Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə58/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   54   55   56   57   58   59   60   61   ...   132

____________________Milli Kitabxana_____________________ 

174 


 

İmrandan qabaq traktorçu Əli dilləndi: 

- Düzdür, 

mən özüm bu işin şahidiyəm. 

- Bax, 

mən bu cür qəhrəmanlığı istəmirəm, yoldaş Kosaoğlu. 



İstəmirsən, istəmə. Elə bir-ikisi səni geroyluğa təqdim edirdi. 

- Sənin kimilərinin təqdimi də lazım deyil. Amma bir yolluq başa düş

daha bəsdir, əvvəlcə öz gözündəki tiri gör, sonra xalqın gözündə tük axtar. 

Kosaoğlu özündən çıxmışdı. Hirsindən az qalırdı stolun üstündəki qrafini 

götürüb qızın başına çırpsın. "Çəpərin dilinə bir bax! Təqsir məndədir, sənin 

dilini kökündən niyə qopartmıram ki, sən də belə edirsən. Yaxşı, borc olsun". 

Nəhayət,  İmrana söz verdilər. O, təmkinlə ayağa durdu. Xitabət kürsüsünə 

yaxınlaşdı: 

- Mən sözümü Zeynəbin toxunduğu məsələdən başlamaq istəyirəm. 

Bizim kolxozda plandan əlavə artıq pambıq  əkilmişdır. Bu işin müqəssirləri 

cəzalanmalıdır. 

- Ortaya 

başqa söz salma, əvvəlcə cavab ver görək bizim bu pulları niyə 

MTS-in hesabına keçirdibsən? - deyə küncdə oturmuş bir kolxozçu İmranın 

sözünü kəsdi. 

İmran sualı başa düşmədi: 

- Hansı pulu? 

- Hökumətin verdiyi avans pulunu. 

Avans pulunu heç kəs MTS-ə verməyib və belə bir qanun da yoxdur. 



- Bəs onda nə üçün bizim hərəmizdən beş yüz manat pul tutublar? 

- Kim? 


- Bilmirəm. Deyirlər sən eləmisən. 

- Elədir. Məndən də tutublar. 

- Mən də o gündəyəm. 

Ə, nə olsun. Özümüz razılaşıb vermişik. 



- Yalandı, zorla qol çəkdiriblər. 

- Xahiş edirik bu məsələni aydınlaşdırasan. 

- Mənim heç nədən xəbərim yoxdur. 

İndi biz kimə inanaq, sənə, yoxsa Kosaoğluna? 



Kim düz deyirsə, ona. 

- O 

pulları MTS-ə yox, traktorçulara vermişik, - deyə anbardar yerindən 



dilləndi. 


____________________Milli Kitabxana_____________________ 

175 


 

 

- Hansı traktorçulara? 



- MTS-in 

traktorçularına verdik ki, yeri yaxşı əkib səpsinlər. 

- Yalandır! - traktorçu Əli arxadan dilləndi. Camaatı yara-yara irəli keçdi. 

Anbardarla qabaq-qabağa dayandı. - Bu sənin üzün, bu da mənim, de görüm, 

bizə nə vaxt pul veribsən? 

- Nə bilim, yadımda ha qalmayıb. 

- Başım aşağı salma, gözümün içinə bax! 

Kosaoğlu anbardarın xasiyyətinə bələd idı. Bir az bərkə düşən kimi hər şeyi 

aça bilərdi. Belə anlarda dərhal çıxış yolu tapmağı bacaran Kosaoğlu ayağa 

durub var səsi ilə qışqırdı; 

Ə, qoduq, sənin nə haqqın var, camaatın pulunu kəsib traktorçulara 



paylayırsan? Hesabdar sənə cədvəl tutub verib ya yox? 

- Verib. 

- Bəs niyə cədvəl üzrə paylamayıbsan? Yoxsa yemək istəyirsən? 

Bu saat, elə prokuror da burdadır, sənin başına bir oyun açaram ki, adın da 

yadından çıxar, heç nə bilmirəm, günü sabahdan pulları payla, yoxsa kənddən 

qovaram, utanmaz! 

Anbardar ağzını açıb nə isə demək istədi. Belə dəqiqələrdə arif olub hər şeyi 

başa düşən Kazım onun ətəyindən çəkdi. 

Əyə, otur. 



- Axı, Qurban qağa, özün... 

- Kəs səsini, qanmaz! 

Əyə, aşağı otur. 



Anbardar ycrində  əyləşdi. Zalda pıçapıç başladı.  İmran gülümsündü. 

Kosaoğlu məsələnin başqa şəkil alacağını görüb yerindən qışqırdı: 

A bala, bizi başa sal görək sən nə istəylrsən? Kəndə  gələn gündən 



camaatla düz gətirmirsən, davan nədir? 

İmran halını pozmadan davam etdi: 

- Mənim camaatla heç bir davam yoxdur. Mənə elə gəlir ki, camaatla düz 

gətirməyən sizsiniz, yoldaş Kosaoğlu. Gah məni uşaq hesab edirsiniz, gah hədə 

qorxu gəlirsiniz, gah da evinizə çağırıb tumarlamaq istəyirsiniz. Sizin 

məqsədiniz odur ki, məni ələ alasınız, sonra da istədiyiniz havaya oynadasınız. 

Ancaq nahaq yerə əziyyət çəkməyin. 

Bura bax, uşaqlığınla bizə ağıl öyrətmə, de görüm nə istəyirsən? 



- Mən nə istədiyimi bir dəfə sizə  təklikdə demişəm.  İndi də camaatın 

içində deyəcəm. Mən sizin iş üsulunuzun əleyhinəyəm. Siz 

 



____________________Milli Kitabxana_____________________ 

176 


 

diktator kimi hərəkət edirsiniz, bu bir. İkinci, siz şöhrətpərəstsiniz, gözə 

soxulmaq üçün camaatı incidirsiniz, kolxoz nizamnaməsini pozub, partiya və 

hökuməti aldadirsınız. 

- Mən partiya, hökumət uğrunda vuruşub qan axıdanda sən buralarda 

ayaqyalın gəzirdin, bala, ağzını açıb yava-yava danışma! – deyə Kosaoğlu əlini 

stola vurdu. 

- Xahiş edirəm imkan verəsiniz. Siz arxın altındakı yerdə plandan artıq 

pambıq  əkmək istəyirdiniz, mən razı olmadım, orda idarə heyətinin qərarı ilə 

bostan  əkdik. Yenilikdən qorxursunuz. Əməkgününü bəhanə edib camaatı 

üstümüzə qaldırırsınız. Siz bir hektar əvəzinə iki hektar əkmək yolu ilə plan 

doldurmaq istəyirsiniz, mən isə aqrotexniki qaydalara əməl etməklə, 

məhsuldarlığı artırmaqla. Siz kolxozçuların  əməkgününə düşən pulları 

paylamağa qoymursunuz ki, MTS-ə verəcəyik. Beləliklə, camaatı narazı 

salırsınız. Siz tənqidi boğursunuz. 

Kərim dayıya nə üçün hücum edirsiniz? Çünki sözü gözünüzün içinə deyir. 

Zeynəbi manqabaşçılıqdan niyə çıxartmaq istəyirsiniz? Çünki sizə "bəli, bəli" - 

demir, amma Kazımı  əzizləyirsiniz, özü demişkən,  şəxsən kişi ilə dostsunuz, 

çünki o, sizin əlibağlı qulunuzdur. İdarə  rəhbəri  ətrafına yaltaqları yox, iş 

bacaranları, necə deyərlər, dişli adamları toplamalıdır. 

Zalda canlanma var idi. Kosaoğlu papirosu papirosun oduna yandırır, Zeynəb 

uşaq kimi sevinib tez-tez Nərgiz müəllimənin qolunu sıxırdı. Kərim kişinin 

gözləri yaşanmışdı. Nərgiz xəstə kimi titrəyir, bu mübahisələrin nə ilə 

qurtaracağını gözləyirdi. Kazım gözünü Kosaoğlundan çəkmir, onun işarəsini 

gözləyirdi. Yer olmadığından arxada dayanan Tükəzban xala həm sevinir, həm 

də qorxurdu. Kosaoğlunun qəzəbli baxışlarını görəndə titrəyir, ürəyi üstündə 

durmurdu. "Allah, sən bircə balamın pənahı ol" - deyə  pıçıldayırdı.  Şahnaz da 

burada idi, dinməz-söyləməz oturmuşdu.  Şofer Məmməd onun yanını 

kəsdirmişdi. Həmişə deyib-gülən Şahnaz bu gün elə bil süst düşmüşdü. 

- Mən nə istəyirəm? - deyə  İmran sözünə davam etdi. – Mənim arzum 

budur ki, kəndimiz daha da varlansın, teatrımız, elektrik stansiyamız olsun. 

Kolxozçular fıravan yaşasın. Bunları etnıək üçün bizim imkanımız var, ancaq işə 

can yandırmaq, camaatın qeydinə qalmağı bacarmaq lazımdır. Partiyamız və 

hökumətimiz də bizdən bunu tələb edir. Biz də bunun üçün çalışmalıyıq.  İndi 

qoy iclas desin, kim haqlıdır? Biz, yoxsa Kosaoğlu? 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə