Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə55/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   51   52   53   54   55   56   57   58   ...   132

____________________Milli Kitabxana_____________________ 

165 


 

 

- Hansı oğlan ki onları saymır, dalınca düşüb dəli-divanə olurlar. 



Dərdlərindən ölənə isə məhəl qoymurlar. 

- Elə sizin də xasiyyətiniz bizimki kimidir. 

Məmməd bir az susduqdan sonra yenidən dilləndi: 

Şahnaz... 



- Nə var? 

Bir söz desəm xətrinə dəyməz ki? 



- De 

görüm. 


- Axı bu İmranda nə tapmısan ki, əl çəkmək istəmirsən? Sən deyib-gülən 

bir qızsan, ərin də gərək çalıb oynayan bir adam olsun. 

İmranın qaşqabağından zəhər tökülür. O sənin qədrnıi nə biləcək? Canım 

üçün, düz sözümdür. Zər qədrini zərgər bilər. Onun fıkri-zikri işdir. 

Sən də ömrünü-gününü belə adamla çürütmək istəyirsən? Ay qız, hayıf 

deyilsən? Cavanlıq bir də məgər əlinə düşəcək? 

Məmmədin sözləri  Şahnazın ürəyindəki qüssəni yavaş-yavaş dağıdırdı. O, 

yanında qədrini bilən bir adam olduğunu yəqin edib sevinir, "doğrudan da, mən 

İmranın nəyinə  aşiq olmuşam? - deyə düşünürdü. - Ağrım ürəyinə! O da 

oğlandır? Mənim kimi bir qıza heç gözünün ucuyla da baxmır. Keyin birisidir, 

heç nə başa düşmür. Doğrudan da o mənim qədrimi nə biləcək? Elə əvvəldən də 

nahaq yerə Sayalı bibimin sözünə baxdım". 

Məmməd asta-asta sözünə davam edir, Şahnazın qaş-gözünü, boy-buxununu 

tərifləyirdi.  Şahnaz gah maşının güzgüsündə özünə baxır, gah da Məmmədin 

ipək köynəyinin altından aydınca görünən qabarıq və geniş sinəsinə, qüvvətli qol 

əzələlərinə nəzər salırdı. "Bunun İmrandan nəyi pisdir? Top kimi oğlandır. Özü 

də neçə ildir dalımca sürünür". 

Onlar çox dolandılar. Axşam üstü Dəlidağın  ətəyindəki "Damcılı" bulağın 

yanında dayandılar. 

Hava sərinləşirdi. Mamırlı daşların arasından dumduru su şırıltı ilə axıb 

gedirdi. Əvvəlcə Şahnaz, sonra da Məmməd sərin suda əl-üzünü yudu. Məmməd 

pendir-çörək çıxartdı. Hətta, bir qarpız da götürüb bulağın soyuq suyuna qoydu. 

- Bunları haradan aldın? - deyə Şahnaz teəccüblə soruşdu. 

- Bəs sən şoferləri nə bilirsən? İstəyirsən araq da gətirim. 

- Yox, 

mən içən deyiləm. 



- Nahaq. 

  



____________________Milli Kitabxana_____________________ 

166 


 

Şahnaz doyunca çörək yedikdən sonra göylüyə uzandı. Onun başı hərlənirdi. 

Bugünkü gəzinti, deyəsən, qızı  əldən salmışdı. Məmməd onun yanında oturdu. 

Qaranlıq qarışırdı. Aşağılarda kövşənlərə od vurmuşdular.  Şahnaz gözlərini 

sonsuz boşluqlara zilləmişdi. 

-

 



Məmməd... Üşüyürəm. 

Hava sərin olsa da, o qədər soyuq deyildi. Məmməd bu nazlı qızın oxşanmaq 

istədiyini duyub ona yaxınlaşdı. 

- Sən düz deyirsən, Məmməd, zər qədrini zərgər bilər. 

İndi başa düşürsən? 



Onlar yanaşı oturdular. Şahnazın kini coşub-daşırdı. O, bu axşam  İmrana 

yanıq vermək, "sən qanmadın, indi yan-yaxıl" demək istəyirdi. Məmməd isə 

əlinə fürsət düşdüyünü hiss edir, nəhayət, neçə vaxtdan bəri dalmca süründüyü 

Şahnazı ələ keçirə biləcəyinə sevinirdi. 

Məmməd səssizcə, Şahnazı qucaqlayıb otluğa yıxdı. Qız dillənmədi... 

 

20 



 

Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin 

çoxu ayaq üstündə qalmışdı. Pəncərə  ağzında oturanlar, dal tərəfdə  çənələrini 

əllərindəki yabaya söykəyib dayananlar da var idi. 

Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını  kəsmişdi. O, istədiyi adamı 

içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı: 

Yer yoxdur, hara soxulursan? 



- Necə yəni hara soxulursan? 

- Bunun 


necəsi yoxdur ki. 

- Belə dnr görüm, ayaq üstə dayanaram. 

Mübahisə  qızışır, bəziləri zorla içəri keçir, bəziləri də klubun qabağında 

dayanırdılar. 

Kosaoğlu hamıdan qabaq gəlib, səhnəyə çıxmışdı. O, qirmızı örtüklü stolun 

arxasında oturub prokuror Əsədovla söhbət edir, arabir də gözucu zala baxırdı. 

Kazım işləri pis düzəltməmişdi: qabaq cərgələrdə oturanlar öz adamları idi. 

Bundan başqa hər tərəfdə-küncdə, ortada, lap arxada da onun ürəyinə yatan 

adamlar əyləşmişdi. "Qoy belə olsun, bir söz deyən kimi, səsimizə səs versinlər, 

- deyə Kosaoğlu düşünürdü, - görək kim kimin anasını ağladacaq". 

  



____________________Milli Kitabxana_____________________ 

167 


 

Nəsib dayı ilə olan söhbətindən sonra iclassız keçinməyin mümkün 

olmayacağını gördükdə, Kosaoğlu başqa cür hərəkət etməyi qərara almış, bir 

həftə gecə-gündüz çalışmış, iclasda kimin nə barədə danışacağını 

müəyyənləşdirmişdi. Hətta prokuroru da yığıncağa dəvət etmişdi. 

Zalda ağız deyəni qulaq eşitmirdi. İclasda nə məsələlər müzakirə olunacağını 

bilənlər də, bilməyənlər də həyəcanlı idi. Arvadlar pıçıldaşırdılar. 

- Ay 


Xeyransa, 

görəsən nə məsələ olacaq? 

- Bilmirsən? Tükəzbanın oğlu İmranın məsələsidir də. 

- O 


nə qayırıb ki? 

- Nə qayıracaq?! Camaatın taxılını, pulunu verib MTS-ə.  İndi 

əməkgününə paylamağa heç nə qalmayıb. 

- Elə şey olmaz. 

- Niyə olmur? Kosaoğlu özü işin üstünü açıb. 

Dal cərgədə də söhbət gedirdi. 

- Deyirlər, Kərim kişini kənddən sürgün eləyəcəklər. 

- Niyə? 


-  

Nə bilim, kəndə çaxnaşma salır. 

- Nə çaxnaşma? O ki sözün düzünü deyən kişidir. 

- Bəs bilmirsən ki, Kosaoğlunun belə  şeylərdən xoşu gəlmir? Odur ki, 

prokuroru da gətirib. 

- Gətirəndə  nə olar. Elə bilirsən camaat ondan qorxub danışmayacaq? 

Qoy iclas başlansın. Çox adamın paxırı açılacaq. 

Kazım müəllimləri qapının ağzında saxlamışdı. 

- Ay 

rəhmətlık uşağı, gedin işinizdə-gücünüzdə olun. Müəlliməsiniz, 



müəllimliyinizi eləyin, kolxoz iclasınıda nə  işiniz var? Görmürsünüz özümüzə 

yer çatmır? 

Zeynəb də burada idi, Nərgiz müəllmənin yanında dayanmışdı. Bir azdan 

Nəsib dayı  gəldi. O, klubun qabağında dayanıb, qapı  ağzını  kəsdirən Kazıma 

baxdı: 

- Camaat 



niyə buraxmırsan? 

- Yer 


yoxdur. 

Nəsib dayı üzünü məktəb direktoruna tutdu: 

- Müəllim, mümkünsə bir gecəliyə skamyalarınızı kluba verin. 

- Sonra 


yenə Kazıma baxdı. - Get özünə yer tap, otur, - dedi, - teatr zad 

deyil ki, yolu kəsibsən. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə