Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə118/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   114   115   116   117   118   119   120   121   ...   132

____________________Milli Kitabxana_____________________ 

355 


 

- Deyəsən bizim söhbətimiz baş tutmayacaq, Halay bəy, inamını  nə 

yaman itirmisən? Mən səni üzə  çıxartmaq istəyirəm.  İstəyirəm ki, sənin kimi 

gözəl bir müəllim dağlara, daşlara düşməsin. Qəza firqə özək katibi ilə  də 

məsləhətləşmişik. Xalq maarif komissarlığına yazmışıq. 

Səni seminariyaya müdir təyin etmək istəyirik, öz təcrübəndən istifadə 

edəsən, gözəl müəllimlər hazırlayasan. Kəndlərimizdə  məktəblər açırıq, hələlik 

orda üçaylıq, altıaylıq müəllimlər kursunu qurtaranlar dərs deyir. Bizə isə savadlı 

müəllimlər lazımdı. 

Kəsəmənli üst-başını düzəldib alaçıqdan çıxmaq istədi. Halay bəy onun 

qolundan yapışdı. 

- Kabı, mən heç nədən qorxmuram. Ölümə də aparsan, gedəcəm. 

Səni əliboş geri qaytarmaram. Amma ürəyimdəkiləri sənə deməli idim. 

- Bir 


də, Halay bəy, sən nə cinayət işləmisən? Adam öldürməmisən, yol 

kəsməmisən. Sən gəl, mənim dediklərimə inan. Bu dünyada kişilik də var, 

mərdük də. Sözünə bütöv adamlar çoxdu. Sən gəl, ətəyindən daşı tök, gedək evə. 

Mən qoymaram başından bir tük əskik ola. 

Halay bəy dinmədi. Stəkanı qabağına çəkib fikirli-fikirli çayını içdi. 

Kəsəmənli hiss etdi ki, o, qəti qərara gələ bilmir. Qoca vaxtı dağlarda, daşlarda 

dolaşmaq onu bezdirmişdi. Bunun qışı var, çovğunu var, qorxusu, səksəkəsi var. 

Dolanmaq o qədər də asan deyil. Öz dəstəsinə söz vermişdi ki, beş-on günə 

buralardan baş alıb gedəcək və Arazın o tayına keçəcəklər. O, çayını içib stəkanı 

geri itələdi və üzünü Kəsəmənliyə tutdu. 

- Yox, 

Kabı, beş-on gün hərlənib keçəcəm o taya, yoldaşlarıma da söz 



vermişəm. Onları yarı yolda qoya bilmərəm. 

- Yox, 


Halay 

bəy. Mən  əliboş geri qayıda bilmərəm. Gəlmişəm, səni 

özümlə aparacam. 

- Bəs yoldaşların? 

- Onları da. 

Ayağa durdular. Halay bəy Həsən ağanı yanına çağırdı. Dəyənin böyründə 

xeyli pıçıldaşdılar. 

- Məni on gün gözləyin. Dalınızca gələcəm. Ya üzə çıxacayıq, ya o taya 

gedəcəyik. 

Halay bəy atın belinə qalxıb Kəsəmənlinin dəstəsi ilə yola düşdü. 




____________________Milli Kitabxana_____________________ 

356 


 

  



 

Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis 

işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı  və barmaqları 

tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə 

almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu 

qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir 

qolu üstünə alır və uzun müddət onların körpə  mışıltısına qulaq asırdı.  İndi 

milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları 

qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı. 

- Halay 


bəy, paltarını geyin, bizimlə gedəcəksən! 

- Hara? 


- Yoldaş Fətullayevin yanına. 

Halay bəy diksindi. Yavaşca ayağa durub, paltarını geyindi. Otaqdan 

çıxmazdan  əvvəl dönüb evinə, uşaqlarına və arvadına baxdı. Köksünü ötürdü. 

Onu maşına qoyub qapını üzünə bağladılar. 

Maşın silkələnə-silkələnə  kələ-kötür yollarla yarım saat getdikdən sonra 

dayandı. Onu düşürtdülər. Halay bəy qaranlıq və  kəsif havadan sonra yay 

gecəsinin təmiz havasından doyunca nəfəs aldı və bir müddət hara gətirildiyini 

ayırd edə bilmədi. Bişmiş kərpicdən tikilmiş hündür hasarın ortasındakı iri dəmir 

darvazanı döydülər. İçəridən səs gəldi. 

- Kimdi? 

- Açın qapını, dustaq gətirmişik. 

Zirəzələr, siyirmələr cingildədi. Qapı azca aralandı  və Halay bəyi içəri 

saldılar. 

Halay bəy başa düşdü ki, onu şəhərin kənarındakı qalaya gətiriblər. El 

arasında buraya "Şəkərin qalası" deyirlər. Qala qırmızı  kərpicdən tikilmişdi. 

İkimərtəbəli böyük bina idi. Geniş hoyəti və hündür hasarı var idi. Pəncərələri 

dəmir çərçivəyə alınmışdı və ölü gözü kimi qaralırdı. 

Keşikçi milislər onu içəri apardılar. Qapını arxasınca bağladılar. Üfunətli və 

boğanaq havadan az qala boğuldu. Tavandan təkəm-seyrək elektrik fanarları 

asılmışdı. Onların içində ildrım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik 

stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. Qala 

ikimərtəbəli idi. Dəmir 

 



____________________Milli Kitabxana_____________________ 

357 


 

barmaqlıqlarnan hissələrə ayrılmışdı. Bura qaladan çox karvansaraya oxşayırdı. 

Görünür, nə vaxtsa bu binanı tikdirən "Şəkər kişi" heç nəyi nəzərə almamışdı. 

Halay bəy içəridəki şıqqıltılardan başa düşdü ki, qalada dustaqlar var. Onlar 

divar boyu uzanmışdılar. Bəziləri oturub söhbət edir, bəziləri isə tünd, turşməzə 

havaya dözməyib öskürüşürdülər.  İçəri təzə dustaq gətirildiyini görüb 

söhbətlərinə ara verdilər. 

Halay bəy gözləri qaranlığa alışmadığından haraya gedəcəyini bilməyib 

ortada dayandı. Elə bu vaxt küncdən səs gəldi. 

- Bu 


tərəfə gəl, burda yer var. 

Halay bəy küncə doğru getdi. 

Döşəməyə ot tökmüşdülər. Dustaqlara yorğan-döşək  əvəzinə quru ot 

vermişdilər. Halay bəy küncə çatanda ordakılarnan astaca salamlaşdı  və otun 

üstündə oturdu. Gecədən xeyli keçəndən sonra səs-səmir kəsildi. Hərə bir tərəfdə 

büzüşüb yuxuya getdi. 

Halay bəy isə  əllərini başının altında çarpazlayıb arxası üstə uzandı. 

Gözlərini tavana zillədi. Gah közərən, gah da öləziyən  şimşəkvari tellərin 

qızartısına tamaşa elədi. İşıqlar can verən xəstə adamın ürəyi kimi, gah döyünür

gah da nəbzini itirirdi. Qulağına səs gəldi. Dinşədi. Bu zəng səsi idi. Qala 

hasarının üstündə keşik çəkənlərin bir-birini yoxlaması idi. 

Növbədə duran hər keşikçinin yanında iki dəmir parçası var idi. Biri havadan 

asılmışdı. O biri isə toxmağa bənzəyirdi. Hər yarım saatdan bir baş darvazanın 

yanındaki keşikçi bu dəmirləri danqıldadırdı. Onu eşidən ikinci, üçüncü və 

dördüncü keşikçi də öz "zəng"ini çalırdı. Beləliklə  səhərə  qədər bir-birilərini 

vaxtaşırı yoxlayirdılar. 

Halay bəy bu yeknəsəq danqıltılara qulaq asdı  və  hətta bu danqıltıları 

saymağa başladı. Onun yadına Qarayazı meşəsində, gecə sakitliyində  səhərə 

qədər bir-birini çağıran anadillərin qərib, məhzun səsi gəldi. 

Günortaüstü dustaqları  həyətə, gəzintiyə  çıxartdılar. Halay bəyin qulağına 

gözləmədiyi halda zurna səsi gəldi. Bu Hümmətin dəstəsi idi. Kasəmənli keçən 

dəfə qalanı yoxlamağa gələrkən onları burda görmüş və təəccüblə soruşmuşdu: 

- Sizi 

niyə buraya gətiriblər? 



- Qiyas 

bəyin oğlunun toyunu biz eləmişik, ona görə. 

Kəsəmənli bir şey anlamasa da, gülümsündü və yarı zarafatla soruşdu: 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə