Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə114/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   110   111   112   113   114   115   116   117   ...   132

____________________Milli Kitabxana_____________________ 

343 


 

Yoldaş Fətullayev hamının yığışdığını  yəqin etdikdən sonra yerini rahatladı 

və gizli bir sirr açırmış kimi söhbətə başladı. 

- Bu saat adamlarınızı göndərin kəndə gəlib-gedən yolları kəssinlər. Heç kəsi 

şənliyə buraxmasınlar. Bizim burdakı danışığımızdan heç kəs xəbər 

tutmamalıdır. - O, şinelinin yaxasını aralayıb nəfəsini dərdi. - Artıq rəhbərin 

dediklərinin vaxtı çatmışdır. Qolçomaqları bir sinif kimi ləğv etmək lazımdır. 

İçəridəki yaşlı kişilərdən biri qəzetdən bükdüyü maxorka papirusunu bir-iki 

dəfə sümürüb kötüyü yerə atdı və astaca soruşdu: 

- Bunu nə təhər eləyəcəyik, yoldaş Fətullayev? 

- Çox sadəcə. Onları arabalara doldurub lazım olan yerə göndərəcəyik. 

Torpağımız müzür ünsürlərdən təmizlənəcək. 

Qaybalı kişi söhbətin bu yerə  gələcəyini gözləmədiyindən qəfil xəbərdən 

diksindi. Gözünün qabağına Çıraq uşaqlarını və Alqazaxlıları gətirdi. Hiss elədi 

ki, onların başında qaranlıq var. Amma özünü bilməməzliyə qoydu. 

- Bizim kənddə də sinfi düşmən varmı, yoldaş Fətullayev? 

- Var, özü də lap əməllisindən. İndi biz bu gün o düşmənləri kənddən rədd 

etməliyik. - Üzünü Qaybalı kişiyə tutdu. - Sən öz adamlarını  kəndin Ağalıq 

hissəsinə göndər, qoy oranı əhatə eləsinlər. 

Girmələrin, gəmi yollarının ağzını  kəssinlər. Gəlib eləyən olsa, heç nə 

soruşmadan bir baş gülləyə tutsunlar. 

Qaybalı kişi acı-acı gülmüsündü: 

- Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana 

çıxsın? 


Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi. 

Keçəl Xondulu şax addimlarla yeriyib Fətullayevin yanında  əyləşdi. 

Fətullayev arxadan kömək gəlmiş adam kimi Xondulunun üzünə baxdı  və 

qətiyyətlə dilləndi: 

- Bu iştərə özün başçılıq elə, uşaqları da götür Ağalıq tərəfə get. 

Xondulu hər  şeyi bilirmiş kimi heç nə soruşmadan ayağa durdu və həyətdə 

dayanmış silahlı komsomolçulara işarə etdi vo özü də atın belinə  sıçradı. 

İçəridəkilər xeyli susdular. Fətullayevin sonrakı göstərişini gözlədilər. Fətullayev 

çantasından çıxardığı möhürlü kağıza xeyli baxdı  və birdən ayağa durub 

şinelinin yaxasını düymələdi. 

- Vaxtdır, gedək. 

Bir azdan idarədən uzaqlaşan atlı silahlı dəstə kəndin Ağalıq şənliyinə tərəf 

üz tutdu. 

  



____________________Milli Kitabxana_____________________ 

344 


 

 

Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, 



arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, 

paltar-palaz götürməyə  də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük 

götürmək olardı. Güllü xanım gecələr səhərə  qədər yerinin içində  qıvrılır, hər 

şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən 

xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır 

şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. 

Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var. 

İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam 

göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. 

Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri 

asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma 

ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu 

evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım 

gəlinləri yanına çağırdı. 

- Gedin, xəlvətcə əl-ayağınızı yığışdırın. Uşaqlara isti paltar götürün. Özünüz 

də qiymətli nəyiniz varsa, əlçatmaz, gözgörməz yerlərdə gizlədin. Özünüzü də 

elə aparın ki, guya heç nədən xəbərim yoxdur. 

Gəlinlər dinməz-söyləməz qayınanalarının tapşırığını yerinə yetirdilər. Ertəsi 

günü sac asıb çörək bişirdilər. Xurcunlara yığdılar. Bir qarın yağ, bir motal 

götürdülər. Qışdan qalma qovurmanı xurcuna qoydular. Güllü xanım oğlu 

Şəmiddin güllələndikdən və Həsən ağanın qaçaqlara qoşulmasından sonra bilirdi 

ki, bu kənddə salamat yaşaya bilməyəcəklər. Düz on beş gün bundan əvvəl 

Ceyran çöldəki qoyun sürülərini, mal-qaranı, ilxını aparmış, "Bunlar daha 

kolxozundur" demişdilər. Güllü xanım nə edə bilərdi. Evdə başıpapaqlı 

qalmamışdı. 

Fətullayevin dəstəsi gələnə  qədər Keçəl Xondulu arabaları qoşdurdu. Güllü 

xanımın göstərişi ilə gəlinlər yükləri arabalara doldurdular. Bir-iki dəst yorğan-

döşək, uşaqlara isti paltar götürdülər. Dünən bişirdikləri çörəyi xurcuna 

qoydular. Güllü xanım yaddan heç nəyi çıxartmamağa çalışırdı.  Əli belində 

həyətin ortasında fırlanır, evlərinin  ətrafını  kəsdirən silahlı adamlara fikir 

vermirdi. Yoldaş Fətullayevin dəstəsi gələndə də halını pozmadı. 

Gəlinlər köməkləşib bir kisə unu arabaya qoymaq istədilər. Bunu görən 

Keçəl Xondulu hirslə onların üstünə qışqırdı: 

  

 



 


____________________Milli Kitabxana_____________________ 

345 


 

- Bu nədi?! Bəlkə çuvalları da arabaya dolduraq? Yaylağa zada ha, 

getmirsiniz? 

Gəlinlər ona fikir vermədilər. Keçəl Xondulu yəhərin qaşından  əyilib 

tüfəngin lüləsi ilə kisəni kənara itələdi. Ağ un ətrafa dağıldı. Güllü xanımın 

zəhmli səsi gəldi: 

- Ə, a keçəl qurumsax, arvad-uşağin üstünə nə kişilənirsən? 

- Ağzını təmiz saxla, ay qarı. 

- Qarı anandır, bacındır. Mənim adım var. 

- Bilirəm. Amma daha sənin xanımlığin getdi. 

Güllü xanım götürə bildikləri  şeyləri yığdıqdan sonra arabaya minməzdən 

əvvəl üzü Kürə baxan samanlığın üstünə  çıxdı.  Əlini belinə qoyub Kürün 

sahilinə enən yaşıllıqlara,  əyri-üyrü cığırlara, suya enən qız-gəlinə tamaşa etdi. 

Körpəlikdən gəzib dolaşdığı bu yerlərin elə bil ətrini sinəsinə doldurub 

saxlamağa çalışdı. Su yolunda, yarğanların altında qızlarla deyib güldüyü günləri 

xatırladı. Ağalıq  şənliyinin qızları Kürü üzüb o taya keçən, meşədən cır alma-

armud yığar. Qara bulağın suyundan içib Kürdə çimişərdilər. Güllü xanım su 

pəriləri kimi çayda çimən, oxuyub zümzümə edən və öz bədənlərinin 

gözəlliklərinə heyran qalan bu qızların çox vaxt başçısı olardı. Bəzən saatlarla 

güllü-çiçəkli talaların ortasındakı palıd ağaclarının kölgəsində  əyləşib 

qırqovulların, meşə xoruzlarının səsinə qulaq asmaqdan doymazdılar. Güllü 

xanım bir andaca xəyalən o günlərə gedib qayıtdı. Köksünü ötürüb qollarını 

sinəsində çarpazladı. Gözündə gilələnən yaşı sinəsinə axıtdı. Sonra həyətə düşüb 

astaca addımlarla eyvana çıxdı. Keçəl Xondulu ona acıqlanmaq, arvadı geri 

qaytarmaq istədi. Bunu gürən Qaybalı kişi hirsləndi. 

- Ə, nə insafsiz adamsan. Qoysana arvad ev-eşiyi ilə halallaşa. 

Bəlkə bir də buraları görməyəcək. 

Güllü xanım içəri keçdi. Bir-bir otaqlara baxdı. Divara vurulmuş xalılara, 

döşəməyə  sərilmiş  gəbələrə baxdı, yük yerinə yaxınlaşdı. Oğlanları gedədən 

sonra ayrıca saxladığı və hər axşam, hamı yatandan sonra gizlicə qoxuladığı ipək 

yorğan-döşəyi qucaqladı. O hər gün bu yorğan-döşəkdən balalarının qoxusunu 

alırdı,  ətir saçan qoxusunu. İndi də elə elədi. Yorğan-döşəyi qucaqlayıb dönə-

dönə öpdü, qucaqladı. Ürəyinə dammışdı ki, bir daha əli bunlara toxunmayacaq. 

Balalarının ətrini bir daha duya bilməyəcək. Birdən onu dəli bir ağlamaq tutdu. 

Yorğan-döşəyi qucaqlayıb çiyni qalxa-qalxa hıçqırdı. Sinəsinə 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə