadisənin 

bazara nə şəkildə yayıldığını öyrənmək istəyirdi: 

-Hə, nə xəbərdi, aadə? 

-Sağlığın, Ağa, Mütrüf Ədil fot olub... 

-Hə, eşitmişəm... 

Səsində  açıqca  bir  təəssüf  hiss  olunan  Cavad  daima  gülən  simasına  heç  də 

yaraşmayan kədərli bir tövrlə sözünə davam etdi: 

 

 




                                                                                                                                                  

84 


 

-  öz  yerində,  Allah  bilən  yaxşıdı,  ya  rəhmət  elər  -  behiştə  aparar,  ya  da  lənət 

elər - cəhənnəmə yollar. Amma hayıf Sonadan... 

-Ona nə olub ki... 

-Əlli-ayaqlı  itib...  Gördüm  deyən  yoxdu...  Şirvan  çəngilərinin  gözü  idi,  Ağa, 

hayıf! Bir də onun rəqslərindən zövq almaq heç zihəyata nəsib olmayacaq. 

Seyid Əzim açıq münasibətini bildirmək istəmədi: 

-Qərəz... Olan olub... 

-Bəli, olan olub, torba dolub... 

Şair  vəziyyətin  gərginliyinə  baxmayaraq,  Sonanın  yerinin  bilinmədiyinə 

arxayınlaşdı. İndi nigaranlığı dostundan idi. Dostundan və əməl yoldaşı Tərlandan 

da xəbər tutmaq istədi, yavaşcadan Cavadın qulağına pıçıldadı: 

-Bura bax, Cin, Qapaqlıgildən xəbər-ətər yoxdu? 

Cavad məsələnin nə yerdə olduğunu anlayıb, o da öz növbəsində pıçıldadı: 

-Getdiyi beyt belindən vurmuş qapını elə qıfıllamayıb ki, quş quşluğuynan ora 

qanad aça bilsin? Nökərini görüb soruşdum, deyir cavan ağam naxoşdu... 

Hər ikisi bu cavan ağanın Tərlan olduğunu bilirdi, hər ikisi onu görmək istəyir, 

lakin  qapaqlının  evinə  getməyə  heç  kəsdə  cürət  yox  idi,  ona  görə  yox  ki,  bu 

sağlam, igid gənclər Hacı Əsədin yumruq və ya çomağından qorxurdular. Məsələ

bunda  idi  ki,  onların  heç  birisi  Tərlanın  evdəki  mövqeyini,  vəziyyətini  bir  az  da 

ağırlaşdırmaq  istəmirdilər.  Çünki  Hacının  xasiyyətinə  bələd  idilər.  Hacı  Qapaqlı

acizin zalımı idi, böyük yanında, nüfuzlu, tanınmış adam  yanında heç nə deməsə 

də, sonra Tərlanın günün qara eləyəcəkdi... 

Odur ki, dostlar hər ikisi qüssələndi. 

Kim isə Cavadı qüssədən azad eləmək üçün kələkbaz bir sual ortaya atdı; onlar 

həmişə Cavadı belə ikibaşlı suallarla dilləndirərdilər: 

-Bura  bax,  aşna,  pıç-pıç  Mustafa  xanı  Şirvandan  qaçırdıb,  Yoxsa  siz  də 

pıçıldaşıb bizi bazardan qaçırtmaq istəyirsiniz? 

Başqa birisi soruşdu: 

-Ay Cavad, əgər sənin özündən xəbər alan olsa, hansına gedərdin, cənnətə, ya 

cəhənnəmə? 

Cavad hansı bir hissin təsiri iləsə doğruldu, açıq bir kin duyulan səslə dilləndi: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə