Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə48/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   44   45   46   47   48   49   50   51   ...   132

  

Milli Kitabxana  

 

 



17 

Məktəbin  küncündəkı  otağın  pəncərələrindən  işıq  gəlirdi.  Axşamdan  xeyli 

keçmişdi.  Məktəbin  qabağındakı  bağda  baş-başa  verən  çinar  ağacları,  qollu- 

budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan 

xışıldayırdı.  Ağacların  dibindən  axan  suyun  şırıltısı  sanki  bu  sakitliyə  layla 

çalırdı.  Lap  uzaqda,  kəndin  kənarındakı  gölməçələrdə  qurbağalar  quruldaşırdı. 

İmran  pilləkənə  yaxınlaşdı.  Səs  salacağından  ehtiyat  edərək,  asta-asta  yuxarı 

qalxdı.  Qapının  ağzında  dayandı.  Pəncərədə  kitab  oxuyan  bir  adamın  kölgəsi 

görünürdü.  "Evdədir"  -  deyə  İmran  öz-özünə  pıçıldadı.  Əlini  qaldırıb  qapını 

döymək  istədi.  "Birdən  mənim  gəlişimdən  incidi,  bəlkə  də  heç  qapını  açmaq 

istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı 

ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq 

səsi  gəldi.  Stul  tərpəndi  və  birdən  qapı  açıldı.  Onlar  üzü-üzə  gəldilər.  Qız 

qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü. 

Kimdir? 


Mənəm.. Nərgiz müəllimə... qorxmayın. 

Qız tanış səsə qapını araladı. İçəridən düşən işıq oğlanın üzünü aydınlaşdırdı. 

İmran? - O, dərindən nəfəs aldı. - Elə qorxdum ki... 



Məndən başqa gecə vaxtı sizin qapınızı kim döyər ki? 

Nərgiz dinmədi. 

-       Əgər   qorxutdumsa,   üzr   istəyirəm.   Mən   qapını   döymək   istəyirdim, 

özünüz qabağıma çıxdınız. 

Onlar  bir  az  beləcə  dayandılar.  Nərgiz  bir  əli  ilə  qapının  dəstəyindən  tutub 

durmuşdu.  Qaranlığı  yaran  işıq  zolağı  eyvanın  və  pilləkəni  aydınlaşdrıb, 

həyətdəki  yaşıllığın  üstünə  sərilmişdi.  Xırdaca  bocəklər  işıqda  qaynaşırdı. 

Ortalıqdakı  sükut  elə  dərin  idi  ki,  arxa  sıçrayıb  düşən  qurbağaların  suyu 

şappıldatması  eşidilirdı.  Elə  bil  hər  ikisi  bir  anlığa  hər  şeyi  unudub,  gecənin 

sakitliyini dinlədi. 

Heç biri cürət edib qabağa düşə bümirdi. Nə İmran dillənir, nə də Nərgiz onu 

içəri dəvət edirdi. 

Külək otları, yarpaqları xışıldatdı. Nsrgiz fikirdən ayıldı. 

Haradan gəlirsiniz? 



İşdən qayıdıram. Gördüm pəncərədən işıq gəlir, dayandım, heç özüm də 

bilmirəm nə təhər oldusa qapınızın ağzına gəldim. 

 

 



 

 

 



 

144 



____________________Milli Kitabxana_____________________ 

145 


 

  

Nərgizin üzünə kölgə düşdüyündən,  İmran onun sifətindəki ifadəni görə 



bilmirdi. Həyəcandan ürəyi döyünən  İmran  əlini cibinə salıb papiros qutusunu 

axtardı. 

- Keçin 

içəri, qapının ağzında niyə durubsunuz, - deyə Nərgiz tərəddüdlə 

təklif etdi. 

- Deyəsən, gecdir axı, sizi narahat eləmərəmmi? 

- Gələn qonağı geri qaytarmazlar. Gərək gəlməyəydiniz, gəlibsiniz, içəri 

keçin.  İmran yüngül nəfəs aldı, papiros qutusunu cibino qoyub içəri keçdi. 

Nərgiz qapını örtüb stul çəkdi. 

Əyləşin. 



O, yarımçıq qoyduğu kitabı götürdü. Pilətənin üstündəki çaydanı yerə qoydu. 

Çay süzdü, yenə də nə isə axtarmağa başladı. İmran onun bir ev sahibi kimi əl-

ayağa düşdüyünü, qonağını razı salmağa çalışdığını görüb: 

- Zəhmət çəkməyin, heç nə lazım deyil, - dedi. 

- Siz 

mənim evimə birinci dəfə  gəlirsiniz, hörmət eləmək borcumdur. 



Ancaq günah özünüzdədir. Vaxtsız gələn qonaq kisəsindən yeyər. 

- Mən ki qonaq deyiləm. 

İmran qurtum-qurtum çay içir, Nərgiz müəllimə gözaltı onu süzürdü. Hiss 

olunurdu ki, hər ikisi sıxılır, danışmağa söz tapa bilmir. İçəri isti olmasa da, 

İmran tez-tez tərini silirdi. Nərgiz müəllimənin sifəti alışıb-yanırdı. O nə isə hiss 

edirdi və bundan qorxurdu. Əslinə baxsan, o çoxdan, elə  İmranla birinci dəfə 

eyvanda görüşən andan qorxurdu. Nərgiz o vaxtdan öz hissləri ilə mübarizə 

aparırdı. İndi də narahat idi. 

İmran da həyəcanlanırdı. Neçə vaxtdan bori ürəyində coşan hissləri açıb 

deməyə  cəsarəti çatmırdı. Ancaq onu hiss edirdi ki, susmaq mümkün deyil. 

Madam gəlib, gərək söz açsın. Nəhayət o: 

- Heç 


yaxşı  iş görmədiniz, Nərgiz müəllimə, - deyə, tarlada yarımçıq 

qalan söhbəti yenidən başladı, - mən sizi belə bilmirdim. 

Qız heç nə anlamırmış kimi soruşdu: 

- Nə olub ki? 

- Gərək bizdən köçməyəydiniz. Mən heç... Anamın qəlbinə 

toxunmayaydınız. O sizi çox istəyir. Lap çox istəyir. 

- Bilirəm... O mənə analıq eləyib... 

- Bəs niyə ona axira qədər övladlıq eləmədiniz? 




____________________Milli Kitabxana_____________________ 

146 


 

  

Nərgiz müəllimənin ürəyi daha da narahat oldu. 



İmran... Mən gec-tez sizdən köçməli idim. Həmişəlik orada qala 

bilməzdim ki? 

- Həmişəlik qala bilməzdiniz? - İmran onun sözünü təkrar etdi. 

- Niyə qala bilməzdiniz? 

- Heç 


elə şey olarmı? 

- Istəsəniz olar. Sizdən asılıdır... 

İmran daha nə isə dedi, ancaq Nərgiz eşitmədi. Onun qulaqları uğuldadı. 



Otaq başına hərləndi. O, əllərini yanaqlarına apardı.  İmran isə hey ona baxır, 

inadla cavab gozləyirdi. 

Birdən Nərgizi titrətmə götürdü, dodaqları səyridi. Özünü saxlamaq istədisə 

də, bacarmadı. Hıçqırıq onu boğdu. Başını stola söykədi. Saçları çiynindən 

sürüşüb aşağı sallandı. 

İmran çaşıb qalmışdı. Qarşısında hıçqırıb ağlayan qıza nə deyəcəyini, onu 

necə sakitləşdirəcəyini bilmirdi. "Ona nə oldu, nə üçün belə edir?" - deyə 

düşündü və titrək  əlləri ilə  Nərgizin saçlarını geri elədi. Onun başını yuxarı 

qaldırıb dıqqətlə üzünə baxdı. Qızın gözləri yaşla dolu idi. Burun pərələri 

səyriyirdi. Nazik dodaqları azca aralanmışdı. O, körpə kimi hıçqırırdı. 

- Nərgiz... Axı sizə nə oldu? 

İmran, yalvarıram, çıxın gedin, bu saat məndən heç nə soruşmayın. 



- Axı niyə? 

- Bilmirəm... Heç nə bilmirəm, xahiş eləyirəm çıxın gedin... 

- Mən heç yana gedən deyiləm! 

Qız İmranın səsindəki qətiyyəti hiss etdi. Özünü toxtatdı. Qızarmış gözlərini 

İmranın üzünə dikib uzun-uzadı baxdı. Onun baxışlarındakı məlulluq və iztirab 

İmranı sarsıtdısa da, heç nə soruşmadı. Nəhayət, Nərgiz dilləndi: 

İmran, axı  sən məni tanımırsan. - O heç özü də hiss etmədən  İmrana 



"sən" dedi. - Bilmirsən kiməm, nə yuvanın quşuyam... 

- Nərgiz... 

- Sözümə qulaq as! Yaxşı tanımadığın bir qıza könül bağlamağı  sənə 

məsləbət görmürəm. 

- Bunlar 

artıq sözlərdir, Nərgiz. 

- Yox, 

İmran, bu, ömür-gün sevdasıdır.  Əgər sən məni yaxşı tanısan, 



fikrindən əl çəkərsən. 

- Heç 


vaxt! 


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə