Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə29/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   25   26   27   28   29   30   31   32   ...   132

____________________Milli Kitabxana_____________________ 

87 


 

- Mənə qulaq asmayan xeyir tapmaz, bala, - deyə Kosaoğlu qaş-qabaqlı 

halda dilləndi. - Yenə deyirəm, köhno bazara təzə nırx qoyma. 

Orda-burda ağzına gələni danışma. Nə qədər ki, burda kolxoz sədri mənəm, 

mən deyən də olacaq. Eşitdinmi? Səni çağırmaqda da məqsədim odur, deyəm ki, 

başıni aşağı sal, işində ol. Ağranomsan, ağranomluğunu elə. Daha o yan-bu yana 

əl atıb, ona-buna qoşulma, sonar peşman olarsan. Gözünü sil, mənə düz bax, 

mənə Kosaoğlu Qurban deyərlər! Kosaoğlu artıq hədəyə keçmişdi. Qəribə bir 

vəziyyət  əmələ  gəlmişdi. Nə qonaq qonağa bənzəyirdi, nə  də ev sahibi qonaq 

sevənə. 


İmranın pərt olduğunu gönən Şahnaz sözə qarışdı: 

- Ay 


dayı, sən Allah, qoy görək, evdə də iclas açmasan olmur? İmran, sən 

ona fikir vermə. Dayımın xasiyyətidir. İdarədə o qədər dava salır ki, evdə də dinc 

dura bilmir. 

- Düz 


deyirsən, a bala, - deyə Sayalı onun sözünü təsdiq etdi, - bu kişi lap 

xarab olub. Patefondan-zaddan oxutdur. 

Şahnaz dərhal valları İmranın qabağına tökdü. 

- Yaxşı havalardan seç. 

Lakin Şahnazın səyi hədər idi. 

İmran durub paltosunu geydi. Bununla belə,  Şahnaz yenə geri çəkilmədi, 

qapının ağzında sinəsini qabağa verib onun yolunu kəsdi. 

İti açmışam, heç yerə gedə bilməzsən. 



İmran qızın yanından keçib həyətə çıxdı. 

 



 

Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, 

qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə  qərar tuta 

bilmirdi. Elə bil qızın qəlbinə  nə isə könülaçan, adamı  fərəhləndirən bir hiss 

dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. 

Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi 

tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. 

Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş 

puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah 

çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində 

üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər 

  



____________________Milli Kitabxana_____________________ 

88 


 

çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir 

yerdə olacaqdılar. 

Bəlko də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə 

darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola 

bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı 

gələndə  pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini 

çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə 

qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə 

uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi 

sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın 

qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan 

Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın 

biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar 

səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını 

sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - 

demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı. 

Zeynəb əvvəllər ötən günləri yadına salmazdı. İndi özü də bilmədən hər gün, 

hər dəqiqə o günləri xatırlayır və çalışırdı ki, hər  şeyi xəyalında canlandırsın. 

İndi bu xatirələr ona xoş gəlirdi. Çox qəribə idi: hara gedirdisə, İmran gözünün 

qabağında dayanırdı. Onun səsi gecə-gündüz qulaqlarından getmirdi. Hətta bir 

gecə qəribə bir yuxu görmüşdü. Görmüşdü ki, yazdır, əyninə nazık paltar geyib, 

başına həsir papaq qoyub. Ayağında ağ, yüngül çust var. Bir çəmənlikdədir. 

Otların arasındakı cığırla qaça-qaça dağa sarı gedir. Birdən göz işlədikcə uzanan 

taxıl zəmisinə rast gəlir. Zəmi dəniz kimi dalğalanır, ləpələr bir-birini qovur. 

Zeynəb birbaş taxılın içinə qaçdı; dayanıb sünbülləri sinəsinə basdı. Birdən 

onun qulağına tanış bir səs gəldi. Donub qaldı. Özündən xeyli aralı taxılın içində 

dayanan  İmranı gördü. Qaçıb yanına getmək istədi. Amma qüruruna 

sığışdırmadı. "Qoy o mənim yanıma gəlsin, mən qız ola-ola onun ayağına 

getməyəcəm ha". 

Lakin İmran ona ötəri bir nəzər salıb uzaqlaşdı. Zeynəb buna dözə bilmədi. 

Taxılın arasından çıxıb çaya tərəf qaçdı. Elə bu vaxt zorba bir it onun üstünə 

atıldı. Zeynəb ancaq bircə  dəfə  qışqırdı. Səsə özünü yetirən  İmran, Zeynəbın 

boğazından yapışmaq istəyən iti qovdu. Onlar 




____________________Milli Kitabxana_____________________ 

89 


 

  

çaya qədər sakitcə getdilər. Sahildə ayaqqabılarını çıxartdılar. Zeynəb donunun 



ətəyini dəstələyib,  İmranın qolundan tutdu. Su elə duru idi ki, çayın dibinduki 

daşlar, sürü ilə qaçan balıqlar aydın görünürdü. Ortalara getdikcə çay 

dərinləşirdi. Zeynəbin ayağının altından daşlar qaçır, qum ovulurdu. O 

yıxılmamaq üçün İmrana daha möhkəm qısılırdı.  İmran qolunu onun belinə 

doladı. Zeynəb üşüdüyündənmi, yoxsa nədənsə titrədi.  İmran dönüb onun 

gözlərinə baxdı. -Zeynəb... 

- Nə var? 

- Mən səni ölümdən qurtardım, eləmi? 

- Elədir. 

- Burdan 

birbaş bizə gedəcəyik. 

- Niyə ki? 

- Anama 

deyəcəm ki, bax bu telli qızı gözüm tutub. Elçiliyini elə. 

Zeynəb nə isə demək istədi, amma birdən su onun ayağını yerdən üzdü. O 

özünü  İmranın qucağında gördü. Deyəsən,  İmran onu sinəsinə  sıxıb öpmək 

istəyirdi. Zeynəb qışqırdı... 

O, yuxudan ayılandan sonra bir müddət yerindən tərpənmədi, gözlərini 

qırpmadı. Nə qədər şirin yuxu idi!.. 

Səhər tezdən qaça-qaça Nərgiz müəllimənin yanına getdi. İçəri girən kimi hər 

şeyi ona söyləmək istədi, ancaq özünü toxtatdı. "Deməsəm yaxşıdır. Sonra ağlına 

gələr ki, yüngüllük eləyirəm". Nərgiz müəllimə onun sözlü adam olduğunu 

duydu. Zeynybdən  əl çəkmədi. Zeynəb  əlacsız qalıb utana-utana, yuxuda 

gördüklərinin hamısını danışdı. Axıra çatanda susdu. Nərgiz müəllimənin üzünə 

baxdı, ancaq onun qızardığını, həyəcandan tez-tez nəfəs aldığını duymadı, 

gözlərində  aşkar sezilən maraq və narahatlığı görmədi. Üzünü Nərgiz 

müəllimənin sinəsinə yapışdırdı. 

- Mənə nə desə yaxşı idi? 

- Nə dedi? 

- Eh, 


utanıram. 

- Ay 


qız, nədən utanırsan? Yuxudur də... 

- Dedi 


ki, 

səni sevirəm. Bilirsənmi, Nərgiz müəllimə, özümü necə 

itirdim! Yadıma düşəndə indi də titrəyirəm. Üzümə elə baxırdı ki... 

Nərgiz müəllimə fikrə getdi. Onun gözləri hara isə uzaqlara baxırdı. Sifəti 

rəngdən-rəngə düşürdd. Nəhayət, Zeynəb bunu sezdi. "Görəsən ona nə oldu, 

qəlbinə toxunan bir söz demədim ki?" 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə