Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə60/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   56   57   58   59   60   61   62   63   ...   132

____________________Milli Kitabxana_____________________ 

180 


 

sala bilsəm, yeməyimiz-içməyimiz pis olmaz" - deyə düşünmüş və istədiyinə nail 

olmuşdu. 

Bir dəfə onlar qonaqlıqda yanaşı oturmuşdular. Kosaoğlu kirvə olduğu bu 

evdə heç kesi saymır, tez-tez sağlıq deyir, əlindəki bədəni yuxarı qaldırıb 

məclisdəkilərə meydan oxuyurdu. 

Əsədov gözaltı onu süzürdü. 

Gecə yarıya yaxın Kosaoğlu lap qızışdı. Pencəyini soyunub köynəyinin 

qolunu çirmədi.  Əsədovun gözü onun sol biləyinə sataşdı.  Əvvəlcə bu güllə 

yarasına  əhəmiyyət vermədi. Ancaq evə qayıdandan sonra onnn beynində çox 

qəribə bir fikir doğdu. "Bəlkə baş tutdu" - deyə fikirləşdi. 

Bir neçə gündən sonra o, Kosaoğlunu yanına çağırtdırdı. Kabinetin qapı  və 

pəncərəsini örtüb qaşqabağını salladı. Kosaoğlu ilə üzbəüz oturub gözünü onun 

gozünə zillədi. Sükut xeyli çəkdi. Kosaoğlu bir qədər narahat olsa da, özünü 

sındırmadı. 

Ə, pişik kimi marıtdayıb üzümə niyə baxırsan? Məni yeməyəcəksən ha? 



Əsodov halını pozmadan, yavaşca dilləndi: 

- Köynəyinin qolunu aç. 

Kosaoğlunun bədəninə  üşütmə düşdü. Bu hal prokurorun gözündən 

yayınmadı. O, təmkinlə sualını təkrar edəndə Kosaoğlu özünü sakit göstərməyo 

çalışaraq ayağa durdu: 

- Get 


özünə iş tap, bala, mənim sənnən oynamağa vaxtım yoxdur. 

Onun bu cür soyuqqanlı cavab verməsi Əsədovu çaşdırdısa da, oyunu davam 

etdirməyi lazım bildi. Qapıya yaxınlaşan Kosaoğlunun üstünə qışqırdı: 

- Dayan, 

sən dustaqsan! 

Kosaoğlu geri döndü. Osodov sosini alçaltdı: 

Əyləş. 


Kosaoğlu itaət etdi. Pn)kuror papiros yandırdı. 

- Qolunu 

aç. 

- Axı niyə? 



- Sonra 

bilərsən. 

Kosaoğlu astaca köynəyinin düyməlarini açdı.  Əsodov onun bar-raaqlarmı 

titrədiyini gördü. 

- Tuapsedə yaralanınışam. 

- Bilirəm. Özü do rayonumuzdakı qospitalda yatıbsan. Xəstəxana- 

ya gəlınəzdən əvvəi gecə cvinize də gedibsən. 

^a 180 ıs< 

  

- Bunları sən hardan büİrsən? 



Əsodov Kosaoğlunun sifətinə baxıb acı-acı gülümsədi. 


____________________Milli Kitabxana_____________________ 

181 


 

- Köynəyinin qolunu aşağı sala bilərsən. 

Kosaoğlunnn gözünə qaranlıq çökdü. Başı  hərləndi. Amma özünü  tez 

toxtatdı. Əsədov stolun siyirməsindən bir kağız çıxardıb oxudu və astadan: 

- Fakt 

yoxlanılıb, bizə hər şey məlumdur, - dedi. 



Kosaoğlunun rəngi ölü rəngi kimi saraldı.  Əsədov gördü ki, o, stuldan 

qalxmaq istəyir, amma dizlərində taqət yoxdur. Kosaoğlu ancaq bunu deyə bildi: 

İgid basdığını kəsməz, Əsədov. 



Əsədov dərindən nəfəs alıb gülümsündü... 

O gündən onlar dost oldular. 

İndi Kosaoğlu maşında oturub hirsli-hirsli prokurora baxırdı. 

İclasdan sonra o, Əsədovun qoluna girib "gedək evə, - demişdi,  - bir əmliyim 

də var. Xeyli vaxtdır kabab yemirik". Prokuror razı olmamışdı.  İş belə olanda 

Kosaoğlu maşını qapıdan sürdürmüşdü. Kazım bir dəqiqədə  əmliyin ayaqlarını 

bağlayıb maşına qoymuşdu. 

- Bizim 


evdə yemədik, sizdə yeyərik, - deyə Kosaoğlu izah etmişdi. O, 

Kazımı da özü ilə aparırdı ki, orda lazım olar. 

Kazım büzüşüb maşının küncünə  qısılmışdı. Bu saat onun gözünə heç nə 

görünmürdü. Dərd onu aparmışdı. Neçə il idi ki, kənddə əməlli-başlı dolanırdı. 

Altında at, hara istəsə gedir, kimi istəsə çağırıb işə göndərirdi. O hər səhər kənd 

arası ilə at çapıb idarəyə gedəndə, yaxud da çöldən evə qayıdanda elə bilirdi ki, 

dünya ayağının altındadır. 

...Kazım fikirləşdikcə gözünün qabağında Zeynəb dayanırdı. "Bütün işlərin 

kökü ondadır. Suyu bulandıran odur. O olmasa, bəlkə heç İmranın da arası 

mənimlə  dəyməzdi. Pambığın da üstü açılmazdı. Briqadirlikdən də 

çıxarılmazdım. Qız ola-ola gör mənim başıma nə oyun açır! Yaxşı, Zeynəb, borc 

olsun. Mən bu qisası yerdə qoysam, kişi deyiləm". 

Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. 

- Ay 


Kosaoğlu, bir az siyasətlə iş görmək lazımdır. Belə getsə, özünü də

məni də biabır elərsən! A kişi, niyə hər şeyi ümumi iclasa qoyursan ki, onlar da 

sənin əleyhinə qərar çıxardırlar?! İndi nə qayıracaqsan? 

Ə, işində ol, elə  qərarları çox görmüşəm. Nə  qərarbazlıqdır! Qərar 



mənəm. Onlara bir toy tutacam ki!.. 


____________________Milli Kitabxana_____________________ 

182 


 

  

- Bugünkü 



kimimi? 

Kosaoğlu bir az tutuldu. 

Yox, bu gün səhv elədim. 



Əlbəttə, - deyə prokuror davam etdi: - Gərək hər şeyi maddəyə salasan. 

Bir akt, üç-dörd adamın da qolu. Sən bunları düzəlt mənə ver, sonrası ilə  işin 

olmasm. Yoxsa məsələ səs-küyə düşüb raykomdakıların qulağına çatar. Onda nə 

sən bir iş görə bilərsən, nə də mən. Amma əl altdan üç-dörd adamı yola salsan, 

camaatın da gözü qorxar. 

- Elədir, - deyə Kosaoğlu mızıldandı. - Onları bir-bir dənləmək lazımdır. 

O yanında dinməz-söyləməz oturan Kazımı dürtmələdi. 

Ə, sənə nə olub? 



- Nə olacaq, - Kazım incik halda dilləndi, - yeri əkdirdin, dara düşəndə də 

yıxdın mənim üstümə. İndi tutub basacaqlar dama. 

Ə, mən ölməmişəm ha! Dalında dağ kimi durmuşam. Lap qırx arşın 



quyunun dibinə də düşsən, çəkib çıxardaram. Vay o gündən ki, mənim işim dara 

düşə, onda sən məndən qabaq gedəcəksən. Başa düşdünmü, ay səfeh! 

Kazım bir az ürəkləndi. Xeyli sükutdan sonra prokuror geri döndü: 

- O 


qız kimdir? 

- Hansı qız? 

- Zeynəbdir, nədir, onun əri-zadı varmı? 

- Yox, 


kişi, nə ər? Yetim qızdır. Deyəsən ağranoma şırvanır. 

- Onda 

işiniz düzələr ki. 



Bu söhbət Kazımın yadına yenə Zeynəbi saldı. Birdən onun beynində qəribə 

bir fikir əmələ gəldi. Kazımın gözləri parıldadı. 

- Onun 

öhdəsindən yaxşı gələrəm, amma Qurban qağamdan qorxuram. 



Ə, mən sənin əlini-ayağını tutmuşam? Nə bacarırsan elə, istəyirsən lap 

qolundan yapış, apar evinə. Bizim də qulağımız dincəlsin. 

- Razı olmur. 

- Razı sal. 

- Nə təhər? 

- Bunun 

təhəri yoxdur ki. Gecənin birində kəs qabağını, əlini-ayağını sarı, 

apar evə. Ondan sonra ha çığırsın, barayına kim çatacaq? 

"Ağıllı sözdür, - deyə Kazım düşündü, - aparacam evə. Üç-dörd gün 

saxlayacam. Sonra da dalına bir təpik vurub qovacam. Qoy biabır 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə