____________________Milli Kitabxana_____________________
177
İmran stəkandakı suyu başına çəkib aşağı endi.
Heç kəs danışmırdı. Kosaoğlu çox əsəbiləşmişdi. O, vəziyyətdən çıxmağa
çalışırdı. Nəsib dayı camaatın məsələləri düzgün başa düşdüyünə sevinirdi.
İclasın axırında o:
- Mən çox danışmayacam; - deyə sözə başladı, - nöqsanlarımız çoxdur.
Özü də hər sahədə. Ancaq mən bircə məsələdən - artıq əkilən pambıqdan
danışacam. Mən iclasın adı ilə Kosaoğlundan soruşuram: meşədə pambıq
əkilməsnıə kim icazə verib?
- Artıq yer əkilmişdi, akt bağlanıb plana qatdıq, daha nə istəyirsən?
- Mənə müqəssir lazımdır.
- Lazımdır, axtar tap.
- Taparıq, - deyə Nəsib dayı cavab verdi, sonra qabaq cərgədə oturan
briqadirə müraciət etdi: - Kazım, de görək sən nə ixtiyarla, nə məqsədlə gizlicə,
plandan əlavə yer əkibsən?
Kazım yavaş-yavaş ayağa durdu. Əvvəlcə gözünü Kosaoğluna dikdi. Onun
sərt baxışlarını görüb prokurorun üzünə baxdı. Nəsib dayı sualını bir də təkrar
edəndə Kazım diksindi. Kim isə söz atdı:
- Məqsədi geroy olmaqdır.
- Qurban
qağası arxasında durandan sonra niyə olmur?
Camaat güldü. Bu gurultudan Kazımın qulaqları cingildədi. O yenə dönüb
Kosaoğluna baxdı və birdən, heç gözlənilmədən gur səslə:
- Özüm
əkmişəm! - dedi. - Lazım bilmişəm, əkmişəm, heç kəs mənim
işimə qarışa bilməz.
Kazım, Kosaoğlu olan yerdə ürəklə danışmağa adət etdiyindən, indi də iclası
saymadı. Onun briqada üzvləri söz alıb danışmağa başladılar.
Kazım döyükür, az qalırdı gözü ilə Kosaoğlunu yesin. Kosaoğlu Kazımın
baxışlarındakı təlaşı aydınca sezirdi. Lakin bu saat o, öz başının hayındaydi.
- Artıq yer əkib, özü də cavab verər, - deyə o, məsələyə yekun vurmaq
istədi.
-
Yox; Qurban, - Nəsib dayı ona cavab verdi. - Bu işə səninlə mən də
cavab verməliyik. Rayon təşküatları hamıdan əvvəl bizdən baqq-hesab
soruşacaq.
- Məni heç nə qorxutmur. Cavab taparıq.
- Elə o pisdir ki, həmişə işin altından çıxmağa çalışırsan, iş görmək
istəmirsən.
____________________Milli Kitabxana_____________________
178
-
Ə, nə iş görəcəm? Mən Kazımın əvəzinə cavab verəcəm? Özbaşınalıq
eyləyib, canı çıxsın, cəzasını çəksin.
Kazım eşitdiklərinə inanmaq istəmirdi. O, Kosaoğlundan kömək gözlədiyi
halda, Qurban qağası onun arxasından qaçırdı. Nəsib dayı ayağa durub:
- Yoldaşlar, mənim təklifim budur ki, Kazım briqadirlikdən çıxardaq, -
dedi.
- Düzdür!
- Özünü
də məhkəməyə!..
-
Əvəzinə Zeynəb briqadir olsun.
-
Ə, Zeynəb bacararmı?
- Zeynəb yüz Kazım kimi başı papaqlıdan qeyrətlidir!
- Təklifi səsə qoyun.
Kosaoğlu yerlərdən deyilən bu sözlərə qulaq asıb fikrindən daşındı. Kazımı
müdafiə etsə gülünc vəziyyətə düşəcəyini duydu. Özünü itirən Kazıma gözünü
ağartdı.
Nəsib dayı təklifləri səsə qoydu. İclas Kazımın vəzifədən azad edilməsini
qərara aldı. Nəsib dayı iclası yekunlaşdırmaq istəyirdi ki, Kazım yerindən top
kimi atıldı.
- Yoldaş partkom, demokratiyanı niyə pozursunuz? Bəs mənim təklifim
necə oldu? Kərim kişini kolxozdan çıxartmaq lazımdır!
- Onun
əlində qocalıq kağızı var.
- Yalandır. O kağızı verən həkim heç nə qanmır - deyə Kosaoğlu qəzəblə
qışqırdı. - Səsə qoy!
Nəsib dayı bu məsələnin heç yeri olmadığını bilsə də, Kazımın təklifini səsə
qoymağa razı oldu. O, Kosaoğlunu başa salmaq istəyirdi ki, kəllə-kəlləyə gəlmək
olmaz.
Təklif səsə qoyulanda zalda elə sakitlik oldu ki, milçək uçsaydı səs eşidilərdi.
Kosaoğlu ayağa durdu. Yuxarı qaldırılan əlləri saydı. Onun rəngi ağardı.
Hirsindən dodağını çeynədi. Kərim kişinin əleyhinə yalnız on beş adam əl
qaldırmışdı.
Nəsib dayı dedi:
- Keçirəm o biri təklifə.
- Hansı təklifə?
-
İmran kolxozda qalsın, yoxsa getsin?
Kosaoğlu yenə ayağa durdu. Təklifinin yerə düşəcəyini hiss edib sözünü
dəyişdi:
____________________Milli Kitabxana_____________________
179
- Camaat,
İmran məsələsini səsə qoymaq lazım deyil. Amma mən bu
iclasda açığını deyirəm. Kəndimizdə mənim əleyhimə qruppa var.
Ancaq onu bilin ki, mənə heç kəsin dişi batmayacaq. Qoy hamı bilsin ki, bu
kəndin kolxoz sədri mənəm, mən də hər şeyə cavabdehəm. Sabah bir iş olanda
nə Nəsib, nə də İmran qabağa duracaq. Madam ki, belədir, heç kəs mənim işimə
qarışmasın. İndiyə qədər mən üzüyumşaqlıq eləmişəm, bundan sonra kolxozun
işinə mane olanlara divan tutmaq mənim boynuma! - O, içini arıtlayıb, çiyninə
saldığı kürkünün yaxasını düzəltdi və məğrur bir görkəm aldı. Nəsib dayının
sifətində güclə seziləcək bir kinayə əmələ gəldi.
- Başqa bir təklif yoxdur ki?
- Onda
icazə verin iclasımızı qapalı hesab edək.
Camaat evə dağılanda gecə yarıdan keçmişdi.
* * *
Şoferin yanında əyləşən prokuror qaşqabaqlı halda papiros çəkirdi. O,
iclasdan narazı qalmışdı. Ürəyində öz-özünü danlayırdı: "Kosaoğlunun sözünə
baxıb kəndə nahaq gəldim. Bundan sonra camaat arasında mənim nə nüfuzum
ola bilər?.."
O, kəndə gələndə elə zənn etmişdi ki, rəyasət heyətində görunən kimi camaat
qorxuya düşəcək, "prokurorun sözündən çıxmaq olmaz" - deyə onunla
hesablaşacaq. O, isə arabir söz atacaq, iclasın gedişinə istiqamət verəcək.
beləliklə hər şey qaydaya düşəcək, Kosaoğlu istədiyi adamları əzəcəkdir. Lakin
prokurora məhəl qoymadılar.
Arxada, Kazımla yanaşı oturan Kosaoğlu da fikirli idi. O da özünü danlayır,
işləri yaxşı qura bilmədiyinə heyfsilənirdi. "Mən bu dağı sinəmdə qoymaram.
Onları bircə-bircə dənləmək mənim boynuma. Sən bir o Nəsibə bax, xəlvəti iş
görür, ayağımın altını eşir, başına adam toplayır. Gör nə günə qalmışam ki, lüt
Kərim də mənim üstümə ayaq alır! Yox, Kosaoğlu, bu işi belə qoymaq olmaz. -
O, şoferin yanında dinməz-söyləməz oturan prokurora baxdı. - Bu niyə
mısmırığını sallayıb? Ozünü də elə çəkir, deyəsən qırx eşşəyi sağına gəlir. Evə
də getmir. Eh, neyləyim, əlacım yoxdur. Yoxsa heç sənin üzünə də tüpürmərəm".
Əsədov bu rayona təyin ediləndən sonra Kosaoğlunu ələ keçirmək üçün xeyli
fikiriəşmişdi. "Yağlı sədrə oxşayır. Onu bir təhər cəngimə
Dostları ilə paylaş: |