“Dədə Qorqud”un möcüzələr dünyası
132
mürəkkəb quruluşlu qohumluq terminləri. “Kitabda ya-
xın mənalı ata və ana, oğul və qız, qız və gəlin sözləri əsasında ya-
ranmış mürəkkəb quruluşlu qohumluq terminlərinə təsadüf olunur:
ata – ana: “Ata-ana ”yaŋlış xəbərdir, getmə, oğul!” – dedilər”
(D-259);
oğlı-qızı: “Oğlı-qızı olmıyana allah-təala qarğayıbdır, biz
dəxi qarğarız...” (D-10);
qız-gəlin: “Ağca yüzli qızım-gəlünim əkşəşmədin” (D-299)..
Burada onu da qeyd edək ki, “Kitab”dakı qohumluq termin-
lərinin bir qismi ismi birləşmə modelindədir:
qayın - ata: “Atamdan yegrək qayın ata!” (D-262);
qayın ana: “Anamdan yegrək qayın ana!” (D-262);
qız qarındaş: “Beyrəgə və anasına və qız qarındaşlarına
muştçı gəldi” (D-86);
xatun kişi: “Bəkil gördi, xatun kişiniŋ əqli-kəlicəsi eyüdür”
(D-240);
qız kişi: “Ağız dildən, qız kişi, xəbər, maŋa!” (D-103);
qardaşı oğlı: “Təkuruŋ qardaşı oğlı vardı...” (D-183).
Yuxarıda təqdim etdiklərimiz təkcə “Kitab”ın dili yox, həm
də Azərbaycan dilinin tarixi leksikologiyası və qrammatikası baxı-
mından əhəmiyyətlidir.
ç) qohumluq terminləri, atalar sözləri və
zərbi-məsəllər müstəvisində
“Kitab” özünəqədərki, eyni zamanda formalaşdığı dövrlərin
atalar sözləri və zərbi-məsəllərini özündə əhatə və əks etdirən ən
sanballı abidədir. Bu mötəbər mənbədəki çoxsaylı atalar sözləri və
zərbi-məsəllər həcmcə kiçik, məzmunca dərindir. Onların bir qis-
mi igidlik və cəsurluqla, bir qismi təbiət və cəmiyyət hadisələri
ilə, bir qismi dini-mifoloji təsəvvürlərlə...bir qismi də məhz qo-
humluq münasibətləri ilə (ata və oğul, ana və qız, qayınana və və
gəlin...münasibətləri) bağlıdır. Bu mənada “Kitab”dakı bir sıra
atalar sözləri və zərbi-məsəllərdə qohumluq terminlərinin işlənmə-
“Dədə Qorqud”un möcüzələr dünyası
133
si heç də təsadüfi deyil. Digər tərəfdən, burada xüsusi olaraq qeyd
etmək lazımdır ki, bu tip deyimlərin əksəriyyətində qohumluq ter-
minləri məntiqi mərkəz funksiyasında çıxış edir: “Ata adını yürüt-
miyən xoyrad oğul ata belindən enincə enməsə, yeg, ana rəhminə
düşüncə, toğmasa, yeg” deyimində ata, ana və oğul qohumluq ter-
minlərinin rolu, onların mətn daxilindəki assosiativliyi nəticəsində
reallaşmış dərin məna və s. kimi detallar dediklərimizi sübut edir.
Yaxud “Ağ südin toya əmzirsə, ana görkli” (D-6) kəlamındakı bü-
tün sözlər məhz “ana” sözünün assosiativliyi ilə işlənmişdir. Bu da
yuxarıda söylədiklərimizi arqumentləşdirir.
Tərkibində qohumluq terminləri olan atalar sözləri və zərbi-
məsəlləri aşağıdakı kimi sistemləşdirmək olar:
– tərkibində ata və oğul sözləri iştirak edənlər: “Ata adın yü-
ridəndə dövlətlü oğul yeg” (D-4); Oğul üçün ata ölmək eyib olur”
(D-143); “Oğul atadan görməyincə süfrə çəkməz” (D-3); “Oğul
atanın yetiridir, iki gözinin biridir” (D-3)...;
– tərkibində ana və qız sözləri iştirak edənlər: “Qız anadan
görməyincə ögit almaz” (D-3)...;
– tərkibində ana və oğul sözləri iştirak edənlər: “Oğıl kimdən
oldığın ana bilür” (D-5)...;
– tərkibində ana sözü iştirak edənlər: “Ağ südin toya əmzirsə,
ana görkli” (D-6)...;
– tərkibində baba və oğul sözləri iştirak edənlər: “Oğul dəxi
neyləsün, baba ölüb mal qalmasa” (D-4); “Baba oğul qazanur ad
içün, Oğul da qılıc quşanur baba ğeyrətiçün” (D-131)...;
– tərkibində baba sözü iştirak edənlər: “Baba malından nə
faidə başda dövlət olmasa...” (D-4); “Dölimindən ağarsa, baba
görkli” (D-6)...;
– tərkibində oğul sözü iştirak edənlər: “Dövlətlü oğul qopsa,
ocağınıŋ gözidir” (D-3); “Yad oğlı saqlamaqla oğul olmaz...” (D-
3)...;
– tərkibində oğul və güyəgü sözləri iştirak edənlər: “Kül
təpəcik olmaz, güyəgü oğul olmaz”...;
“Dədə Qorqud”un möcüzələr dünyası
134
– tərkibində qardaş sözü iştirak edənlər: “Sevgili qardaş görk-
li” (D-7)... Bu sistemdə tərkibində “qardaşlu” və “qardaşsız” sözlə-
ri iştirak edən atalar sözlərini də vermək olar: “Qardaşlu yigitlər
qalqar-qopar olur. Qardaşsız miskin yigit əŋsəsinə yumruq toqun-
sa, Ağlayubən dört yanına baqar olur (D-259). Burada ikinci atalar
sözünə aydınlıq gətirmək lazım gəlir. Belə ki, ikinci atalar sözü
sintaktik bütöv daxilində eynilə yox, nisbətən dəyişikliyə uğramış,
həm də genişləndirilmiş vəziy-yətdədir;
– tərkibində övrət sözü iştirak edənlər: “Ögünməklə övrət ər
olmaz” (D-198); “Aldayuban ər tutmaq övrət işidir” (D-298)...;
– tərkibində həlal sözü iştirak edənlər: “Dizin basub oturanda
həlal görkli” (D-6)...;
– tərkibində “gəlin” sözü iştirak edənlər: “Qədəmi qutsız
gəlin deyincə, udsız gəlin desünlər” (D-262). Bu nümunələrdə
atalar sözü dəyişikliyə uğramış şəkildə işlən-mişdir.
Qorqudşünaslıqda atalar sözləri və zərbi-məsəllərin poetik
strukturu, semantikası və boylarla bağlılığından kifayət qədər bəhs
olunub. Amma bu araşdırmalarda atalar sözləri və zərbi-məsəllərə
məhz qohumluq terminləri prizmasından, demək olar ki, münasibət
bildirilməyib. Bu mənada həmin tip vahidlər barədə bəzi fikirləri
söyləmək lazım gəlir:
– birincisi, yuxarıda sistemləşdirdiyimiz atalar sözləri və
zərbi-məsəllər “Kitab”ın böyüklüyünü əyani olaraq göstərir;
– ikincisi, bu vahidlərdəki ata, ana, oğul, baba və s. kimi qo-
humluq terminləri ilə “Kitab”dakı ata, ana, oğul, baba... obrazlar
arasında məntiqi bağlılıq görünür. Necə ki “Kitab”da at zoolek-
semli atalar sözləri ilə at obrazları arasında, yaxud dağ sözünün iş-
tirakı ilə yaranmış atalar sözləri ilə dağ obrazları arasında birbaşa
bağlılıq müşahidə olunur;
– üçüncüsü, bu tip vahidlərdə semantik dinamika daha çox
qohumluq terminləri ilə reallaşır, məntiqi mərkəz funksiyasında da
məhz qohumluq terminləri çıxış edir;
– dördüncüsü, atalar sözləri və zərbi-məsəllərdəki qohumluq
terminləri digər obrazlı ifadələrdəki qohumluq terminləri ilə səslə-
Dostları ilə paylaş: |