Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə33/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   29   30   31   32   33   34   35   36   ...   132

____________________Milli Kitabxana_____________________ 

99 


 

- Deyəsən, bu il zəhmətimiz hədər gedəcək, bildir bu vədə Kosaoğlu hər 

yeri əkdirmişdi. 

- Ay 


qız, adam uşağa iş tapşıranda elə olar də.  İmranın ağzına kim 

baxacaq? Onu kim tanıyir? 

- Vallah 

düzcə deyirsən. Kosaoğlunun ağzının kəsəri var. Haraya getsə 

sözünü tuturlar. Amma bu... 

- Siz 


Allah, 

bəsdi, o neyləsin? Rayona yeni gəlib, kimdi onun sözünə 

baxan? 

- Bəs Kosaoğln niyə qıraqda durur? 



- Nə bilim, deyirlər ki, acıq eləyib. 

- Ay 


qız, kimdən? 

İmrandan. Nəsibdən. Kişini qoymurlar öz ağlıynan iş görsün. 



- Kosaoğlu işə qarışmasa çətin olacaq. 

- Kişini iclasda biabır eləməsəydilər, indi traktorları yan-yana düzmüşdü. 

- Haradan 

alacaqdı o qədər traktoru? 

-  

Ay qız, uşaq olma, bütun MTS direktorları onun dostu deyilmı? İmran 



bu cür sözləri eşitdikcə duz kimi əriyir, camaatın gözünə belə görünmək 

istəmirdi. 

Onu ən çox narahat edən MTS direktorunun hərəkəti idi. Axı o niyə belə inad 

edirdi? Nə üçün "İyirmi altılar" kolxozuna barmaqarası baxırdı? Axı, deyirlər, o, 

Kosaoğlunun dostudur. İndi nə olub? Bəlkə  də burada elo Kosaoğlunun da əli 

var? 


İmran bir dəfə şübhələrini Nəsib dayıya açmışdı. Nəsib dayı isə gülümsünüb: 

- Ağlım kəsmir ki, o belə  iş edə, - demişdi. - O, öz əli ilə öz işini dala 

salmaz. Təqsir direktordadır. Plansız iş görüb, traktorları düz bölməyib... 

...Ortada təkəbbürlə gəzinən Əsədov, nəhayət, sükutu pozdu. 

- Axşam açıq partiya iclasi çağır, görək bu işə camaat nə deyir? İclasda 

elə eyni sözlər təkrar edildi. Əsədov  əlini stola çırpıb Nəsib dayının,  İmranın 

üstünə  qışqırdı. Camaat bir-birinə qarışdı. Kimi onları müdafiə edir, kimi də 

Kosaoğlunu təqsirləndirirdi. 

- Kişini niyə incidirsiniz? 

- Neçə ilin sədridir, qoyun işini görsün! 

Ona söz verin, görək nə deyir? 



Bu saat, - deyə  Əsədov iclası sakitləşdirdi. - Buyur görək, yoldaş 

Kosaoğlu. Qurban ağır-ağır ayağa durub xitabət kürsüsünə yaxın- 

  



____________________Milli Kitabxana_____________________ 

100 


 

laşdı. Bir-iki dəfə içini arıtlayıb susdu, camaatın nəfəsini dərmədən ona qulaq 

asdığını yəqin edəndən sonra sakitcə sözə başladı. 

- Mən sizdən küsməmişəm. Məni yandıran qədirbilmüzlərdir. Deyin 

görüm indiyəcən sizə bir pislik eləmişəmmi? Həmişə planı doldurmuşuq. 

Pulumnz pul olub, mükafatımız da mükafat. İndi siz özünüz soruşun, bunlar 

məndən nə istəyirlər? Stol istəyirlərsə, buyursunlar. 

Onsuz da mən yorulmuşam. İmran cavandır, qoy indi o işləsin. 

- Mən stol davası eləmirəm və sizin yerinizə də keçmək fikrim yoxdur. 

Olsa da bacarmazsan. Tutduğun iş göz qabağındadır. 



Düzdür, - deyə yerlərdən qışqırdılar, - o, uşaqdır, özün işə qarış. 

Kosaoğlu məğrur bir görkəm aldı: 

- Mən işə qarışanda gərək əl-ayağa dolaşan olmasın. 

- A 

kişi, nə əl-ayağa dolaşan? Sən nə danışırsan? Bizə bu saat iş lazımdır. 



Raykom məni bura göndorəndə detməyib ki, dəfədaraq açın. 

Mənə deyib ki, yerin deşiyindən də olsa traktor tap, yeri şumla. Vəssalam. De 

görüm fikrin nədir? 

Fikrim odur ki, onlar əlinin arxasını yerə qoyub geri dursunlar. 



İki gündən sonra mənim kolxozumda əkilməmiş bir çərək yer tapsanız, 

boynumu vurun. Mən kişi adamam. Tüpürdüyümü yalamaram. 

- Sən arxayın ol, - deyib Əsədov mübahisəni yekunlaşdırdı, - işə mane 

olanlarla haqq-hesab çəkəcəyəm. 

 

* * * 


 

Onlar məktəbin alt tərəfindəki təpənin üstündə dayandılar. Qabaqdakı arxın o 

tayında Tiflisə doğru uzanan asfalt yolda maşınlar hərəkət edirdi. Fanarlar 

uzaqdan bir cüt göz kimi parıldayır, get-gedə güclənərək gecənin bağrını  dəlir, 

dərələri, təpələri işıqlandırırdi; maşınların arxasındakı  qırmızı  işıqlar getdikcə 

kiçilir, mayböcəkləri kimi işıldayıb yox olurdu. Yol boyunca düzülmüş 

kəndlərin, Dəlidağın döşünə səpələnmiş fermaların işıqları titrəşirdi. Harada isə, 

lap uzaqda tənha bir traktorun ahəngdar tırıltısı eşidilirdi. İlıq yel əsirdi. Havada 

ruhu oxşayan rütubət qarışıq  ətir vardı. Torpağın rayihəsi havaya hopmuşdu. 

İmran dərindən nəfəs alıb köksünü ötürdü. Onunla yanaşı dayanan Zeynəb 

İmranın qoluna toxundu. 

- Hava 


torpaq 

ətri verir, ay İmran, daha yazdır... 

 

 



____________________Milli Kitabxana_____________________ 

101 


 

- Hıy?..Hə... doğrudan da... 

Ə, fikrin hardadir? 



- Fikrimmi? 

Bax, ay da doğub, gör hava nə gözəldir! 



- Bilirəm. 

- Bilirsən, bəs burnunu niyə sallayıbsan? 

- Bəs nə edim, oynayım? 

- Nə olub ki, lap oyna da, hələ bir az o yana da öt. 

- Nə üzlə? 

- Bəsdir, sən Allah. 

İmran dinmədi. Cibindən papiros çıxardıb yandirdı. Sonra da təpənin 

döşündə, göy otluqda uzandı. Zeynəb dinməz-söyləməz onun yanında oturdu. 

Qız İmranin fikrini dağıtmağa çalışsa da, söz tapmırdı. Əslinə baxsan, onun özü 

də kədərli idi. Dükanın yanında olan söhbətdən sonra tutqun gəzir, qız-gəlinlərin 

yanında özünü təhqir olunmuş hesab edirdi. Onun şuxluğu birdən-birə yox 

olmuşdu. İmranın Kosaoğlugilə getməsi xəbəri və Şahnazın ona yanıq verə-verə 

gəzib-dolanması Zeynəbi pərt edirdi. "Gədəni tora salmasalar yaxşıdır" – deyə 

düşünürdü. Bəzən də özünü danlayırdı: "Nəyimə lazımdır, özü uşaq deyil ki..." 

Zeynəb hətta  İmranı az görməyə  cəhd edirdi, ancaq mümkün olmurdu. Onlar 

idarədə, çöldə rastlaşırdılar. 

Zeynəb köksünü ötürüb, yanında uzanan İmrana baxdı. "Allah Kosaoğlunun 

dilini ağzında yandırsın. Gədəni odsuz-ocaqsız yandırırlar". 

İmran papirosunu atıb arxası üstə çevrildi. Əllərini başının altında 

çarpazlayıb, gözünü sonsuz boşluqlara zillədi. Ulduzlar necə  də parlaq və 

cazibədar idi! Onlar sakit-sakit sayrışır, elə bil ki, hirsindən, izzəti-nəfsinin 

tapdanmasından az qala ürəyi partlayan İmrana gülümsünüb göz qırpırdı. Hava 

ayazıdıqca onlar daha parlaq olurdu. Zeynəb yavaşca onun qoluna toxundu: 

- Dur 


gedək, yer nəmdir, soyuq dəyər. 

İmran dinmədi. Zeynəb ay işığında onun gözlərinin yaşardığını zənn etdi: 

Ə, sənə nə olub? 



İmran udqundu. 

- Heç 


nə, Zeynəb. 

- Bıy, yerinə utanım,  ə, bu nədir? Nə tez mısmırığını salladın? Yekə 

kişisən, bizi biabır eləmə. Ə, dur gedək. Hələ belə şeyləri çox görəcəksən. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə