|
Microsoft Word ?Zizxan tanriverdi
|
səhifə | 1/174 | tarix | 25.06.2018 | ölçüsü | 3,53 Mb. | | #51679 |
|
ƏZİZXAN TANRIVERDİ
“Dədə Qorqud”un
möcüzələr dünyası
“Dədə Qorqud” eposunun elm aləminə
bəlli olmasının 200 illiyinə həsr olunur
Bakı - 2015
“Dədə Qorqud”un möcüzələr dünyası
2
Elmi məsləhətçi: Nizami CƏFƏFROV
AMEA-nın müxbir üzvü, filologiya
üzrə elmlər doktoru, professor
Redaktor: Muxtar KAZIMOĞLU (İmanov)
AMEA-nın müxbir üzvü, filologiya
üzrə elmlər doktoru
Rəyçilər: Ramazan QAFAROV,
filologiya üzrə elmlər doktoru, professor
Təyyar SALAMOĞLU,
filologiya üzrə elmlər doktoru, professor
İlham TAHİROV,
filologiya üzrə elmlər doktoru
Seyfəddin RZASOY,
filologiya üzrə elmlər doktoru
İlham ABBASOV
Əzizxan Tanrıverdi. “Dədə Qorqud”un möcüzələr
dünyası”. Bakı, 2015, 538 səh.
Monoqrafiyada “Dədə Qorqud” kitabının dilindəki qo-
humluq terminləri, zaman anlayışını ifadə edən vahidlər,
silah və döyüş geyimlərinin adları tarixi-linqvistik müstəvi-
də araşdırılır, eyni zamanda bu tip vahidlərin poetiklik ya-
ratma imkanlarına mətn kontekstində işıq salınır.
“Dədə Qorqud”un möcüzələr dünyası
3
MÜƏLLİFDƏN
Tarixdə çox kitablar olub, heç şübhəsiz ki, bundan sonra da
olacaq. Hər kitabın da öz dünyası, öz dəyəri var: kitab var ki, onu
əlinə almaq istəmirsən; kitab var ki, onu vərəqləməklə kifayətlə-
nirsən; kitab var ki, onun haqqında nəsə bir yazı yazır və bir daha
ona müraciət etmirsən; kitab var ki, onu cəmi bircə dəfə oxumaqla
mənəvi dünyanı zənginləşdirirsən...; kitab da var ki, ruhuna hakim
kəsilir, ruhunu ovsunlayır, ruhunu silkələyərək səni daim onun
haqqında yazı yazmağa, söz deməyə sövq edir. Mənim üçün, həm
də təkcə mənim üçün yox, hər bir türk üçün, hər bir ədəbiyyat bili-
cisi üçün belə bir nadir inci cəmi 154 səhifədən ibarət olan “səsi
uzaq əsrlərdən gələn, gur işığı ilə tarixləri yarıb keçən... çiçəkləri
solmaq bilməyən, əbədi təzə-tər qalan, zaman-zaman nəsilləri hey-
ran qoyan bir sənət gülşəni” (F.Zeynalov, S.Əlizadə) məhz “Kita-
bi-Dədəm Qorqud ala lisani-taifeyi-oğuzan”dır – “ulu babamın
kitabıdır, babamızın kitabıdır – dədə-babalarımızın ölümsüz yadi-
garıdır” (Anar). Qorqudşünaslara yaxşı bəlli olan bu ad bəzən ey-
nilə, daha çox isə nisbətən dəyişikliyə uğramış şəkildə işlədilir:
“Kitabi-Dədəm Qorqud”, “Dədəm Qorqudun kitabı”, “Kitabi-
Dədə Qorqud”, “Dədə Qorqud dastanları”, “Dədə Qorqud” epo-
su, “Dədə Qorqud kitabı”, “Kitab”... Mənim üçün necə sadələşdi-
rilməsindən, hansı formada təqdimindən asılı olmayaraq, bu ideo-
nimlərin (adların) hər biri doğmadır. Qəribə də olsa, bu yaxınlıq,
bu doğmalıq “Kitab”a həsr etdiyim 80-dən artıq məqalə və 11
monoqrafiyada da aydın şəkildə görünür. Bir məqamı da qeyd
etməyə bilmərəm: əsərlərimin, demək olar ki, hər birində “Dədə
Qorqud kitabı”na müraciət etmişəm. Dəqiq desəm, “Azərbaycan
dilinin tarixi qrammatikası” dərsliyini ərsəyə gətirəndə də, türk
mənşəli Azərbaycan şəxs adlarını tarixi-linqvistik müstəvidə təd-
qiq edəndə də, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Zəlimxan Ya-
qub, Zahid Xəlil, Mətləb Nağı, Firuzə Məmmədli, Akif Səməd kimi
söz-sənət adamları barədə tənqidi məqalələr çap etdirəndə də,
hətta dostlarım barədə yubiley yazıları yazanda da “Dədə Qorqud
“Dədə Qorqud”un möcüzələr dünyası
4
kitabı”na istinad etmişəm, ucalardan uca abidəmizin ruhunu
onlara hopdurmağa çalışmışam.
Varlığıma, ruhuma hakim olan “Kitab”ı sevə-sevə təbliğ
edirəm. Bir neçə məqama diqqət yetirək: ailəmizin sonbeşiyi iyir-
mi iki ildir ki, Beyrək adını daşıyır, Oğuz igidi Beyrəyin adını ya-
şadır. Şair dostum Mətləb Nağı oğlum Beyrəyə həsr etdiyi “Ol-
sun” şeirində bu hadisəni obrazlı şəkildə canlandırıb: “...Dədə
Qorqud adın verib Beyrəyin, Köhnə sözə bu ad təzə boy olsun!”;
tələbələrimə “Kitab”ın dili ilə bağlı mühazirələr söyləyir, onun dil
möcüzəsinin ən incə detallarını izah edərək sevdirməyə çalışıram.
Artıq fəxrlə deyə bilərəm ki, tələbələrimin əksəriyyəti “Kitab”dan
onlarca parçanı əzbərdən bilir; iştirakçısı olduğum toylarda bəylə
gəlini təbrik edərkən daha çox ulu abidəmizə – “Dədə Qorqud”a
söykənirəm...
Linqvopoetik baxımdan tam mənimsəyərək ruhumun bir
parçasına çevirdiyim “Kitab” barədə yazdıqlarımı göz önünə
gətirdim: konkret desəm, şəxs adlarının hər birini tarixi-linqvistik
müstəvidə izah etdiyimi, müasir ədəbi dilimiz üçün arxaizm hesab
olunan sözlərin şivələrimizdə mühafizə olunmasını müəyyənləşdir-
diyimi, kişi və qadın obrazlarının dili üçün fərdi və fərqli cə-
hətləri mətn semantikası kontekstində dəqiqləşdirdiyimi, Drezden
nüsxəsindəki bir sıra yazılış şəkillərinin transkripsiyası ilə bağlı
mülahizələr irəli sürdüyümü, assonans və alliterasiyaları, eləcə də
alliterativ tipli qafiyələnmələri sintaktik bütövlər çərçivəsində
təhlil süzgəcindən keçirdiyimi, at və dağ kultlarını digər qədim
türk mənbələri ilə müqayisəli şəkildə araşdırdığımı... assosiativ
olaraq xatırladım, yeni yazmaq istədiyim kitabla bağlı görəcəyim
işlərin ilkin konturlarını, koordinatlarını cızmağa başladım...
Amma yenə də “Kitab”ın hər sözü, hətta hər səsi belə məni rahat
buraxmır, xəyallar aləminə aparır: yurd həsrətli “Qom qomlamım
qoma yurdım!... Səni yağı nerədən darımış, gözəl yurdım!...”
misraları əsəblərimi tarıma çəksə də, bütöv Azərbaycan uğrunda
mübari-zəmə güc-qüvvət verdi; “Oğul, oğul, ay oğul! Toquz ay tar
qarnımda götürdigim oğul! On ay deyəndə dünyaya gətürdigim
Dostları ilə paylaş: |
|
|