Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə128/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   124   125   126   127   128   129   130   131   132

____________________Milli Kitabxana_____________________ 

387 


 

 

Gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ 



nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə 

yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti 

qaralmış, qalın bığı azca codlaşmış, gicgahları  ağarmışdı. Gözlərinin  ətrafinda 

xırdaca qırışlar  əmələ  gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. 

Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. 

Elə bil bunu Niflalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. 

Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və 

birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədəni titrəyib dartındı, elə 

bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi. 

İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə  də ki, 



əlim çatmaz. Sənin dərdinə nə çarə qılım? 

Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başıni azacıq qaldırıb bulanıq 

gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu 

başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini 

hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi 

kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi. 

- Kərəm? 

- Düz 


tanımısan, Niftalı, mənəm. 

- Lap 


yaxşı, sən olmağın yaxşıdır. 

Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, 

əziz bir adamiydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun 

qanına susayan, fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi. 

Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya 

keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların 

görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sırdaşı idi. İndi isə bir-

birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə 

bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At 

belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, 

Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah 

irəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının 

əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona 

bir-neçə dəfə ismarış 




____________________Milli Kitabxana_____________________ 

388 


 

  

eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm 



onu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün. 

- Dəstəndə təzə adam varmı? 

Kərəm güclə eşitdiyi bu sözlarin cavabını xeyli ləngitdi.  

- Var. 


- Kimdi? 

- Mürşüd. 

- O 

gədamı? 


Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə 

qaranlıq çökdü. Yaralandı, yaman yaralandı. 

- Mənə pənah gətirdi, neyləyim? 

- Bizə də pənah gətirmişdi, axırını ki, gördün. 

Kişi inildədi. Kərəmə elə  gəldi ki, onu incidədən yaranın ağrısı deyil, 

əməyinin, zənninin itməsinin ağrısıdır. 

Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və 

iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi. 

İndi arxayın ölə bilərəm... Şükür Allaha, zənnim puça çıxdı.., 



Yoxsa o dünyaya nisgilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən 

düşmədin... Başımı bir azca yuxarı qaldır. 

Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını 

udub sakitləşdi. Sifətindən quş  nəfəsinə  bənzər xəfif bir dirilik işiği ötdü. 

Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, 

Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki 

kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan 

uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə meh əsirdi, 

yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyn qırçınlanıb axır, yenə cırcıramalar 

zil səslə  cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə  bənzər 

dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa 

ilğımmı keçir? 

Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə  Kərəmin 

yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb 

gərildi. Kərəm gördü ki, kişinın halı birdən-birə  dəyişdi, yanaqlarına elə bil 

qızartı çökdü. Bu qızartı son doyüntülərini keçirən ürəyin damarlara vurduğu 

axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin 

üzünə zilləndi. 

 

 



____________________Milli Kitabxana_____________________ 

389 


 

 

- Kərəm, bircə diləyim var... 



- De 

görum. 


- Naqanını çıxart, məni alnımdan özün vur. 

- Nə danışırsan? 

- Qoy 

desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb... Kişini kişi 



öldürər, qardaş, gəda-güda yox. 

Əlim qalxmaz. 



- Dediyimi 

eləməsən, atayın belindən gəlməyibsən. 

Kişinin sinəsi qaixdı və asta-asta endi. 

Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb 

Murşüdü tapdı.  Əlləri  əsdi.  İstədi tüfəngi hərləyib elə buradaca, tülkü kimi 

büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. "Onsuz da Niftalının 

qohumları onu sağ buraxmayacaqlar" – deyə düşündü. Bir də əlini murdarlamaq 

istəmədi. 

- Onun 

tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də 



atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq 

tərpətməyin. Kəndə gedəcəyik. 

Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini 

əlləri üstünə alacaq, atı isə dalcan geləcəkdi. Qaçaqlarda atların yüyənlərini 

boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi 

ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-

haray salıb üz-gözünü ciracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış 

edəcaklər. Bəlkə onlara güllə  də atacaqdılar. Artıq-əskik danışanlar, divan-

dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində 

belə namərdlər tapılsın. O, əmin idi ki, meyiti sakitcə  kəndin arası ilə Niftalı 

koxanın evinə  qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə 

qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən 

sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz 

tutacaqlar. 

Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin 

bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar 

var... 

Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı... 



 

1987  

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə