Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə36/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   32   33   34   35   36   37   38   39   ...   132

____________________Milli Kitabxana_____________________ 

108 


 

boyun  ətinə baxdı. Nəfəs aldıqca köpmüş pota kimi fısıldayırdı. "Lap dayısı 

Kosaoğlunun yerini tutacaq" - deyə Kərim kişi düşündü. 

- Yaxşı, cədvəli bəri ver! 

Anbardar hirslə kağizları eşələdi. Üstünə toz qonmuş çötkənin altindan iri bir 

kağız çıxartdı: 

Al, sox gözünə! 



- Bala, 

ağıllı danış, mən atan yaşdayam. 

- Sənin kimi atam olsaydı, qarnımı dörd yerdən cırardım, tez ol, familini 

tap! 


Kərim kişi  əlləri  əsə-əsə kağızı o üz-bu üzə çevirdi. Adını tapıb qabağında 

qol çəkdi. 

Musa pulları sayıb kişinin qabağına atdı. Qoca dağılib yerə  səpələnən 

əllilikləri yığıb yoxladı və təəccüblə çiynini çəkdi. 

- Bala, 

bəs bunun beş yüz manatı hanı? 

- Nə beş yüz, a kişi?! 

- Axı mənə min beş yüz çatasıdır. 

- Nə çatasıdırsa, onu da alıbsan. 

- Oğul, qoca olanda nə olar, haqq-hesabımı bilmirəm? Neçə manata qol 

çəkmişəm, onu bəri elə. Bu nədir verirsən? Uşaq aldatmırsan ki? 

Ə, mən adam aldadanam? Utanmırsan? Qoca kişisən, imanın olsun, mən 



sənin qəpik-quruşuna qalmışam?.. 

Musa getdikcə  qızışıb səsini ucaldırdı. Kərim kişinin  əlləri titrəyirdi. 

Bayaqdan mübahisəyə qulaq asan kolxozçulardan biri söhbətə qarışdı. 

Ə, nə xoruzlanırsan, kişini döyməyəcəksən ki, düz deyir də, nə yazılıbsa 



onu da ver. Haqq sözü deyəndə yağırını niyə basır? 

Ucaboy, enlikürək bir oğlan qabağa keçdi. İri yumruğunu stolun üstünə 

qoydu. Qəzəbli gözlərini anbardara zillədi. 

Gözünü sil, mənə düz bax! Bəsdir camaatı barmağına doladığın. 



Mən də  sənə  Kərim kişi deyiləm, qoca görüb üstünə  şeşələnəsən. Bu saat 

dərini boğazından çıxardaram! Cədvəli bəri ver. Pulları say ovcuma. 

Cibgirin biri, cibgir! 

- Cibgir 

özünsən? 

- Nə dedin? Bir də de görüm!.. 

Onun boğazının damarları şişdi. Sifəti boğuq qırmızı rəngə çaldı. Musa çətinə 

düşdüyünü gorüb sözün dalını qısdı: 

Ə  mənim üstümə niyə düşübsünüz? Ağa deyir sür dərəyə, mən də 



sürürəm. Məndən nə istəyirsiniz? Gedin böyüyünüzün yanına. 

 

 




____________________Milli Kitabxana_____________________ 

109 


 

- Böyük 


kimdir? 

- Kəndimizdə bircə böyük var. O deyib pulu belə payla, mən də 

paylayıram. 

- Kosaoğlu nə haqla elə deyir, balam, dərəbəylikdir? 

- Hünəriniz var, gedin özüylə danişın. 

Söhbətin ciddiləşdiyini görən Kosaoğlu fikrə getdi. O, sədrliyə keçəndən bəri 

kolxozda hərdən belə hadisələr baş verirdi. Lazım olanda Kosaoğlu cədvəl 

tutdurub camaata qol çəkdirir, "MTS-in traktorçularına pul paylamışıq, onun 

kağızıdır" deyirdi. O, Musaya tapşırmışdı ki, "gözün su içmədiyi adamları yanına 

çağır, xəlvətcə pullarını ver, özlərinə  də de ki, heç kimə bildirməsinlər". 

Beləliklə cədvəllər hazır olub işə tikilir, pullar da yığılıb qalırdı. Kolxozçular çox 

sorğu-sual edəndə isə Kosaoğlu hirslənir, "bəs MTS bu yerləri sizə müftə əkir? - 

deyirdi. - Bir yandan istəyirsiniz plan dolsun, mükafat alasınız, bir yandan da 

qəpik-quruş davası eləyirsiniz. Mən sizin pullarınızı cibimə ha qoymuram!" 

Əslində isə bu pullar gecələr Kosaoğlunun evində bölüşdürülürdü. Əvvəllər 

camaat belə hadisələrə az əhəmiyyət verir, Kosaoğlunun dəlillərinə inanırdı. İndi 

isə vəziyyət dəyişmişdi. 

Kosaoğlu yenə köhnə adəti üzrə  hərəkət etmək istədi, ancaq fikirləşib 

qərarını  dəyişdi.  İrəli yeriyib bərkdən öskürdü. Adamlar donüb baxdılar. 

Kosaoğlu onları  ağayana süzüb, yol vermələrini gözlədi. Camaat onu qabağa 

buraxdı. Kosaoğlu ağır-ağır keçib, anbardarın yanında dayandı. 

- Yenə nə olub, ə, nə qalmaqal salıbsınız? 

- Avans 

almağa gəlmişik, - Kərim kişi dilləndi. 

Avans, avans, - deyə Kosaoğlu təkrar etdi. - Elə  sənin günün avans 



dalında keçdi. Bu zaman nə avansdır? 

- Özün 


məndən yaxşı bilirsən. 

Kosaoğln gözünü qıyıb qocanı süzdü. Kərim kişi hiss etdi ki, bu saat sədrin 

dişi bağırsağını kəsir, əlacı olsa, üstünə atılıb onu parçalar. 

Kosaoğlu dərindən nəfəs aldı. Sanki bununla da Kərim kişiyə "yaxşı, səninki 

ilə mənimki qalsın sonraya" - dedi və üzünü Musaya tutdu: 

A bala, xalqın pulunu niyə vermirsən? 



- Verirəm, Qurban qağa, özləri almır. 

- Nə deyib almırlar? 

- Nə bilim? 



____________________Milli Kitabxana_____________________ 

110 


 

  

- Pulları əskik verir, hərədən beş yüz manat tutur. Axı bu nə deməkdir?! 



Belo iş bir dəfə olar, iki dəfə olar, hər il bizim başımıza niyə bu oyunu açırsınız? 

Adamdan nə qədər pul çıxarlar? 

- Həəə... indi başa düşdüm. Musada təqsır yoxdur. Onu mən tapşırmışam. 

- Niyə? 


- Niyəsini gedin ağranomunuzdan soruşun. 

- Ağranomun bura nə dəxli var? 

- Var. 

Kərim kişi, çox yaxşı var. Onun başımıza açdığı oyunu görmədin? 



Sinəsinə döyüb "mən" deyə-deyə bizi az qalmışdı biabır eləsin. 

İndi bax bu carimə də onun cəriməsidir ki, çəkirsən. Sən elə bilirsən adama 

müftə iş düzəldirlər? Bu traktorlar öz başına gəlib? 

- Kosaoğlu üzünü ətrafdakılara tutdu: - Ə, mən yoruldum, bunu siz başa 

salın. 

Kolxozçular  əvvəlcə heç nə demədilər. Sonra yavaş-yavaş öz aralarında 



pıçıldaşdılar. 

Bir yana baxanda kişi düz deyir, xərc çəkməsən bir gündə on dörd 



traktoru adama kim verərdi? 

- Özü 


də deyirlər, öz MTS-mizdə traktor yox imiş, gedib qonşu rayondakı 

MTS-dən xahiş eyləyib. 

Çox böyük iş görüb? 



- Böyük 

döyülmü, 

əyə, bəs el içində biabır olmağımız yaxşı idi? 

- Vaxtında iş görsə, belə də olmazdı. 

- O 

nə qayırsın, kişinin əl-qoluna dolaşdılar. 



- Mən heç nə bilmirəm, pulumu alacam. 

- Bəs Kosaoğlu cibindən xərc çəkəcək? Dədəsinə ehsan ha deməyib. 

- Yaxşı, dava salmayın, adama beş yüz manatdır, elə bilinki heç yox imiş. 

Maya qoymasan, qazanc götürməzsən, - deyə  hətta biri zarafata da 



başladı. 

Kosaoğlu deyilənlərə qulaq verdikcə ürəyi  şadlanırdı.  Əslinə baxsan, 

məsələnin altından bu qədər asanlıqla çıxdığına o heç də inanmırdı. Ancaq 

Kosaoğlu deyilənlərin hamıya eyni cür təsir etmədiyini, bəzi üzlərdəki narazılığı 

da görürdü. O bu fürsətdən də istifadə etməyj lazım bildi. Yanzarafat, yanciddi: 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə