“Dədə Qorqud”un möcüzələr dünyası
5
oğul!” misraları ruhumu tərpətdi, anam yadıma düşdü, özümü bir
daha onun qucağında hiss etdim; “Salqum-salqum tan yelləri
əsdigində, saqallu boz ac turğay sayradıqda” misraları məni san-
ki sirli-sehirli təbiətin ağuşuna atdı; “Əri muradına yetürər səniŋ
arxacığıŋ, At diməzəm saŋa, qartaş deyərəm” misraları at belində
Vətən qoruyan türk ərənlərini yada saldı, mən də özümü at
belində gördüm... Essevari yazımda “Ey türk, bulaq suyu kimi saf,
ana südü kimi müqəddəs olan “Dədə Qorqud kitabı”na tez-tez
müraciət et! Qopuz səsi, at kişnərtisi, dördnala çapılan atların
ayaq tappıltısı ruhuna hopsun!... Dədə Qorqud müdrikliyi,
Bayındır xan uzaqgörənliyi, Qazan xan təpəri daim səninlə
olsun!...” (“Dədə Qorqud kitabı”nın obrazlar aləmi. Bakı, 2013)
– deyərkən düşünürdüm ki, bir daha bu mövzuya qayıtmaya-
cağam... Amma “Dədə Qorqud”un möcüzələr dünyasına yenidən
qayıtmalı oldum...
“Dədə Qorqud”un möcüzələr dünyası
6
I HİSSƏ
QOHUM SÖZÜ İŞIĞINDA, YAXUD FƏRQLİ
ŞƏRH VƏ TRANSKRİPSİYALARA MÜNASİBƏT
“Kitab”da qohumluq münasibətlərinin sözlə ifadəsi qabarıq
şəkildə görünür. Maraqlıdır ki, təhkiyəçi bu tip vahidlərin, daha
dəqiqi, qohumluq bildirən sözlərin əksəriyyətinin məna yükünü
mətn daxilində ifadə etməyə çalışıb. İki fakta diqqət yetirək:
“dədə” sözünün təkcə yol göstərən, ağsaqqal, müdriklər müdriki,
ustad ozan yox (Dədəm Qorqut gəldi, oğlana ad qodı...), həm də
baba mənasında işlənməsi mətn kontekstində asanlıqla anlaşılır
(“Mərə qavat, mənim babam Bayındır xan degilmidir?” Ayıtdı:
“Yox, ol, anaŋın babasıdır, səniŋ dədəŋdir”); yaxud “güyəgü”
sözünün məhz kürəkən mənasında olmasına birbaşa işarə olunur:
“Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir. Əmma Qaza-
nıŋ inağıdır...” Bu cür detallar onu deməyə əsas verir ki, təhkiyəçi
Oğuz cəmiyyəti üçün səciyyəvi olan nəsil və ailə toplumları
daxilindəki qohumluq münasibətlərinin bütün tərəflərinə dərindən
bələd olub...
“Biri ilə qohumluq əlaqəsi olan adam” anlamlı “qohum” sö-
zü “Kitab”da ayrılıqda deyil, obrazlı ifadələr daxilində müşahidə
olunur: qaum-qardaşa həsrət – Ataya-anaya, qauma-qardaşa həs-
rətəm; qövmlü qövmilə görklü – Qövmlü qövmilə görklü gördüm.
Qorqudşünaslıqda Drezden nüsxəsinin 44-cü səhifəsindəki
“
ھق موق
ينم ل
م
ق
و
ي ام
و
در
م
“ yazılış şəklinin aşağıdakı kimi transkripsiya-
sı müşahidə olunur:
O.Ş.Gökyayın nəşrində: Kavım kabile benüm kama yurdum
(İstanbul, 2000);
M.Erginin nəşrində: Kavum kabile menüm kuma yurdum
(Ankara, 1958);
H.Araslının nəşrində: Qum qumlamayım quma yurdum!
(Bakı, 1978);
“Dədə Qorqud”un möcüzələr dünyası
7
F.Zeynalov və S.Əlizadənin nəşrində: Qom qomlamım qoma
yurdum! (Bakı, 1988);
S.Tezcan və H.Boeschotenin kitabında: Kavım kabla beküm
kon(r) yurdum (İstanbul, 2001);
S.Əlizadənin hazırladığı ensiklopedik nəşrdə: Qövm – qəbilə
mənim quma yurdum (müəllif “qom-qomla mənim qoma yur-
dum” şəklində transkripsiyanı daha məqbul hesab edir) (Kitabi-
Dədə Qorqud Ensiklopediyası. I c., Bakı, 2000, s.47).
Müqayisələr göstərir ki, O.Ş.Gökyay Drezden nüsxəsindəki
müxtəlif yazılış şəkillərini eyni söz kimi oxuyub: موق (D-44) ka-
vim; موٲق (D-98) – kavum. Burada aydın şəkildə görünür ki, bi-
rinci yazılış şəklində əlif ( ا ) hərfi yoxdur. F.Zeynalov və S.Əli-
zadənin nəşrində isə həmin yazılış şəkillərinin transkripsiyası
belədir: birinci yazılış şəkli “qom”; ikinci yazılış şəkli “qaum”.
Qom-qomla mənim qoma yurdum,
Qulanla sığın-keyikə qoŋşı yurdum!
Səni yağı nerədən darımış, gözəl yurdum?!
Ağ ban evim dikiləndə yurdı qalmış.
Qarıcıq anam oluranda yeri qalmış
Oğlum Uruz ox atanda buta qalmış,
Oğuz bəgləri at çapanda meydan qalmış.
Qara mudbaq dikiləndə ocaq qalmış.
A.Hacıyev bu parçadakı birinci misranın məhz “Qom-qomla
mənim qoma yurdum!” şəklində transkripsiyasını düzgün hesab
edərkən iki arqument gətirir:
1) Drezden nüsxəsindəki yazılış şəkli; 2) H.Araslının
transkripsiyası və O.Ş.Gökyaya açıq məktubu . Bir cəhəti də qeyd
edək ki, A.Hacıyev bu arqumentlərini S.Əlizadənin “həmin mis-
ranı “D”-yə (Drezden nüsxəsinə - Ə.T.) əsasən “Qom-qomla mə-
nim qoma yurdum” şəklində oxumaq olar” fikri ilə qüvvətləndir-
məyi də unutmur
1
. “Eynicinsli sait və samit səslərin ahəngdar dü-
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.91-92.
“Dədə Qorqud”un möcüzələr dünyası
8
zümü əsasında yaranmış ilkin arxaizmlərin sıralandığı birinci mis-
ra uzun müddətdir ki, qorqudşünaslığın fikir çək-çevirində öz hə-
qiqi yozumunu gözləməkdədir”
1
, – deyən A.Hacıyev ilk olaraq
həmin misra ilə bağlı qorqudşünasların fikirlərini saf-çürük edir.
Konkret desək, aşağıdakı məsələlərə daha çox diqqət yetirir:
– həmin misradakı başlanğıc sözləri O.Ş.Gökyayın “kavın”
(qövm), kabilə (qəbilə) kimi anladığını, “koma” sözünün isə günəş
düşməyən quzey, bolluq, rifah və s. kimi mənalarda açıqladığını
göstərir;
– M.Erginin, əsasən, O.Ş.Gökyayın mövqeyində dayan-
dığını, “kuma” sözünü isə “ortaq qocaları eyni olan qadınlar”
mənalı ərəb mənşəli söz kimi izah etdiyini qeyd edir. Eyni
zamanda T.Tekinin də məhz bu iddiada olduğunu bildirir;
– yuxarıda təqdim etdiyimiz sintaktik bütövdəki birinci
misraya V.V.Bartoldun tərcüməsində diqqət yetirir: “Хоть тебя
не засыпал песок, ты покинуто, мое жилище”. Müəllifin tərcü-
məsindəki uyğunsuzluqları göstərir: “belə çıxır ki, böyük türkoloq
birinci sözü “qum”, ikinci sözü “qumlamaq” felinin inkar forması,
üçüncü sözü isə “tərk edilmiş, boşaldılmış” mənalarında dərk et-
mişdir”. Digər tərəfdən, həmin tərcüməni (birinci misranın tər-
cüməsi nəzərdə tutulur) A.N.Kononovun qəbul etmədiyini, əksinə,
digər mənbələri, daha dəqiqi, O.Ş.Gökyay və M.Erginin variantla-
rını əsas götürərək “ (o) народ, (о) племя, о мое крепкое жили-
ще!» tərcümə variantını məqbul hesab etdiyini açıqlayır;
– S.Tezcanın ilk iki sözün ərəb mənşəli olması fikri ilə razı-
laşmasını, “qoma” sözünü isə yazılış xətası hesab etməsini, daha
doğrusu, bu sözü “konar” fonetik qabığında, həm də “qonaqlanan
yurd, obanın hər zaman gəlib qonaqladığı yurd yeri” anlamında
açıqladığını şərh edir;
– H.Araslı, M.Təhmasib, Ş.Cəmşidov kimi alimlərin həmin
misranın semantik yükünə münasibət bildirmədiklərini diqqətə
çatdırır;
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.91.
Dostları ilə paylaş: |