Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə125/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   121   122   123   124   125   126   127   128   ...   132

____________________Milli Kitabxana_____________________ 

378 


 

 

Qapının ağzına çatanda heyrətləndi. içəridəti taqqıltı  gəlirdi. Elə bil 



süpürüşürdülər. Kimsə hıçqırırdı. Süleyman çiynini qapıya verdi və ona elə bir 

güc gəldi ki, zirəzə yerindən oynadı.  İçəri girəndn gözlərinə inanmadı. 

Əbdürrəhman bəyin qızları küncə qısılmişdılar. Üst-başları cırıq-cırıq idi, saçları 

üzlərinə dağılmışdı. Keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını çirməmiş, 

köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı sallanırdı. Gözləri 

pişik gözü kimi parıldayırdı. Qapı açılanda boynunu içəri çəkib belini 

donqarlandırdı və qan hərisi vəhşiyə dönərək yay kimi gərildi. Bircə atı da keçsə, 

irəli atılacaqdı. Süleymanın beyni uğuldadı  və gözlərinə qan sağıldı. Naqanı 

çixartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə... 

Bayırda at fınxırdı. Ayaq tappıltıları  və qarışıq səslər eşidildi. Sonra qara 

damın qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı damın 

yarıqaranlıq havasını  qılınc kimi doğradı, divarda süründü və taxtın üstündə 

uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də yox oldu. İlyas dik 

atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin ortasında dayanıb boylanan 

Rəşidi görəndə qan beyninə  sıçradı. Amma Qaçaq Süleyman yerindən 

tərpənmədi. Gözü qaranlığa alışandan sonra qollarını açıb üstünə yeriyən Rəşidə 

əhəmiyyət vermədi. Mütəkkəyə dirsəkli halda uzandi, bir azca ayaqlarını yığıb, 

taxtın aşağı  tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq 

tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq Süleyman 

başını qaldırıb qonağın üzünə baxdı: 

Kürkünü soyun, soyuq dəyər. 



Onun sakit, amiranə  səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə  qımışa-

qimışa kürkünü çıxartdı. 

- Deyirlər kəndinizdə toy var? 

Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı. 

Bilmədi nə desin. 

- Niyə dinmirsən? 

Rəşid tələsik cavab verdi: 

- Var. 


- Kimin 

toyudur? 

- Murad 

kişinin dığası  İlyasın. – Rəşid elə bil dirçəldi. Qaş-gözünü 

oynadıb sözünə davam etdi. - İndi hər qor-qoduq adam olub ortaya düşüb. Başın 

haqqı ona dağ çəkəcəm. 




____________________Milli Kitabxana_____________________ 

379 


 

  

İlyas dözmədi. Küncdən çıxıb irəli gəlmək istədi. Amma Süleyman gözünü 



ağardıb onu yerində oturtdu. Deyəsən Rəşid heç onu görmürdü. 

- Fikrin 

nədir? 

- Elə bu gecə qızı onun əlindən alacam. 



Araya qan düşməyindən qorxmursan? 

- Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan. 

Qaçaq Süleyman papağını çıxardıb dizinin üstünə qoydu. Fikirli-fikirli başını 

ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi. Birdən onun qaqqıltısı divarda 

şaqqıldadı. Rəşid də ona qoşuldu, Gözləri yaşarıncaya qədor güluşdülər. 

- Ağzıyın dadını yaman bilirsən ha. 

- Bə nə. Gərək bu gəda-güdələrın anasını ağladasan. 

- Bə qorxmursan? 

- Nədən? 

- Xam 

qızla yatmaqdan. 



- Arxayın ol, hələ canim suludu. 

İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alacağını gözləyirdi. Dişi 

bağırsaqlarını kəssə də susurdu. Başina nə iş gələcəyini bilmirdi. Bircə onu hiss 

edirdi ki, Qaçaq Süleymanın səsi titrəyir, qaşları çatılır və üzünün tükləri biz-biz 

olur. 

Süleyman papağını başına qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu. 



Əvvəlcə peçin yanında quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb 

kürkünü, onaçılanı belinə bağladı, qamçısını əlinə aldı. Rəşidin çaşdığını görüb 

dilləndi: 

- Dur 


gedək. - Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi 

qabağa salıb geri dondü. - Komsomol, sən də dur. Rəşid qanrılıb İlyasa baxmaq 

istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı. 

Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar 

adamın gözünü qamaşdırırdı. 

- Atları bəri çəkin! 

Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları  yəhərli-yüyənli atları 

gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın belinə 

qalxdı. O bıriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü itirdi. Buraya 

gəldiyinə peşman oldu, özünü danladı. 




____________________Milli Kitabxana_____________________ 

380 


 

  

Qaçaq Süleyman bu saat iki il bundan əvvəl müəllimin boğazına kəndir salıb 



kəndə gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz-biz olub kirpi 

tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı, çalın-çarpaz bağladığı 

qoltuqaltıları, onaçılanı yerindəydi.  İlyas gözlədi ki, bu saat onun paltarını 

soyunduracaqlar, boğazına ip salıb atın döşünə qatacaqlar, dərə  aşağı sürüyüb 

kəndə aparacaqlar və kim bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində 

özünü yaman danladı, uşaqlıq elədiyini başa düşdü. "Özüm heç, bir can 

borcluyam, öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq". Rəşid 

atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın. 

Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı. 

- Təzə bəyə də at verin. 

Rəşid təəccübləndi: 

- Onu 


da 

aparaq? 


- Bə nə. Heç bəysiz də toy olar? 

İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini Qaçaq Süleymanın qan 

sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər bir işartı 

gördü. Deyəsən kişinin sifəti də  işıqlanmışdı. Dodağında təbəssümə  bənzər bir 

şey sezilirdi. 

- Min, 


bala, 

səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar. 

İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan şübhələnsə də, 

sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları məhmizləyib özlərinin tanıdıqları kəsə 

yolla dərəyə endilər. 

Sazaq başlamışdı. Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların 

budaqları şaxtadan çatdayıb qırılırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası fikir 

götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi. "Təzə bəyə at 

verin!", "Səni toya piyada aparmayacağıq ki?" Bunlar nə demək idi? Yoxsa məni 

ələ salırdılar? Görəsən atam indi neyləyir? Yəqin damın üstünə  çıxıb-

düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb. Barı anama heç nə 

deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən qız evinin qulağına bir şey 

çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu bilirmi? Bilirmi ki, qaçaqların 

yanındayam, ondan ötəri gəlib buralara çıxmışam. Özümü də işə salmışam, onu 

da. Bəlkə heç buraya gəlməyəydim, Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat 

qoyardımı ki, kənddə namussuzluq ola. Nəysə... Özü yıxılan ağlamaz, Allaha 

pənah... 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə