Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə61/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   57   58   59   60   61   62   63   64   ...   132

____________________Milli Kitabxana_____________________ 

183 


 

olsun. Ondan sonra onun üzünə heç tüpürən də olmayacaq. Heç İmran özü də 

ona yaxın durmayacaq". 

- Axı, yoldaş prokuror məsuliyyətə çəkər. 

- Qorxma, 

elə şeylər mənim boynuma. Təki səndə kişilik olsun. 

- Çox 

sağ ol, prokuror qağa. 



- Ağlabatan sözdür, - Kosaoğlu yenidən dilləndi. - Sonra da o birilərinə 

əncam çəkərik. 

- Mütləq! - deyə prokuror qətiyyətlə bildirdi. - Elə barmaq keçirməyə 

balaca yer tapdım, o dəqiqə sanksiya verəcəm. Belə  şeylər çətin deyil. Ancaq 

gərək siyasətin ola. Qoy işləsinlər, sən də üzdə özünü dost göstər. Kolxozun işi 

nə qədər irəli getsə, sənin adınadır. Dəymə, qoy işləsinlər. Amma yatma... 

- Axı onların dediyi ilə getsək acından ölərik! 

Maşın körpünü keçib şəhərə girdi. Onlar susurdular. Prokuror papiros çəkirdi. 

Kosaoğlu şəhərin küçələrinə baxıb düşünürdü: "Onları bir-bir dənləyib, kolxozu 

təmizləmək lazımdır..." 

 

21 


 

Qatar səhər tezdən Bakıya çatdı. 

Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının 

zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından: 

Kto tam? – deyə soruşdu. 



Tükəzban xala heç nə başa düşmədi. 

- Dərdin alım, Nərgiz burdamı olur? 

- Çto? 

Koqo 


vı xotite? 

- Bu 


nə deyir, ay Nəsib? 

Deyir ki, kim lazımdır. 



- Necə kim lazımdır? Belə deynən Nərgiz müəlliməni axtarırıq. 

- Bizə Muradova Nərgiz lazımdır, - nəhayət, Nəsib dayı rus dilində cavab 

verdi. Qapının dalından yenə həmin səs eşidildi: 

A...a...a... Mama, kimdir nə Nariçkanı axtarır. 



Bir azdan qapı açıldı. Nəsib dayı ilə Tükəzban xalanın qabağına güllü ipək 

parçadan uzun xalat geyinmiş bir qadın çıxdı. Təəccüblə qonaqlara baxdı. 




____________________Milli Kitabxana_____________________ 

184 


 

  

- Siz 



kimsiniz? 

- "İyirmi altılar" kolxozundan gəlmişik, - deyə Nəsib dayı cavab verdi. 

İçəridən söhbəti eşidən Nərgiz, tələsik qapıya yüyürdü. Tükəzban xalanın 

üstünə atılıb onu qucaqladı. 

- Xoş gördük, ay xala, siz hara, bura hara, keçin içəri... Nəsib dayı, 

buyurun. Xoş gəlmisiniz! Nə əcəb sizdən? 

- Xoş vaxtın olsun, qızım. Elə-belə, Bakıda bir balaca işimiz var. 

Tükəzban xalan da səndən ötrü darıxırdı. 

Onlar içəri keçdılər. 

Nərgiz  əl-ayağa düşdü. Çay-çörək hazırladı. Qonaqlarına layiqincə hörmət 

etməyə çalışdı. Süfrə başında onları anası və bacıları ilə tanış etdi. 

- Atam 


işə gedib. Axşam onunla da tanış olarsınız, - dedi. Kənd də nələr 

olduğunu soruşdu. 

Nəsib dayı çay-çörəkdən sonra ayağa durdu: 

- Məni bağışlayın, görüləsi işim çoxdur. İdarələr bağlanmamış 

qurtarmalıyam. 

Axşam söhbət elərik. 

O gedəndən sonra Nərgiz müəllimə Tükəzban xalanın etirazına baxmayaraq, 

hamamı qızdırdı: 

- Yoldan 

gəlibsiniz, çimin, sonra da yatıb dincəlin. 

Lakin Tükəzban xala yatmadı. O, qohum olmaq istədiyi adamların evini 

nəzərdən keçirdi. Otaqların divarları  zərif naxışlı xalçalarla bəzənmişdi. 

Pəncərələrdən ipək pərdələr asılmışdı. Yemək otağının bir küncünə ayna kimi 

parıldayan qara piano qoyulmuşdu. Telefonları, hamamları, radioları, bir sözlə, 

hər şeyləri var idi. Təkcə dəhlizdəki bədənnüma güzgü bir evi satın alardı. "Pis 

dolanmırlar" - deyə Tükəzban xala öz-özünə pıçıldadı. 

O eyni zamanda hiss edirdi ki, Nərgiz əl-ayağa düşsə də, başqaları ona bir cür 

baxırlar. Hətta  əynində ipək xalat olan arıq qızın ona qəribə halda baxdığını, 

uzun, boyalı dırnaqları ilə oynayıb, qaş-göz süzdürdüyünü və işarə ilə evdəkilərə 

nə isə dediyini Tükəzban xala gördü. O, üst-başına baxdı. Əynindəki paltarlar pis 

deyildi. Göy rəngli yun parçadan don geymişdi. Başında qara kəlağayı vardı. 

Ayaqqabısı da təzə idi. "Bəs bu meymun yosunlu mənim nəyimə gülür?" 

O, hiss etdi ki, Nərgizin anası da onunla candərdi danışır. Tükəzban xala 

qısıldı. Dönüb küncdəki böyük kəfgirli saata baxdı. Pəncərə- 

 



____________________Milli Kitabxana_____________________ 

185 


 

  

dən boylanıb günün harada olduğunu yoxladı. "Görəsən bu Nəsib necə oldu?" - 



deyə düşündü. Tükəzban xala qonşu otaqda mübahisə getdiyini duydu. Hətta 

onun qulağına bəzi sözlər də gəlib çatdı. "Bu qız da bilmirəm, bu arvadin başına 

pərvana kimi niyə dolanır?" 

O gün Tükəzban xalaya bir il qədər uzun göründü. Axşam üstü Nərgizin atası 

gəldi. O, ucaboylu, ətli-canlı bir kişi idi. Başında həsir  şlyapa, ayağında ağ 

pamsin ayaqqabı vardı. Çesuça pencək-şalvarı  nə  qədər gen olsa da, iri qarnı 

süzüb irəli çıxmışdı. 

Kişi beç kəsə bir söz demədən o biri otağa keçdi. Zolaq-zolaq pijamasını 

geyinib hamama getdi. Tükəzban xala su şırıltısı, öskürək və fınxırtı eşitdi. 

Ortalığa süfrə saldılar, xörək gətirdilər. Hamı süfrə başına yığışdı. Yalnız bu 

zaman ağır-ağır otağa girən kişi, Tükəzban xalanı başdan-ayağa süzüb ağızucu 

salam verdi. Görünür, qonağın kim olduğunu bilirdi. 

Tükəzban xala heç nəyə toxunmadı. 

- Siz 


çörəyinizi yeyin, dordin alım, - dedi, - mən toxam. 

Tükəzban xala elə bil tikan üstə oturmuşdu.  Əgər Nəsib dayı bir az da gec 

gəlsəydi, arvadın ürəyi az qala partlayacaqdı. Hamı süfrədən çəkildi. Evdə 

Nərgizin ata-anası, bir də qonaqlar qaldılar. Ortaya çay gətirdilər. Bir xeyli heç 

kəs danışmadı. Sonra kənddən, yeni qərarlardan söz düşdü. Kənd təsərrüfat 

mütəxəssislərinin kolxozlara getmələrindən danışdılar. 

Muradov ehtirasla sözə başladı: 

- Kənd təsərrüfatını ayağa qaldırmaq lazımdır. Bizim nazirlikdə  də bu 

barədə müşavirə çağırılmışdı. Ən yaxşı mütəxəssisləri kolxozlara göndərəcəyik. 

Bizim gözəl ağranomlarımız var. Bəsdir, qoy kabinetdən çıxsınlar. 

Əlbəttə, əlbəttə. Yaxşı mütəxəssislərə kolxozlarımızın ehtiyacı  var. Bəs 



siz özünüz necə? Kəndə getmək istəmirsinizmi? - deyə  Nəsib dayı gülə-gülə 

soruşdu; 

- Mənmi? Mən çox işləmişəm. Kolxoz qurulanda işim-peşəm at belində 

mürgüləmək olub. İndi də qoy başqaları getsin. Bu saat yol cavanlarındır. Bir də 

ki, bəs mərkəzdə heç kəs olmamalıdır? 

Nəsib dayı Muradovun söhbətdən xoşlanmadığını hiss etdiyini bildirməməyə 

çalışdı: 

Düz deyirsiniz. Bir də, ağsaqqal vaxtınızda kəndə-kəsəyə düşmək sizə 



çətin olar. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə