____________________Milli Kitabxana_____________________
162
saatlarla gəzirdilər. Şahnaz yaz aylarında yaşıllaşan çölləri, rəngbərəng çiçəkləri
gördükcə cuşə gəlir, qolunu maşının pəncərəsindən çıxardıb ətrafa baxmaqdan
doymurdu. Maşın isə sürətini artırır, asfalt yolun sinəsinə yatıb su kimi axırdı.
Sünbüllənmiş taxıllar, qızıl lalələr gül-çiçəkli çöllər xəlbir kimi fırlanıb geridə
qalırdı. Elə bil maşın yox, çöllər hərlənib, onların başına dolanırdı.
Şahnaz bəzən maşını saxlayıb yol kənarındakı çəmənlikdə oturardı. Külək
vurduqca otların dalğalanmasından, çiçəklərin bir-birinə baş əyməsindən onun
xoşu gələrdi. Qız sərin otluğa uzanıb gah əllərini, gah da yanaqlarını zərif, şehli
çiçəklərə sürtərdı. Belə vaxtlarda Məmməd özünü təmkinli aparırdı. O,
çiçəklərdən dəstə bağlayıb Şahnazın qucağına atar və oğrun-oğrun qızı süzərdi,
Şahnaz artıq ondan çəkinmirdi. Hətta ürəyində Məmmədin cəsarətsizliyinə
gülürdü.
Bir dəfə yenə onlar yol kənarında, təpə döşündəki çəmənlikdə dayanmışdılar.
Şahnaz, adəti üzrə, göy otluqda sərilmişdi. Məmməd ondan bir az aralı
dirsəklənib böyrü üstə uzanmışdı. Çölləri yarıb keçən asfalt yol bomboş idi.
Ətrafdakı xırdaca təpələrdə, geniş çöllərdə heç kəs yox idi. Məmməd susurdu.
Onun gözləri Şahnazın ipək corabda daha qəşəng görünən topuğuna və ətli
baldırına dikilmişdi. Şahnaz bunu hiss edir və qürrələnirdi. Birdən Məmməd
sürünüb ona yaxınlaşdı. Qızın qaynar gozlərinə, uzun və sıx kirpiklərinə,
ehtirasdan alışıb-yanan dodaqlarına baxdı. Hər şeyi unutdu. Şahnazı qolları
arasına alıb dəli bir ehtirasla öpməyə başladı. Şahnaz əvvəlcə heç nə demədi.
Lakin bir az sonra Məmməd necə hərəkət etdisə, qız qəfildən çırpındı.
-
Bura bax, fikrin nədir, dəli olmayıbsan ha?
- Dəlidən də pisəm.
- Özünü
ələ al, ağıllı ol...
- Neyləyim, ağlımı başımdan çıxardırsan.
Şahnaz şoferin əl çəkməyəcəyini hiss edib üz-gözünü turşutdu.
-
İndi fikrin nədir, xalqın qızını biabır eləyəcəksən? Özünü yığışdır,
deyirəm yoxsa dünyanı başına dar elərəm.
Məmməd udqunur, cavab vermirdi. Şahnaz onun alovlu gözlərinə baxıb yenə
çırpırıdı.
-
Bura bax, ay dəli, qolunu boşalt, belimi sındırdın. Qoy oturub ağıllı-
başlı söhbət eləyək. Sənə sözüm var.
- Nə söz?
- Söz
də...
____________________Milli Kitabxana_____________________
163
-
İnanmıram.
- Bəs mən sənə niyə inanıram?
-
İnansan belə eləməzsən.
- Elə inandığım üçün sənə etibar edib buralara gəlirəm. Elə bilirsən mən
səni istəmirəm?..
Şahnaz onunla şirin-şirin danışsa da qorxur, vəziyyətdən çıxmağa çalışırdı.
O, əvvəlcə müqavimət göstərib çığır-bağır salmaq istədi. Ancaq bunun faydasız
olacağını görüb dinmədi. Deyib-gülməyə başladı. Şahnaz vaxt qazanmaq və
Məmmədi birtəhər yumşaltmaq istəyirdi.
-
Ədə, yavaş - deyə birdən o ufuldadı. Sonra Məmmədin boynunu
qucaqlayıb üzündən öpdü. - Görürsən ki, səni necə çox istəyirəm.
Sən də məni istəyirsənsə, sözümə qulaq as.
Məmmədin qolları boşaldı. O, bir anlığa özünü itirdi. Qəfildən Şahnaz
tükürpərdici bir səslə "İlan!" – deyə qışqırdı və bihuş halda onun qolları arasında
uzandı.
Şofer dik atıldı. Özündən getmiş Şahnaza baxdı. Su gətirmək üçün maşına
tərəf qaçdı. Şahnaza da elə bu lazım idi. O, cəld ayağa durdu. Yuxarı, təpə
döşünə üz qoydu. Qızın qaqqıltısını eşidən şofer aldandığını başa düşdü.
Yüyürüb qızı qovmağa başladı. Şahnaz, kəlağayısı əlində, xallı kəpənəkləri
hürküdə-hürküdə otların, çiçəklərin arası ilə yuxarı qaçırdı. Ayaqqabılarını
çıxartmışdı. Saçı üzünə dağılmışdı. Arabir geri dönür, ona çatmağa çalışan
Məmmədə baxıb qaqqıldayırdı.
Təpənin başında Məmməd özünu yetirdi. Qızın qolundan tutub sinəsinə
basdı. Hər ikisi tövşüyür, güclə nəfəs alırdı.
- Bura
bax,
məndən nə istəyirsən? Sən ki məni alan deyilsən?!
- Gələrsən?
Şahnaz gözlərini onun gözlərinin içinə zillədi.
- Aldatmırsan ki?
...O gündən Məmməd Şahnazın dalınca kö1gə kimi sürünməyə başladı. Qız
məktəbi qurtarıb kəndə qayıdanda Məmməd də "İyirmi altılar" kolxozuna gəldi.
Şahnazın xətrinə Kosaoğlunun "Pobeda"sına şofer oldu. O, hələ də Şahnazdan
qəti cavab ala bilmirdi. Qız yenə həmişəki kimi gülür, nazlanır, ancaq ciddi bir
cavab vermirdi. İmran gələndən sonra Şahnaz birdən-birə Məmməddən üz
döndərdi. Şofer susdu, işin sonunu gözlədi. Deyəsən, axır vaxtlar külək yenə
onun təəfinə əsirdi. Şahnaz "Pobeda"dan düşmürdü.
____________________Milli Kitabxana_____________________
164
Yenə onlar səhər tezdən tarlaları gəzirdilər. Şahnaz itik axtaran kimi, maşını
gah bu, gah da o biri briqadaya sürdürürdü. Məmməd dinməz-söyləməz qızın
əmrinə əməl edirdi. Əyri-üyrü yollar toza-dumana bürünürdü.
Pambıq kolları qoza tökmüşdü. Bu gün-sabah çatlayıb ağarışacaqdı.
Çöllərdən adam seyrəlmişdi. Taxıl çoxdan biçilmişdi. Kombaynla biçilən
yerlərdə traktorların izi qalmışdı. Dərə-təpələrdə pencəyə vurulmuş taxılları
xırmana araba ilə daşıyırdılar.
Maşın kolxozun tarlasının yanından keçib sola burulanda uzaqdan bir qaraltı
göründü. Məmməd ona yaxnılaşanda "Pobeda"nı saxladı. Şahnaz atılıb yerə
düşdü. Xarab olmuş motosikllə əlləşən İmranın başı üstündə dayanıb əllərini
belinə qoydu. Cingiltili səslə qəhqəhə çəkdi.
- Yoldaş ağranom, bu nədir, səni nə kökdə görürəm?!
İmran cavab vermədi. Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra
üst-başını çırpıb ayağa durdu.
- Nə buyurdunuz, Şahnaz xanım?
Qız, İmranın baxlşlarına dözə bilməyib, sözünü dəyişdi:
-
Heç... dedim özünü niyə yorursan?
- Bəs nə edim?
- Gəl min "Pobeda"ya, bu nədir!..
- Çox
sağ ol. Özgə atına minən tez düşər...
İmran motosikli işə saldı. Hələ də dayanıb onunla nə isə danışmaq istəyən
Şahnazı süzdü:
- Özgə bir sözünüz yoxdur ki'?
- Xeyir,
nə sözüm olacaq.
-
Onda salamat qalın.
Motosikl gurultu ilə onlardan uzaqlaşdı. Şahnaz toz-duman içərisində itən
İmranın arxasınca baxıb, hirsindən alt dodağmı çeynədi. Şahnaz dabanı üstündə
fırlanıb maşına mindi, qapını çırpdı.
- Sür!
- Hara?
- Hara
istəyirsən.
Məmməd dodaqaltı güldü. Maşın baş alıb getdi. Onlar susurdular. Şahnazın
qaşqabağı yerlə gedirdi. Məmməd şad görünürdü.
- Bilmirəm qızlarda bu nə adətdir?
- Nə? - Şahnaz fikrindən ayıldı.
Dostları ilə paylaş: |