Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə131/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   124   125   126   127   128   129   130   131   132

____________________Milli Kitabxana_____________________ 

396 


 

- Nə bilim? 

Şəmistan ağa yenidən həyəcanlandı. Ürəyindən nə keçdisə, oturduğu yerdə 

dikəldi və az qaldı gözü ilə arvadı yesin. 

Yoxsa, o gədədi? 



- Kim, 

Cavanşirmi? 

- Demək bilirsən? Bəlkə, xəlvətcə onları görüşdürürsən də?! 

Vallah üzünü də görməmişəm. Bircə  dəfə  qızın dilindən qaçırıb ki, 



özümə oğlan tapmışam, adı da Cavanşirdir. 

Aralığa sükut çökdü. 

Cavanşir bir kişi kimi onun da xoşuna gəlirdi. Boylu-buxunlu, yaraşıqlı bir 

oğlandı. 

- Yəni deyirsən dul arvad oğlundan kişi çıxar? 

- Niyə çıxmır? Əlin, gözün üstündə olsa, çıxar. 

Bu hadisədən xeyli sonra yaylağa köçdülər. Ordan-burdan qızı yenə istəməyə 

başladılar. Cavanşirgildən isə səs çıxmadı. 

Kəndin kişiləri dəyələrin aşağısındakı  çəmənliyə  yığışmışdılar. Cavanlar da 

kənarda dayanmışdılar. Ordan-burdan söhbət edirdilər. Buğaların döyüşündən, 

kəllə buğanın kəllə-kəlləyə gəlməsindən söz salmışdılar. Hərə bir xatirə, hərə bir 

əhvalat danışırdı. Axırda Şəmistan ağa da söhbətə qarışdı. "Keçmişdə, bildiyiniz 

kimi, hər naxırın öz buğası olardı. Bizim də iki-üç buğamız vardı,  əldən 

düşmüşdülər. Atam soraqlaşdı, axtardı  və bir cins yaza buğa aldı. Çox 

yaraşıqlıydı, tükləri qızıla çalırdı. Dərisi də elə bil məxmərdi. Naxırı 

qomarğalayıb qabağına qatırdı. Qoymurdu ki, buğalar yaxın gəlsin. Buynuzu ilə 

yeri eşib onları hürküdürdü. Naxırda inəklər də vardı, düyələr də. Buğaya 

gəlmək vaxtlarıydı. Elə ki, buğanın biri inəyə, ya da düyəyə yaxınlaşmaq 

istəyirdi, yazabuğa böyür-böyür böyürür və onların yolunu kəsİrdi. Amma 

üzülmüşün özü də düyələrə yaxın gəlmirdi. Atam gördü ki, iş belə getsə mal qısır 

qalacaq. Yazabuğanı naxırdan aralayıb kəsdi vo alışma elədi". 

Kişilər gülüşdülər, yaman gülüşdülər. Cavanşir isə sözü özünə götürüb pul 

kimi qızardı. 

O gecə anası ilə danışdı. El dağdan arana enəndə  qıza elçi göndərdilər və 

nişan taxdılar. Cavanşir toya hazırlaşanda isə onu Qəza Firqə özəyinə çağırdılar 

və ikiillik firqə məktəbinə oxumağa gondərdilər. 

Geri qayıdanda onu tanımaq olmadı. Özü də  dəyişmişdi,  əyin-başı da. 

Ayağında uzunboğaz çəkmə, belində aşırmalı enli kəmər vardı. Tünd bənövşəyi 

rəngli şivyotdan qalife şalvar-köynək geyinmişdi. 

 



____________________Milli Kitabxana_____________________ 

397 


 

Kürəyi bir az da enlənmiş, özü bir az da gözəlləşmişdi. O, qarşısına məqsəd 

qoymuşdu: Qəzada birinci "Kommuna" yaratmaq. Fikrini Firqə özək katibinə də 

dedi. Beyəndilər və başa saldılar ki, bunun üçün əvvəlcə qolçomaqları  əzmək 

lazımdır. 

Ertəsi günü Şəmistan ağanı idarəyə çağırdı. Bir xeyli sözü nədən 

başlayacağını bilmədi. Kişi gözləyirdi ki, iki ildən çox onun yolunu gözləyən 

Həcərdən söz salacaq, toy haqda məsləhətləşəcəkdi. Amma Cavanşir sözünü 

qəribə başladı. 

Şəmistan əmi, özün bilirsən ki, kəndimizdə səndən varlı adam yoxdu. 



- Nə demək istəyirsən? 

- Gərək mal-qaranı təhvil verəsən. 

- Kimə? 

- Kolxoza. 

Kəndimizdə kommuna quracayıq. 

- O 


nə olan şeydi? 

Cavanşir izah elədi. Kişi diqqətlə qulaq asdı və birdən ayağa sıçradı. 

- Get 

özünə peşə tap, bala, mən heç kəsə mal-qara verən deyiləm! 



- Verməzsən, zorla alarıq. 

- Nə ixtiyarla? 

- Qolçomaq 

olduğuna görə. 

Bir həftədən sonra şəhərdən milislər tökülüşüb gəldilər.  Şəmistan ağanın 

evini qomarğaladılar. Kişini tapa bilmədilər. Gecəynən duyuq düşüb, qaçmışdı. 

Ev-eşiyi bir-birinə qatdilar, arvad-uşağı çölə tökdülər. Yorğan-döşəyi, ələ keçən 

pal-paltarı bir arabaya doldurub dörd milisin müşayiəti ilə  qəza mərkəzinə 

yolladılar. Oradan da sürgünə... 

Əl-ayağa dolaşan ütanadığından işi yaxşı getdi. İki iki kəndi sökdü, əyri-üyrü 

çəpərləri dağıtdı, köhnə evləri uçurtdu və çay kənarında, gözəl, sulu yerdə cərgə 

ilə yeni evlər tikdirdi. Dəyirman yerində balaca bir elektrik stansiyasi da 

qurdurdu. Evlərə  işıq gəldi. Arvadların canı hisli çıraq  şüşəsi təmizləməkdən 

qurtardı. Hər  şey onun gözimdə gözəlləşmişdi. Kommunanın balaca "Fordzon" 

traktoru, taxıldöyəni, otbiçəni vardı. Klubu hər gecə  işləyirdi. Belə bir qayda 

qoymuşdu: kəndə  gələn qonaq qohumunun evinə yox, kommunanın qonaq 

otağına düşməli idi. Qohumlar burada görüşməli, kommunanın hesabına düzələn 

yemək-içməyi də bir yerdə yeməliydilər. Cavanşirin adı dillərə düşmüşdü. Tez-

tez mərkəzdən adamlar gəlir, şəklini çəkir, qəzetlərə məqalələr yazırdılar. Onun 

başı işə o qədər qarışmışdı ki, çox vaxt evə 

 



____________________Milli Kitabxana_____________________ 

398 


 

də  gəlmirdi. Elə idarədə divana uzanıb yatir, ya da şinelini üstünə salıb 

dirsəklənir, bir azca çimir alırdı. Anasının da gecəsi-gündüzü yoxdu. Arvad 

səksəkə içində səhərəcən, doqqazda, oğlunun yolunu gözləyirdi. Həftədə bir-iki 

dəfə ancaq görüşürdülər. Görüşəndə arvad kəlağayısının ucu ilə gözünü silə-silə 

oğlunu danlayırdı: 

A bala. özünü az öldür, vallah qədrini bilən olmayacaq. Eldən ötrü 



ağlayan kor olar, oğul, bir özünü də fikiriəş, ev-eşik qur, arvad-uşaq sahibi ol, 

mən də istəyirəm nəvəm olsun. 

- Darıxma, ana, hər  şey düzələcək. Bir də  məsəl var: Balığı burax 

dəryaya, balıq bilməsə də xaliq bilər. O ki qaldı evlənməyə, hələ vaxt var. Bir də 

ki, ilk oxum daşa dəydi. 

- Təqsır özündə oldu, bala, qizışdın, binəvaları yerindən-yurdundan 

didərgin saldın. Görəsən yazıqlar indi hardadırlar? 

Cavanşir tutuldu. Hardasa, ürəyinin dərinliyində kövrələn kimi oldu. 

- Kişi buralarda, dağda-daşda gizlənir. O biriləri uzaqdadır,  əlçatmaz 

yerdə. 


- Deynən bədbəxtləri gedər-gəlməzə göndəribsən. 

- Mən göndərməmişəm, Şura hökuməti göndərib. 

- Səndə də taqsır oldu, oğul, Həcər sənin nişanlın idi, istəsən qoymazdın. 

- Mən qolçomaq qızını ala bilməzdim! 

Arvad gördü ki, oğlu hirslənir, onu sakitləşdirmək istədi. 

- Nə deyirəm, bala, özün bilən yaxşıdı. Amma qorxuram. Uzun saçlının 

ahı yerda qalmır, bir az ehtiyatlı ol, 

Bu söhbətdən sonra Cavanşir az qala ayağını evdən kəsdi. 

Bir axşam yenə gecəyarıyacan iclas apardı. Yorulduğundan evə qayıtmadı. 

Divana uzanıb idarəda yatmağı  qərara aldı. O üz-bu üzə çox çevrildi, gözünə 

yuxu getmədi, arada durub papiros çakəsi oldu. Ürəyi yaman döyünürdü, narahat 

idi. Gördü ki, yata bilmir, eyvana çıxdı. Məhəccərə söykənmayi və dalbadal 

atılan güllələrin qulağının dibindən vıyıltı ilə keçməyi bir oldu. Dirəyin dalına 

mətərislənib naqanını  çıxartdı  və qarasına iki-üç güllə atdı. Kəndin aşağı 

tərəfinda it-lər hürüşdü, çataçat güllə açıldı. Birdən göyün üzü qızardı. Cavanşir 

başa düşdü ki, ot tayaları, tövlə, anbar, evlər yanır. Tez idarəyə girdi, rayona 

zəng çaldı, köməyə milis çağırdı və kəndin aşağı tərəfıno qaçdı. Camaat səksəkə 

içində yuxudan ayılmışdı. Tüfəngi olan tüfəng, olmayan balta, yaba götürmüşdü. 

Arvad-uşaq bir-birinə qarışmışdı. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə