Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə26/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   22   23   24   25   26   27   28   29   ...   132

____________________Milli Kitabxana_____________________ 

78 


 

- Çağırılan yerə ar eləməzlər. 

- Eləmi? - deyə  Şahnaz səsini uzatdı  və dayanıb  İmrana baxdı. Onun 

gözlərindəki qaynarlıq İmranın nəzərindən yayınmadı. Şahnaz həmişə oğlanlarla 

danışanda etdiyi kimi, dilinin ucu ilə dodaqlarını islatdı  və alt dodağını büzüb 

gülümsündü. Yanaqlarında qırmızı  ləkələr  əmələ  gəldi. Gicgahlarındakı  zəif 

damarlar qabarıb tez-tez vurmağa başladı. 

- Mən səni çoxdan gözləyirdim. Elə Sayalı bibim də istəyirdi səni qonaq 

çağırsın. Axırda yenə dayım qoçaq çıxdı. Bizdən qabağa düşdü. 

Onlar eyvana çatdılar.  Ətli-canlı Sayalı irəli yeriyib ərklə  İmranın boynunu 

qucaqladı. 

- Maşallah, yekə oğları olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin 

yerini tutubsan. Bəxtəvər Tükəzbanın daha nə dərdi var?! 

Neçə vaxtdır kənddəsən, bəs bizə niyə gəlmirdin? Yoxsa qorxursan gözümüz 

dəyə, hə? Ay qırışmal, adam bir az böyüyəndə uzaq gəzər? 

Yad da deyilik. Ürəyin nə vaxt istəyir, gəl də, get də. Elə  gərək dilimizlə 

çağıraq? Qurban qağan da axşamlar evdə tək olur. Gəlin oturun, çaydan-zaddan 

için. Bilirəm, şəhər adamısan, darıxırsan. Radiomuz da var. Nə vaxt ürəyın istəsə 

gəl qur, qulaq as. Keç içəri. Elə Qurban qağan da içəridədir, oturub səni gözləyir. 

Ay qız,  Şahnaz, gəl  İmranın paltosunu tut. Şahnaz qımışa-qımışa  İmranın 

paltosunu aldı. Sayalı qızı yenicə görürmüş kimi başdan-ayağa süzdü. 

- Ay 


dəli,  əyninə paltar geysənə, bu soyuqda baldır-başı açıq niyə 

gəzirsən? Üşümürsənmi? 

Şahnaz yerində  yırğalanıb, dabanı üstə geri döndü. Hörükləri kürəyinin 

ortasında oynadı. 

- Niyə üşüyürəm, qocalmamışam ha... 

O, ləngər vura-vura o biri otağa keçdi. Sayalı qapını açdı. 

- A 

kişi, qonaq istəmirsənmi, bir dur bax, gör kim gəlib. 



Kosaoğlu qapıya doğru qanrıldı və radionu söndürüb ağır-ağır ayağa qalxdı. 

İmranla görüşdü. 

Keç, a bala, yuxarı adla. Harada oturaq? İstəyirsən döşək saldırım, elə 



gəbənin üstündə  əyləşək. Mənim mütəkkəyə dirsəklənməkdən yaman xoşum 

gəlir. Elə gəbənin üstündə bir-iki çay içib söhbət elərik. 

- Nə cür istəyirsiniz. 

Kosaoğlu bir az duruxdu. Yerə döşənmiş gəbələrə, stolun ətrafına düzülmüş 

stullara baxdı. 

  

 



 


____________________Milli Kitabxana_____________________ 

79 


 

- Yaxşı, qoy sən deyən olsun. Stulda oturaq. Görürəm şəhərli olub gedibsən. 

Yəqin bardaş qurmağı da yadından çıxardıbsan. Onlar stul çəkib qabaq-qabağa 

əyləşdilər. Kosaoğlu yavaşca papiros eşməyə,  İmran otağı  nəzərdən keçirməyə 

başladı. Divarlara vurulmuş xalçaların üstündən cürbəcür  şəkillər və  işləməli 

tikişlər asılmışdı. Balıq bədənli qızlar, uzunboğaz hacıleyləklər, topla oynayan 

pişiklər... Görünür, Şahnaz öz zövqünə görə tikdiyi tikişləri və şəkilləri bir-birinə 

yaraşdıraraq divardan asanda da heç kimlə  məsləhətləşməmişdi- Bir az aşağıda 

çoxlu foto-şəkil vardı. İmran müxtəlif şəkillər içərisindən əllərini çarpazlayaraq 

sinəsinə dayamış Şahnazın ona baxdığinı gördü. Qızıl dişinin parıltısı da nəzərə 

çarpırdı. Ondan sağda Kosaoğlunun, Sayalının, uşaqların və  İmranın tanıya 

bilmədiyi başqa adamların  şəkilləri vurulmuşdu. Evin içi başdan-başa gəbə ilə 

döşənmişdi. Aşağı küncdə güzgülü paltar şkafı, onun yanında müxtəlif  şüşə 

qablarla dolu bufet qoyulmuşdu. Pəncərə  tərəfdə batareya ilə  işləyən "Rodina" 

radioqəbuledicisi yerləşdirilmişdi. 

Kosaoğlu gözaltı  İmranı süzüb gülümsündü. Sanki öz cah-cəlalı ilə onu 

heyran etdiyinden həzz alırdı. 

Qapı açıldı.  Şahnaz stolun ətrafında dolanıb bufetə doğru gəldi. Otağı  ətir 

bürüdü. O indi dikdaban qara lak ayaqqabı, nazik corab və son dəbdə tikilmiş 

şifon don geyinmişdi. Elə bil onun beli bayaqkından xeyli nazilmişdi, 

gözəlləşmişdi. Bu nazik paltarda qızın titrəyən bədəni, ağ,  ətli qolları daha 

qəşəng görünürdü. Bacısı qizını gözdən keçirən Kosaoğlu özünü saxlaya 

bilmədi: 

- A 


bala, 

yaylamayıbsan ha, əyninə özgə paltar geyinsənə! 

- Heç 

nə olmaz, istidir, - deyə  Şahnaz bufeti açıb qabları cingildətdi. O 



fırlanıb otaqdan çıxarkən Kosaoğlu yənə dilləndi: 

- Bibinə de, çaydan-zaddan qoysun. 

- Özüm 

hamısını bilirəm. 



Ortalığa yenə sükut çökdü. İmran nə üçün çağırıldığını düşünür, ona 

göstərilən bu mebribanlığa bir məna verə bilmirdi. Kosaoğlu isə söhbətə necə 

başlayacağını fikirləşdi. Arada Şahnaz otağa gəlməsəydi, onlar uzun zaman 

beləcə qalacaqdılar.  Şahnaz,  əlində iri bir albom, içəri girdi. Üzünü dayısına 

tutub dedi: 

Bu saat hər şey hazır olacaq, - o, albomu İmranın qabağına qoydu. - Al 



bax, darıxma. Bilirəm şəhər adamları belə şeyləri çox xoşlayırlar. 


____________________Milli Kitabxana_____________________ 

80 


 

  

O, "şəhər adamları" sözünü xüsusi əda ilə dedi. Lakin İmran heç nəyə 



əhəmiyyət vermədi. Albomu vərəqləməyə, oradakı  şəkillərə baxıb xatirələri 

oxumağa başladı: "Ömür bir sudur daim axar, saxla bu şəklim qalsın yadigar". 

"Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksimi sənə verirəm". "Baxıb 

xatırlama, xatırlayıb bax". "Küsgün bacından". "Talesiz qızlardan"...  İmran 

bunları oxuduqca başını bulayır, süni ah-uflarla dolu olan bu qeydləri yazanlara 

acıyırdi.  Şahnaz otaqda hey fırlanır, arabir də  İmranın çiyni üstündən  əyilib 

şəkilləri göstərirdi. "Bu mənim bacılığımdır, bir yerdə oxumuşuq, bu da onun 

padruqasıdır. O xalası  qızıdır. O biri do onun nişanlısıdır".  Şahnaz aşağı 

əyildikdə İmran onun ilıq nəfəsini üzündə hiss edirdi. Bu yaxınlıq və təmasdan 

özünü itirən kimi olurdu. Şahnaz dayısından belə  çəkinmədən oğlana daha çox 

yaxınlaşırdı. Hətta bir-iki dəfə  təsadüfənmi, yoxsa qəsdənmi,  Şahnazın döşləri 

İmranın çiyninə toxundu. İmran çiynini çəkmək istədikdə,  Şahnaz aşağı  əyilib 

şəkli götürdü və sinəsini ona daha da sıxdı.  İmran qızın ürək doyüntülərini 

kurəyində hiss etdi. 

Onların bu cür baş-başa verdiklərini görən Kosaoğlu sakitcə stuldan qalxdı, 

gəbənin üstünə uzanıb mütəkkəyə dirsəkləndi. 

- Məni qınamayın, a bala, stulda otura bilmirəm. 

- Sən elə gərək bizi qonaq yanında biabır eləyəsən. 

- Qonaq 

niyə olur, öz uşağımızdır. 

Şahnaz İmrana daha da yaxınlaşdı. Qızın yanağına düşmüş qıvrım tel İmranın 

üzünə toxundu. İmran bədəninin qıdıqlandığını  və qulağının dibində  həyncanlı 

nəfəs alan Şahnazın azacıq titrədiyini duydu. Bu qızın gözlərində həm açıq bir 

həyasızlıq, həm ehtiras, həm məğrurluq, həm də özünə inam vardı.  İmran 

diksinərək stulu geri çəkdi və albomu örtdü. Şahnaz qaşlarını dartıb nəm 

dodaqlarını büzdü. İmran onun gözlərində ani bir qığılcım parıldadığını gördü. 

Şahnaz dikəldi. İmranı tora düşən bir balıq zənn edib şaqqıltı ilə güldü və ondan 

aralandı, bir goz qırpımında otaqdan çıxdı.  İmranın pərt olduğunu gorən 

Kosaoğlu dilləndi: 

A bala, nərd oynamaq bilirsənmi? 



İmran başı ilə təsdiq elədi. 

- Onda 


zəhmət çək, sən məndən cavansan, şkafın başından nərdi gətir, 

bir-iki əl oynayaq. Deyəsən, bunların çörəyi gec olacaq. 

Şahnaz bir də otağa qayıdanda Kosaoğlu ilə  İmran oynu qızışdırmışdılar. 

Zərlər ortada fırlanır, daşlar şaqqıldayırdı. Şahnaz yenə sağa- 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə