Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə129/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   124   125   126   127   128   129   130   131   132

____________________Milli Kitabxana_____________________ 

390 


 

 

ÖLÜLƏRİ QƏBRİSTANDA BASDIRIN 

 

Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdi. Dörd yolun 



kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti 

günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan 

yaşlılar özlərinə  həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. 

Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə  şəhərin kənarında, çay 

sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. 

Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə 

də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında 

maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər. 

Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq 

eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin 

mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da 

müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə  də demişdi, razı 

olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni  əsirgəməyəcəklər. 

Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə 

olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu 

idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə 

çıxanlar, işə  tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər.  İkinci 

mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni 

bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə  gələnlərə gözdən uzaq yerdə 

ayrıca otaqlar düzəldəcəkdi.  İçərisini lap ev kimi sahmana salacaqdı. Hər  şey 

ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün 

dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, 

darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, 

şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, 

Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı. 

Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin  ətrafına 

dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında 

qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, 

qəbrin dörd yaninda qızılgül kolları  əkilibmiş.  İllər keçdikcə baxımsızlıqdan 

quruyub solmuş, tapdalanmış və yerlə- 

 



____________________Milli Kitabxana_____________________ 

391 


 

yeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib 

bahar havası ilə  nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə  də 

solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə  də başdaşı. Suvağı 

tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdi. Bir-iki il də keçsəydi, bu 

sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-geden 

qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düz-

əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini 

heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin 

sahibi yoxdur. Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz

döşəmənin altına salar, beləliklə  də  hər  şey bitər, nə dil bilər, nə  də dodaq. 

Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon 

mərkəzlərində, hər adamı bağda basdırmırlar... 

Onun on doqquz yaşı vardı,  şıvırtı bir oğlandı. Qaşları çatraa, gözləri ala, 

kürəyi enli bu cavan yolnan gedəndə çəpərlərin dibindən boylanan qızların sayı 

artırdi. Hərdən o elə bil kürəyində gizilti hiss edir və dönüb geri baxanda çəpərin 

dibinə sinənlərin kəlağayından başqa heç nə görmürdü. O hiss edirdi ki

doqqazlarda çiyni sənəkli qızlarla qarşılaşanda qan üzünə vurur, qızlar da pul 

kimi qızarıb başlarını  aşağı salır, kəlağayılarını  çəkib üzlərini gizlətməyə 

çalışırlar. Özü də hiss etmədən  əyin-başına sığal verir, quşburun çarıqlarını 

səliqə ilə geyinir, dolağını kip dolayır, sallamalı gümüş  kəmərini  şəstlə 

koynəyinin üstündən belinə bağlayırdı. Toyda-mağarda kənarda qalmırdı. Qara 

zurnada güləşhəngi çalınan kimi meydana atılırdı. Bircə cıdıra çıxanlara qoşula 

bilmirdi. Atı yox idi. 

 

* * * 


 

Bir gün kəndin qurtaracağındakı dəyirmanın üst tərəfinə çəmənliyə getmişdi. 

Ot qurşağa çıxırdı. Qovaq ağaclarının ağ, qu kimi ləçəkləri havada uçuşur, 

çəmənlikdəki çiçəklərin üstünə qonurdu. Haradasa qumru quşları oxuyurdu. İydə 

çiçəklərinin ətri havaya elə hopmuşdu ki, nəfəs aldıqca adam bihuş olurdu. Onun 

başı bu məstlikdən gicəlləndiyindən harada olduğunu unutmuşdu. 

Birdən at fınxırdı. Başını qaldıranda qurşağa çıxan otu ortadan biçən cığırda 

yedəyində yəhərli-yüyənli atla dayanan qızı gördü. Baxışları toqquşanda elə bil 

şimşək çaxdı, qıpqiırmızı oldu, dili-dodağı  təpidi. Qız isə boynunu yana əyib 

gözünü ona zillədi. 

 



____________________Milli Kitabxana_____________________ 

392 


 

- Bıy, ciyərin yansın,  ədə, tula qovmuş dovşan kimi qabağıma hardan 

çıxdın? 

Qızın səsi onu özünə  gətirdi. Elə bil gözünün önündən duman çəkildi. 

Urəyinin döyüntüsü, qulaqlarının güyültüsü azaldı. 

- Mənə niyə qarğayırsan, sənə nə pisllik eləmişəm? 

- Bundan 

artıq nə pislik eləyəcəksən, neçə vaxtdır ciyərimi yandırırsan. 

Çəpərin dalından boyuna baxmaqdan boynum uzana qalıb. 

- Axı, nə sən mənim üzümü görübsən, nə də mən sənin. 

- Üzünü 

görməsəm də sorağını almışam. Adın xoşuma gəlirdi.  İndi də 

özünü görüb bəyəndim. Adın da Cavanşirdi, özün də. Lap cavan şirə oxşayırsan. 

Düz sözümdü, meylim sənə yaman qondu. 

Cavanşir başa düşdü ki, onun qarşısında dayanan adını  eşidib üzünü 

görmədiyi Həcərdi, Şəmistan ağanın qızı Həcər. Özünü ələ aldı. Sözün düzü bu 

tayfadan qorxurdu. Eşitmişdi ki, onların qızları da, kişiləri də qan çanağıdır. 

Onlara yaxınlaşan da peşman olur, uzaqlaşan da. Onu da eşitmişdi ki, bu tayfanın 

adamlarının gözü bir şeyi tutdumu, əl çəkən deyillər. Ona görə də cığırdan çıxıb 

aralanmaq istədi. Amma qız yolu kəsdi. 

Əlimə yenicə keçibsən, məsələni dağ eləməmiş buraxan deyiləm. 



Cavanşir özünü tamamilə itirdi. "Bu qız deyəsən, lap gerçəklədi" - deyə 

xəyalından keçirdi. Amma özünü sındırmadı. 

- Sonra 

peşman olarsan. 

Bax, bu oldu kişi söhbəti. 



Cavanşir udqundu. O görmüşdü ki, kəndlərindəki qızlar kişi səsi eşidəndə, 

kişi papağı görəndə qaçıb gizlənir, qəfil qabaqlaşanda isə ayaqları dolaşa-dolaşa 

başlarını aşağı salıb aralanırlar və dalda yer axtarırlar ki, gizlənsinlər. Amma bu, 

yolu Ərəbzəngi kimi kəsmişdi. 

Cavanşir belə bir qızın qabağından qaçmağı kişiliyinə sığışdırmadı. Ehtiyatı, 

utanmağı buraxdı və qızı təpədən dırnağa süzdü. Onun başında yaşıl yelənli ağ 

kəlağayı vardı. Zil qara saçlarını ortadan tən ayırmışdı. Qulağına yumru qızıl 

sırğa taxmışdı. Cığaları qıvrım idi, qulağının üstünə düşmüşdü, özü burmamışdı. 

Boynunda iki qatar mərcan muncuq vardı. Dərisinin ağlığı mərcanda əks edirdi. 

Çənəsinin altında güclə seçiləcək buxaq vardı. Dodağı elə bil qaymaq idi. Nəfəs 

aldıqca titrəyən burnunun sol yanındakı qara xal sifətini daha da gözəlləşdirirdi. 

Cavanşir onun qabarıq sinəsinə, yaxası açıq atlas koftasına, belinə kip bağladığı 

gümüş kəmərinə, qırçınlı ipək güllü donuna baxdı və as- 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə