____________________Milli Kitabxana_____________________
153
-
Teymur, de görüm... azacıq da olsa məni sevirsənmi?
O dönüb üzümə baxdı. Gözlərindəki ifadə məni sarsıtdı. Mən orada
mərhəmət oxudum. Bəli, gözlədiyim sevgi əvəzinə mərhəmət! Başa düşdüm ki,
Teymurun mənə yazığı gəlir, dərdimi yüngülləşdirmək istəyir.
- Sənin daha xoş dəqiqələrin olacaq, Nərgiz!
- Mən bir də heç kəsi sevə bilməyəcəyəm.
- Sevəcəksən! - deyib ayağa durdu.
Evimizin yanında ayrılanda Teymur mənimlə daha açıq danışdı:
- Gəl bu gündən dost olaq. Hər şeyi unudaq, bir daha bu cür görüşməyək.
Onun dediyi kimi də oldu. Biz bir daha görüşmədik. Ancaq mən sakitləşən
kimi oldum. Gecələr rahat yatdım. Elə bil bu görüşümüz mənə ürək-dirək verdi.
Dövlət imtahanını da pis qurtarmadım. Axırıncı itntahandan çıxanda Teymur
mənə yaxınlaşıb əlimi sixdı, təbrik etdi.
Biz ayrıldıq.
Mən ata-anamın etirazına baxmayaraq kəndə gəidim. Burada sakit
dolanacağımı qət etdim. Ancaq olmadı. Qəlbim sözümə baxmadı. İndi də
başqası..."
İmran axırıncı vərəqi çevirdikdən sonra xeyli hərəkətsiz dayandı. Qəmli bir
hekayə oxumuş kimi mütəəssir oldu. Yavaşca əlini cibinə apardı, papiros
götürdü, barmaqları arasında xeyli saxladı, sonra damağına alıb ayağa durdu.
Onun gözləri bir nöqtəyə zillənmişdisə də, heç nə görmür, beç nə düşünə
bilmirdi. O sarsılmışdı. İmran kibrit axtardı, tapmadı. Stolun üstündə yanan
lampanı təzəcə görümıüş kimi oldu. Piltəni yuxarı qaldırıb papirosunu yandırdı.
Bir nəfəsə yarıya qədər sümürdü. Otağı duman bürüdü. O, qutudan bir papiros da
götürdü. Yalnız bu zaman sol ovcunda sıxdığı kibrit gözünə dəydi. Başını
bulayıb dəftəri də vərəqlədi. "Belə..." deyib köksünü ötürdü. Qaşqabağını
sallayıb, asta-asta pilləkəni endi, otların arasında qıvrılan nazik cığıra düşdü.
Arxın üstündəki balaca körpüyə qədər getdi. Ayna kimi parıldayan su onun
gözlərini oxşadı. İmran dayandı. Suda ulduzlar sayrışırdı, topa-topa buludları
yaran ay qaçırdı. İmrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir,
yol vermək istəmir, ay isə çırpınıb gah buludlara baş vurur, gah qılınc kimi
sıyrılır, gah da duman içində görünməz olur.
____________________Milli Kitabxana_____________________
154
Harada isə qurbağa quruldadı. Yaxındaki çinarın başında anadil ötdü. Kəndin
qurtaracağında bir başqası ona cavab verdi. İmran bu səslərdə bir qəriblik,
yalqızlıq və şikayət duydu.
İmran papirosunu kötüyünə qədər sümürüb atdı.
Körpüdən aralandı, klubun qabağından keçib evlərinə yollandı. Ayaqları
dalınca sürünsə də, geri donmədi. Evlərinin yanına qədər bu cür səssiz-səmirsiz
getdi. Ancaq orada dayandı, papiros qutusunu açdı, əlinə heç nə gəlmədi.
Çəpərin dibinə atılan papiros qabı ağardı.
Birdən o sanki yuxudan ayıldı. Ətrafina boylandı. Bəs Nərgiz necə oldu?
Hara getdi?
İmran vahimələndi, ağlına pis fikirlər gəldi. "O cür qız hər nə desən eləyər".
O, geri döndü. Döngələri necə burulduğunu çəpərlərdən necə aşdığını, körpünü
nə vaxt keçdiyini bilmədi. Qapını taybatay açıb içəri girdi. Otaq bomboş idi.
- Nərgiz!.. - deyib çağırdı. Səs verən olmadı. Bayıra çıxdı. Yenə çağırdı.
Heç kəs cavab vermədi. İmran başı alovlu bağa qaçdı. Ağacların dibini axtardı.
Hər tərəfb göz yetirdisə də, Nərgizdən cavab çıxmadı. O, arxın yaxası ilə yuxarı
qaçdı. Çiçəklənmiş iydə kollarının dibində dizlərini qucaqlayıb arxın suyuna
baxan Nərgizi gördü. Ürəyi sakitləşmək əvəzinə daha şiddətlə döyündü. Qızı
ürküdüb qaçıracağından ehtiyat edirmiş kimi asta addımlarla ona yaxınlaşdı.
Nərgiz yerindən tərpənmədi. İmran onun yanında oturdu. Bir neçə saniyə nə
deyəcəyini bilmədi. Sonra əlləri yavaş-yavaş qalxdı. Nərgiz çiynində ağırlıq hiss
edib diksindi. Dönüb İnıranın üzünə baxdı və birdən başını onun köksündə
gizlətdi.
-
İmran...
- Heç
nə lazım deyil.
- Axı...
İmran qıza imkan vermədi, onun başını sinəsinə daha bərk sıxdı. Hava elə
gozəldiki...
18
Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın
qolundan tutdu.
- Getmə, səninlə işim var.
İmran onun arxasınca tövləyə girdi.
____________________Milli Kitabxana_____________________
155
Bir azdan atlanıb yola düşdülər. Kənddən çıxandan sonra Nəsib dayı atın
başını döndərib, Alagöz çayına doğru uzanan cığıra saldı. İmran atını onunla
yanaşı sürdü. O, gözlərini partiya təşkilatçısının tutqun sifətindən ayırmasa da,
heç nə soruşmurdu. Gözləyirdi ki, Nəsib dayı sözü açsın. Lakin İmran səbr edə
bilmədi. Dərəyə enib çayın sahilinə çatanda soruşdu:
- Biz
hara
gedirik?
Nəsib dayı yüyəni boşaltdı. At çayın daşlarını şaqqıldadaraq dərinə girdi,
dodaqlarını suya yapışdırdı. Sonra başını qaldırıb o taya baxdı və bərkdən
kişnədi. Nəsib dayı cilovu yığışdırdı va ancaq bu vaxt İmrana cavab verdi:
- Pis
işləyirik, bala, çox pis işləyirik. Kolxozda otururuq, ancaq işimizdən
xəbərimiz yoxdur.
- Axı nə olub?
- Nə olacaq, Kosaoğlu yenə bildiyini eləyib, meşədə artıq yer əkdirib.
İmran təəccüblə qaşlarını çatdı. Nəsib dayı kəhəri məhmizləyib qabağa
düşdü. At özünü suya salıb qulaqlarını şəklədi və fınxıra-fınxıra üzdü. İmran
atını bir az aşağıdan sürdü. Onlar qarşı sahildə yenə birləşdilər. Atların islanmış
yanbızları parıldayırdı. İmranla Nəsib dayı suya batmışdılar. Lakin yayın isti
havasında bu, onlara xoş gəlirdi.
Meşənin dərinliyinə gedən cığıra düşəndə Nəsib dayı atın cilovunu buraxıb
papiros yandırdı və sözünə davam etdi:
- Mən bunu ancaq bu səhər eşitmişəm.
İmran elə əsəbiləşmişdi ki, nə oxuyan quşların səsini, nə də meşənin
xışıltısını eşidirdi. Başqa vaxt olsaydı, dayanıb iri palıd ağaclarına, baş-başa
verən qoca qovaqlara doyunca tamaşa etməmiş keçməzdi. Ancaq indi onun
gözləri atın yalına zillənmişdi.
Onlar talada əkilmiş panıbıq sahəsinə çatdılar. Kollar xeyli qalxmışdı. Bir
dəstə qadın alaq vururdu. Nəsib dayı ilə İmran tarlanın kənarındakı palıdın
yanında düşüb atları ağaca bağladdar. Qadınların yanına getdilər.
-
İşiniz avand olsun, - deyə Nəsib dayı işləyənləri salamladı.
-
Ömrün uzun olsun. Axır ki, bizi də yada saldınız.
Nəsib dayı bu sözdən tutulsa da, üstünü vurmadı.
- Manqabaşçınız kimdir?
Yaşlı bir qadın:
Dostları ilə paylaş: |