Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə66/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   62   63   64   65   66   67   68   69   ...   132

____________________Milli Kitabxana_____________________ 

198 


 

İşə niyə getməyibsən? 



Arvadın qaşları çatıldı: 

- Nə? İş? Hansı iş? 

- Kolxozun 

işi. 


- Mən birdən-ikiyə işə getmişəm? 

- Getməyibsən, ancaq getməlisən. 

- Bircə onu görməyəcəksiniz! 

İşo getməsən, kolxozdan çıxaracağıq. 



- Məni? 

- Bəli, səni! 

Sayalınm sinəsi qalxıb-endi. O, əlini belinə qoyub köksünü irəli verdi. 

Ə, Nəsib, hələ Kosaoğlu Qurban ölməyib ki, arvadı işə gedə. 



Gözünü sil, mənə düz bax. Ağlın uşaq-muşağa getməsin. 

- Bəs sənin  əvəzinə kim pambıq yığacaq? Kolxozun üzvüsən, payına 

düşən pambığı yığmalısan, - deyə İmran söhbətə qarışdı. 

- Sən o ağlı get anana ver, 

- Sayalı, - Nəsib səsini ucaltdı, - bura çənə-bazar açmağın yeri, deyil. Bir 

saata kimi çöldə olmalısan, yoxsa axırı pis olacaq. Sənə  də, güvəndiyin 

Kosaoğluna da. 

Sayalı üzünü Şahnaza tutdu. 

- Ay 

qız, get gör o it niyə zingildəyir, bəlkə zənciri dolaşıb. 



Şahnaz bibisinin eyhamını başa düşüb bağa getdi. İmran yavaşca çəpərə 

yaxınlaşıb iri bir paya çıxartdı. Sayalı qışqırdı: 

- Çəpəri niyə sökürsən? 

Elə bu vaxt boz it Nəsib dayının üstünə atıldı.  İmran ona imkan vermədi. 

Paya ilə itin biləyinə  və  ağzına döşədi. Boz it zingtldəyib yerə çökdü. Bir-iki 

dəfə hücuma keçmək istədisə  də bacarmadı, quyruğunu qısıb zingildəyə-

zingildəyə geri qaçdı. Sayalı hay-küy saldı: 

- Gör 


sənin başına nə oyun açacam! İtin biləynıi niyə sındırırsan? 

Kosaoğlu ölüb ki, onun qapısına basqın eləyirsən? 

Canı boğazına yığılmış İmran özünü saxlaya bilmədi: 

- Səsini kəs! İti açdırdığın yetmir, hələ bir danışırsan da! Ərin hardadır? 

Sayalı İmranın pörtmüş sifətinə, titrəyən barmaqlarına baxdı. 

Cınqırını çıxartmadı. 

- Sayalı! - deyə  Nəsib dayı  qətiyyətlə tapşırdı, - bu saat əl-ayağını 

yığışdır, işə get, Şahnazı da özünlə apar. 

 

  



____________________Milli Kitabxana_____________________ 

199 


 

Onlar maşına oturdular. İmran hirslə pedalı basıb maşını işə saldı. "Pobeda" 

birdən irəli atıldı. Doqqazı toz bürüdü. Sayalı onların arxasınca baxıb 

donquldandı: 

- Ciyəriyanmış gör necə havalanıb. Əliqurumuş itin biləyini sındırdı. 

İmran maşını məktəbin həyətinə sürəndə, Kosaoğlu uşaqları yola çıxardırdı. 

Nəsib dayı maşını saxlatdı və təəccüblə Kosaoğluna baxdı. 

A Qurban, bu nə oyundur? 



- Teatr 

çıxardıram! 

Kosaoğlu atdan düşüb Nəsib dayı ilə üzbəüz dayandı. 

- Nə istəyirsən? 

- Bu 

uşaqları hara aparırsan? 



- Pambığa. 

- A 


kişi, sən dəli olubsan, nədir? Bu nə özbaşnalıqdır?  Əvvəlcə  kəndin 

arasında boş-boş gəzənləri, evdə oturan qohumlarını işə çıxart. 

Pambığı  yığa bilməsək, məktəb uşaqları özləri bizə köməyə  gələcəkdir. 

Yoxsa bu nə zorakılıqdır, təşkilat-zad yoxdurmu? 

- Təşkilat mən özüməm, heç kimi tanımıram. 

- Təqsir bizdədir ki, indiyə kimi təşkilatı sənə yaxşı tanıtmamışıq. 

Nəsib dayı çaşbaş qalan uşaqlara dedi: 

A bala, gedin dərsinizi oxuyun! 



Uşaqlar qaçıb məktəbə doluşdular. 

Kosaoğlu Nəsib dayının üzünə qabardı: 

- Bəs pambığı kim yığacaq?! 

- Kim 


yığacaq? Sənin arvadın Sayalı, qapıda-bacada gizlənən,  şəhərdə 

alver edən qohumların. 

- Arvad-uşaqla işin olmasın. 

Nəsib dayı hövsələdon çıxmışdı: 

- Məni başa sal görüm, sən özünü nə hesab edirsən? De görüm bir  axı 

sən kimsən? Xalq işləyəcək, sənin arvadın da evdə piylənəcək?  İti açıb gələnə 

qısqırdacaq? Yox, Kosaoğlu, mən indiyəcən səninlə mülayim danışmışam, səni 

adam hesab etmişəm, başa salmağa çalışmışam. Amma sən qanmadın. İndi mən 

səninlə ayrı cür danışacam. 

- Nəsib, mənnən buynuzlaşa bilməzsən. 

- Sənin kimi buynuzluları çox görmüşük. Bu saat get arvadını, bütün 

qohumlarını çölə göndər. Göndərməsən, axırı pis olacaq. - Ə, neyləyəcəksən? 

Göndərmirəm! Nəsib dayı mübahisə etməyi yersiz bildi. 



____________________Milli Kitabxana_____________________ 

200 


 

  

- Göndərməsən, partiya biletinlə cavab verəcəksən. 



- Nə? Partbilet? 

- Bəli, partbilet! - deyə  Nəsib dayı qayıdıb maşında oturdu. Kosaoğlu 

yerində mıxlanıb qaldı... 

 

23 



 

İmran dan yeri ağaranda yuxudan durub geyindi və  həyətə  çıxdı.  Əvvəlcə 

qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzüno səpələnmiş ulduzlar 

solğunlaşıb bir-bir sonürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi 

titrəyirdi. 

"Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi. 

Xalxaldakı camışı sağıb, evə qayıdan Tükəzban xala oğlunun narahatlığını 

görüb dedi: 

- Səhərin yuxusu şirin olur, özüm qıyıb səni durğuzmadım. Axşam da 

idarədən gec qayıtdın. 

- Çalışıram, mümkün edə bilmirəm, ay ana. Pambıq saçaq-saçaq olub 

yerə tökülür, yığıb-yığışdırmaqla qurtarmır. Heç belə vaxtda adamın gözünə 

yuxu gedər? 

İmran həyətdəki göy rəngli "Moskviç"ə yaxınlaşdı. Qapını açıb rulun dalına 

keçdi. 

- Ana, 


gəl otur! 

- Yox, 


dərdin alım, sən get. Mən qızlarla gələrəm. 

- Gözlə ha, sonra qızar səni yorub yolda qoyarlar. 

- Bacarmazlar, 

bala. 


Maşın yüngülcə  tərpəndi, həyətdən çıxıb yola düşdü.  İmran bu maşını  təzə 

almışdı. Tükəzban xala Bakıdan qayıdandan sonra düyüncəsinı açıb oğluna pul 

vermışdi. 

"A bala, get özünə əməlli-başlı maşın al, moskletdən gözüm su içmir" 

İmran anasını öpüb pulu götürmüşdü. 

"Moskviç" kəndin içinə  çıxanda kəsik-kəsik fit verdi. Səhər-səhər bu fıti 

eşidən kimi, demək olar hamı eyni şeyi düşünürdü: "Aqronom oyanıb, işə 

getmək vaxtıdır". 

İmran maşını idarənin yanından sürdü. Qapı  ağzında onu gözləyən Nəsib 

dayını götürdü. Birlikdə kəndin arasında dolandılar. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə