____________________Milli Kitabxana_____________________
120
Traktorçu nə edəcəyim bilmədi. Əvvəlcə İmrana, somra Kosaoğluna baxdı.
-
Sözün düzü, heç bilmirəm neyləyim. Yuxarı tüpürürsən bığ, aşağı
tüpürürsən saqqal. İndi mən hansınızın sözünə baxım?
- Böyük
söz
deyəndə cavab qaytarmazlar. Sabaha səpilməmiş yer
qalmamalıdır.
- Qalmayıb, - deyə İmran sakitcə cavab verdi, - üç yüz altmış hektarın
hamısı səpilib.
Kosaoğlu halını pozmadan sözünə davam etdi:
- Nə vaxt səndon söz soruşsam, onda cavab verərsən, get işində ol.
- Mənim işim elə budur.
-
Yox, bu deyil. Belə görürəm sən heç vəzifəni də bilmirsən!
- Kosaoğlu üzünü yana tutdu. - Hər yetən mənə böyüklük eləyəcək! Ə,
tez ol, maşını sən işə sal. Uşaq-muşaq əlində qalmışıq də!
-
Adam düz söz deyəndə uşaq olar?
- A
qız, sən orada nə cırtdayırsan'?
- Cırtdamıram, söz deyirəm.
- Gör
bir,
sən Allah, nə danışır! Ay qız, kişiyə cavab qaytarırsan?
-
Ə, belə dur görüm, - deyə Zeynəb qabağını kəsmək istəyən Kazımı
itələdi. - Sən get quyruğunu o yanda bula.
Zeynəb qızlardan aralanıb Kosaoğluna yaxınlaşdı. Hirsli-hirsli onun üzünə
baxıb əlini səpilməmiş yerə uzatdı.
- Bunu
səpdirirsən, sonra kim becərəcək?
- Sən becərəcəksən! Canın çıxacaq, becərəcəksən.
- Mənim canım çıxmayacaq! Evdə yatan arvadının, bir də bacın qızının
canı çıxacaq. Bildinmi? Mən işləyəcəm, alın təri axıdacam, səninkilər də kölgədə
oturub, əməkgünü alacaq? Ay aldılar ha! - deyə Zeynəb əlini sədrin lap burnunun
qabağında yellədi.
- Səsini kəs, ləçər!
- Ləçər səninkilərdir! Özünü başıpapaqlı bilib üstümə xoruzlanma! Mənə
dəli Zeynəb deyərlər. Vallah, bu saat səni də kor Hümmətin gününə salaraın.
İmran irəli yeridi.
- Plandan
artıq yer əkmək nə qanunda var, nə də nizamnamədə.
Nə qədər ki mən bu kolxozda aqronomam, partiyanı, hökuməti aldatmağa heç
kəsə imkan verməyəcəm. Heç kim bizə ixtiyar vermir ki, iki
yüz hektarın əvəzinə üç yüz hektar əkib fırıldaq işlədək. Siz kimi aldatmaq
istəyirsiniz? Heç başa düşürsünüzmü bu nə deməkdir?
____________________Milli Kitabxana_____________________
121
- Nə deməkdir?
- O
deməkdir ki, camaatı müftə işlədirsiniz. Planda olmayan, artıq əkilən
yer üçün camaata əməkgünü çatmır.
Kosaoğlu yanıxa-yanıxa sağa-sola gəzindi. İmranın hər şeyi açıq-açığına
danışması onu da açıq danışmağa məcbur etdi: - Ə, bura bax, mənə nə leksiya
oxuyursan? Heç başa düşürsən hökumətə nə lazımdır? Plan lazımdır ey, plan!
Qandın? indi sənə nə, mən hansı yolla plan doldururam? Necə bilirəm, elə də
eləyəcəm. - O, qəti bir hərəkətlə traktorçuya sarı döndü:
- Tərpən!
Traktorçu laqeydcəsinə dedi:
-
Əvvəla, şərtinizi kəsin, sonra mənə söz deyin. Mən MTS-ə tabeyəm.
Müqavilədə nə qədər yer varsa, hamısını səpmişəm.
Kosaoğlunun gözləri kəlləsinə çıxdı.
- Demək, səpmək istəmiryən? Çox yaxşi, Kazım!
- Bəli, Qurban qağa.
-
Tez ol, bu saat bir akt bağla!
- Baş üstə!
- Mən sənin başına bir oyun açım ki, özün də məəttəl qalasan! Demək,
sən yaz əkin kampaniyasının qızğın vaxtında sabotajlıq eləyirsən?! Əgər mən
səni günü sabah dama basdırmasam, atamın oğlu deyiləm. Aktı bu gün prokurora
göndərəcəm. Onda ağdlanarsan. Yəqin sən elə, cəbhədə də əmr-zad
qanmayıbsan, dezertir olmusan!
Bayaqdan Kosaoğlunun dediklərinə laqeydliklə qulaq asan, çox soyuqqanlı
görünən traktorçu Əli son sözlərə dözə bilmədi. "Necə? Mənə, odlar ayaqlayıb
Berlinə qədər gedən tankçıya bu yekəqarın dezertir deyir?"
O, quş kiıni sıçrayıb yerə düşdü. Kosaoğlunun önündə dayandı. Bu enlikürək
oğlanın geniş sinəsi qalxıb-enməyə başladı. Oğlan döyüşə hazırlaşımış kimi,
sırıqlı pencəyini soyunub kənara tulladı. Sinəsində iki cərgə lent göründü.
Kosaoğlu özünü yığışdırdı. Kazım bir az irəli yeridi. Traktorçu güclə özünü ələ
aldı.
- Mənim tankım sərhədi o üzə aşanda sən hardaydın? İndi nə yekə-yekə
danışırsan! Əgər bu sözü mənə orda, cəbhədə demiş olsaydın, səni tankın altına
salıb xurt-xəşil edərdim. Elə indi də əlimdən salamat qurtarmazsan.
- Yaxşı, yaxşı... Sinəni-başını göstərmə. O yerlərdə biz də olmuşuq.
Döyüşən təkcə sən olmayıbsan.
____________________Milli Kitabxana_____________________
122
Kosaoğlu yaralandığını bildirmək istəyirmiş kimi, sol qolunu yuxarı qaldırdı.
Traktorçu onun zəif biləyinə və yarıyumulu barmaqlarına tərs-tərs baxıb
üzgözünü turşutdu. Kosaoğlunu bir daha təpədən-dırnağa qədər süzdü.
- Sənin qolun də özün kimi düz-əməlli deyil. "S-S"-ə oxşayır.
- O
nə deməkdir?
- Samostrel.
Kosaoğlunun elə bil ürəyindən beşaçılan gülləsi keçdi. Kişi dik atıldı. Rəngi
külə döndü. Dili-dodağı təpidi. Xeylı özünü ələ ala bilmədi. Gecdən-gec özünü
toxtatdı.
- Səpmirsən, maşun da götür, hara gedirsən get! Bir də səni buralarda
gözüm görməsin.
Traktorçu dərhal sükanın dalında əyləşdi, maşını sürüb uzaqlaşdı.
Kosaoğlu çıxılmaz vəziyyətə düşsə do, özünü sındırmadı, əlini cibinə salıb
papiros qutusunu çıxartdı. Sarı saçaqlı tütündən kağıza büküb eşdi, yandırıb
hirsü-hirsli sümürdü: Kürkünü düzəldib ortada gəzindi. İndi o, yanında qul kimi
boynunu bükən Kazımın da üzünə baxmırdı. Demək olar, Kosaoğlu indiyə qədər
belə çətinliyə düşməmişdi. Bir istədi sakitcə maşına minib buradan uzaqlaşsın,
ancaq şəninə sığışdırmırdı. "Hamısı sözü bir yerə qoyub, əlbir olub məni yıxmaq
istəyirlər... Ancaq onu görməyəcəklər" - deyə düşündü, əlindəki papirosu yerə
atıb İmranın üstünə qışqırdı:
-
Bu saat rədd ol gözümün qabağından! Görünür, hələ ağıllanmayıbsan.
İşin ağız-burnunu yenicə düzəlmişəm, yenə pozğunluq salırsan. Mənə sənin kimi
ağranom lazım deyil. Hara istəyirsən çıx get.
İmran sakit addımlarla ondan uzaqlaşdı.
14
Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan
ləzzət alardı. Onun xoşu gəlardi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər,
döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib
söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri
çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da
yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.
^
Dostları ilə paylaş: |