Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə120/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   116   117   118   119   120   121   122   123   ...   132

____________________Milli Kitabxana_____________________ 

361 


 

  

dən bilmirdi nə etsin. Masanın üstündəki zınqırovu cingildətdi. Keşikçi milis 



qapının ağzında göründü. 

Bu saat get Halay bəyi mənim yanıma gətir. 



Ayağa durdu. Üst-başını sahmana saldı ki, kişini  şadyana qarşılasın. Bir 

azdan qapı aralandı  və milis nəfəri görundü. O, tək idi. Kəsəmənli təşvişlə 

milisin üzünə baxdı. 

- Bəs Halay bəy hanı? 

Növbətçi milis boynunu aşağı salıb büzüşdü və  səsi titrəyə-titrəyə astadan 

dilləndi; 

- Yoxdur. 

İki gün bundan əvvəl gecə gəlib evindən aparıblar. 

Kəsəmənlini elə bil ilan çaldı. Yerindən dik atıldı. 

- Hara?! 

- Qalaya. 

Növbətçi gördü ki, Kəsəmənlinin başı azacıq əsdi, sifətinin cod tükləri daha 

da codlaşdı.  Əvvəlcə çiyinləri, sonra da bütün bədəni titrədi. Dabanı üstündə 

fırlanıb öncə sağ, sonra da sol çiyni tərəfdən arxaya boylandı. Elə bil kiminsə 

kürəyini nişan aldığını gördü. Növbətçi milis son zamanlar Kəsəmənlinin yol 

gedərkən, ya da at belində olarkən birdən təşvişlə geri boylandığını, elə bil 

arxadan kiminsə onu vuracağını bilmək üçün belə etdiyini çox görmüşdü. 

Kəsəmənli ayağa durdu. Otağın içində iki dəfə fırlandı, pəncərələrin, qapının 

ağzında dayandı. Elə bil çıxmağa yer axtarır, ancaq yol tapmırdı. Onun gözləri 

qıpqırmızı  qızarıb qan çanağına dönmüşdü. Gözlərini tor basmışdı. Heç nə 

görmürdü.  Əlləri də titrəyirdi. Növbətçi milisioner "Kişini, deyəsən, vurğun 

vuracaq" - deyə düşündü, cəld masanın üstündəki su qabına yaxınlaşıb ona bir 

stəkan su verdi. 

- Kabı qağa, özünüzə toxtaxlıq verin. 

Kabı kişi bu sözlərdən ayılan kimi oldu. Növbətçi kişi onun boyun 

damarlarının sakitləşməsindən başa düşdü ki, Kəsəmənli yavaş-yavaş özünə 

gəldi. 

Kabı azacıq toxtadıqdan sonra güllə kimi bayira çıxdı və bir göz qırpımında 



atın belinə sıçradı. 

Həmişə  həyətdə  yəhərli-yüyənli atlarınan dayanan milislər də atın belinə 

qalxdılar. Onlar Kəsəmənli ilə dabanbasaraq Fətullayevin idarəsinə gəldilər. \ 

Kəsəmənli sürətlə qapını açıb içəri girdi. Fətullayev fısıltısını içəri yığmış 

ilan kimi sakıtcə oturmuşdu. O, Kəsəmənliyə fikir vermədi 

  



____________________Milli Kitabxana_____________________ 

362 


 

və azacıq yerində  qımıldandı. Fətullayev nimdaş, rəngi bozarmış qara dəri 

pencəyini geyinmişdi. Ayağındakı çəkmələr də, başındakı dəri papaq da nimdaş 

idi. Zahirən sakit görünən gözlərində elə bil ilan-çayan qaynaşırdı. 

Kəsəmənliyə elə gəldi ki, onun qarşısında, masanın üstündə nəhəng bir ilan 

qıvrılıb yatmışdı. Ancaq bu ilanın başı  tərpənir, gözləri nəyə isə zillənirdi. Bir 

balaca ləngisən, ya da ehtiyatsızlıq etsən, bir göz qırpımında üstünə atılacaq, 

bədəninə dolanıb səni tas-tas edəcəkdi. Kəsəmənli bunları düşünsə  də, səsinə 

sakitlik verdi və qətiyyətlə soruşdu: 

- Halay 


bəy hardadı? 

- Yoxdur. 

- Necə yəni yoxdur'? Sən nə ixtiyarla... 

Elə bil masanın üstündə yatan nəhəng ilan tərpəndi. Onun bədəni buğum-

buğum titrədi və başını dik qaldırdı. 

- Mən qanunsuz heç bir iş görmürəm, "Troyka"nın qərarı ilə  hərəkət 

edirəm. Al, bu da qərar. Özü də, xahiş edirəm, hay-haray salmayasınız, hökm 

yerinə yetirilmişdir. Artıq gecikmək olmazdı. 

Kabı kişinin  əli sezilmədən qobura yaxinlaşdı. Naqanın çıxması ilə otağı 

şaqqıltının bürüməsi bir oldu. Top hərləndikcə gilizlər  ətrafa səpələndi. 

Fətullayev masanın üstə sərildi. Kəsəmənli onun şoralanan qara qan içində ölmüş 

sifətinə baxdı  və bir göz qırpımında qapıdan çıxıb atın belinə  sıçradı. Dilican 

dərəsi tərəfə çapdı. Bir də o zaman ayıldı ki, Naltökən yaylağına çatmışdı. 

Cilovu çəkdi, atın köpüklənmiş sinəsinə, sonra da arxasınca gələnlərə baxdı. 

Kəsəmənli bir səfərə çıxanda, qaçaq-quldur üstünə gedəndə onu tək buraxmayan 

milislər indi də onun yanında idilər. Kabı kişi nəfəsini dərib Noylu bulağın 

üstündəki dəyələrə  və Halay bəyin çadırına baxdı. Köks ötürüb üzünü 

yoldaşlarına çevirdi. 

- Gəlin, qayıdın evinizə. 

- Biz 


səni tək qoya bilmərik. 

- Mən qayıdası olmayacam. Mənə görə arvad-uşağınızı başsız qoymayın. 

Milislər onun sözünə baxmadılar. Birlikdə qaçaqların alaçığına yaxınlaşdılar. 

Həsən ağa qabağa yeridi. Halay bəyi görməyəndə  Kəsəmənlinin gözünə baxdı. 

Bu zabitəli və zəhmli kişinin gözlərində yaş giklənmişdi. 

  



____________________Milli Kitabxana_____________________ 

363 


 

-  


Namərdlərdən qoruya bilmədim. - O, birdən-birə kişiyə yaraşmayan 

daxili bir çılğınlıqla hönkürdü. Sakitləşdikdən sonra hələ də bir şey anlamayan 

Həsən ağaya dedi. - Yoldaşlarına de, hazırlaşsınlar. Üstümüzü almamış burdan 

getməliyik. - O, atın üscündən qanrılıb Noylu bulağa baxdı. Ciyəri yanırdı. Bunu 

başa düşən bir gəlin iri qalaylı bir parçı su ilə doldurub ona yaxınlaşdı. 

Kəsəmənli qabı götürüb başına çəkdi. 

Qaçaqlar atlandılar. Tərpənməzdən əvvəl zirvəsi qarlı dağlara, güllü-çiçiəkli 

alp çəmənliklərinə, meşədən qarağat və çiyələk yığan uşaqlara baxdılar. Atları 

tərpətdilər. Qarşıda Arazın lilli və boz-bulanıq suları axırdı. 

 

EPİLOQ 

 

Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini 



bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa 

çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə 

tapdaladı  və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini  əlində  fırladıb qan 

çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, 

Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin 

əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. 

Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən 

bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə-

yurdlarına qaytardı. Onlara kömək etdilər. 

Sibir meşələrində qohumlarını  və  nənəsi Güllü xanımı itirdikdən sonra 

qürbətdə  tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir 

təpənin döşündə, nəhəng  şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər 

gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. 

Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam 

məktəbində oxuyardı. 

Aradan on illər keçdi... 

Bir gün onlara azadlıq verdilər, günahsız olduqlarını söylədilər və evə 

buraxdılar. Bağlanmış yollar açıldı. Sərhədlərdə gediş-gəliş başladı. Söhrab artıq 

kişi həddinə dolmuşdu. Onların kəndi çoxdan yox olmuşdu. Amma Söhraba 

kömək etdilər. Şenliyin yuxarı başında ona 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə