Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə132/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   124   125   126   127   128   129   130   131   132

____________________Milli Kitabxana_____________________ 

399 


 

Cavanşir özünü yetirəndə artıq evləri yanıb külə dönmüşdü. O, dəli kimi 

oldu. Özünü oda atdı, tüstü-duman içində anasını axtardı. Anası yox idi. 

Rayondan atlı milislər gələndə artıq iş-işden keçmişdi. Qaçaqlar çıxıb getmiş, 

kəndin yarısı yanıb kül olmuşdu. 

Onu evə yaxın qoymadılar. Anasının yanıb kösövə dönmüş  cəsədini 

göstərmədilər. Meyiti qəbrə sallayanda da qolundan tutub kənarda saxladılar. 

Düz bir həftə gündüzlar gözə görünmədi. Gecələr isə əlində tüfəng kəndi dolaşdı, 

yolları, bəndi-bərəni kəsdi, kimi isə gözlədi, gələn olmadı. Səkkizinci gün tezdən 

durdu, uzünü qırxdı, paltarını səliqə ilə geyindi, naqanı belinə bağladı, beşaçılanı 

əlinə alıb, atın belinə qalxdı. Düz birbaş Qəza Firqə Özəyinə getdi. 

- Mənə otryad verin, qaçaqların üstünə gedəcəm. 

İki gündən sonra, gecəyarısı,  əlli yaraqlı-yasaqlı atlı ilə birlikdə dağlara 

qalxdı.  İşıqlaşmamış qaçaqların üstünü kəsmək istəyirdi. Ona demişdilər ki, 

Şəmistan ağanın dəstəsi yaylaqdadır, özü də bu gecə binədə toyda olacaqlar. O 

bu yerlərə yaxşı bələddi, bütün keçidləri, cığırları tanıyırdı. 

Dan ulduzu doğanda mənzilə çatdılar. Səssiz-səmirsiz binələrin  əirafını 

kəsdilər. Üç tərəf hündür qayalıqdı. Dəyələr isə, aşağıda, talada qurulmuşdu. 

Qabaq uçurum idi. Bircə yol vardı. O da qayaların arasından keçirdi. Çadırların 

birindən saz səsi gəlirdi. Deyəsən, aşıq dastan başlamışdı. 

Cavanşir başa düşdü ki, qaçaqlar bu dəyədədir. Yoldaşlarına xəbər çatdırdı 

ki, tələsməsinlər, elə eləsinlər ki, arvad-uşağa güllə  dəyməsin.  İşıqlaşana yaxın 

aşığın səsi kəsdi. Qaçaqlardan iki-üç nəfəri dəyədən çıxıb atların örüyünü 

dəyişdilər. Bir azdan araya ela bir sükut çökdü ki, dərədəki bulaqların  şırıltısı 

aydınca eşidildi. Cavanşir başa düşdü ki, qaçaqlar yatdılar. 

Səhərlə gecənin qovuşduğu mürgü anına qədər gözlədilər. 

Qaçaqlardan biri alt paltarında dəyənin böyrünə, su üstünə çıxdı. Güllə açıldı. 

Kişi yumbalana-yumbalana atlara təraf dığırlandı. Bu tələsik atəş Cavanşirin 

qurğusunu pozdu. O, səssizcə  dəyəyə hücum etmək və qaçaqları yatdiğı yerdə 

diri tutmaq istəyirdi. Amma indi atışmalı oldular. 

İşıqlaşana qədər atışdılar. Səhərə yaxın dəyədən səs-səmir gəlmədi. 

Nəfəslərini dərib gözlədilar. Birdən dayədən kimsə çıxıb dərə- 

 



____________________Milli Kitabxana_____________________ 

400 


 

yə doğru qaçdı. Qaçdıqca da qanrılıb geriyə güllə atdı, Cavanşir Şəmistan ağanı 

tanıdı. Darağı  xəzinəyə basdı, gülləni lüləyə verib nişan aldı.  Şəmistan ağa 

nişana gəlmədi. O, ilan kimi qıvrıla-qıvrıla qaçırdı. Cavanşir lap aşağıda, dərənin 

qaşında, qulaqlarını şəkləyib dayanan atı da gördü. Tanıdı. Xallı göy at idi. Bir 

az da keçsə Şəmistan ağa atın belinə sıçrayıb, özünü dərəyə sala bilərdi. Gözlədi. 

Şəmistan ağa ayağını üzəngiyə qoyub, yəhərin üstünə qalxanda, səhərin 

aydınlığtnda, kişi nişana gəldi. Cavanşir tətiyi çəkdi. Göy at kişnəyib şahə qalxdı 

və  yəhərdən yıxılmamaq üçün onun boynunu qucaqlayan sahibini də görürüb 

qayalığa doğru çapdı. Cavanşir yolu-izi gözəl tanıyan atın  Şəmistan ağanı da 

götürüb aradan çıxa biləcəyindən ehtiyatlanaraq ayağa durdu. Qalxmağı ilə  də 

güllə açılmağı bir oldu. Onun çiyni alışıb yandı. Yenə tətiyi çəkdi. Atın dayanıb 

dövrə vurmağından başa düşdü ki, Şəmistan ağa yəhərdə deyil... 

Gün xeyli qalxandan sonra aşağı endilnr. Yaralıların silahlarını aldılar. 

Qollarını bağlayıb arabalara mindirdilər. Ölüləri isə atın belinə qoyub yəhərə 

sarıdılar. Barmaqları tətikdə, dağlardan qəza mərkəzinə endilər. 

Bütün  şəhər təşviş içindəydi. Qəza mərkəzinin ortasından keçən yeganə 

küçənin hər iki yanı adamla dolu idi. Çiyni sarıqlı Cavanşir qabaqda, at belində 

gəlirdi. Onun dalınca yəhərə sarınmış meyitlər, arxada arabalar irəliləyirdi. 

Süvari "otryad" dəstəsi yolun sağı  və solu ilə  cərgələnmişdi. Nal şaqqıltısı 

divarları titrədirdi. Arvadlar kəlağayılarının ucları ilə gözlərini silib, için-için 

ağlayırdılar. Evlərin pəncərələrindən boylananlardan üzlərini cırıb, dizlərinə 

döyənlər də vardı. Heç kəs irəli çıxıb ölüsünə, dirisinə sahib dura bilmirdi. 

Dəstə meydanın ortasında dayandı. Qəza Firqə özək katibi, fəallar, 

komsomollar, rayonun rəhbərləri gəldilər. Mitinqə başladılar. Cavanşirin tərifini 

göylərə qaldırdılar. Pionerlər onun şərəfinə şer də oxudular. Axırda xallı Göy atı 

ona mükafat verdilər: "Apar, min, halalındır'' - dedilər. Əli-qolu bağlı qaçaqları 

Şəkərin qalasına apardılar. Ölüləri isə gecə qaranlığında xəlvəti haradasa 

basdırdılar. 

Göy at Cavanşiri yaxın qoymadı. Əvvəllər bircə dəfə, Həcərin yanında onu 

görən at qabaqlaşanda yüyəni çeynəyib dayanar, doğma adam kimi imsiləyərdi. 

Başa düşürdü ki, sahibi Həcər bu oğlana meylini salıb. Amma indi Cavanşiri 

görəndə gözləri oynayıb burun pərələri genişlənir, yüyəni çeynəyib irəli atılır, 

şahə qalxır, çəçiyi ilə onu tapdalamağa çalışırdı. At düşmənini bağışlamaq 

istəmirdi. Cavanşir 

 



____________________Milli Kitabxana_____________________ 

401 


 

hər dəfə atın yanına gedib qayıdanda özünü-sözünü bilmirdi, elə bil 

peşmanlayırdı. Dilsiz-ağızsız heyvanın hərəkəti onu sarsıdırdı. İşdə də özünə yer 

tapa bilmirdi. "Deyəsən, heyvanlar insanlardan yaxşıdır, dönük çıxmırlar, dostu 

da tanıyırlar, düşməni də. Doğrudan da onlar mənə nə pislik eləmişdilər? Kəndə 

səs yayılanda ki, Cavanşirin əli Həcərə dəyib, o dişlənmiş tikədir, heç kəs daha 

yaxın durmaz, Şəmistan ağa onu doğram-doğram eləyərdi, qabağına kim 

duracaqdı? Amma əl qaldırmadı. İnsaflı adam idi. Doğrudan da o, kənddə kimə 

pislik eləmişdi, kimin toyuğuna daş atmışdı, nə olar varlı olanda? Diribaş 

adamdı, özünə var-dövlət düzəltmişdi. Həcərin özü onu nə  qədər çox istəyirdi. 

Bircə  dəfə  əli-əlinə, dodaği-dodağına, nəfəsi-nəfəsinə toxunmuşdu deyə oturub 

illərlə yolunu gözləmişdi". Cavanşir axır vaxtlar hara gedirdisə Həcər yedəyində 

at qarşısında dayanırdı. Qızin titrəyən bədəninin, təpimiş dodaqlarının təmasını 

yenidən hiss edirdi. Qumru quşlarının səsi qulaqlarında canlanır, qovaq 

ağaclarının ləçəkləri gözünün önündə uçuşurdu. Xallı Göy at oxranıb onu 

imsiləyirdi. Cavanşir bilmirdi neyləsin, hara qaçsın ki, bu düşüncələrdən 

yaxasını qurtarsin. Anası da gecəli-gündüzlü ondan əl çəkmirdi, səsi qulağında 

canlanırdi: "Həcər sənin nişanlın idi, istəsəydin qoymazdın sürgün olunsunlar". 

"Mən qolçomaq qızını ala bilməzdim". "Bilmirəm, qolçomaq nədir, amma düz 

eləmədin, bala, sözünə dönük çıxdın. Yadında saxla, uzunsaçlının ahı yerdə 

qalmaz". Belə hallarda Cavanşirin gözləri yaşla dolurdu. "Sən düz deyirsənmiş, 

ana, uzunsaçlının ahı yerdə qalmadi. Onun ahı məni yox, səni tutdu. Amma mən 

də  sənin qanını aldım". Cavanşir elə bilirdi ki, bu sözlərdən sonra anası 

sakitləşəcək. Amma tərsinə, arvad elə bil dahanları üstündə  fırlanıb tərs-tərs 

oğlunun üzünə baxdı: "Nə olsun?!". Cavanşir hər dəfə Göy atı görəndə bu cür 

xəyallar ondan əl çəkmirdi, gecələr də qarmaqarışıq yuxular gorürdü. Ona görə 

də atı ilxıya qatıb, gözündən uzaq etmək istədi. Bir-iki gün fikirləşdi, sonra 

qərarını  dəyişdi. Görünür nə  qədər kədərli,  əzablı olsa da, atın yada saldığı 

xatirələr ona əziz idi. Mehtərə tapşırdı. Tövlədə bordayıb saxladılar. Hətta bir 

gün onu qəzaya çağırıb firqə özəyində  işləməyi təklif edəndə, Cavanşir dərhal 

razılıq verib şəhərə gedəndə belə atdan əl çəkmədi. Özü ilə  qəza mərkəzinə 

apardı. Atın onu yenə yaxın qoymamasına baxmayaraq saxladı.  İllər keçdi. O 

məşhurlaşdı. Qəzaya gələn ilk minik maşınını ona verdilar. Göy at isə 

tumarlandı, sığallandı, Cavanşiri görəndə isə dəliyə döndü… 

 



____________________Milli Kitabxana_____________________ 

402 


 

Bir axşam... 

Pəncərə açıq idi. Bütün günü qəza mərkəzində, yenicə salınmış bağda, 

inqilabın ildönümünü bayram etmişdilər. Qara zurnalar səs-səsə vermiş, boynu 

qalstuklu pionerlər, atlı cavanlar, əli  şüarlı insan seli "Yaşasın Bakıdan gələn 

Şura hökuməti" - deyə-deyə taxtadan yenicə düzəldilmiş "tribunanın" önündən 

keçmişdilər. Cavanşir iş yoldaşları ilə birlikdə  rəsmi keçidi qəbul etmişdi. 

Boğazı ağrıyanacan şüar demişdi. Təntənə axşamüstü qurtarmışdı. İdarədə balaca 

bir məclis də düzəltmişdilər. Cavanşir gecədən xeyli keçəndən sonra evə 

qayıtmışdı. 

O həmişə şəhərin qurtaracağındakı evində yatmazdan əvvəl pəncərələrin dal 

taxtalarını örtərdi. Bu dəfə heç pəncərəni də bağlamadı. Həm hava isti idi, həm 

də bir azca içmişdi. Evdə  nəfəs almaq olmurdu. Fikirləşdi ki, da paltarlı 

çarpayıya uzanıb bir azca dincəlsin. Sonra durub həm çay içər, həm də qapı-

bacanı cağlayıb  əməlli-başlı yatar. Amma özünün də  xəbəri olmadan uzanan 

kimi yuxu onu apardı. Ağır, dərin,  şirin yuxuya getdi. Xəbəri olmadı ki, pişik 

kimi ayaqlarını asta basan bir adam pülələri qalxıb pəncərənin önündə dayandı. 

Bu Həcər idi. Kişi paltarı geyinmişdi. Başında buxara papaq, əynində  çərkəzi 

paltar, belində xəncər, boynunda başlıq vardı. Beşaçılanı əlində hazır tutmuşdu. 

Ay işığında xeyli otağa, Cavanşirə baxdı. Kişiləşmişdi. Saçına, gicgahlarına 

dən düşmüşdü. Həcərin onu son dəfə gördüyündən beş il keçmişdi. Amma 

Cavanşir elə bil qırx yaşlı kişi idi. Qız diqqətlə baxdı: bığları codlaşmış, sifətinə 

qırışlar düşmüşdü. Uzanışından görünürdü ki, yaman yorulub. Yuxu elə aparıb 

ki, heç dünyadan xəbəri yoxdur. Qızın ürəyi titrədi. Bir anlığına hər şeyi unudub 

pəncərədən içəri düşmək, onun çəkmələrini soyundurmaq istədi. İstədi ki, onun 

belindən kəmərini açsın, köynəyini,  şalvarını soyundurub, başının altına yastıq 

qoysun, sonra da sinəsinə qısılsın. Bir pişik qılığı, pişik xorultulu nəfəsi ilə ona 

tumar çəksin, ona layla desin. O, belə anı çox gözləmişdi. Gözləmişdi ki, 

Cavanşir onun əri olacaq və Həcər ərini ağzında dili kimi saxlayacaq. 

Bir pişik astalıği və  cəldliyi ilə yüngülcə atılıb pəncərədan içəri düşdü. 

Cavanşir bir şey hiss etmiş kimi yanı üstə çevrildi. Həcər barmağı  tətikdə 

gözlədi. Amma Cavanşir oyanmadı. Qız elə bil sevindi. Dərindən nəfəs alıb 

rahatlandı. Əlini uzadıb Cavanşirin belindəki qoburun düyməsini açdı, ehmalca 

naqanı çıxartdı. Naqanın lüləsinə, topuna baxdı. Güllələr yerindəydi...

 

 



____________________Milli Kitabxana_____________________ 

403 


 

Ertəsi günü şəhərə  səs yayıldi ki, raykomu vurublar, Göy atı da aparıblar. 

Dünya axışıb gəldi. Milislər, "QPU" işçiləri tökülüşdülər. İcraiyyə komitəsinin, 

prokurorluğun adamları  gəldilər. Hər yeri ələk-vələk elədilər, iki gilizdən və 

Cavanşirin gülləsi atılmış naqanından başqa beç nə tapa bilmədilər. Bir gündən 

sonra xəbər gəldi ki, Göy at özünü yarğandan atıb, amma alnında güllə yeri var. 

"Qolçomaqların işidir" - dedilər. Beş-on adam tutdular. Mərkəzdən də adamlar 

gəldi. Çox məsləhətləşdilər. Axırda qərara aldılar ki, Cavanşiri Şura hökumətinin 

yolunda canını qurban verən bir adam kimi qəbristanda yox, bağda dəfn etsinlər. 

Matəm mitinqi açdılar. Tabutun başının üstündə natiqlər bir-birini əvəz etdilər. 

Hamı da söz verdi ki, əziz dost, əziz Cavanşir, sən rahat yat, səni unutmayacağıq 

və bütün yarımçıq qalmış  işlərini axıra çatdıracağıq. Çaxmaqlar şaqqıldadı, 

milislər güllələri lüləyə verdilər, beşaçılanların ağzını göyə tutdular və üç dəfə 

yaylım atəşi açdılar... 

 

*** 

 

...Rəşidin kooperativi iki il idi ki, işləyirdi və bu kooperativin sorağı Bakıya 



qədər gedib çıxmışdı. Buraya gələn hörmətli qonaqları  şəxsən özü qarşılayırdı. 

Əvvəlcə  iş otağına aparır, yumşaq səndəllərdə  əyləşdirir, yemək-içmək hazır 

olana qədər kəkotulu çay gətirdir, video-maqnitofona türk müğənnilərinin 

lentlərini qoyur, qonaqlar bir stəkan çay içib dincəldikdən sonra qollarından 

tutub ikinci mərtəbəyə qaldirır, onlar üçün hazırlanmış xüsusi otağa aparırdı. Hər 

şey qaydasında idi. 

O, adəti üzrə bir gün yenə ikinci mərtəbənin dairəvi eyvanında, kölgədə 

oyulmuş yazı masasının arxasında  əyləşib, gəlib-gedən müştərilərə, ağacların 

kölgəsində çay içənlərə göz qoyurdu ki, narazılıq olmasin. Birdən gözünə saçı 

ağarmış, beli bükülmüş bir qarı sataşdı. Onun yanında orta yaşlı iki kişi və dörd-

beş yaşlı bir oğlan uşağı vardı. Ağacın sərinliyində oturub çay içirdilər. Bura 

adamlarına oxşamırdılar. 

Qarı ayağa durdu, qamətini düzəldib  ətrafa boylandı  və asta addımlarla 

restoranın başına dolandı. Rəşid başa düşdü ki, qarı nə isə axtarır, yoxsa tez-tez 

dayanıb ağaclara baxmaz, irəli-geri addımlayıb təşviş içində dayanmazdı. Rəşid 

də  təşvişə düşdü. Asta addımlarla pilləkəni aşağı endi və qandan bir az aralıda 

ayaq saxladı. 

- Nə axtarırsan, nənə? 

 



____________________Milli Kitabxana_____________________ 

404 


 

Qarı sərt baxışlarını Rəşidin üzünə zillədi. 

Burda bir qəbir vardı. 



- Nə qəbir, nənə? 

- Adam 


qəbri. 

Rəşid eşitmişdi ki, on, on beş il əvvəl yaşlı bir qadın qəbrin  ətrafında gül 

əkmişdi. Bəlkə bu qarə elə həmin arvad idi? Elə bil ürəyi qopub düşdü. Qarının 

qəbir sahibi olacağını  və haray salacağını  ağlına gətirəndə  bədənini tər basdı. 

Amma özünə toxtaqlıq verdi. 

- Bura 


bağdı, nənə, ölünü qəbristanda basdırarlar. 

Qarının qaşları çatıldı. Dikəldi. Birdən-birə çöhrəsi məhzunlaşdı. Yaşarmış 

gözlərini əlinin arxası ilə sildi. 

- Düz 


deyirsən, bala, ölünü qəbristanda basdırarlar. 

Uşaq qaça-qaça gəlib qarının ətəyindən yapışdı. 

- Həcər nənə, atam çağırır, gedək. 

Qarı getdi. Ayaqlarını sürüyə-sürüyə yola çıxdı. Elə bil beli bir az da 

büküldü. 

Restorandan isə müğənninin səsi gəlirdi.  

Dünya mənim, Dünya sənin, Dünya heç kimin... 

 

İyun, 1990 

  



____________________Milli Kitabxana_____________________ 

405 


 

MÜNDƏRİCAT 

 

Oxunan və sevilən yazıçı……………………………………………………4 



 

ROMANLAR 

 

Ayrılan yollar ………………………………………………………………..13 

Ölən dünyam……………………………………………………………….239 

 

HEKAYƏLƏR 

 

Namus qaçağı……………………………………………………………...369 



Namərd gülləsi…………………………………………………………….383 

Ölüləri qəbristanda basdırın……………………………………………….390 

 

  



____________________Milli Kitabxana_____________________ 

406 


 

 

 



 

 

İSMAYIL ŞIXLI 



 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

 

İKİ CİLDDƏ 

 

I CİLD 

 

"ŞƏRQ-QƏRB" 



 

BAKI-2005 

 



____________________Milli Kitabxana_____________________ 

407 


 

 

 



 

Buraxılışa məsul:  



Əziz Güləliyev 

 

Texniki redaktor: 



 

Rövşən Ağayev 

 

Tərtibatçı-rəssam:  



Nərgiz Əliyeva 

 

Kompyuter səhifələyicisi: 



Rəvan Mürsəlov 

 

Korrektorlar:  



 

Pərinaz Səmədova 

Arif Qafarov 

 

Yığrlmağa verilmişdır 05.08.2004. Çapa imzalanmışdır 17.01.2005. 



Formatı 60x90 

1

/



16

 Fiziki çap vərəqi 25,5. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 10. 

 

 



 

 

 



 

Kitab "PROMAT" mətbəəsində çap



 olunmuşdur. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə