Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə119/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   115   116   117   118   119   120   121   122   ...   132

____________________Milli Kitabxana_____________________ 

358 


 

- Zurna-dəfinizi də gətirmisinizmi? 

İndi də Hümmət çaşıb qaldı. 

- Yoldaş naçalnik, heç bura zurna-balaban yeridi? 

Kəsəmənli elə o günü kəndə adam göndərdi, Hümmətin dəstəsinin zurna-

dəfini gətirtdi və qala rəisinə tapşırdı ki, bundan sonra günorta gəzintisi vaxtında 

icazə ver, çalıb oynasınlar. Soruşan olsa, deyərsən ki, Kəsəmənlinin göstərişidir. 

- Üzümə təəccüblə baxma. Nə olar dustaq olanda. Onlar da insandır. Qoy 

bir az şadlansınlar. 

- Bəs... 

- Bilirəm, nə demək istəyirsən. Qələt eləyir. 

O gündən günorta gəzintisi toy-düyünlə keçirdi. 

Dustaqlar cərgəyə düzüldübr. Keşikçilər onları saydılar, sonra da 

gəzməklərinə icazə verdilər. Yaşlı  və özlərini bir az nasaz hiss edən dustaqlar 

hasarın dibində domuşuqlu oturdular. Cavanlar xeyli ortada fırlandılar. Onlardan 

biri qolunu çırmayıb üzünü zurnaçıya tutdu: 

- Ay 

Hümmət qağa, bir dirə-döymə havası çal. 



Cavanlar dəstələrə bölündülər, meydanın ortasında dairə  çəkdilər. Hümmət 

zurnanın səsini zilə qaldırdı  və cavan dustaqlar hay-haraynan oyuna başladılar. 

Bayaqkı oğlanın səsi yenidən eşidildi: 

- Ay 


Hümmət qağa, indi də güləşəngi çal, görüm, qabağıma kim çıxacaq? 

Gəzinti qurtardı. Keşikçilər dustaqları içəri doldurdular. Bir anlığa hər  şeyi 

unudan Halay bəy də içəri keçmək istərkən ona bir bağlama verdilər. Halay bəy 

təəccüblə keşikçiyə baxdı. 

- Bu 

nədir? 


- Yeməkdi, sizə göndəriblər. 

- Kim 


göndərib? 

- Çoban 


Kərəməli. Dedi ki, adımı deyin, Halay bəy özü tanıyacaq. 

Ertəsi günü gəzintidən sonra Halay bəyi içəri buraxmadılar. Qolundan tutub 

qapının ağzında saxladılar.  İki milis nəfəri onu qalanın arxa tərəfindəki böyük 

meydana apardı. Halay bəy qala divarlarının dibinə baxa-baxa xeyli sakitcə 

addımladı. Torpaq kələ-kötür idi. Bəzi yerlərdə aşağı çökmüş, bəzi yerlərdə isə 

qabarmışdı. Ona bel verdilər və hasarın dibini qazmağı  əmr etdilər. Halay bəy 

heç nə anlamasa da, beli götürdü və torpağı eşməyə başladı. Elə bu vaxt bir əl 

çiyninə toxundu. 

- Müəllim, beli mənə ver, sizə zəhmət olar. 

 

Əlini uzadıb Halay bəydən beli aldı. Müəllimin sual dolu baxışlarını gördü və 



astaca gülümsündü: 


____________________Milli Kitabxana_____________________ 

359 


 

- Siz 


mənə  dərs demisiniz. Xeyli vaxtın söhbətidir, yadınızdan çıxmış 

olaram. Çox zəhmli idiniz. Amma biz, tələbələr, sizi bir-birimizə görsədib 

"Riyaziyyatın allahıdır" deyirdik. Siz bizə Kiselyovun "Rəhbər cəbr kitabını" 

dönə-dönə izah edirdiniz. Kim Şapoşnikovun kitabındakı  məsələ  və misalların 

hamısını  həll etməyibsə, onu imtahana buraxmırdınız. Gecələr də  məşğələyə 

gəlir,  ən çətin məsələləri izah edir, bizim hər  şeyi başa düşdüyümüzə  əmin 

olduqdan sonra evə gedirdiniz. Yaxşı günlər idi, müəllim! 

Bu sözləri deyən milislərin başçısı idi. Onun otuz-otuz beş yaşı ancaq olardı. 

Halay bəyi gözdən qoymasalar da, bir az sərbəst gəzməsinə imkan verdibr. O, 

balaca bir təpənin üstündə dayandı, qəza mərkəzi olan kiçik şəhərin yanından 

keçən çayın qıjıltısına qulaq asdı. Kəndlərə uzanan əyri-üyrü yollara, Dilican 

dağının  ətəyindən burulub Dılican dərəsinə gedən xır yoluna, uzaqdan ağ 

buludlara bürünmüş Göyəzən dağının zirvəsinə və Avey tərəflərə baxdı. Hər şey 

sakit, hər şey ona məhzun kimi göründü... 

Gecə yarıdan sonra qalanın qapısı aralandı. 

Keşikçilərin amiranə səsi eşidildi: 

- Halay 

bəy kimdi? 

- Mənəm. 

Dustaqlar yerlərində tərpəşdilər. Keşikçilər isə ayağa durub onlara yaxınlaşan 

Halay bəyi geri qaytardılar. 

- Paltar-palazını da götür. 

Bu, pis əlamət idi. Buradakı dustaqlar bilirdilər ki, gecə yarısı aparılan 

məhbusların başında qaranlıq var. Paitar-palazın götürülməsi onun bir daha geri 

qayıtmayacağına işarə idi. Gecə yarısı paltar-palazla aparılan məhbusları ya 

vaqonlara doldurub qatapla uzaq - qarlı, meşəli Sibirə, ya da o dünyaya 

göndərirdilər. 

Halay bəyi qala divarının dibində qazılan və torpağı qaralan çuxurun yanına 

gətirdilər. 

Hava sərin idi. Ağacların yarpaqları astadan xışıldayırdı. Gecənin səhərə 

yaxın sükutu ətrafı bürümüşdü. Arabir dəmiryol vağzalından parovozların kəsik 

fit səsləri eşidilirdi. Sonra vaqon təkərlərinin yeknəsəq, ahəngdar taqqıltısı 

gəlirdi. Halay bəy bir anda səyyar xəyalın 

 



____________________Milli Kitabxana_____________________ 

360 


 

  

ağuşunda ötən günlərə qayıtdı. Həmin vaqonlarda Tiflisə, oradan da Qoriyə, 



seminariyaya oxumağa getdiyi günləri xatırladı. Sonra donüb göyün üzünə 

baxdı. Ulduzlar sayrışırdı. Amma bir parça ağ bulud, ayın  ətrafında  dolaşırdı. 

Adama elə  gəlirdi ki, ay buludların üstünə yeriyir. Halay bəy uşaq vaxtı yay 

günlərində ayla buludların bu cür "döyüşlərinə" çox tamaşa etmişdi. Anası 

həyətə  gəbə döşəyər, üstünə yorğan-döşək sərər və  uşaqlarını açıq havada 

yatırdardı. Bax, o günlərdə Halay bəy arxası üstə uzanıb saatlarla ulduzlara baxar 

və buludların üstünə yeriyən aya tamaşa edərdi. El arasında "Karvan yolu" 

deyilən kəhkəşan ulduzları haçalanmış yol kimi uzanıb gedirdi. Deyirdilər, uzaq, 

müqəddəs yerlərə ziyarətə gedən zəvvarlar gecələr karvanlarını  çəkib bu yolun 

işığı ilə Qüdsiyyətə doğru addımlayırlar. Halay bəy qazılmış çuxurun kənarında 

dayanaraq karvan yoluna səpələnmiş sayrışan ulduzlara baxdı  və yolun onun 

ruhunu haraya aparacağını düşündü. 

Elə bu vaxt ağacların başında yaşayan və indiyəcən heç kəsin görmədiyi 

anadil quşlarının bir-birini səsləyən məhzun səsi eşidildi. Halay bəyin bu 

dünyadan qəflətən gedərkən eşitdiyi sonuncu səs anadillərin məhzun, kədərli səsi 

oldu. Şərq tərəfdə isə iri şəffaf dan ulduzu parıldayırdı. 

Səhərə az qalırdı. 

 



 

Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli 

dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü. 

- Salam, 

Abdal 

qağa, sabahın xeyir. Qulaq asıram. 



Telefonda qəza firqə özək katibinin şadyana səsi eşidildi. 

- Kabı, Bakıdan xəbər gəldi. Onlar bizim xahişimizi yerinə yetiriblər. 

Xalq Maarif Komissarlığı  əmr göndərib. Halay bəyi seminariyaya müdir təyin 

ediblər.  Əmri sənə göndərirəm. Halay bəyi də, maarif şöbə müdirini də çağır 

yanına, gedin məktəbə. Müəllimləri yığın, iclas aparın, Halay bəyi təqdim edin, 

qoyun kişi bu gündən işə başlasın. Sonra nəticəsini mənə deyərsən. 

Kəsəmənli dəstək  əlində xeyli dayandı. Onun zəhmli sifətinə elə bil işıq 

çilənmişdi. Qan sağılmış gözləri durulmuşdu. Kişi sevindiyin- 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə