“Dədə Qorqud”un möcüzələr dünyası
9
– P.Xəlilovun “Qədim türk sözlüyü”ndəki “güclü həyəcanla
vuruşmaq” anlamlı “quma ur” ifadəsinin məna yükünə söykənərək
həmin misranı “Necə qəzəblənməyim, necə həyəcanlanmayım,
yurdum; Necə bərk həyəcanlanmayım, yurdum” şəklində yoz-
masını diqqəti çəkən mülahizələrdən hesab edir;
– mübahisə obyektinə çevrilmiş birinci misradakı sözlərin
F.Zeynalov və S.Əlizadə tərəfindən “Qohum qəbiləli komam –
yurdum!” variantında müasirləşdirilməsini xüsusi olaraq qeyd
edir...
Yuxarıdakı fikirlərin əksəriyyətinin daha çox güman üzərin-
də qurulduğunu əsas götürən qorqudşünas A.Hacıyev məsələyə
tam başqa kontekstdə yanaşır ki, bu da, əsasən, aşağıdakıları əhatə
edir:
– abidənin dilində “yurd” sözü bir neçə mənada, o cümlədən
geniş mənada vətən, dar mənada isə yaşayış yeri, dayanacaq, ev
mənalarında işlənmişdir...: “Bir gün Qamğan oğlı xan Bayındır
yerindən durmışdı. Şami günlügi yer yüzinə tikdirmişdi. Ala
sayvanı gög yüzinə aşanmışdı...”;
– canlı xalq dilində “qom-qom” ifadəsi indi də işlənmək-
dədir. “Topa-topa”, “dəstə-dəstə” mənasını verən bu kəlmə əksər
hallarda qarışqa yuvalarını xarakterizə etmək üçün söylənilir. Ma-
raqlıdır ki, qarışqaya qədim türk yazılı abidələrinin birində “ko-
mursğa” da deyilir. Əgər qarışqa adı “qarışmaq” feli ilə bağlıdırsa,
“komursğa” adı “qom” (topa) yaşamaqla əlaqədardır;
–...oğuzlar yurdlarını torpaq üzərinə asanlıqla “dikib”, yəni
sancıb qura bilirlər. Bu isə onun “qoyma yurd, qurma yurd” adlan-
masına səbəb olmuşdur... “qoma” sözünün Osmanlı türkcəsində
“qoyulma, qurulma, basdırılma” mənalarını ifadə etdiyi bildirilir;
– bəzi dialektizmdə “tayfa, nəsil” mənasında işlənən “com”
sözü də məhz arxaik “qom” sözünün çoxmənalılıq qazanması yolu
ilə yaranmışdır. İlkin mənada “çadır”, “alaçıq” mənasında işlənən
bu söz sonradan həmin yurd yerlərində yaşayan nəsli, tayfanı
adlandırmağa xidmət edib... Bizim com kəndin bir tərəfindəki
(İmişli)... q – c//ç səs əvəzlənməsi “Kitab”ın dili üçün də xarakte-
“Dədə Qorqud”un möcüzələr dünyası
10
rik sayılan dil hadisələrindəndir (qağırdı – çağırdı. Beyrəgin baba-
sı Baybörə bəg dəxi bazırganları qağırdı)... Burada bir cəhəti xatır-
latmaq lazım gəlir: “qoma” sözünün alaçıq mənasında işlənmə-
sindən ilk dəfə O.Ş.Gökyay bəhs edib: “Kəlime kuma deye okun-
duğuna göre isə başka bir anlama gelir. Alaçık veyahut kuma. Bu,
yontulmuş uzun “Palıt” çubuklarıyla kurulurmuş. Bunlara “alaçık
çubuğu” namı verilir” (Dedem Korkudun kitabı. İstanbul, 2000,
s.232).
– “qom arxaizmi müasir türk dilləri və dialektlərində “kom”,
“com”, “cum” şəklində yaşayan sözün arxetip formasıdır. Veril-
miş nümunədə “qom” sözünün təkrarlanaraq işlənməsi çoxluq,
topluluq anlamını ifadə etməyə xidmət edir...;
– “Kitab”ın Drezden nüsxəsində aydınca yazılmış bu
arxaizmi ərəb mənşəli sözlərlə qarışdırmağa lüzum yoxdur, -la
morfemi isə “ilə” qoşmasının ahəng qanununa tabe edilərək bitişik
yazılmış formasıdır;
Qorqudşünas A.Hacıyev bu cür şərhlərdən sonra yazır:
“Beləliklə, Qazan xanın çadır-çadır salınmış alaçıq yurdunu xa-
rakterizə edən bir soylama parçası qədim oğuz məişətinin mü-
qayisəli təhlili fonunda aydın dərk olunur və uydurma yozumlara
ehtiyac duyulmur”
1
. Bu fikirlərlə, eyni zamanda yuxarıdakı qeyd-
lərlə müəyyən mənada razılaşmaq da olar. Amma “Qom-qomla
mənim qoma yurdum” (bu cür transkripsiya daha məqbul hesab
olunur) misrasına qədərki sintaktik bütövlərin semantik yükü, eyni
zamanda M.Kaşğarinin “Divanı”ndakı həsrət duymaq anlamlı
“komı” sözü həmin misranı tam yeni müstəvidə izah etməyə
imkan verir. Bu mənada aşağıdakılara diqqət yetirək:
“Kitab”da “Tatlu mənim canımı alur oldu” tipli nümu-nələr-
də ikinci tərəfə aid olan təyinlərin söz birləşməsinin əvvəlində iş-
lənməsi və bu zaman fikrin düzgün ifadəsinin intonasiya ilə ni-
zamlanması qorqudşünaslıqda xüsusi olaraq qeyd olunur. Bu ba-
xımdan “Qom-qomla mənim qoma yurdum” misrasını məhz
1
A.Hacıyev. “Dədə Qorqud Kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.96.
“Dədə Qorqud”un möcüzələr dünyası
11
“Mənim qom-qomla qoma yurdum” şəklində təhlilə cəlb etmək
lazım gəlir.
Maraqlıdır ki, bərpa etdiyimiz “qom-qomla qoma” modeli
formasına görə “Kitab”dakı digər vahidlərlə birbaşa bağlanır: quş
quşlamaq, quv quvlamaq, diŋ diŋləmək, siŋ-siŋ siŋləmək... Bu sis-
temə müasir dilimizdə mühafizə olunan oxşar modelləri də əlavə
etmək olar: ağlam-ağlam ağlar, göynəm-göynəm göynər, oynam-
oynam oynar...
Qeyd etdiyimiz kimi, qorqudşünaslıqda “qoma” sözü çadır,
alaçıq mənasında da izah olunur. “Kitab”ın poetik strukturu,
xüsusən də ümumi semantik yükü isə belə bir fikri reallaşdırır:
“Dastan”da otaq, çadır, ev tipli sözlərin intensivliyi, hətta ev sözü-
nün həmin boyun adında (Salur Qazanıŋ evi yağmalandığı boyı
bəyan edər) işlənməsi “qoma” sözünün çadır, alaçıq anlamında
olmadığını deməyə əsas verir.
“Qom-qomla mənim qoma yurdum” misrasındakı “qoma”
sözünün, həm də bütövlükdə həmin misranın semantik yükü
Qazanın yuxuda qarma-qarışıq əhvalatlar görməsi kontekstində
izah olunmalıdır: “Bilürmisin, qarındaşım Qaragünə düşimdə nə
göründi? Qara qayğılu vaqeə gördüm. Yumruğımda talbınan şahin
bənim quşımı alur gördüm. Gögdən ildırım ağban evim üzərinə
şaqır gördüm. Düm qara pusarıq ordımıŋ üzərinə tökülü gördüm.
Quduz qurtlar evimi dəlir gördüm. Qara dəvə əŋsəmdən qarvar
gördüm...” (“Kitab”da bu parçanın “Qom-qomla mənim qoma
yurdum” misrası ilə başlanan sintaktik bütövdən əvvəl verilməsini
nəzərdən qaçırmaq olmaz). Heç şübhəsiz ki, yuxuda qarma-qarışıq
əhvalatlar görmə birbaşa insanın psixikası ilə bağlıdır. Yəni insan
nədənsə narahat olduqda, darıxdıqda, nəyinsə həsrətini çəkdikdə
onun yuxusu da Dədə Qorqudun dili ilə desək, “qara qayğılı” olur.
Bu mənada Qazanın yuxusunun assosiativliyi istər-istəməz “qo-
ma” sözünün məhz darıxmaq, həsrətini çəkmək mənasında işlən-
diyini yada salır. Qarşılaşdırmalar Qazanın yurdu ilə soraqlaşması
səhnəsinin birbaşa yuxuda gördüklərinin məntiqi nəticəsi kimi
çıxış etdiyini açıq-aydın göstərir. Amma bu müstəvidə ən əsas ar-
Dostları ilə paylaş: |