Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə117/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   113   114   115   116   117   118   119   120   ...   132

____________________Milli Kitabxana_____________________ 

352 


 

  

lər. Vaqondakılar meyitin dalınca düşmək istədikdə qapı  şaqqıltı ilə örtüldü və 



eyni tanış söz eşidildi: "Ne polojeno". 

Güllü xanımın yadında qalan, ucsuz-bucaqsız meşəlik, bir də gəlininin züllə 

papaq əsgərlərin sürüyüb vaqondan saldıqları meyiti qaldı. 

 



 

Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər 

arabalara doldurdular və meşənin dərinliyinə  gətirdilər. Burada ətrafı tikanlı 

məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər. 

 

X fəsil  

 

Kəsəmənlinin atlı  dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də 



kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin 

dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə 

daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə 

dəyib-toxunmadığından özündən arxayın idi və binələrin  ətrafında başını 

girləyirdi. Kəsəmənli bu yaşlı  və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü 

tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, 

kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi. 

Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə  çıxartsın. Elə bu məqsədlə  də 

yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti 

cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs 

almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə 

arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi. 

Meşə qurtardı. Yaylağın çəmənliyi, güllü-çiçəkli yamacları göründü. Dəyələr 

Noylu bulağın üstünə səpələnmişdi. Lap kənarda balaca bir alaçıq var idi. 

  



____________________Milli Kitabxana_____________________ 

353 


 

Kəsəmənli bu çadırın Halay bəyin olduğunu zənn etdi və atın başını qanırıb o 

tərəfə sürdü. Hardansa qayaların dibindən çıxan tüfəngli adamlar onların yolunu 

kəsdilər. Çaxmaqlar şaqqıldadi. 

- Kimsiniz, hara gedirsiniz? 

Kəsəmənli cilovu çəkib atı saxladı. 

- Halay bəyi görmək istəyirik. 

- Halay bəy kimdir, a kişi? 

- Sizin başçınız. Ona deyin ki, Kəsəmənli səni görmək istəyir. 

Qaçaqlar özlərini bilməməzliyə vursalar da, Halay bəyin yanına getdilər və 

Kəsəmənlinin onu görmək istədiyini söylədilər. 

Halay bəy tüfəng qucağında mütəkkəyə söykənərək mürgüləyirdi. Ona soyuq 

dəymişdi.  İxtiyar çağında dağda, dərədə dolaşa bilmirdi. Kəsəmənlinin adını 

eşidəndə ayağa durdu və üzünü keşikçilərə tutdu. 

- Buraxın gəlsin! 

Kəsəmənlini dəyənin yanına gətirdilər. Atının cilovunu tutdular. Kabı kişi 

içəri girdi. Dəyənin ortasında ayaq üstdə duran Halay bəy ilə qucaqlaşdılar. Bir 

xeyli beləcə dayandılar. 

Halay bəyin göstərişi ilə qaçaqlar balaca süfrə açdılar, ortalığa çay-çörək 

qoydular. Kəsəmənli Halay bəyin solmuş bənizinə, qırxılmamış üzünə baxdı və 

astadan soruşdu: 

- Necə dolanırsan? 

Halay bəy könülsüz cavab verdi: 

- Özün görürsən də. Qoca vaxtı çöllərə düşmüşəm. 

- Axı, səni yerindən, yurdundan kim oynatdı? 

Halay bəy cavab əvəzinə  əlini pencəyinin döş cibinə uzatdı  və oradan əl 

boyda göy bir kitabça çıxartdı. 

- Rəhbərin altı  şərtini oxumusanmı? Stalini deyirəm. Orda yazılıb ki, "Öz 

kadrlarımız yetişənə  qədər köhnə mütəxəssislərdən istifadə edəcəyik". 

Cavanların hərəsi bu kitabçadan birini götürüb iclaslarda, yığıncaqlarda, 

dərslərdə üstümüzə qışqırırlar: "Siz köhnə ziyalılarsınız. Hələlik sizdən istifadə 

edirik. Özümüzünkülər yetişən kimi sizin hamınızı qovacayıq". Hətta dərsini 

bilməyən tələbələrdən biri sinif uşaqlarının qarşısında mənim üstümə  qışqırdı: 

"Halay bəy, sənin mülkədar təbiətin istəmir ki, mənim kimi kəndli balası elm 

sahibi olsun. Amma unutma ki, mənim səni parçalayacaq qədər iti dişlərim və 

dırnaqlarım var! İndi sən özün söylə, Kabı, mən belə adamlarla necə dolanım? 




____________________Milli Kitabxana_____________________ 

354 


 

  

Kəsəmənli diqqətlə ona qulaq asdı və astaca gülümsündü. 



- Meşə çaqqalsız olmaz, Halay bəy, sən hər gədə-güdənin sözündən niyə 

inciyirsən?! 

- Mən gədə-güdələrin sözündən incimirəm, onlardan qorxuram. 

Onlar rəhbərin altı  şərtini  əsas götürərək nə oyun desən, çıxarda bilərlər. 

Şərtlərdən biri də budur ki, "Qolçomaqları bir sinif kimi ləğv etmək". Bax bunlar 

adamları bir-birinə qırdırmaq deməkdi. 

Kəsəmənli Halay bəyi diqqətlə dinlədikdən sonra astadan sözə başladı: 

- A 


bəy, bir qulaq as, hər gədə-güdənin sözü səni qorxutmasın. 

Biz qan töküb gədalar üçün hökumət qurmamışıq. Yadındadımı, hələ 

seminariyada oxuyanda son maarifçilik yolu ilə getməyi qarşına məqsəd 

qoymuşdun.  İndi sən bizə daha çox lazımsan. Xalqımızı maarifləndirmək 

lazımdır. İndi bizim ziyalılara daha çox ehtiyacımız var. 

Arzularımız baş tutduğu yerdə sən nahaq geri çəkilirsən, Halay bəy! 

Halay bəy ani olaraq xəyalən gənclik illərinə, ilk müəllimlik çağlarına getdi 

və o günlər üçün burnunun ucu göynədi. 

Halay bəy xalirələrinə ara verib diqqətlə Kəsəmənlinin üzünə baxdı. 

- Elə bilirsən, onlar sənə inanırlar? 

Kəsəmənli bu gözlənilməz və  sərt sualdan diksindi. Qan sağılmış gözləri 

müsahibinin üzünə zilləndi. Elə bil birdən-birə sifəti codlaşdı. Halay bəy hiss 

etdi ki, Kabının qaşları səyridi. 

Halay bəy başa düşdü ki, dostunun qüruruna toxunmuşdu. O, Kəsəmənlinin 

söz götürən olmadığını  uşaqlıqdan bilirdi. Amma ürəyindəki sözləri axıracan 

deməyi qərara aldı. 

- Mən sənin inamına  şübhə etmirəm. Dediyin sözdən dönməyəcəyini də 

bilirəm. Bilirəm ki, sözünə bütöv adamsan, tüpürdüyünü yalayan deyilsən. 

Ölərsən, amma namərdlik eləməzsən. Ancaq mən onlardan qorxuram. 

- Onlar 


kimdi? 

İş başına doluşan namərdlər. Nə çoxdur anasının  əmcəyini kəsənlər. 



Onlar sənə hörmət edirlər, çünki sən onlara lazımsan. Səni  ən qorxulu yerlərə 

göndərirlər. Qaçaq-quldur üstünə yollayırlar. Sən onları öldürsən də, bunların 

xeyrinədi, başına bir iş gəlsə də. Mənim sözlərimdən incimə, Kabı, özün bilirsən 

ki, mən açıq danışanam. 

Kəsəmənli ayağa durdu. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə