“Dədə Qorqud”un möcüzələr dünyası
24
Basat; Qazanın dilində – oğlum Uruz, qartaşım Qaragünə (burada
Qazanın atası Ulaşın adının çəkilməməsi birbaşa sintaktik mühitlə
bağlıdır); Qazanın dilindən verilmiş qaplanın erkəgi, qurd ənügi
erkəgi, ağ sunqur quşı erkəgi kimi söz birləşmələrində kişi cinsinə
aid fərd anlamlı “erkəg” sözü bir təyinedici kimi çıxış edir (həmin
sistemdəki semantik dinamika aslanın da erkəyindən danışmağa
əsas verir). Bu semantik dinamika sintaktik bütövün sonuna qədər
davam edir, daha dəqiqi, kişi cinsini ifadə edən qohumluq termin-
ləri ilə tamamlanır: oğul (oğlum Uruz), qardaş (qardaşım Qara-
günə). Basatın dilindən verilmiş parçada da həmin semantik dina-
mika özünü göstərir: atam Qaba Ağac = kişi, erkək (ata sözünə
görə); atam Qağan Aslan = kişi, erkək (ata sözünə görə); Aruz
oğlı Basat = kişi, erkək (qohumluq bildirən oğul sözünə və kişi
şəxs adlarına görə); hər iki parçada obrazların qohumluq münasi-
bətləri təbiət və cəmiyyət kontekstində təqdim olunur ki, bun-
lardan da birincisi mifik, ikinci realdır. “Kitab”da mifik və real
qohumluq əlaqələrinin sintez şəklində təqdimi isə məhz real qo-
humluğu qüvvətləndirməyə xidmət edir.
Yuxarıdakı qeydlər göstərir ki, mübahisə predmetinə
çevrilmiş misraları məhz aşağıdakı kimi qəbul etmək lazımdır:
Atam adın sorar olsaŋ, – Qaba Ağac!
Atam adın deirsəŋ – Qağan Aslan!
Haqqında geniş şəkildə bəhs etdiyimiz misralardakı “ata”
sözünün məna yükü və mətn daxilindəki funksiyasını həm də
sintaktik bütövlər müstəvisində təhlil etmək zərurəti yaranır. Bu
mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək:
Təpəgözün dilində:
Qalarda – qoparda yigit,
yeriŋ nə yerdir?
Qaranŋu dün içində yol azsaŋ
umuŋ nədir?
Qaba ələm götürən xanıŋuz kim
Qırış Güni ögdin?
“Dədə Qorqud”un möcüzələr dünyası
25
Ağ saqallu babaŋ adı nədir?
Alp ərən ərdən adın
yaşurmaq eyb olur,
Adıŋ nədir, yiğit, degil maŋa! – dedi.
Basatın dilində:
Qalarda – qoparda
yerim Günortac!
Qaranŋu dün içrə yol azsam,
umum allah!
Qaba aləm götürən xanımız –
Bayındır xan!
Qırış güni ögdin dəpən alpımız
Salur oğlı Qazan
Atam adın sorar olsaŋ, - Qaba Ağac
Atam adın deirsəŋ - Qağan Aslan!
Mənim adım sorarsaŋ, -
Aruz oğlı Basatdır, - dedi.
İlk olaraq qeyd edək ki, burada baba və ata sözlərinin müva-
ziliyi müşahidə olunur (Təpəgözün dilində: baba – Ağ saqallu ba-
baŋ adı nədir? Basatın dilində: ata – Atam adın sorar olsaŋ, - Qaba
Ağac!...). Ən əsası isə parçalar mifoloji məzmun daşımasına bax-
mayaraq, atanın böyüklüyü, müqəddəsliyi və kimliyi Oğuz cə-
miyyəti, Oğuz dövləti kontekstində canlandırılır. Daha dəqiqi, bu
parçaların ümumi semantik yükündən aydın olur ki, Oğuz dövlə-
tinin ərazisi, başçısı (xanı), sərkərdəsi, bayrağı var. Aruz oğlu
Basat da bu dövləti qoruyanların sırasındadır. Yeri gəlmişkən,
Basat “Kitab”da ən yenilməz, ən məğlubedilməz qəhrəman statu-
sundadır. O hətta döyüş günü öndə gedən Salur Qazandan da
üstündür. Faktlara müraciət edək: özünün daha güclü olduğunu
bəyan edən Qazan xan Təpəgözü öldürə bilmədiyini etiraf edir:
“Qağan aslan qopdı Dəpəgöz,
Qalıŋ sazlarda çevirdim, alamadım, Basat!
“Dədə Qorqud”un möcüzələr dünyası
26
Ər olsaŋ, yeg.
Olsaŋ, mərə, mən Qazanca olmıyasan, Basat!”
Basat isə Təpəgözə qalib gəlir: “Basat qaqıb yerindən turı
gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdı. Dəpəgözüŋ
kəndü qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı…”. Həm də
bu adi qələbə deyil. Belə ki, atı vurub-basan, qanını sümürən
Basat igidlərin başçısı Qazana zərbə vuran, Qaragünəni əlində
əzən, Bığı qanlı Bəgdüz Əməni əlində döyən, ağ saqqallı Aruza
qan qusduran, bığ yeri tərləmiş cavanları, əlləri xına qızcığazları
yeyən, Oğuz yurdunu əsir-yesir edən Təpəgözə qalib gəlir, Oğuz
ellərini, Oğuz bəylərini ən böyük fəlakətdən qurtarır.
Maraqlıdır ki, Təpəgözün və Basatın dilindən verdiyimiz
parçalar forma və semantikasına görə Əyrək və Səyrəyin dilindən
verilmiş parçalarla oxşardır: Təpəgözün dilində - “Alp ərən ərdən
adın yaşurmaq eyb olur, adıŋ nədir, yigit, degil, maŋa!”…; Əyrə-
yin dilində - “Alp ər ərdən adın yaşurmaq eyb olur, adıŋ nədir,
yigit?” Burada xüsusi olaraq qeyd etmək lazım gəlir ki, həmin
parçalardakı bir sıra cümlələr nəinki oxşardır, hətta bütün
parametrlərinə görə eynidir: Basatın dilində - “Qaba aləm (ələm –
Ə.T.) götürən xanımız – Bayındır xan!”; Səyrəyin dilində - “Qaba
ələm götürən xanımız – Bayındır xan!” Heç şübhəsiz ki, bu cür
oxşarlıq və eyniliklər boyları bir-birinə bağlayan detallardandır.
“يدما” Drezden nüsxəsinin 232-ci səhifəsindəki bu yazılış
şəkli müxtəlif mənalı sözlər kimi transkripsiya olunub:
O.Ş.Gökyayın nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa,
dedi (İstanbul, 2000);
M.Erginin nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa didi
(Ankara, 1958);
H.Araslının nəşrində: imdi. İmdi qardaşlar, qıyma maŋa! –
dedi (Bakı, 1977);
F.Zeynalov və S.Əlizadənin nəşrində: əmdi. Əmdi qardaşlar,
qıyma maŋa! – dedi (Bakı, 1988).
Dostları ilə paylaş: |