Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə127/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   124   125   126   127   128   129   130   131   132

____________________Milli Kitabxana_____________________ 

384 


 

  

qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb 



aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarını yaylağa, 

balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. 

Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. 

O qədər anasının əmcəyini kəsənlər var ki... Elə biri gəlmə Mürşüd. 

Onım  əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o 

məlum idi ki, çoxdan - lap çoxdan, Niftalı gilin doqqazında üstü-başı yamaqlı, 

acından hülqumu qalxıb-enən, məlul-müşkül baxışlı bir oğlan boynunu büküb 

dayanmışdı.  Əlində  əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq 

var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. 

Gözü batmiş quyunun di bindəki su kimi güclə işıldayırdı. 

Səs-küyə bayıra çixdılar, itlərə acıqlandılar, "a bala, kimsən"? - deyə 

doqqazdakını  səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə  bərabər 

doqqaza çıxdı, hardansa azıb gəlmiş bu Allah bəndəsinə təffərinclə baxdı və başa 

düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək 

olurdu. Ya düşmənini öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir 

parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı  təpədən-dırnağa diqqətlə 

süzdü və "yox, bu adam öldürüb qaçana oxşamır, - deyə ürəyindən keçirdi. -

Yəqin başqa  əmması var". Əslinə baxsan kişinin oğlanın çuxura düşmüş 

gözlərindən xoşu gəlməmişdi. 

Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytaratacağını 

başa düşdü və səsinə yazıqlıq verdi: 

- Qaçqınam, ay dayı, heç kimim yoxdu. 

Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından 

çıxmış barmağına zillədi. 

- Buranı sənə kim nişan verib? 

- Heç 


kim. 

Yolu 


əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm. 

Ata oğula baxdı, oğul da ataya. 

- Adın nədir? 

- Mürşüd. 

Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o 

gündən ona kənd arasında "gəlmə Mürşüd" dedilər. 

Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap 

qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, 

  



____________________Milli Kitabxana_____________________ 

385 


 

Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da 

bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi. 

Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq 

açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı. 

Niftalı bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrnən evə  gəlmir, 

şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. 

İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda 

qabaqlaşdılar. 

- Niyə görünmürsən? - Nə olub, görünməyim vacibdir? 

- Bəlkə bir sözüm var? 

- Sənin mənə nə sözün ola bilər? 

Ə, nə yekə-yekə danışırsan? 



- Danışmayanda, susmayacağam ki? 

Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə  gəlib dal ayaqları üstündə 

fırlandılar. Yolun tozu göyə qalxdi. 

Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?! 



- Artıq-əskik danışma, sözünü de! 

Niftalı kişi hirsini zorla boğdu. 

- Bir 

də  eşitsəm ki, arvad-uşağa  əl qaldırıbsan, dalına bülöv çalaram, 



bildin?! 

- Qələt eləyərsən, keçmişini də yanına alarsan! 

Ə, gəlmə köpykoğlu, mənə cavab qaytarırsan?! 



Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi 

bir oldu. Niftalı koxa elə  yəhərin üstündən onu budarladı. At da sahibi kimi 

qəzəblənib onu tapdaladı. Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü. 

Toz-torpaq içində  qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. 

Xəncər havada parıldadı. 

- Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım 

yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən. 

Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində  işıldayan suya bənzər 

gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı. 

-

 



Di get, qurban ol evdəkilərə. 

Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə 

də  yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə  kəndə doğru 

sürdü və birdən yüyəni dartıb geri qanrıldı. 




____________________Milli Kitabxana_____________________ 

386 


 

  

- Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə 



gələnəcən atın başını qanırıb qışqırdı. - Mənə  sırıdığın qancığı da gəlib apara 

bilərsən! 

Koxa atı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də 

eşitdi ki, başını götürüb evdən qaçıb... 

Niftalı koxalığa keçəndən sonra istəsə də, istəməsə də xətrə dəyməli olurdu. 

Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da 

olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tntmamısan, 

filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib 

yaylağa qalxıb? Deməyə nə var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol, 

görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki boynuna 

qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da 

gərək onları da özünlə  bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən 

Kürə! 

Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı 



yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan 

Kürün üstündon keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın 

kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə 

cırıldayırdılar ki, adam qulağım tutmalı olurdu. Niftalı koxanı isti, üstəlik də 

cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini, 

başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini 

soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən 

uzanıb qəbristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları 

görmədi. Cırcıramaların səsi qulağına düşdüyündən atların fınxırtısını, 

üzəngilərin cingiltisini, ayaq tappıltılarını eşitmədi. Bircə onu hiss etdi ki, güllə 

açildı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. 

Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə 

qışqırdı, qamçı şaqqıldadı. 

- Namərd köpokoğlu! 

Daha heç nə  eşitmədi. Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın 

şirıltısı, cırcıramaların səsi birdən-birə  zəiflədi, uzaqlaşdı  və  eşidilməz oldu. 

Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə 

dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü... 

Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını 

dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə