____________________Milli Kitabxana_____________________
117
- Yox
dostum,
hələ bir az qalıb, - deyo o, sözə başladı. - Bax o tərəfdəki
şumlanmış yer də mənim briqadamındır. Oranı da səpib qurtarmaq lazımdır.
Traktorçu təəccüblə çiynini çəkdi:
- Ağranom mənə o yer barədə heç nə deməyib.
- Yəqin yadından çıxıb. Sür ora!
- Axı, ağranomsuz olmaz.
- Niyə olmur, e? Şəxsən Qurban qağa tapşirıb, o deyəndən sonar İmran
nəkaradır?
- Mən bir şey demirəm. Ancaq bura kimin manqasınındır?
-
Ə, neynirsən kimindir? Sən ha becərməyəcəksən!
- Mən bu kolxoza təhkiməm. Kultivasiyanı da mən çəkəcəm, hələ pambıq
yığımında da iştirak edəcəm.
- Daha
yaxşı. Onda sür.
Əli traktoru işə saldı. Dövrə vurub geri döndərdi və təzə sahəy tərəf sürdü.
Kazım artıq qalan çiyidləri qızlarla bərabər düşərgəyə yığan Zeynəbi səslədi:
- Çiyidi
də götürün, bura gəlin, hələ səpilməmiş yer qalıb.
- Hansı yer? - deyə Zeynəb soruşdu:
- Neynirsən hansı yer? Sənə nə deyirlər, ona bax. Tez ol çiyidi gətir.
Zeynəb Kazımın yanına gəldi.
- Göstər, görüm haranı deyirsən?
- Bax,
oranı. Arxın altını görürsənmi?
- Görürəm. Oranın mənə nə dəxli var? - Necə yəni nə dəxli var? Bəs oranın
pambığını kim becərəcək? Mən? Mən də becərməyəcəm. Gücüm çatmaz. Orda
altmış hektar yer var. - Ay qız, sənə kim deyir hamısını becər. Səndən başqa
manqa yoxdur? Öz aramızda bölüşdürəcəyik, qurtarıb gedəcək. Zeynəb daha da
ciddiləşdi:
- Bura
bax,
mənə neçə adam veribsən?
- Bilmirsən, on adamdir də.
- Yaxşı, atan oldu rəhmətlik. De görüm hor adam neçə hektar
becərməlidir?
- Xam-zad
deyilsən ki! Hərənin bir hektar yeri var.
Zeynəb onu tərs-tərs süzdü.
- Kazım, bax, birdəfəlik bil ki, mənim manqam normadan artıq bir qarış
da yer becərməyəcək!
____________________Milli Kitabxana_____________________
118
- Yaxşı, yaxşı, aləmi başına yığma!.. Di qurtar, yoldaşlarını çağır.
Vaxt keçir.
Qız yerindən tərpənmədi.
Kazım Zeynəbin tərsləşdiyini görüb səsini yavaşıtdı. Onu dilə tutub yola
gətirməyə çalışdı:
- Ağlını başına yığ. Artıq yer əkməsək plan dolmaz. El içində biabır
olarıq. Elə briqada yoxdur ki, plandan artıq yer əkməsin.
- Yox,
Kazım keçəl suya getməz, heyət mənim manqama on hektar yer
ayırıb, on da becərəcəm. Öhdəliyi da yerınə yetirəcəm, hələ bir az da artıq
pambıq verəcəm.
- Axı hardan verəcəksən?
- Həmin bu hektardan.
Kazım səsinı ucaltdı, indi də ona hədə-qorxu gəlməyə başladı.
- Qurban
qağa şəxsən özü tapşırıb, heç o yan, bu yan eləmə! İstəmirsən
rədd ol, get! Daha buralarda əl-ayağa dolaşma, Sən olmazsan başqası olar. O
qədər yalvaran var ki!
- Bircə onu görməyəcəksən!
Kazım söhbətin uzanacağını, bəlkə də səs-küy qalxacağını hiss edib susdu.
Dolu kisələrdən birini çiyninə aldı, maşının yanına gətirib çiyidi hirslı-hirsi
çiyidsəpənə boşaltdı.
-
Sür! – deyə traktorçuya əmr etdi.
Traktor nərildyib ağır-ağır tərpəndi. Zeynəb məsələni qızlara danışdı, dərhal
İmranın dalınca adam göndərdi. Aradan heç yarım saat keçmədi ki, İmran gəldi,
atını birbaş çiyidsəpən maşının yanına sürüb üzünü traktorçuya tutdu.
- Maşını şumdan çıxart!
Elə bayaqdan konülsüz işləyən traktorçu Əli maşını geri çevirib şumdan
çıxartdı. Bir qıraqda oturub dincini alan Kaznn bunu görcək qaça-qaça gəldi.
Üzündən zəhər yağırdı. O, İmrana əhəmiyyət vermədən traktorçuya müraciət
etdi:
- Niyə səpmirsən?
- Bilmirəm.
- Necə yəni bilmirəm, ə? Sənə demədimmi səp?!
Traktorçu Əli çox hövsələli oğlan idi. Kazımın qışqırmasına baxmayaraq, heç
təhərini də pozmadı:
- Çığır-bağır salma, - dedi, - get ağranomla danış.
- Mən ağranom-zad tanımıraın.
____________________Milli Kitabxana_____________________
119
İmran atını yaxına sürüb traktorçuya yaxınlaşdı.
- Sür,
gedək!
Əli maşını sürüb tarla düşərgəsinin yanında saxladı.
- Demək, sən sədrin əleyhinə gedirsən? Böyüklük satırsan? Bəs sonrasını
fikirləşmirsən? - deyə Kazım atdan enən İmrandan əl çəkməyib xırıltılı səslə
qışqırmağa başladı. - Mənim briqadamın işinə qarışmağa heç kimin haqqı
yoxdur! Briqadir mənəm, mən bilərəm neçə hektar əkdirirəm. Kazım susandan
sonra İmran sakitcə soruşdu:
- Qurtardın?
- Qurtardım, bəli!
- Sənin öhdəndə olan altmış hektarın hamısı səpilibmi?
- Səpilib.
- Bəs nə istəyirsən?
- Necə yəni nə istəyirsən? Altmış hektarla plan dolar? Həmişə necə
eləmişəmsə, indi də elə eləyəcəm.
-
Yox, daha o baban öldü. Altmış hektardan bir qarış da artıq yer üzü
görməyəcəksən.
- Bəs plan?
- Zəhmət çək, ağrotexniki qaydalara əməl elə, işini yaxşı tut, məhsulun
bol olsun.
- Bəs o yer boş qalacaq?
- Niyə boş qalır, orda da bostan əkərik.
- Yaxşı! - Kazım İmranı hədələməyə başladı. - Qoy olsun!
Sədri-zadı sayma. Təqsir səndə deyil. Kəndimizin çörəyi belədir, yeyən
qudurur!
İmranın qaşları çatıldı.
- Səninlə insan kimi danışanda özündən çıxma!
- Yaxşı, Qurban qağa buraya gələndə cavab verərsən. Mən bu saat gedib
hər şeyi şəxsən ona deyəcəm.
İmran rişxəndlə:
- Xahiş edirənı, şəxsən buradan çıxıb gedəsən!
Kazım getdi... Bir saatdan sonra Kosaoğlu gəldi. O, ağır-ağır "Pobedadan
düşdü, çiyninə saldığı kürkünü düzəldib çiyidsəpən maşının ətrafına toplaşanlara
yaxınlaşdı. Boğazını arıtlayıb, əllərini belinə qoydu:
-
Ə, bura niyə yığışıbsınız? Bəs sən niyə buradasan, a bala, işin-gücün
qızğın vaxtında maşını niyə dayandırıbsan?
Dostları ilə paylaş: |