Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə124/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   120   121   122   123   124   125   126   127   ...   132

____________________Milli Kitabxana_____________________ 

375 


 

  

Müəllimin boynundan kəndiri açdılar. Paltosunu verdilər və dağlardan arana 



enən ciğırla yola saldılar. 

Qaçaq Süleyman kənddən getməzdən əvvəl atının cilovunu çəkdi. 

Camaat, - dedi - yadınızda saxlayın, məni çöllərə salan elin namusudur. 



Nə qədər sağam, qoymaram bu mahalda bir adamın namusuna toxunsunlar! 

İlyas səhər çay kənarında Rəşidlə sözləşəndən sonra bunları yadına saldı və 

dağlara üz tutdu. Onun gözünə heç nə görünmürdü. Nə şaxtanı hiss edir, nə də 

qaranlığa düşüb qurd-quşa yem ola biləcəyini ağlına gətirirdi. Onun beynində 

bircə fikir dolaşırdı: harda olsa, Qaçaq Süleymanı tapmaq, ürəyindən kcçənləri 

düz gözünün içinə demək. O bilirdi ki, qaçaq öz adamlarına tapşırıb onu tikə-tikə 

doğratdıra bilər, ya da özü əli titrəmədən onaçılanın tətiyini sıxar və  həddini 

aşmış bu cavanı bir andaca yox edər.  İlyas bunların hamısını ürəyində ölçüb-

biçmişdi və necə deyərlər, kəfəni boynuna dolamışdı. Yəqin etmişdi ki, bu 

yoldan sağ-salamat qayıtmayacaq, amma fikrindən dönməmişdi. 

- Dayan, 

kimsən? 


İlyas fikirdən ayılanda sinəsinə tuşlamnış lüləni gördü və anladı ki, qaçaqlara 

rast gəlib. Sevindi. 

- Məni Qaçaq Süleymanın yanına aparın. 

- Aldatdım deməzsin ki? 

- Doğru sözümdür. Vacib işim var. 

Ə, sənin onnan nə işin ola bilər? 



Olmasa, bu boranda, qarda bələnlər aşıb buraya gəlməzdim ki? 

İlyasın sərt cavabi qaçağı bir az çaşdırdı. Tüfəngi aşağı salıb ona yaxınlaşdı. 

Diqqətlə üst-başını süzdü və arxaya keçdi. 

- Düş qabağıma! Onsuz da buradan salamat qayıtmayacaqsan. 

- Qayıtmayanda da qayıtmaram, məni niyə qorxudursan? 

- Yekə-yekə danışma, düş qabağıma. 

O, içəri girəndə Qaçaq Süleyman qara damın küncündə, peçin yanına 

qoyulmuş taxtın üstündə, mütəkkəyə dirsəklənərək uzanmışdı. Çəkmələrini 

soyunsa da yarağını  çıxartmamışdı. Qoltuqaltıları çiynində, tüfəngi yanında, 

onaçılan qarnının üstündəydi. İlyası görəndə dikəldi, ayaqlarını taxtdan sallayıb 

oturdu və qan sağılmış gözlərini onun üzünə zillədi. İlyas bu zəhmli baxışlardan 

sarsılmadı,  əksinə, sakitləşdi.  Əslinə baxsan ona elə  gəlirdi. O bilmirdi ki

keyləşib. Qulaq- 




____________________Milli Kitabxana_____________________ 

376 


 

  

ları heç nə eşitmir, gözləri gözlərinə sancılmış gözlərdən başqa heç nə görmür, 



harada olduğunu, kiminlə üz-üzə dayandığını belə ayırd edə bilmirdi. 

Xeyir ola, komsomol, niyə gəlibsən? 



Bu səs onu ayıltdı. Beyninin uğultusu, qulaqlarının güyültüsü bircə anda yoxa 

çıxdı  və qaçağın özü də elə bil dumandan siyrılıb bütün aydınlığı ilə önündə 

dayandı.  İlyas qurumuş dodaqlarını dili ilə islatdı  və düz onun gözünün içinə 

baxdı. 


- Sənin üzünə tüpürməyə. 

Bircə an, yalnız bircə an ortalığa sükut çökdü. İlyas elə bil çiyinlərini ildırım 

daşı  tək basıb  əzən yükün altından çıxıb yüngülləşdi. Ona elə  gəldi ki, sinəsi 

genişləndi, nəfəsi açıldı. Və birdən qan sağılmış gözlərin sərt baxışlarını üzündə 

hiss etdi. Bu baxışların üzünə sancılması ilə qollarının daldan qanrılıb burulması 

bir oldu. Onu sürüyüb bayıra atmaq istədilər. Qaçaq Süleymanın zəhmli, amiranə 

səsi eşidildi

- Buraxın, qoyun sözünü axıracan desin. Niyə mənim üzümə tüpürürsən, 

bala? 

- Ona 


görə ki, yalançısan, hər yerdə namusdan danışırsan, amma sənə 

arxalananlar namussuzluq eləyirlər. Toy günü gəlini nişanlısının  əlindən almaq 

istəyirlər. 

Kişini elə bil ilan çaldı. Yerindən sıçrayıb dik atıldı. 

Kimdi o biqeyrət? 



- Koxalıların Rəşidi. 

Qaçaq Süleymanm qaşları çatıldı. Üzünim tukləri biz-biz oldu. İlyas gördü 

ki, kişinin geniş sinəsi körük kimi qabarıb endi. Bir xeyli fikirli-fikirli ortada 

hərləndıkdən sonra taxtın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. 

İlyasın sözü onu yaman tutmuşdu. Doğrudan da, onu çöllərə salan nəydi? 

Neçə il idi ki, evindən-eşiyindən niyə didərgin düşmüşdü? Kim idi onu 

yuvasından hürküdən? Süleymanın atası da, özü də, elə qohum-qardaşları da şura 

hökuməti qurulanda hamıdan çox sevinmişdilər. Yenicə ayrılan açılıb, 

dirçəlmişdilər. Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında 

əyilməmişdilər. Atası  həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur. 

Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu 

qoruyasan. Kişi olan başqasınin qız-gəlininə xain gözlə baxmaz. Bu sözlər 

uşaqlıqdan onun beyninə həkk olunmuşdu. Sonra böyüyüb kəndin dəliqanlılarına 

qoşu- 


  


____________________Milli Kitabxana_____________________ 

377 


 

 

landa da, toyda-mağarda cıdıra çıxıb at çapanda da, kəndin cavanları ilə qurşaq 



tutub güləşəndə  də atasının sözləri qulaqlarından getmirdi. Onu barmaqla 

göstərirdilər. Kürəkləri enli, beli nazik idi, az qalırdı üzükdən keçsin. Ona gözü 

düşənlər çox idi. Bilirdi ki, kəndin qızları onun dalınca həsrətlə boylanırdəlar və 

az qalırdılar ki, qabağa düşüb ürəklərini açsınlar, altdan yuxarı üzünə baxıb 

həyadan pörtə-pörtə "No olar, mənciyəzi al" desinlər. Ona söz atan gəlinlər də 

olurdu. Amma Süleyman onlara gözünün ucuyla da baxmırdı. Kəndin ağsaqalları 

"halal olsun, kişinin oğluna" - deyib, onunla qürurlanardılar. 

Onu kənddə yenicə düzəlmiş komsomol özəyinə katib seçdilər. Cavanları 

başına topladı.  əkinə-biçinə, məktəbə, savad kurslarına kömək elədi. Dəstə 

getdikcə böyüdü, Süleymanın sorağı da böyüdü, ətraf kəndlərə də yayıldı. 

Onların kəndində  Əbdürrəhman adında bir boy də vardı.  Əzazilin biriydi, 

boylu arvadlar onu görəndə  uşaq salardılar.  Şura hökuməti qurulanda başına 

dəstə toplayıb bir neçə il heç kəsi tanımaq istəməmişdi. Atını çapıb hamıya 

bildirmişdi ki, buraların ağası  mənəm, başqa xəyala düşməyin. Bir dəfə  də 

Süleymanın qabağını kəsib hədələmişdi. "Deyəsən çox əlləməlik eləyirsən, bala, 

ağır otur, batman gəl, başın bədəninə  ağırlıq eləməsin". Hətta bir dəfə üstünə 

tüfəng də çəkmişdi. Güllə Süleymanın papağını silib keçmişdi. 

Bir gecə "Gepo"nun adamları sakitcə gəlib, Əbdürrəhman bəyi də, oğlanlarını 

da apardılar. Onların evini idarə elədilər. Üst gözdə  kənd  şurası, firqə özəyi 

yerləşdi. Bir otaq da komsomola verdilər. Arvad-uşağı isə aşağı, zirzəmiyə oxşar 

yerə köçürdülər. 

Beyin bir cüt maral kimi qızı vardı, abırlı, həyalı. Kəndin arasına az-az 

çıxardılar, ataları tutulandan sonra isə heç gözə görünmədilər. Süleyman göz 

qoyardı, qızlar zirzəminin qaranlıq küncündə bir-birinin qoynuna qısılıb 

oturardılar. Oduna, suya da qarı ilə  bəyin arvadı gedərdi. Atası bir dəfə 

Süleymanı bir küncə  çəkdi. "Oğul, - dedi - bilirəm komsomolsunuz, bəylərlə 

vuruşursunuz, yaxşı eləyirsiniz. Amma arvadda, uşaqda işiniz olmasın. 

Qulağıma pis sözlər gəlir. Deyəsən Keçəl Xondulu dinc durmur. Yadında saxla, 

elin namusu bizim namusumuzdur. Təmiz adımızı  ləkələməyin". Atasının 

sözündon sonra Süleyman yoldaşlarına göz qoydu. Tapşırdı ki, farağat 

otursunlar. 

Bir dəfə gecədən xeyli keçmiş idarədən işıq gəldiyini gördü. Qanrıldı. Elə 

bildi ki, rayondan təhkimçi gəlib, nə isə vacib bir işi var. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə