Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə130/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   124   125   126   127   128   129   130   131   132

____________________Milli Kitabxana_____________________ 

393 


 

 

tadan köksünü ötürüb gözünü qızın gözünə zilləmək istədi, bacarmadı. Qızın 



adamı nizə kimi deşən baxışları onu yenə sarsıtdı. Əyri ucları ilan kimi qıvrılan 

qaşları altında oyur-oyur oynayan qara gözlərə baxmaq çox çətin idi. Cavanşir 

təntidi. "Zalım qızı az qalır adamı gözləri ilə yesin" – deyə xəyalından keçirdi və 

baxışını yayındırıb Həcərin çiyninin üstündən ata baxdı. Gümüş sinəbəndli at 

yüyəni çeynəyirdi. 

- Nə oldu, baxıb qurtardın? 

Cavanşir özünə toxtaxlıq vcrdi. 

- Qurtardım. 

- Bəyəndin? 

- Bəyəndim. Atın qəşəngdir, özün də ki, tanrı gözəlisən. Qız qəhqəhə 

çəkdi. 



Bax, bu oldn kişi söhbəti. Atama deyərəm, toyumuz olanda bu atı mənə 



cehiz verər. 

Əvvəl gərək özünü verə, sonra cehizini. 



- O, əlimdədir. Kimə barmağımı tuşlasam, mənim olmalıdır. Eşitməyibsənmi 

ərə gedəndə biz nəslin qızlarını seçmirlər. Biz özümüz oğlanları seçirik. 

- Sən də özünə oğlan seçibsənmi? 

- Bu 


günə qədər seçməmişdim, amma indi seçdim. 

- Kimi? 


- Səni. 

- Məni? 


Cavanşirin səsi titrədi və bir addım geri çəkildi. 

Olmaya qorxdun? Qorxma, sənə pis arvadlıq eləmərəm. Gecə- gündüz 



nazını  çəkər, erkək at kimi bordayıb tumarlayaram ki, cidıra çıxanda 

büdrəməyəsən. 

Qızın  əvəzinə Cavanşir qızardı. "Bu günü qara nə danişır, deyəson heç 

qorxusu-hürküsü yoxdur. Başı batmış utanıb eləmir də. Demirmi birdən beynim 

qızar.  İydələrin də çiçəkləyən vaxtıdı. Gələn yox, gedən yox," - xəyalından 

keçirdi. Həcər də ciddiləşdi. Oxunu atıb yayını gizlətmək olmazdı. Sözünü axıra 

çatdırdı. 

- Cavanşir, yadında saxla, səni heç kimə verən deyiləm. Gözüm tutub, 

meylim qonub. Hünərin var, geri dur! 

- Mən ki, sənə heç nə deməmişəm. 

Bu dəfə Həcər həyəcanlandı. Sinəsi qalxıb endi, dodaqları səyridi: 

- Yoxsa 


ürəyini çalan var, mənə düzünü de? 

  



____________________Milli Kitabxana_____________________ 

394 


 

 

- Ürəyimi çalmaq istəyən çoxdu, amma hələ heç kəsə meylimi 



salmamışam. 

- Sala 


da 

bilməzsən. Çünki mən varam. 

Cavanşir gördü ki, qız lap gerçəkləyib. Əslinə baxsan Cavanşir özü də onun 

sorağını çoxdan almışdı. Qonşularından, xala və bibi qızlarından cşitmişdi ki, 

Şəmistan ağanin deyib-gülən, at çapan, nazlı-duzlu bir qızı var. Amma anası bir 

dəfə sözə qarışmışdı: "A bala, onlar varlı-hallı, arxalı nəsildir, biz onlara tay ola 

bilmərik". O gündən Cavanşir bu söz-söhbətdən uzaq gəzməyə çalışırdı. İndi isə 

gözlənilmədən qabaqlaşmışdılar. 

At yüyəni yeyib kişnədi və şahə qalxıb dartındı. Cavanşir gördü ki, bir az da 

keçsə xallı göy at yüyəni qizın  əlindən qoparıb qaçacaq və onu tutmaq çətin 

olacaq. At madyan görmüşdü. 

Sıçrayıb yüyəndən yapışdı  və atın yönünü qovaq ağaclarına tərəf çevirdi. 

Göy at dartındı, fınxırdı və yüyənin güclü əldə olduğunu görüb sakitləşdi. 

Cilovu qıza verəndə  əlləri bir-birinə toxundu. Diksinib bir-birlərinin üzünə 

baxdılar. Elə bil qarşısında dayanan qız bayaqkı Həcər deyildi. Birdən cəsarətə 

gəldi. Qollarını  qızın belinə dolayıb sinəsinə  sıxdı. Göz-gözə, nəfəs-nəfəsə 

dayandılar. Cavanşir qızın titrəyən bədəninin təmasından lərzəyə  gəldi. 

Dodaqlarını dodaqlarına yapışdırdı. Qızın təpimiş dodaqları onu yandırdi. Həcər 

sustaldı, göz qapaqları yumuldu. Cavanşirin isti nəfəsi onun boynunda, sinəsində 

gəzdi. Bircə an da keçsəydi, oğlan qızı qolları arasına alacaq, cığırdan aralayıb 

otluğun qalın yerində arxası üstə yıxacaqdı. Ancaq Həcər gözlənilmədən çırpındı 

və ilan kimi qıvrılib kənara atıldı. Atılması ilə də Cavanşirə tərs şillə çəkməyi bir 

oldu. 

- Üz 


verəndə, astar istəmə! 

- Özün... 

- Behini 

aldın, elçini göndər! 

Həcər atın belinə sıçradı. Göy at götürüldü. Cavanşir qızın dalınca baxa-baxa 

qaldı. 


Yenə havada qovaq ağaclarının ləçəkləri uçuşur, hardasa qumru quşları 

ötüşürdü... 

Həcər çox gözlədi, amma Cavanşir tərpənmədi. 

Bir gün kənddə toy vardı. Cavanlar cıdıra hazırlaşırdılar.  Şəmistan ağa da 

göy xallı atını minib gəlmişdi. At dəfin səsini eşidəndə oyna- 

    


  


____________________Milli Kitabxana_____________________ 

395 


 

mağa başladı. Meydanda - xırman yerində - fırlandı,  şahə qalxdı, sonra yorğa 

yerişlə iki-üç dövrə vurub camaata yaxınlaşdı. Birdən Cavanşirin yanında 

dayandı, onu imsilədi.  Şəmistan ağa təşviş içində cilovu çəkib atdan düşdü. 

Gözaltı Cavanşiri süzdü. "Bu at onu hardan tanıyır?" - deyə fikirləşdi və gördü 

ki, at oxranır, çəçiyini yerə döyür, oğlan isə gözünü atdan çəkmir. Birdən yüyəni 

Cavanşirə verdi. 

- A 


bala, 

sıçra atın belinə, göstər hünərini. 

Oğlan çaşıb qaldı. 

Di tez ol, sonra dallarından çata bilməzsən. 



Ayağını üzəngiyə qoymağı ilə atın belinə qalxmağı bir oldu. Şəmistan ağa bir 

xeyli, qürurla, atın dalınca baxdı  və qanrılıb meydandan aralanmaq istəyəndə 

qulağına səs gəldi. "İndi atını minməyə verdi, sonra da qızını verəcək". Meydan 

kişinin başına fırlandı. Özü də hiss etmədən xəncərin dəstəyindən yapışıb 

yarıyacan siyirdi və dahanı üstə fırlanıb söz deyəni doğramaq istədi. Ancaq necə 

oldusa  əl saxladı. "Lənət sənə, kor şeytan", - dedi və  xəncəri qınına saldı. 

Ömründə ilk dəfə özünü eşitməzliyə vurdu və barmağını dişlədi. "Demək belə, 

Həcərin sirri varmış, ona görə gələn elçiləri qapıdan qaytarırmış". Kişi nə cıdıra 

baxa bildi, nə də deyilənləri eşitdi, nə də Cavanşirin hamıdan qabaq gəlib nəmər 

aldığını, atin boynunu tumarlaya-tumarlaya ona yaxnlaşdığını gördü. Evə  də 

necə  gəldiyindən xəbəri olmadı, qızı ilə  dəhlizdə qarşılaşanda bircə anlığına 

onun gözlərinə baxdı. Qızı suçlu adam kimi başını aşağı salıb geri çəkildi. 

Bir həftə evdə heç kəsi dindirmədi, arvad-uşağın üzünə baxmadı. Heç kəs 

bilməsə də Həcərin ürəyinə damdı ki, atası nəsə eşidib... 

Bir axşam Şəmistan ağa arvadını yanına çağırıb, qapını örtdürdü. 

- Qızın niyə ipə-sapa yatmır, yoxsa əngəli var? 

- Bıy, a kişi, ağlını başına yığ, o nə sözdü, danışırsan? 

- Bə, niyə elçi gəlmək istəyənləri doqqazdan yola salır? 

- Həlbət ürəyinə yatan yuxdu. 

- Yoxdu, 

yoxsa 

var?! 


Arvad başını  aşağı saldı.  Əri ilə söz güləşdirmək istəmədi. Anladı ki, kişi 

deyəsən duyuq düşüb, sözün düzünü deməyi məsləhət bildi. 

- Olanda 

nə olar, yetişmiş qızdı. Özün həmişə demirdinmi ki, kimi istəsə 

ona verəcəm. Kişi bir az sakitləşən kimi oldu. 

- Kimdi, 

bə, niyə ortalığa çıxmır? 

Arvad çiynini çkdi. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə