Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə126/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   122   123   124   125   126   127   128   129   ...   132

____________________Milli Kitabxana_____________________ 

381 


 

  

Onlar dərənin aşağısı ilə axan çayin sahilinə çatdılar. Su buz bağlayıb ağız-



ağıza qovuşmuşdu. Qaçaq Süleyman cilovu çəkib buzun altında axan suyun 

həzin şırıltısına qulaq asdı. Sonra qamçı ilə yoldaşlarına nəsə işarə etdi. İki nəfər 

atdan düşdü. Buzun üstü ilə çayın ortasına qədər getdilər. Tüfəngin qundağı ilə 

buzu sındırdılar. Quyunun ağzı boyda dəyirmi yer açdılar. Qaçaq Süleyman 

üzünü Rəşidə tərəf tutub gülümsündü: 

- Çimməklə aran necədir? 

- Bu 

soyuqda? 



- Bəli. Deyirlər soyuq su adamın belini bərkidir. 

Rəşid döyükdü. Süleymanın üzünə baxdı. Bilmədi gülsün, yoxsa ciddiləşsin. 

- Zarafatı burax. 

- Zarafat 

niyə, düz sözümdür, axşam qız yanında olacaqsan. 

Rəşid atm ciləvunu çəkib qaçağın üzünə bozardı: 

- Başına at təpibdir, nədir, məni ələ salırsan? 

Dedim ki, çiməcəksən! 



O, əlini naqana aparmaq istədi. Elə bu an qamçı Rəşidin üzündə şaqqıldadı və 

Qaçaq Süleymanın hirs dolu boğuq səsi eşidildi: 

- Atdan 

düş, oğraş!!! 

Onu sürüyüb yerə saldılar. Kürkünü, şalvarını, pencəyini çıxartdılar. Bircə 

tuman-köynəyinə  dəymədilər. Qolundan yapışıb darta-darta suyun ortasına 

gətirdilər. Çapalamasına, yalvarmasına fikir vermədilər. Suya basıb çıxartdılar. 

Bircə anda bədəni qıpqırmızı oldu. İslaq tuman-köynək  ətinə yapışdı. Çənəsi 

şaqqıldadı. Buna fikir vermədilər, yenidən qolundan yapışıb buzun sınıq yerinə 

saldılar. Onun söyüşlərini, iniltiyə çevrilən yalvarışlarını  eşitmədilər. Başçı 

"bəsdi" deyənə  qədər çimizdirdilər. Axırıncı  dəfə başıaşağı suya salıb kənara 

atdılar. Rəşid şappıltı ilə buzun üstünə sərildi. Onu geyindirib atın belinə atdılar. 

Şallaqdan hürkən at, baş götürüb dərə aşağı çapdı. 

İlyas cınqırını çıxartmadan, heyrət və sevinclə gördüklərinə tamaşa edirdi. O, 

özünü elə itirmiş və elə keyləşmişdi ki, Qaçaq Süleymanın səsini eşitmədi: 

--A bala, get arxayın toyunu başla, bir köpəkoğlu sənə söz deyə bilməz. 

Bəlkə özüm də gəldim. 

İlyası iki atlının müşayiəti ilə yola saldılar. 

  



____________________Milli Kitabxana_____________________ 

382 


 

 

Həmin axşam iki yerdə səhərəcən işıq yandı. Birii Murad kişinin həyətındə, o 



biri isə Rəşidin evində. Murad kişinin həyətində yanan lopa idi, Rəşidin evində 

otuzluq lampa. Murad kişinin tərtəmiz silinib-süpürülmüş  və palaz döşənmiş 

samanlığında mağar idi - çalıb-oynayırdılar, Rəşidgildə isə sətəlcəmdən od tutub 

yanan kişiyə küpə salır, üstünü yorğanla bərk-bərk örtürdülər. Səhər tezdən 

zurnaçılar damın üstünə çıxıb "atdandırma" çalanda bir dəstə atlı dağlara qalxdı. 

Cağ yerinə qədər ot döşənib üstünə gəbə, yorğan-döşək salınmış arabada bəzəkli 

bir gəlin üzünə salınmış duvağı aralayıb göz qamaşdıran qarda cığır salan 

təkərlərin izi ilə evlərinə baxıb kövrələ-kövrələ Murad kişinin qapısına gəldi. 

Kəndin aşağısında, koxalılar tərəfdənsə ağlaşma səsi ucaldı. 

 

1982




____________________Milli Kitabxana_____________________ 

383 


 

  

NAMƏRD GÜLLƏSİ 



 

Dostum Hüseyn Arifə 

 

Niftalı koxa at;n örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, 



əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. 

Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə 

çokdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər 

atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdi ki, tərləsin. Yəhərini 

götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, 

istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, 

səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox 

vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da 

yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü 

yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa keçəndən sonra, 

səksəkəli yaşayırdı... 

O, astaca addımlarla dikdirə  çıxdı. Arxın üstündən adlayıb ağacların 

kölgəsində dayandı. Gözünü üfiqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. 

Astaca meh əsirdi. Qara qılçıq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-

solmnş  dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının 

yarpaqları da xışıldayırdı. Hansı  rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların 

dibindən axan arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış 

palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə 

burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə 

keçib mütəkkəyə dirsəklənmək istədi.  İstədi ki, isti təntitsə  də, nə  çəkmələrini 

soyunsun, nə  də tüfəngini, qoltuqaltısını  çıxardıb yanına qoysun. Amma gördü 

ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki

bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu 

yoxdu. O, ömründə  əli-yalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat 

edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı... 

Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı koynəyinin 

düymələrini boşaltdı  və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib 

dəsmallarınm nclanın düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları 

cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə