Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə53/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   49   50   51   52   53   54   55   56   ...   132

____________________Milli Kitabxana_____________________ 

159 


 

- Yox, 


Kosaoğlu, - Nəsib dayı ayağa durdu, - o arşınla sənə heç kəs bez 

verməz. Pambıq əkilib, özü də becəriləcək. 

- Mən də onu deyirəm də. Qoy dursun. Aktı da cıraq. 

- Qurban, 

bəsdir özünü bilməməzliyə vurduğun. Bu iş kolxozun işidir. 

Komissiya gələr, heyət qərar çıxardar, ona müvafiq də hərəkət edərik. 

- Bəs sənin öz fikrin nədir? 

- Mənim fikrim budur ki, akt bağlayıb həmin yeri kolxozun planına daxil 

edək. 

- Yox, 


Nəsib, mən buna qol qoya bilmərəm. Sənin fikrin bizi bütün 

rayonda biabır eləməkdir. 

- Bunu 

gərək əvvəlcədən fikirləşəydin. 



Kosaoğlu ayağa durdu, onun alt dodaği sallandı. 

İndi nə demək istəyirsən? 



- Bəs sən nə demək istəyirsən? 

- Mən dedim, gəl bu işi açıb-ağartma. Öz aramızda Kazımın cəzasını 

verərik. 

- Bu 


işdə müqəssir təkcə Kazım deyil. 

- Yoxsa 


məni də ona qatmaq istəyirsən? Yox, Nəsib, onu bacarmazsan. 

Səninlə belə yavaş danışmağıma baxma. Mən istəyirəm aramızda ziddiyyət 

olmasın. İndi ki belədir, özünü gözlə, mənə də Kosaoğlu deyərlər! 

- Kosaoğlu, - deyə gözlənilmədən Nəsib dayı qımışdı. - Gəl sən artistlik 

eləmə. Mən sənin bu üzündən baxanda o üzünü görürəm. 

Ümumi iclasda məlum olar. 

- Məni iclasla qorxudursan?.. Mən elə şeyləri çox görmüşəm. Qoy olsun. 

Gərək camaat kimin tükünü didəcək. Sizin, yoxsa mənim! 

- Qurban, 

bunları çox eşitmişik, təzə sözün varsa, onu de. 

Kosaoğlu qapını hirslə çırpıb çıxdı... 

 

19 



 

Rayonda açılmış tibb məktəbi  şəhərin qurtaracağında, pambıq məntəqəsinin 

qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə 

burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən 

sonra qızlar məktəbin həyətində, 



____________________Milli Kitabxana_____________________ 

160 


 

arxın kənarında oturub kitab oxuyur, səhərlər isə  dəsmal, sabun götürüb 

yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu. 

Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan 

qızlar, pəncərələrdən küçəyə  çıxır, pencəklərini çiyinlərinə salıb qapı  ağzında 

dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar  əllərini 

qoyunlarına qoyub elə  məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara 

yazığı gəlirdi. 

Şahnaz bu məktəbdə oxumuşdu.  İlk günlərdə özünü sakit aparmağa çalışan 

Şahnaz, az sonra həmişəki adətini  əlinə aldı. Tez-tez güzgü qabağında dayanıb 

özünə sığal verdi. Yoldaşlarının bəziləri onun saçını, başqaları qaş-gözünü tərifə 

başladılar. Şahnaz özü də yavaş-yavaş hiss etdi ki, gözəldir, pəncərə qabağından 

çəkilmədi. Saatlarla dayanıb asfalt yola, məntəqəyə pambıq gətirənlərə, dayanan 

maşınlara, bir-biri ilə zarafatlaşan cavanlara baxdı. Çayxanada aşıq oxuyanda o, 

pəncərəni açardı. Gözəllərə söz qoşmağı sevən aşığın da gözü ona qulaq asan 

qızı almışdı, Hətta bir dəfə Şahnaz aşığın sazı sinəsinə basıb titrək səslə: 

 

Pəncərədən baxan qız,  



Sular kimi axan qız,  

Məni oda yaxan qız,  

Düş bəri, qadan alım. 

 

- deyə oxuduğunu gördü. O dərhal əzilib-büzüldü və pəncərədən geri çəkildi. 



"Aşıq, qızı hürkütdün" - deyə cavanlar gülüşdülər. 

Günlər keçdi... O, yavaş-yavaş həyətə, küçoyə çıxdı, bəzənib-düzəndi. Dayısı 

Kosaoğlu ondan heç nə əsirgəmədi. 

Üç-dörd aydan sonra Şahnaz təkcə gözəlliyi ilə deyil, geyimi-kecimi ilə 

yoldaşlarından seçildi. O, şəhər cavanlarının gözündən yayınmadı. Hamı tibb 

məktəbinə  təzə, gözəl bir qız gəldiyini söyləyirdi.  Şahnaz küçələri, mağazaları 

gəzməyə başladı. O, bir dükandan o birinə girir, satılan  şeylərə baxır, qiymət 

soruşur, bir sözlə, şəhərin başından vurub ayağından çıxırdı. Kiçik rayon mərkəzi 

elə bil ona dar gəlirdi. Bir gündə hər küçəni iki-üç dəfə dolanırdı. 

Bir-iki ayın içində hamı onu tanımışdı. Oğlanlar arxasınca baxaraq, baş-başa 

verib pıçıldaşır, o isə kəlağayısı yellənə-yellənə gəzib küçələri ətirlə doldururdu. 



____________________Milli Kitabxana_____________________ 

161 


 

  

Şahnaz diqqət mərkəzində dayandığını hiss etdikcə, özünə daha çox sığal 



verirdi. O, yerişini-duruşunu da dəyişdi. Arvadların dediyi kimi, "erkək at təki 

ayağinı yerə döyüb, gumbur-gumbur gumbuldamağa" başladı. Dəftər-kitab 

Şahnazın yadından çıxdısa da, dayısı onu darda qoymadı. Ayaqqabısı 

köhnəlməmiş təzəsini aldı. Donu solmamış yenisini tikdirdi. "Nə qədər ki sağam, 

geyin, gəz" - dedi. Şahnaza da elə bu lazımdı. 

Onun  ətrafında fırlanan oğlanların sayı artdı. Hətta bir-birləriylə  mərc 

gələnlər, onun üstündə vuruşanlar da oldu. Şahnaz kinoya, teatra dadandı. Yaz 

aylarında  şəhər kənarına, Ermənistana gedən yolun üstündəki Qarabulaq tərəfə 

ayaq açdı. Bir azdan onun daha uzaqlara, Alagöz çayının sahilindəki çəmənliyə 

getdiyini də görənlər oldu. 

Onun dalınca düşənlər içərisində ortaboy, tökməbədən bir oğlan vardı. Bu 

oğlan tez-tez "Moskviç"ini məktəbin qabağında saxlayar, zəncirli açarını əlində 

oynada-oynada pəncərəyə boylanardı.  Şahnaz hər dəfə onu görəndə  qımışıb 

gizlənirdi. Şofer onun dalınca çox düşdüsə də, tuta bilmədi. Əlini üzdü. Ancaq 

bir dəfə, istirahət gününün axşamı  Şahnazın iki qızla piyada getdiyini gördü. 

Maşını onların dalınca sürdü.  

-  

Ay qızlar, kəndə gedirsiniz? 



- Sənə nə var? 

Mən də  kəndə gedirəm. Gəlin oturun. Piyada yorularsınız. Qızlar  əvvəlcə 

çəkindilər. Sonra maşına yaxınlaşdılar. Şahnaz qabaqda, şoferin yanında oturdu. 

Oğlan qapını bağlayıb yola düşdü. 

- Bəs niyə piyada gedirsiniz, Şahnaz? 

- Mənim adımı hardan bilirsən? 

- Sənin adını bilməyən tapılarmı? 

- Niyə? 


- Necə niyə, ay qız! Şəhərimizdə bircə gözəl var, onu da tanrmasaq ayıb 

olar ki. 

Şahnaz dinmədi. Gizlincə gülümsündü. 

- Səni də tammayan yoxdur, ay Məmməd. 

Əşi, mən şofer adamam. Şofer Məmmədi tanımasalar da olar. 



Təki siz gözəllər tanınasınız. 

Bundan sonra onların dostluğu möhkəmləndi.  Şahnaz bir yana getmək 

istəyən kimi Məmməd öz "Moskviç"i ilə hazır olurdu. Gah stansiyaya gedir, gah 

dağlara sarı üz tutur, gah da elə-belə, maşında oturub 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə