Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə34/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   30   31   32   33   34   35   36   37   ...   132

____________________Milli Kitabxana_____________________ 

102 


 

Onlar yola çıxdılar. 

İmran yenə də susur, Zeynəb isə atmacalı sözlərlə onu güldürməyə çalışırdı 

İmranı qaşqabaqlı görmək ona hər şeydən ağır gəlirdi. Zeynəbi məyus edən də o 

idi ki, İmran ilk zərbədən sonra sarsılana oxşayırdı. 

- Yəqin ki, daha kənddə qalmazsan, çıxıb gedərsən? 

Barı gedəndə xəbər elə, gəlib yola salaq. 

- Hara 


gedəndə? Sən nə danışırsan? 

- Nə bilim, başqa yerə, nə çoxdur yaxşı yerlər. 

İmran dayanıb diqqətlə qızın üzünə baxdi. 

Bu fikir sənin ağlına hardan gəldi? 



Heç hardan, elə sir-sifətinə baxanda görürəm ki, gec-tez qaçacaqsan. 

Zeynəbin sözləri sanki İmranı yuxudan oyatdı. "Yəqin ki, indi çoxları belə 

düşünür. Bəlkə elə Kosaoğlu da bu fikirdədir. Yəqin bu saat məni  əzişdirib 

sıradan çıxartdığını zənn edib sevinir". 

- Ancaq, 

sən Allah, qaçanda asta qaç ki, dalınca çata bilək. Zeynəbin, 

yenə köhnə adəti üzrə, xısın-xısın güldüyünü görən İmran əsəbiləşdi. O, hiss etdi 

ki, bu sakit gülüş qaqqıltıya çevriləcək. "Bu qızın da qəribə xasiyyəti var. Keçi 

can hayındadır, qəssab piy axtarır". 

İmran özünü ələ aldı. 

- Mən qaçan deyiləm, ancaq sən özündən qorx. 

- Yox 

əşi, yalan demirsən ki? 



- Bəsdir. 

- Yəni deyirsən, sözünə inanmaq olar? 

- Zeynəb... 

- Hirslənmə... İnandım ki, düz sözündür. Heç yana qaçan deyilsən. 

-  

O şaqqıldayıb güldü. İmran da özünü saxlaya bilməyib qımışdı. 



- Yaman 

əməlbazsan ha... 

- Hər halda dostun Kosaoğlundan əməlbaz olmaram. 

- Yaman 


dostuq! 

- Bəs necə, heç aranızdan su keçmir. İndi mən deyənə gələrsən. Görürsən 

ki, ona inanmaq olmaz? Vaxtında sözümə baxmadın. 

- Nə edim? Nəsib dayı kimi kişi de ona inanır. 

- Yaxşımı eləyir? Sn elə bilirsən Kosaoğlunun onunla bağrı badaşdır? 

Əlacı olsa, Nəsib dayını kənddən günü bu gün qovar. 

- Bəs Nəsib dayı bunları bilmir? 

- Bilsə belə arxayın olmaz. Köhnə yoldaşdırlar. Bir də, o kişi sakit 

adamdır. Kosaoğlu da bundan istifadə edir. 

  



____________________Milli Kitabxana_____________________ 

103 


 

İmran xeyli susdu. 

- Zeynəb, doğrudan Kosaoğlu ikİ-üç günə yeri şumladacaq? 

- Yəqin. 

- Axı necə? 

- Nə bilim, onun at işləməz yolları var. 

Onlar yenə susdular. 

- Demək qaçmayacaqsan? 

- Yaxşı, zarafatı burax. 

Zeynəb yenə nə isə demək istədi, ancaq bu vaxt ayaq səsləri eşidildi. Arxadan 

onlara yaxınlaşan Nərgiz müəllimə adəti xilafına: 

- Yenə də qoşalaşibsınız? - dedi. 

- Təbiəti seyr edirik. Bizim bu ağranom oğlan bahara vurulub. 

- Təbiətə aşiq olmaq pis deyil. 

İmran Nurgizin yumşaq, titrək səsini eşidəndə bir az həyəcanlandı. Bu səsdə 

nə isə qəribə, adamı sakit edən, az qala ona layla çalan bir qüvvə vardı. Ortalığa 

çökən ani sükutu Zeynəb pozdu: 

- Təbiət aşiqi, bəs bu zaman hardan gəlirsən? 

- Məktəbdən. Dərnəyimizin məşğələsi vardı. 

- Nə dərnəyi? 

- Dram. 

Axı qabaqdan may bayramı gəlir. 

- Teatr 

verəcəksiniz? 

- Özü 

də lap yaxşısını. 



- Allaha 

şükür, axır ki, klubumuzun qapısı açılacaq. 

- Bilirsən, Zeynəb, elə yaxşı çalıb-oxuyan uşaqlarımız var imiş ki, mən 

heç bilmirdim, onlara baxdıqca, qulaq asdıqca adama ləzzət verir. İmran papiros 

çəkir və qızların söhbətinə qulaq asırdı. 

Nərgiz müəllimə ayaq saxladı. Qaranlıqda bozaran çöllərə, sakit yatan kənd 

evlərinə baxdı. 

- Kənd axşamları doğrudan da gözəl olurmuş! Mən əvvəllər təsəvvürümə 

gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. 

Romanları oxuyanda kənd xoşuma gəlirdi. Oradakı sakitlik məni həm cəzb edir

həm də qorxudurdu. Sən demə, qorxulası bir şey yox imiş. Gəldim, lap valeh 

oldum. Buradakı sakitlik də, axşam qaranlığı da mənə xoş gəlir. 

Amma bizim ağranoma xoş gəlmir. 



- Niyə ki? - deyə Nərgiz müəllimə ehtiyatla soruşdu. 

- Nə bilim? Qoy özü desin. 

  



____________________Milli Kitabxana_____________________ 

104 


 

- Nərgiz müəllimə, siz ona fikir verməyin, yenə şitliyi tutub. 

Yox, düz sözümdür. Bizim knnd onun xoşuna gəlmir. 



Bax, burda haqlısan. Bizim kənd o qədər də xoşuma gəlmir. 

Nərgiz müəllimə  İmranın fikrini bilirdi. Söhbət zamanı  İmran dəfələrlə ona 

demişdi ki, "saat on olmamış  kənd yuxuya gedir, qapı-bacalardan işıq kəsilir. 

Amma gərək belə olmasın. Mən istərdım ki, başqa kolxozlardakı kimi, bizim 

kolxozun da klubu hər gecə açıq olsun. Tamaşalar göstərək. İdarənin qabağında 

boş yer var, oranı park eləsək pismi olar? Cavanlar hər axşam işdən sonra ora 

toplansa, danışıb-gülsə kimo zərəri dəyər? Heç kimə". 

Əslinə baxsan, məktəbdəki dram daməyinin işinə qoşulmaq fikri Nərgizdə bu 

cür söhbətlərdən sonra əmələ gəlmişdi. 

- Xoşuna gəlmir, düzəldərik, - deyə Zeynəb İmrana cavab verdi. 

- Elə dərd də bundadır ki, adamın arzusumı ürəyində qoyurlar. Onlar evə 

çatdılar. Zeynəb doqqazda ayaq saxladı. İmran onun qolundan tutdu: 

- Gedək bizə. Yəqin anam bir şey bişirib bizi gözləyir. Zeynəb yenə 

müəmmalı gülümsədi. - Bir şərtlə gedərəm. 

- O 


nədir? 

- Qorxub 

kənddən qaçmayasan. 

 

* * * 



 

Elə həmin axşam Kosaoğlu qonağı prokuror Əsədovu yedirib içirəndən sonra 

hesabdarla anbardar Musanı yanına çağırdı. Onlar qapıdan girən kimi: 

- Kassada 

nə qədər pul var? - dedi. 

- Nə qədər lazımdır? - deyə Musa soruşdu. 

- Otuz 

min. 


- O 

qədər olmaz. 

- Olmaz, 

düzəlt. Sonra gedib bankdan alarsan. 

- Axı, Qurban qağa... 

Ə, uzun eləmə... Get evdən gətir, yoxdur, koperativdən-zaddan tap 



düzəlt, yarım saata burda ol, yola çıxacam. 

Musa getdi. Kosaoğlu sakitcə dayanan hesabdara üzünu tutdu: 

- Sən də çek yaz, sabah bankdan avans pulunu alın. Sonra da cədvəl tut. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə